Məhkəmə qərarları › İş №1(102)-1139/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1139/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1139/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 müdafiəçisi, Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Nehmətov Fazil İldır oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə ** ***** 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta tə hsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələri ilə 29 avqust 1993-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış,ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1-ci və 234.1-ci maddələri məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 21 may 2021-ci il tarixli qərarından Məhkum2 özü və Məhkum1 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nəhmətov Fazil İldır oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum1 - Azərbaycan Respublikası CM-in maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətə, CM-in 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətə, CM-in 221.2.1-ci maddəsi ilə i sə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 06 aprel 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə, CM-in 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətə, CM-in 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə, CM-in 234.1-ci maddəsi ilə isə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 03 aprel 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum3, Məhkum4 və Məhkum5 məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs M əhkum5 müdafiəçisi, təqsirləndirilən şəxs Məhkum3, müdafiəçisi, təqsirləndirilən şəxs Məhkum1, müdafiəçisi, təqsirləndirilən şəxs Məhkum4, müdafiəçisi və təqsirləndirilən şəxs Məhkum2 tərəfindən apellyasiya şikayətləri vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il il tarixli qərarı ilə (hakimlər: V.C.Cəfərov (sədrlik edən), N.R.Mövsümov və R.O.Əsgərova) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Məhkum5, Məhkum2, Məhkum3, Məhkum4 və digər şəxslərlə mütəşəkkil dəstədə birləşərək, dəstə üz vlərindən İran İslam Respublikasının vətəndaşı olan digər şəxsin 2016-cı ildən etibarən şərikli kommersiya fəaliyyəti ilə məşğul olduğu Zərərçəkmiş şəxs ona olan 30.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığını iddia edərək, Zərərçəkmiş şəxs oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla qeyd olunan pul vəsaitinin tələb olunub alınaraq öldürülməsi barədə sifarişini digər dəstə üzvü “Miri” adlı şəxs vasitəsilə alıb icrasına razılaşmış, Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələr müəyyənləşdirildikdən sonra, dəstə üzvləri Məhkum2 və Məhkum4la birlikdə özünün idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla 29 mart 2017ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs yaş adığı ünvan 2 qarşısına gəlib onun əl və baş nahiyəsindən tutaraq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə avtomaşına mindirib Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə apararaq oğurlamış, daha sonra orada onları gözləyən dəstə üzvləri Məhkum3 və digər şəxslə birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, həmçinin əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla İran İslam Respublikasının vətəndaşı olan şəxsə verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Məhku m4, Məhkum2, Məhkum3 və digər şəxslə birlikdə onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə onun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək, əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Məhkum5 məxsus ünvan 3 apararaq, orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, İran İslam Respublikasının vətəndaşına verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmiş, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəs aitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızılzinət əşyalarını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə apararaq arvadı X5 məxsus 15.000 manat dəyərində bir cüt brilyant qaşlı sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, daha sonra cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə, saat 18 radələrində yenidən dəstə üzvləri Məhkum2, Məhkum3 və digər şəxslə birlikdə Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu qızıl-zinət əşyalarının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə, Məhkum1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparılması barədə dəstə üzvü Məhkum2 göstəriş vermiş, ö zü isə Məhkum3 və dəstə üzvü olan digər şəxslə birlikdə qızıl-zinət əşyalarını satmaq üçün ayrıayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl əşyalarını satmayaraq özlərində saxlayıb, saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gəlib, orada dəstə üzvü Məhkum2la birlikdə gözləyən Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı Məhkum3, Məhkum2 və dəstə üzvü olan digər şəxslə birlikdə çay evinin qarşısına çıxaraq küçədə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək, ətrafda olan digər şəxslərə məhəl qoymadan, cəmiyyətdə insan lar arasında bərqərar olmuş davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Məhkum1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün dəstə üzvləri Məhkum2, Məhkum3 və digər şəxsin müdaxiləsi ilə Zərərçəkmiş şəxs müqaviməti qırıldıqda sonuncunun əlindən silahı alıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq onun sağ gicgah alın nahiyəsinə bir dəfə atəş açmaqla Zərərçəkmiş şəxs qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəl i bədən xəsarəti yetirməsi ilə onu mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürmüşdür. Məhkum2 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Məhkum1, Məhkum3, Məhkum4, Məhkum5 və digərləri ilə mütəşəkkil dəstədə birləşib, həmin dəstənin tərkibində aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək, dəstə üzvlərindən İran İslam Respublikasının vətəndaşı olan digər şəxsin 2016cı ildən etibarən şərikli kommersiya fəaliyyəti ilə məşğul olduğu Zərərçəkmiş şəxs ona olan 30.000 ABŞ dolları məbləğində borcunu qaytarmadığını iddia edərək, Zərərçəkmiş şəxs oğurlanaraq şəxsiyyəti üzərində zor tətbi q olunmaqla qeyd olunan pul vəsaitinin tələb olunub alınaraq öldürülməsi barədə sifarişini dəstə üzvü “X10” adlı şəxs vasitəsilə alıb icrasına razılaşaraq, Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələr müəyyənləşdirildikdən sonra, dəstə üzvləri Məhkum4 və Məhkum1lə birlikdə, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı,**-HE-*** dövlət nömrə nişanlı avtomaşınla 29 mart 2017-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 qarşısına gedib əl və baş nahiyəsindən tutaraq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə avtomaşına mindirib Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə apararaq oğurlamış, orada onları gözləyən dəstə üzvl əri Məhkum3 və digər şəxslə birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Məhkum1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla İran İslam Respublikasının vətəndaşı olan şəxsə verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Məhkum4, Məhkum1, Məhkum3 və digər şəxslə birlikdə əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Məhkum1 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək, əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzv ü Məhkum5 məxsus ünavn 4 apararaq, orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, dəstə üzvü olan İran İslam Respublikası vətəndaşına verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmiş, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət əşyalarını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X5 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, daha sonra cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə, saat 18 radələrində yenidən dəstə üzvləri Məhkum1, Məhkum3 və digər şəxslə birlikdə Xırdalan şəhərinə gedib Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu qızıl-zinət əşyalarının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Məhkum1 göstərişi ilə onu Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə aparmış, Məhkum3, Məhkum1 və digər şəxs qızıl-zinət əşyalarını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl əşyalarını satmayaraq özlərində saxlayıb, saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan“ çay evinə gedər ək Zərərçəkmiş şəxs əlavə pul vəsaitinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısına çıxaraq küçədə Məhkum3, Məhkum1 və digər şəxslə birlikdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək ətrafda olan digər şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək, sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst doda ğın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi ilə bir qrup şəxs halında xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Məhkum1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, o, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görüb dəstə üzvləri Məhkum3 və digər şəxslə birlikdə müdaxilə edərək Zə rərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Məhkum1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülməsində birgə icraçı qismində iştirak etmişdir. Bundan başqa, o,istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,88 qram çəkidə narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəni qurudulmuş marixuananı şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib üstündə saxlamış, 31 mart 2017-ci il tarixdə, saat 21:40-da Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Quşçuluq massivində saxlanılaraq şəxsi axtarışı keçirilərkən həmin narkotik vasitə əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilib götürülmuşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Zərərçəkmiş şəxs qaçırılmamış, qız ıl-zinət əşyaları isə istintaqdan əvvəl qaytarılmışdır. Zərərçəkmiş şəxs müəmmalı ölümündə onun heç bir təqsiri yoxdur. Məhkum2 hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 144, 120 və 182-ci maddələri ilə verilən ittihamlar qanunsuz və əsassızdır. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü və həmin hökmü qüvvədə saxlayan apelyasiya instansiya məhkəməsinin qərarı Məhkum1 aid hissədə qanunsuz və əsassızdır. Belə ki: -Məhkum1 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətmə si Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmış, lakin həmin ifadə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmur və Şahid2 birinci instansiya məhkəməsində ilkin ifadəsindən fərqli ifadə verərək hadisənin birbaşa şahidi olmadığını bildirmiş, apelyasiya məhkəməsinə çağırılmasına baxmayaraq gəlib ifadə verməmişdir. Müdafiəçi hesab edir ki, Məhkum1 Zərərçəkmiş şəxs qəsdən öldürülməsində iştirakını təsdiq edən heç bir sübut yoxdur. Əksinə, Zərərçəkmiş şəxs tapançadan açdığı atəşlərlə Məhkum1 özü xəsarət almışdır. -Məhkum1 CM-in 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi də iş materialları ilə öz təsdiqini tapmamışdır. İş materialları ilə müəyyən edilir ki, Məhkum1 dostu X11 xahişi ilə Zərərçəkmiş şəxs zəng edərək digər şəxslərlə birlikdə Ə hmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə könüllü getmişlər. Həmin müddət ərzində və ondan sonrakı dövrdə Zərərçəkmiş şəxs özünün istifadəsində olan telefondan müxtəlif şəxslərlə telefon danışıqları aparmış və sərbəst hərəkət etmişdir. Ona görə də həmin epizodun Zərərçəkmiş şəxs oğurlanması kimi qiymətləndirilməsini müdafiəçi əsassız hesab edir. -Müdafiəçinin fikrincə, Məhkum1 CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməsinə dair ittihamı da əsassızdır. Belə ki, təqsirləndirilən şəxslərin mütəşəkkil dəstə”nin tərkibində cinayət törətməsinə dair məhkəmələrin gəldiyi nəticə CMin 34.3-cü maddəsində verilən anlayışa zidd olmuşdur. Bundan başqa, zərərçəkmiş şəxsdən hədə-qorxu ilə tələb olunmuş 30.000 ABŞ dolları pulun həmin dövrün məzənnəsi ilə külli miqda r təşkil etməsinə dair gəlinən nəticə əsassız olmuşdur. Vəkil sorğusu əsasında alınmış cavabdan görünür ki, cinayət hadisəsinin baş verdiyi dövrdə olan məzənnəyə görə 30.000 ABŞ dolları 49.368 manat təşkil edir. Ona görə də müdafiəçi hesab edir ki, həmin epizod üzrə təqsirləndirilən şəxslərin əməllərinin tövsifində səhvə yol verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər F.Nehmətov və R.Qocayevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən sa xlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kas sasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum1 və Məhkum2 məhkəmə hökmündə təsvir edilən cinayət əməllərini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə məhkum edilmiş şəxslərin verdikləri ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosess ual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum2 özü və Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumlar barəsində qəbul edilmiş qərarların qanunsuz və əsassız olduğu mübahisə edilir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasən “Qəsdən: 120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə; 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; 120.2.5. tamah məqsədi ilə və ya sifa rişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə; 120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 144.1-ci maddəsində “Adam oğurluğu”na görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 144.2-ci maddəsinə əsasən “Eyni əməllər: 144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 144.2.4. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 144.2.6. tamah məqsədi ilə və ya sifarişlə törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 182.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 182.1 və ya 182.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdəon ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan ə mələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göst ərən yeganə vasitədir. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum2 və Məhkum1 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraat ının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 əməllərini Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələri ilə və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhk əmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CMin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə özlərini təqsirli bilməsələr də, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4, şahidlər X6, Şahid13 və Şahid2 ifadələri, məhkəmə trassoloji ekspertizası, Məhkəmə Ekspertiza Mərkəzinin ballistik ekspertizası, Məhkəmə Ekspertiza Mərkəzinin materialşünaslıq ekspertizasının rəyləri, məhkəmə-tibb ekspertizasının rəyi, məhkəmə video-texn iki ekspertizasının xx.xx.2019-cu il tarixli, 17722 nömrəli rəyi, məhkəmə tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli rəyləri, məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2017-ci il tarixli rəyi, məhkəmə materialşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli rəyi, məhkəmə trassoloji və ballistik ekspertizasının xx.xx.2017-ci il tarixli rəyi, məhkəmə kompyuter- texniki ekspertizasının xx.xx.2017-ci il tarixli rəyləri, məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2017-ci il tarixli rəyi, məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2017-ci il tarixli rəyi, digər istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zaman ı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum1 əməllərini Azərbaycan Respublikası CMin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2 və 221.2.1-ci maddələri ilə və Məhkum2 əməllərini Azə rbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1-ci və 234.1-ci maddələri ilə ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair Məhkum2 özü və Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin tələbləri təmin edilə bilməz. Həmçinin, məhkəmələr Məhkum1 və Məhkum2 cəza təyin edərkən, Azərbaycan Resp ublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, onlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkumlar Məhkum1 və Məhkum2 elan olunmuş ittihamla bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilə n məhkumların ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinmələri haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edi r ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2021-ci il tarixli qərarı Məhkum1 müdafiəçisi və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar