Məhkəmə qərarları › İş №1(102)-1139/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1139/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1139/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsi ilə nəz ərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 1(105)-15/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxx 1990-cı il tarixdə keçmiş Dəvəçi rayonunun Qalaaltı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum edilmiş, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Məşrif ərazi dairəsi, Qalaaltı kəndində qeydiyyatda olmaqla, yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkə məsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,419 qram təşkil edən narkotik vasitə olan heroini və təmiz çəkisi 0,5 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, 08 dekabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək, Siyəzən şəhərinin A.Mustafayev küçəsində saxlanılaraq RPŞ-ə gətirilmiş, RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində ü mumi təmiz çəkisi 0,500 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan narkotik vasitənin qəbulunda istifadə olunan şpris, 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan içərisində gümüşü rəngli bükülü olan sınıq vəziyyətdə şüşə ampula, əynində olan göy rəngli cins şalvarın qabaq sağ balaca cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində ümumi təmiz çəkisi 0,419 qram, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,231 və 0,188 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür.

3. Siyəzən Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 30 may 2023-cü il tarixli, 1(059)-21/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinər ək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 7(002)-1115/2022 nömrəli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Məhkum Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(059)-9/2022 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum həbsdə saxlanıldığı 2 (iki) gün müddətin Azərb aycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu, yəni 11 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsr əfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət məhkəmə tərkibində) 10 yanvar 2024-cü il tarixli, 1(105)-15/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Siyəzən Rayon Məhkəməsinin 1(059)-21/2023 nömrəli, 30 may 2023-cü il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 1(105)-15/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmələr tərəfindən heç bir araşdırma aparmadan məhkum barəsində formal olaraq yekun qərar qəbul etmişdir.

8. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 1(105)-15/2024 nömrəli qərarının Məhkum münasibətdə ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya pr otesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, b aşqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum müdafiəçisi, onun təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsi ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya məhkumun müdafiəçsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 1(105)-15/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.

21. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumil əşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.

22. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və m əsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir.

23. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. 24. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyət ləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

25. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır.

26. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata k eçirməkdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya şikayəti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etsə də, lakin gəldiyi nəticə qismən əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir.

28. Belə ki, cinayət işinin materiallarında olan sübutlardan görünür ki, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,419 qram təşkil edən narkotik vasitə olan hero ini və təmiz çəkisi 0,500 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, 08 dekabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək, Siyəzən şəhərinin A.Mustafayev küçəsində saxlanılıb, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində ümumi təmiz çəkisi 0,500 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan narkotik vasitənin qəbulunda istifadə olunan şpris, 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan içərisində gümüşü rəngli bükülü olan sınıq vəziyyətdə şüşə ampula, əynində olan göy rəngli cins şalvarın qabaq sağ balaca cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində ümumi təmiz çəkisi 0,419 qram, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,231 və 0,188 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür.

29. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, 7/1392 saylı ekspert rəyindən görünür ki, üzərində “imzalar Vət.Məhkum aşkar olunaraq qablaşdırılmış predmetlər... Qablaşdırdı R.Zeynalov” yazı və imzalar olan ağ rəngli kağız zərfdə 1 ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 0,500 qram bitki mənşəli kütlə çətənə (ka nnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram istifadə edildikdən sonra qalıq marixuananın miqdarı 0,450 qram təşkil etmişdir. 30. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana 5 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. 31. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Ple numunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür.

32. Məhkum qarşı irəli sürülmüş ittihama əsasən, ondan 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində ümumi təmiz çəkisi 0,500 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan narkotik vasitənin qəbulunda istifadə olunan şpris, 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan içərisində gümüşü rəngli bükülü olan sınıq vəziyyətdə şüşə ampula, 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində ümumi təmiz çəkisi 0,419 qram, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,231 və 0,188 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür.

33. Göründüyü kimi Məhkum üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,500 qram olan narkotik vasitə olan qur udulmuş marixuana şəxsin əməlində cinayət tərkibinin mövcud olması üçün "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahı ilə müəyyən edilmiş miqdardan, yəni 5 qramdan az olduğundan, o, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmir və bu şəxsin əməlində cinayət tərkibi yaratmır.

34. Bununla da, kassasiya kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş “onun 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində ümumi təmiz çəkisi 0,500 qram olan narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsinə” dair epizod ittihamdan, hökmdən və bunun la əlaqədar olan apellyasiya instansiya məhkəməsinin qərarından xaric edilməlidir.

35. Məhkum kassasiya şikayətində digər epizodlar üzrə də təqsirsiz olduğunu və bəraət verilməsini xahiş etmişdir.

36. Cinayət işi üzrə toplanmış mötəbər sübutlara əsaslanmaqla birinci və apellyasiya instansiya məhkəmələri Məhkum onda narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunması qənaətinə gəlmişlər.

37. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

38. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nət icəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun digər epizodlar üzrə əməllərinə bəraət verilməsi səbəbindən yeni məhkəmə baxışına təyin edilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

39. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 1(105)-15/2024 nömrəli qərarı dəyişdirilməlidir.

40. Yux arıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 1(105)-15/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum qarşı irəli sürülmüş ittihamdan, həmçinin barəsində olan Siyəzən Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 1(059)-21/2023 nömrəli hökmündən və bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2024cü il tarixli, 1(105)-15/2024 nömrəli qərarından “onun 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində ümumi təmiz çəkisi 0,500 qram olan narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək g ötürülməsinə” dair epizod xaric edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar