Məhkəmə qərarları › İş №1(102)-114/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-114/2019

16.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-114/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi – XXX35nın vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 11 iyun 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.A.Allahverdiyeva və T.X.Nəsrullayevadan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxxxxx 1962-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “XXX15” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (ü ç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar, yəni Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmü ilə tətbiq olunmuş şərti məhkum etmə ləğv edilmiş və həmin hökmlə təyin olunmuş 7 il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəx s qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 06 dekabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti qismən, dövlət ittihamçısının apellyasiya protesti tam təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmündə “külli miqdar” ifadələri “xeyli miqdar” ifadələri ilə əvəz edilib Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə dəyişdirilmiş və həmin maddələrlə Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci mad dəsinə əsasən həmin cəza sonuncu - 06 dekabr 2017-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə təyin olunmuş 3 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş, ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissələrdə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. İşin h alları: Hökmə əsasən Təqsirləndirilən şəxs 2013-cü ilin yay ayları ərzində “XXX15” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədiylə tanışı - ünvan3 sakini olan Zərərçəkmiş şəxs XXX25nin və XXX45nin yüksək vəzifəli şəxsləri ilə yaxın dostluq münasibətlərinin olmasını bildirib həmin şəxslərin vasitəsi ilə ünvan5 “XXX38” İstehsalat Birliyinin balansında olan “XXX43” zavodunun ərazisində uzun müddət istifadəsiz qalmış 134 ədəd aliminium materialdan olan çənlərin əldə edilməsində köməklik göstərəcəyinə dair yalandan vəd verərək, aralarında olan yaxın münasibətlərə görə sonuncunun ona qarşıyaranmışinam və etimadından istifadə etməklə Zərərçəkmiş şəxs 02 sentyabr 2013-cü il tarixdə ünvan8 ərazisində həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 15.688 manat təşkil edən 20.000 ABŞ dolları, sentyabr ayında müxtəlif vaxtlarda müvafiq olaraq, ünvan4 ərazisində və Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında iki dəfəyə hər dəfəsində 1.500 ABŞ dolları olmaqla həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 2.353,50 manat təşkil edən 3.000 ABŞ dolları, ümumilikdə isə həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 18.041,50 manat təşkil edən 23.000 ABŞ dolları məbləğində pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, özünün etibarlı şəxs olması və vəd etdiyi işin normal qaydada getməsi barədə görüntü yaradaraq, həmin çənlərin satılmasına, guya razılıq verilməsi barədə məlum olmayan şəraitdə və vaxtda qanunsuz hazırlamaqla saxtalaşdırdığı hüquq verən saxta rəs mi sənədləri - XXX45ndən ünvan6 “xxxx” ASC-nin sədrinə ünvanlanmış 13/28-9-14 nömrəli, XXX45ndən ünvan6 “xxxx” ASC-nin direktoruna ünvanlanmış 2203-VP nömrəli, XXX28ndən XXX45nə ünvanlanmış 26 avqust 2013-cü il tarixli, **********94 nömrəli, XXX45ndən ünvan6 “XXX38” İstehsalat Birliyinə ünvanlanmış 01 noyabr 2013-cü il tarixli, 6881-11VP nömrəli məktubları, eləcə də, XXX45 ilə ünvan6 “xxxx” ASC-nin arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli müqavilənin layihəsinin surətini Zərərçəkmiş şəxs verməklə, həmçinin XXX45 adından sonuncunun adına çənlərin satılmasına razılıq verilməsi barədə 06 noyabr 2013-cü il tarixli saxta teleqram göndərilməsini təşkil etməklə Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda əmlakı vahid qəsdlə öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və al datma yolu ilə ələ keçirərək, dələduzluq etmiş və rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət hadisəsi törədilən vaxt “XXX15” qazeti fəaliyyini dayandırdığı üçün onun təsisçisi və baş redaktotru olmuş Təqsirləndirilən şəxs düzgün olmayaraq qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə - Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq əməlinə yalnız Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi şamil edilməli idi. Kassasiya şikayətinin digər dəlilləri isə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın mübahisələndirilməsinə həs olunmuşdu r. Müdafiəçi hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında (cinayətlərin residivini nəzərə almadan) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi və yaxud onun şərti məhkum edilməsi üçün əsas verən məsuliyyəti yüngülləşdirən halların olması, xüsusilə də zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsi nəzərə alınmamış, nəticədə o, şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2018-ci il tarixli qərarının dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəs i ilə tövsif edilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini və yaxud onun barəsində şərti məhkum etmənin tətbiq edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində Təqsirləndirilən şəxs qulluq səlahiyyətlərindən istifadə etmədiyi halda, onun törətdiyi dələduzluq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə yanaşı əsassız olaraq CM-in 178.2.3-cü maddəsi ilə tövsif olunduğunu və Təqsirləndirilən şəxs həddind ən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsi və onun barəsində azadlıqdan mhrum etmə ilə bağlı olmayan cəzanın və yaxud şərti məhkum etmənin tətbiq edilməsi barədə kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 11 iyun 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Təqsirləndirilən şəxs hazırki qərarın “işin halları” bölməsində təsvir edilmiş “aldatma və etibardan sui-istifadə etmə” yolu ilə Zərərçəkmiş şəxs 18.041,50 manat təşkil edən 23.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməkdə ifadə olunmuş cinayət əməlinə ibtidai istintaq orqanı və məhkəmələr tərəfindən şamil edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi dələduzluq cinayətinin “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə” törədilməsini nəzərdə tutur. Bu maddənin mənasına görə, dələduzluq edən şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmək üçün qulluq mövqeyinin (tutduğu vəzifənin) verdiyi imkanlardan, qulluq mövqeyinə görə yerinə yetirmək səlahiyyətində olduğu funksiyalardan qulluğun mənafeyi əleyhinə - özgə əmlakını ələ keçirmək (cinayət əməlini törətmək) üçün istifadə etməlidir. Hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktik hallarına görə isə Təq sirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda pulunu ələ keçirmək üçün Zərərçəkmiş şəxs“XXX25nin və XXX45nin yüksək vəzifəli şəxsləri ilə yaxın dostluq münasibətlərinin olmasını bildirib həmin şəxslərin vasitəsi ilə ünvan6 “XXX38” İstehsalat Birliyinin balansında olan “XXX43” zavodunun ərazisində uzun müddət istifadəsiz qalmış 134 ədəd aliminium materialdan olan çənlərin əldə edilməsində köməklik göstərəcəyinə dair yalandan vəd verərək” zərəçəkmiş şəxsi aldatmış və “məlum olmayan şəraitdə və vaxtda qanunsuz hazırlamaqla saxtalaşdırdığı hüquq verən saxta rəsmi sənədləri - XXX45ndən ünvan6 “xxxx” ASC-nin sədrinə ünvanlanmış 13/28-914 nömrəli, XXX45ndən ünvan6 “xxxx” ASC-nin direktoruna ünvanlanmış 2203-VP nömrəli, XXX28ndən XXX45nə ünvanlanmış 26 avqust 2013-cü il tarixli, **********94 nömrəli, XXX45ndən ünvan6 “XXX38” İstehsalat Birliyinə ünvanlanmış 01 noyabr 2013-cü il tarixli, 688111VP nömrəli məktubları, eləcə də, XXX45 ilə ünvan6 “xxxx” ASC-nin arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli müqavilənin layihəsinin surətini Zərərçəkmiş şəxs verməklə, həmçinin XXX45 adından sonuncunun adına çənlərin satılmasına razılıq verilməsi barədə 06 noyabr 2013cü il tarixli saxta teleqram göndərilməsini təşkil etməklə” zərərçəkmiş şəxsin ona olan inamını daha da möhkəmləndirmiş və məhz bu yalan və hərəkətlərdən təşkil olunmuş üsuldan istifadə etməklə sonuncunun pulunu ələ keçirmişdir. Göründüyü kimi, cinayəti törədərkən “XXX15” qəzetinin təsisçisi və baş redaktoru olmuş Təqsirləndirilən şəxs dələduzluq əməlini törətmək üçün istifadə etdiyi nə yalanın məzmunu, nə də ki, saxta sənədlərin hazırlanması üzrə hərəkətləri, ümumiyyətlə cinayətin törədilməsi üsulu onun tutduğu baş redaktor vəzifəsindən və yaxud qəzetin təsisçisi olmasından irəli gəlməmiş, özgə əmlakının ələ keçirilməsi prosesində qəzetin baş redaktoru vəzifəsinə və yaxud təsisçisi statusuna aid hər hansı bir səlahiyyətdən sui-istifadə edilməmişdir. Halbuki, Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi sözügedən cinayətin əsas obyektlə mülkiyyətlə yanaşı əlavə obyektə - qulluq mənafeyi əleyhinə yönəlməsini ehtiva edir. Şəxsin qulluqla bağlı olan (vəzifənin verdiyi) səlahiyyətlərdən deyil, hansısa bir vəzifə tutmasına əsaslanan “şəxsi nüfuzundan”, “başqa vəzifəli şəxslərlə dostluğundan” istifadə etməklə cinayət törətməsi isə qulluq mənafeyinə qəsd etmədiyindən, həmin əlavə obyekti təhlükə altına almır. Odur ki, “öz qulluq mövqeyindən istifadə etmə” əlaməti və bu əlaməti nəzərdə tutan Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi Təqsirləndirilən şəxs xeyi miqdarda ziyan vurmaqla dələduzluq cinayətinə əsassız olaraq şamil edildiyindən, yəni məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyindən, həmin əlamət və maddə məhkəmə qərarlarından xaric edilməli, Təqsirləndirilən şəxs şərh edilən əməli yalnız Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin bu şəkildə (iki tövsifedici əlamətlərdən birinin xaric edilməsi hesabına) yüngülləşdirilməsi ona təyin olunmuş cəzada da özünü göstərməli və iş üzrə müəyyən e dilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran, cəzanın müəyyən edilməsinə təsir göstərən digər hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, əvvəlki – Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmünə əsasən (apellyasiya instansiyası məhkəməsinin qərarı nəzərə alınmaqla) Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş şərti məhkum etmə ləğv edildiyi üçün, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi (4 il) hazırki qərarla Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilən cəzaya qismən birləşdirilməli, Təqsirləndirilən şəxs qəti olara q 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin ədalət prinsipini təsbit edən 8-ci, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan 58.3-cü maddələrinin tələblərindən, eləcə də CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərindən çıxış edərək kassasiya şikayətində cəzanın mübahisələndirilməsi üçün gətirilmiş dəlillərin məhz bu şəkildə nəzərə alınmasını (yəni cəzaların qeyd olunan hədlərdə müəyyən edilməsini) məqsədəmüvafiq sayır və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın və yaxud şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olmadığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 11 iyun 2018-ci il tarixli qərarı yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 11 iyun 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkəmə qərarlarından Təqsirləndirilən şəxs hazırki iş üzr ə dələduzluq cinayətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilsin, onun əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəzaya Təqsirləndirilən şəxs əvvəlki – Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmünə əsasən (apellyasiya instansiyası məhkəməsinin qərarı nəzərə alınmaqla) Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi - 4 (dörd) il qismən birləşdirilsin, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar