Məhkəmə qərarları › İş №1(102)-114/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-114/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-114/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Əliyev Namiq Qadir oğlunun, məhkumun müdafiəçisi-vəkil Osmanov Elxan Osman oğlunun iştirakları ilə, Füzuli Hər bi Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Osmanov Elxan Osman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Hərbi Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Ə.B.Nəcəfov) Məhkum - 06 noyabr 2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ünvan 1də daimi qeydiyyatda olan, 07.01.2019cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən həqiqi hərbi xi dmətə çağırılmış, N saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli Məhkum intizam xarakterli hərbi hissəyə təhvil verildiyi tarixdən hesablanması müəyyən edilmiş, barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. İşin halları: Əliyev X6 Nazirliyinin Beyləqan rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin rabitə bölüyünün radiorabitə qovşağının radiorabitə bölməsinin elektriki-dizelçi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən zaman 26 sentyabr 2019-cu il tarixdə saat 12 radələrində əsgər yataqxanasının yaxınlığında hərbi hissənin hərbi qulluqçusu, rütbə üzrə rəisi hesab edilən gizir X2 onun ünvanına nalayiq ifadələr işlətdiyini zənn edərək əvvəlcə X2un sifət nahiyəsinə 2 yumruq zərbəsi vurmuş, daha sonra güləş fəndi edib yerə yıxaraq bədənin müxtəlif nahiyələrinə 2-3 təpik zərbəsi vurmaqla hərbi xidmət üzrə vəzifələrini yerinə yerilməsi ilə əlaqədar rəisinə “sol paraorbital nahiyənin hematoması, sol said nahiyəsinin yuxarı 1/3-nin sıyrılmış yarası, sol diz nahiyəsinin dəri qançırı” diaqnozlu, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət yetirmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cina yət Kollegiyası (hakimlər: R.M.Cəfərov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) 01 iyun 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Füzuli Hərbi Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Osmanov Elxan Osman oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Osmanov Elxan Osman oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, apelyasiya instansiyasında işə baxılarkən apellyasiya şikayətində təqsirləndirilən şəxsin əməlinin düzgün tövsifi ilə yanaşı zərərçəkmiş şəxsin hərəkətləri də göstərilsə məhkəmə tərəfindən bu cür hərəkətlərin olub-olmaması araşdırılmamış və bu halda məhkəmə istintaqının zəruriliyi müdafiə tərəfinin iştirakı ilə müzakirə edilməmiş, bu barədə müdafiə tərəfinin və təqsirləndirilən şəxsin vəsatətinin olub-olmaması təqsirləndirilən şəxsdən soruşulmamışdır. Hansı ki, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq bu cür vəsatətlə çıxış etmək hüququ idi. Hətta məhkəmə baxışı zamanı bu cü vəsatətlərin olub-olmaması və apellyasiya şikayətinin dəlillərinə və işin halları üzrə apellyasiya şikayətinə əlavələrin olub-olmaması hüququ təmin edilməmişdir. Baxmayaraq ki, iş materiallarında həm məhkəməyədək icraat zamanı, həmçinin birinci instansiya zamanı dindirilmiş şahid ifadələrinə əsasən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı etdiyi qanuna zidd hərəkətləri, yəni onun iştirakı olmadan sıra qa rşısında onun ağır təhqir edilməsi, bundan sonra təqsirləndirilən şəxs tərəfindən bu kimi halın olması ilə bağlı ondan soruşulduğu anda zərərçəkmiş şəxsin sinəsindən tutaraq ona zərbə endirmək istəməsi, lakin təqsirləndirilən şəxsin buna imkan verməyərək özünü müdafiə edərək zərərçəkmiş şəxsə zərbə endirməsi, bundan sonra isə iş materiallarında olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə dərəcəsi təyin edilməyən xəsarətlər olduğu, bunun isə zərərçəkmiş şəxsin zərbəsi anında yaranması kimi hal məhkəmə təfindən araşdırılmamışdır. Apelyasiya instansiyasında işə baxılarkən məhkəmədə Məhkum təkidlə hüquqlarını müdafiə etmək üçün şəxsən onun işə cəlb olunmasını xahiş etsə də hakim təqsirləndirilən şəxsin xahişini nəzərə almadan qərar çıxartmışdır. Təqsirləndirilən şəxsin iradəsinə zidd ol araq məhkəmə tərəfindən ona vəkil təyin edilmiş, hüquqlarını müdafiə etdiyim şəxs ilk dəfə olaraq 01.06.2020-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə qulluq etdiyi hərbi hissədən zabiti ilə aparılmışdır. İş materiallarında təqsirləndirilən şəxsin əsgər yoldaşlarının ifadələrində cinayət işində zərərçəkmiş kimi tanınmış X2 onun hərbi xidmət keçməyi ilə bağlı tabeçiliyində olan bir əsgər kimi onun əxlaqına, namusuna və davranışına hörmət bəsləyərək nəzarət etməsi əvəzinə, həqiqətən təqsirləndirilən şəxsin mərhum anasına qarşı nalayiq ifadə işlətməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmələr işə baxarkən hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini yüngülləşdirici hal kimi nəzərə almamış, zərərçəkmiş şəxs tərəfindən bu cür hərəkətlər olmasına baxmayaraq təqs irləndirilən şəxsin məhkəmə iclasında barışıq əldə etməyə cəhd etməsini qiymətləndirməmişdir. Məhkəmə hökmündə göstərir ki, təqsirləndirilən şəxs X2un onun anasına söyməsini zənn edərək onu vurduğu qənaətinə gəlir. Ancaq iş materiallarında ibtidai istintaq zamanı dindirilmiş, ancaq ittiham aktının siyahısına əlavə edilməmiş, sonradan Fizuli Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadəsində bu halın olmasının təsdiq olunması sübut olduğu təqdirdə təqsirləndirilən şəxsin «zənn edərək» kimi qənaəti açıq qalır. Apellyasiya şikayətinə əlavə edilmiş foto şəkildəndə görünür ki, təqsirləndirilən şəxsin üzərində xəsarətlər vardır. Belə olan halda onun üzərində olan xəsarətlərin mənbəyi və vəziyyəti nə üçün araşdırılmamış və hərbi hissə komandiri əsgərlərə sıra baxışı keçirən zaman əgər bu xəsarətlər var idisə və hadisədən əvvəl yaranmışdırsa nə üçün bu barədə araşdırma aparmamışdır? İşin həqiqi halı onu təsdiq edir ki, zərərçəkmiş şəxs tərəfindən ilkin olaraq onun tərəfindən edilən təşəbbüs nəticəsində Nizamnamə qaydalarının tələbləri pozulmuşdur ki, sonucda bu hadisə baş vermişdir. Təqsirləndirilən şəxs tibbi ekspertizadan hansı əsasa görə keçirilməmişdir? Hadisə ilə bağlı zərərçəkmiş şəxs barəsində ümumiyyətlə material vardırmı? Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarını ləğv edərək Məhkum barəsində qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə ed ib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməs i birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum müdafiəçisi-vəkil Osmanov Elxan Osman oğlu kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməli Zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verdiyini bildirmiş, kassasiya şikayətində qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsi Cinayət K ollegiyasının 01 iyun 2020-ci il tarixli qərarını ləğv edərək Məhkum barəsində qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 iyun 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə ə sasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və 23 yanvar 2020-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Füzuli Hərbi Məhkəməsi əsaslı olaraq Məhkum itti ham olunduğu maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş və onların əməli CMnin 330.1-ci maddəsi ilə düzgün tövsif etmiş və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkum həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkum həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmışdır. Apelyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublik ası CM-nin 330.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apelyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün on ların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Hadisənin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı etdiyi qanuna zidd hərəkətlərin təsiri altında baş verməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən bu hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlinin hüquqi tövsi fi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət məsulliyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, hərbi xidmətini davam etdirmək istəyini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkum Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə intizam xara kterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının orta həddindən aşağı, cəzanın məqsədlərini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2 020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Osmanov Elxan Osman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar