Məhkəmə qərarları › İş №1(102)-114/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-114/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-114/2022 07.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 və məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixl i qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Xəqani Səmədov, hakimlər Faiq Mahmudov və Elmin Rüstəmovdan ibarət tərkibdə) 1(100)-18/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1995-ci ildə Gədəbəy rayonu Komintern kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy rayonu Soyuqbulaq kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,144.2.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası 4 (dörd) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmlə həmçinin X27 və X13 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişlər ona görə ki, o, tanışı X14 24 iyul 2018-ci il tarixdə saat 20 radələrində yaşadığı Gədəbəy rayonu, Soyuqbulaq kəndində əvvəllər tanıdığı Bakı şəhərində yaşayan həmkəndlisi X8 evlənmək məqsədi ilə qaçırmaq üçün X27 və X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun idarə etdiyi, özünə məxsus VAZ 2107 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobillə X11 və bacısı X9 həmin kəndin mərkəzi yolu ilə piyada hərəkətdə olduqları yerə gəlib avtomobili saxlamış, X35 Allahyarovla birlikdə avtomobildən düşüb onlara yaxınlaşmış, o isə avtomobili işlək vəziyyətdə saxlayıb avtomobilin sükanı arxasında gözləmiş, Elşən Bayramov iradəsi əleyhinə Müşgünaz Əliyevanın sol qolundan, Fikrət Allahyarov isə sağ qolundan tutaraq zorla avtomobilə mindirib aparmaq istəyərkən Müşgünaz Əliyeva etiraz etdiyindən ona sağ budun, sağ və sol baldırların qançırları ilə müşayiət olunan sağlamlığına dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Turanə və Müşgünaz Əliyeva bacılarının müqaviməti nəticəsində sonuncunu avtomobilə mindirib qaçırda bilmədiklərini görərək avtomobili hərəkətə gətirib hadisə yerindən uzaqlaşmaqla iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib adam oğurluğuna cəhd etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Əlizamin Abdullayev və Çingiz Məmmədovdan ibarət tərkibdə) 1(104)-48/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin və əməlində cinayət tərkibi olmadığından, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə kollegiyası iş üzrə dindirilmiş qeyd edilən şahidlərin ifadələrini olduğu kimi deyil təhrif edilmiş formada qeyd etməklə yanaşı həm də ümumiyyətlə həmin şahidlərin ifadələrinin inandırıcı olmaması qənaətinə gəlməklə hökmdə ziddiyyətli fikir yaratmış, həm də hökmdə şahidlərin ifadələrinin inandırıcı olmadığını əsaslandırmamışdır. Bu da onu göstərir ki, məhkəmə kollegiyası iş üzrə mötəbər sübut olan şahid ifadələrinə şübhə və ehtimallar əsasında qiymət vermişdir. Apellyasiya məhkəməsi də eyni mövqedə qalmışdır. Belə ki, iş üzrə mötəbər sübut növlərindən biri olan şahid ifadələrində eləcə də təqsirləndirilən şəxslərin və zərərçəkən şəxsin (sonuncu ifadəsi istisna olmaqla) ifadələrində Məhkum hadisə iştirakçısı olması təsdiq edilməmişdir. Baş vermiş hadisənin Məhkum heç bir aidiyyəti olmamışdır. Məhkəmə yalnız zərərçəkənin onun bacısı və hadisəni görməyən qardaşı olan şahidlərin sonda Məhkum qarşı təşkil edilmiş qərəzli ifadəsi əsasında ona qarşı ittiham hökmü çıxarmışdır. Məhkum barəsində hökm mötəbər sübutlarla deyil, qərəzli şəkildə qeyd edilən qeyri qanuni üsullarla əldə edilmiş işin digər hallarına uyğun gəlməyən, istintaqın yalan məlumatı ilə aldadılaraq ifadəsini dəyişmək məcburiyyətində qalan zərərçəkmiş və ailə üzvlərinin həmin ifadələrini məhkəmə inandırıcı hesab etmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X10, X28, X19, X20, X29, X21, X30, X6 və Məfkurə Hüseynovanın, həmçinin X22, X3, X17, X12 və X4 ifadələri isə hökmdə təhrif edilərək düzgün qiymət verilməmişdir. Məhkəmə kollegiyası tərəfindən işin halları tam obyektiv araşdırılmasına baxmayaraq, hökmdə Məhkum təqsirsizliyini təsdiq edən sübutlar təhrif edilməklə göstərilərək, o cümlədən adları qeyd e dilən şahidlərin məhkəmə istintaqında verdikləri ifadələri də ittihama uyğunlaşdırılmaqla qeyd edilərək, barəsində ittiham hökmü çıxarılmışdır. Halbuki məhkəmə istintaqında tərəflərin və iş üzrə dindirilmiş şahidlərin ifadələri müdafiəçi tərəfindən qeyd edilərək, müdafiə nitqinə köçürülməklə yazılı şəkildə məhkəməyə təqdim edilmişdir. İclas protokolu hazır olmadığından tərəfindən ifadələrin hökmdə qeyd edilən yanlışlıqlar əsasında protokola qeyd də şikayətə əlavə edilərək verilmişdir. Apellyasiya məhkəmə kollegiyası işin qeyd edilən hallarına da əhəmiyyət verməmişdir. Müşviq Nuriyev və Məhkum istifadəsində olan telefonlara əhatə dairəsinin müəyyən edilməsinə dair iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin məlumatından da göründüyü kimi, Məhkum istifadəsində olan 051- ***-**-** saylı telefonun anten əhatə dairəsinin göstəricisinə görə sonuncu 24.07.2018-ci il tarixdə gün ərzində Gədəbəy rayonunun Soyuqbulaq kəndində (yəni hadisənin olduğu kənddə) olmamışdır. Həmin rəsmi sənəddən görünür ki, 24.07.2018-ci il tarixdə Məhkum telefon anten dairəsi Gədəbəy rayonunun Gərgər, Gədəbəy rayonu və Arıxdam ərazilərində olması təsdiq edilir (Qeyd: iş üzrə məhkəmədə şahid qismində dindirilmiş sahə müvəkkiləri N.Cəfərli və Ə.Xəlilovun ifadələri ilə də təsdiq edilmişdir ki, Məhkum 24.07.2018-ci il tarixdə saat 19:00dan maşınsız olmaqla onlarla birlikdə Gədəbəy rayonu və ətraf kəndlərində olmuşdur). Məhkəmə sorğusu ilə DİN-dən tələb edilərək təhqiq edilən araşdırma materialından da görünür ki, Məhkum M.Əliyevanın qaçırılmasına cəhd cinayətində iştirakını təsdiq edən sübut müəyyən edilm ədiyi halda onu qərəzli şəkildə tutduğu vəzifədən azad etmişlər. Məhkəmə və apellyasiya instansiyası məhkəməsi hökmdə E.Bayramovun həmin araşdırmada özünün də qeyd etdiyi kimi verdiyi qərəzli izahatını Məhkum həmin cinayətdə iştirakının təsdiqi kimi qəbul etmişdir. Halbuki, E.Bayramov ilk ifadələrində və məhkəmə istintaqında dəfələrlə proses iştirakçılarının suallarına cavabında Məhkum həmin hadisə ilə heç bir əlaqəsinin olmadığını göstərmişdir. Məhkəmə hökmdə E.Bayramovun məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində ifadələrində M.Əliyevanı qaçırmağa cəhd əməlini Şahin və Fikrət Allahyarovlarla birlikdə törətdiyini bildirdiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi də məhkəmənin həmin mövqeyi ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası nəzərə almamışdır ki, E.Bayramov m əhkəməyədək icraat zamanı hadisənin baş verdiyi 24.07.2018-ci il tarixdən 14.11.2018-ci il tarixədək müddətdə vermiş olduğu ifadələrində Məhkum həmin cinayət hadisəsi ilə heç əlaqəsinin olmadığını, həmin gün maşının Müşviq Nuriyev tərəfindən idarə olunduğunu göstərmişdir. Hesab edirəm ki, birinci və apellyasiya instansiyası məhkəmələri E.Bayramovun məhkəməyədək icraat materiallarındakı ifadələrinə istinad edərkən birinci növbədə onun ilk ifadələrinə istinad etməklə həmin ifadələri inandırıcı hesab etməli idi. Çünki ən düzgün məlumatlar şəxsin heç kəsin müdaxilə etmədiyi öz düşüncəsi ilə verdiyi ilk ifadələrində öz əksini tapır. Məhkəmə kollegiyası və apellyasiya məhkəməsi işdə birtərəfli mövqe tutduğundan E.Bayramovun məhkəməyədək icraatın ilk mərhələsində verdiyi ifadələrinə ümumiyyətlə q iymət verməmişdir. Məhkəmə istintaqında verdiyi ifadəsini isə inandırıcı hesab etməmişdir. Gəldiyi belə nəticəni isə hökmdə əsaslandırmamışdır. Apellyasiya məhkəməsi də məhkəmənin həmin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyasının istinad etdiyi Gədəbəy rayon prokurorluğu tərəfindən təqdim edilmiş araşdırma materialından da görünür ki, qeyd edilən hadisədə Məhkum iştirakını təsdiq edən hallar müəyyən edilməmişdir. Lakin, məhkəmə kollegiyası həmin materiala da istinad edərək guya Məhkum həmin hadisənin iştirakçısı olması kimi qiymət vermişdir. Apellyasiya məhkəmə kollegiyası da eyni mövqedən yanaşmışdır. Məhkəmənin hökmündə zərərçəkmişin, bacısının və hadisə şahidi olmayan qardaşının məhkəməyədək icraat zamanı yəni 9 ay müddətdə maşını idarə edən şəxsin Məhkum olmadığını, ancaq maşının ona məxsus olduğunu göstərməsini, iş məhkəmədən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra 11 aprel 2019-cu il tarixdə guya işin xitam olunacağı adı ilə aldadılaraq zərərçəkmiş və ailə üzvlərinin eyni gündə ərizəsi alınaraq Məhkum qarşı ifadələr alınması istintaq materiallarında və məhkəmə istintaqında sübuta yetirilsə də işin qeyd edilən hallarına ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmə ifadələrin qeyd edilən formada dəyişməsinə alibi kimi guya həmin vaxt Şahinin anasının yalvarışı və cavan olmasını səbəb kimi inandırıcı hesab etmiş, lakin nəzərə almamışdır ki, Şahin yenə cavandır, anası da həmin şəxsdir. Göstərilən əsasla Məhkum qarşı ifadənin dəyişdirilməsi məntiqə uyğun deyildir. Apellyasiya məhkəməsi həmin hallara da əhəmiyyət verməmişdi r. Birinci instansiya məhkəməsi sübutları CPM-nin 143-146-cı maddələrin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və Məhkum hökmünün əsasını yolverilməz sübutlar təşkil edir. Həmçinin də cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq barəsində ittiham hökmü çıxarilmışdır. Gəncə Apelyasiya Məhkəməsi də məhkəmənin hökmünü qanuni və ədalətli hesab etmişdir. Qeyd edilən hallardan hər hansı birinin olması məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edi lməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Az ərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin digər dəlili hazırkı cinayət işində onun təqsirinin sübuta yetirilməməsi, təqsirsiz olduğundan Məhkum barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 29,144.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu - zərərçəkmiş şəxs və digər təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhk əmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum özünü təqsirli bilməyərək heç bir adam oğurluğu cinayətinə cəhd əməlinin törətməməsini göstərmişdir. Lakin, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs Müşgünaz Əliyeva, şahidlər Turanə Əliyeva və Həşim Əliyev məhkəmə istintaqı zamanı hökmün təsviri hissəsində müəyyən edilmiş halları təsdiq etmişlər. Təqsirləndirilən şəxs Elşən Bayramov ibtidai istintaq zamanı dindirilərkən və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində sabiq polis əməkdaşı Məhkum intizam məsuliyyətinə cəlb edilməsi barədə toplanmış araşdırma zamanı verilmiş izahatlarda cinayəti Məhkum ilə birlikdə törətdiyini göstərmişdir. Həmçinin cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokollarından da görünür ki, həmin zərərçəkmiş şəxs Müşgünaz Əliyeva və təqsirləndirilən şəxs Elşən Bayramov üzləşdirmə zamanı öz ifadələrini təsdiq etmişlər. "xxxx" MMC-dən təqdim edilmiş diskə “baxış keçirilməsi haqqında” 24 dekabr 2018-ci il tarixli protokolla isə müəyyən olunmuşdur ki, X15 isti fadəsində olan 70-921-95-21 saylı GSM nömrə 24.07.2018-ci il tarixdə Gədəbəy rayonunun Ərtəpə kəndinin anten əhatə dairəsində olmuşdur. Bundan başqa, Gədəbəy rayon prokurorluğu tərəfindən toplanmış 109-C-18 nömrəli materialda X18 izahatında X1çırmağa cəhd əməlini Məhkum və Fikrət Allahyarovlarla birlikdə törətdiyini bildirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hadisə zamanı Məhkum avtomobili özü yox, dayısı Müşviq Nuriyevin idarə etməsi, hadisə olan vaxt Elşən Bayramov və Fikrət Allahyarovla birlikdə olmadığı, onlarla birlikdə Müşgünaz Əliyevanı qaçırmağa cəhd etmədiyi, həmin vaxt xidmətdə olduğu ilə bağlı dəlilləri iş materialları ilə təkzib edilir. Məhkəmələr cinayət işi üzrə şahid qismində dindirilmiş Nuriyev Müşfiq, Heydər Vəliyev, Rəna İsmayılova, Qabil Əliyev, Dəmir O rucov və Nazilə Nuriyevanın ifadələrinə qiymət verərək onları iş hallarına uyğun olmayan ifadələr kimi qiymətləndirmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CMin 29,144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilmişdir. Apellyasiya şikayətinin bu barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 29,144.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 29,144.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olmas ı tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 70-ci maddələri nin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 29,144.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar