Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-114/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən), Fikrət Qəribov və Əli Məmmədov) 23 sentyabr 2021-ci il tarixli, 1(101)-1272/2021 nömrəli hökmü ilə, 12 avqust 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 26 mənzil 38-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonunun Albalılıq qəsəbəsi M.Namazov küçəsi nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə və CM-in 32.4,312.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsu l vəzifə tutmaq hüququndan məhrum olunmaqla, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 12 sentyabr 2017ci il tarixli 1294/ş saylı əmrlə həmin Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və X8 Xidmətinin Çimərliklərinin istismarına nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 01 mart 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə X4 Azərbaycan Res publikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X8 Xidmətində kiçik müfəttiş vəzifəsinə düzəlməsinə köməklik göstərilməsi barədə 2020-ci ilin fevral ayında cinayətdən xəbərsiz olan Şahid5 vasitəsi ilə özünə müraciət edən Şahid1 özünü işgüzar və çox şaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan deyib tanışı vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətləri) icrası ilə bağlı Vüqar Sadıxovun xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsinə zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 25.000 manatın rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib onunla razılaşmaqla sövdələşmiş, bu niyyətlə 23 fevral 2020-ci ildə Abşeron rayonu Novxanı qəsəbəsindəki “My Beach” restoranı yaxınlığında Şahid4 məxsus **-HJ-*** dövlət nömrə nişanlı “Naz Lifan” markalı avtomobildə Şahid1 25000 manatı almaqla ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Vüqar Sadıxovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi neməti rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Bundan əlavə Məhkum həmin vəzifədə işləyərkən, təkrar qulluq mövqeyin dən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət yanğından mühafizə hissəsində yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik etməsi barədə 2020-ci ilin avqust ayının əvvəllərində cinayətdən xəbərsiz olan X2 və Şahid6 vasitəsilə ona müraciət edən Şahid2 özünü işgüzar və çox şaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxs vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nuru Mirzəyevin xeyrinə edəcəyi hərəkətə, yəni onun əmisi oğlunu müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 manatın rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla deyib onunla razılaşmaqla sövdələşmiş, həmin niyyətlə 04 avqust 2020-ci ildə özünə məxsus 4****6096 nömrəli bank kartına iki dəfəyə 3000 və 5000 manat, cəmi 8000 manat pulun Şahid2 tərəfindən Qax rayonu Qax şəhərində “Qax pavilyon stop shop” marketdə olan “MilliÖn” aparatı vasitəsilə köçürülməsinə nail olaraq, həmin pulu Bakı şəhərində "xxxx" ASC-yə məxsus istintaqla dəqiq müəyyən olmayan bankomatlardan 2020-ci ilin avqust ayında çıxarıb şəxsi ehtiyacına sərf etməklə, qısa zamanda işinin həll olunması görüntüsünü yaratmaq və inamı qazanm aq üçün 2020-ci ilin avqust ayının ortalarında X13 rayonundan dəvət edib Bakı şəhəri FHN-in inzibati binası yaxınlığında görüşüb sonuncudan doğum haqında şəhadətnamə, orta təhsil barədə attestat və hərbi biletinin əsillərini alaraq, qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui- istifadə etmə yolu ilə Şahid2 8000 manatını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Nuru Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 təkrar təhrik etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə işləyərkən təkrar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət yanğından mühafizə hissəsində yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik etməsi barədə 2020-ci ilin avqust ayının sonlarında cinayətdən xəbərsiz X2 və Şahid6 vasitəsilə ona müraciət edən Şahid3 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edib Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib tanışı vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətləri) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunu müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaş a yolla özü vasitəsilə maddi nemət olan 8000 manatın rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib onunla razılaşaraq sövdələşmiş və bu niyyətlə 05 sentyabr 2020-ci ildə cinayətdən xəbərsiz olan Şahid6 tanışı X7 məxsus 4****2532 nömrəli bank kartına iki dəfəyə 3000 və 5000 manat, cəmi 8000 manat pulun Şahid3 tərəfindən Qax rayonu Qax şəhəri H.Əliyev prospekti “Araz N1” marketdə olan “MilliÖn” aparatı vasitəsilə köçürülməsinə nail olub pulu Şahid6 bir neçə gün sonra Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 115-də olan 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin qarşısında alaraq şəxsi ehtiyaclarına sərf etməklə, Şahid3 qısa vaxtda işinin həll edilməsi görüntüsü yaratmaq və inamını qazanmaq üçün 2020-ci ilin noyabr ayında Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəs i 07-də olan "Confetti Lounge” restoranına dəvət etmiş, sonuncu ilə görüşüb bir daha işinin həll olunacağına vəd verib qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etməklə Şahid3nin 8000 manatını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə təkrar təhrik etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Həsən Əhmədov) 1(103)-137/2022 nömrəli 02 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq dövrü saxtakarlıqla toplanmış sübutlar məhkəmə baxışı zamanı həmin sübutları əsas götürərək hakim özü tərəfindən qəbul edilmiş hökmə ittiham aktın olduğu kimi köçürməklə nəzərə almamışdır ki, həqiqətən də təqsirləndirilən şəxsin heç kimi aldatmaq fikri o lmamışdır, sadəcə olaraq pandemiya dövrü olduğu üçün Fövqəladə Hallar Nazirliyinə işə qəbul aparılmaması nəticəsində belə bir problem yaranmışdır və hal-hazırda da zərərçəkmişlər tərəfindən məhkəməyə ərizə təqdim edilərək heç birinin şikayətinin olmamasını göstərməklə bir daha bu da onu sübut edir ki, həqiqətən də, müdafiə etdiyim şəxsin vətəndaşları aldatmaq fikri olmamışdır. Məhkəmə istintaqlarında iş üzrə dindirilmiş bir şahid və digərlərinin dindirilmədiyi və digər sübutların tam araşdırılmadığı halda məhkəmə hansı əsaslarla ittiham hökmü qəbul edərək müdafiə olunan şəxsə rüşvətə təhrik üzrə absurd bir qərar qəbul etmişdir, ona görə ki, rüşvətin qanunvericiliyə uyğun olaraq atributları həmin maddənin dispozisiyasında tam açıq şəkildə göstərilsə də, hakim prokurorluğun təzyiqi altında onların göstəricilərini yüksəltmək üçün qanunsuz hökm qəbul etmişdir. Apellyasiya məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin hökmünü olduğu kimi köçürülməklə tərtib olunub. Qərar çıxarılarkən qanunun tələblərinə riayət edilməyib və aşağıdakı pozuntulara yol verilib: hakimlərin gəldiyi nəticələri əsaslandıran motivlər göstərilməyib; müdafiə tərəfinin arqumentləri təkzib olunmayıb; məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayıb; iş üçün məhkəmənin müəyyən etdiyi hallar sübuta yetirilməyib; cinayət qanunu ilə nəzərdə tutulmayan əmələ görə ittiham qərarı çıxarılıb, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham qərarı çıxarılıb. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqinin birinci instansiya məhkəməsi tərəfindən obyektiv səbəblər olmadan rədd edildiyini görsə də, apellyasiya şikayətinin baxışı zamanı məhkəmə istintaqını təzələnmədən aparıb və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin buraxdığı səhvlərə göz yumub qəbul etdiyi qərarı əsaslandırılmayıb, müdafiə tərəfinin arqumentlərinə münasibət bildirməyib, müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülən ittihamların hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina edib, birinci instansiya məhkəməsində ittiham tərəfinin məhkəməyə təqdim etdiyi, lakin tədqiq olunmayan sübutları tədqiq etməyib. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya q ərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən işin hallarının və sübutların qanunla müəyyən edilmiş qaydada araşdırılmaması nəticəsində Məhkum əsassız olaraq elan olunmuş ittiham üzrə təqsirli bilinmiş və cəzalandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya tə qsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıq da qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Təqsirləndirilən şəxs Əliyev X10 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Əliyev X9 birinci instansiya məhkəməsinin hökmündə göstərilən hallarda dələduzluq cinayət əməllərinin törətməsi onun özünün ifadələri ilə yanaşı şahidlərin ifadələri, o cümlədən barəsində dələduzluq əməlləri törədilmiş şəxslərin ifadələri ilə tam təs diq olunur. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv yoxlamış və həmin sübutlar əsasında məhkumun elan edilmiş ittiham üzrə təqsirli olmasına dair nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə q ərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkumun əməllərinin CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 32.4,312.2-ci maddəsi ilə tövsif edilməsi ilə əlaqədar qeyd edir ki, məhkəmələrin bu mövqeyi “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarında verilmiş izahlara uyğun gəlir. Belə ki, həmin qərarın 36-cı bəndində qeyd edilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmələrin məhkumun əməllərin tövsifi ilə əlaqədar gəldiyi nəticələr işin hallarına və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına uyğun olduğundan məhkəmə kollegiyası həmin nəticələri ilə razılaşır və kassasiya şikayətinin bu barədə dəlilləri əsaslı hesab etmir. Məhkəmə kollegiyası məhkum Əliyev X10 təyin edilmiş cəzasının əsaslılığı ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1 -ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstər ilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət işinin materiallarında görünür ki, Məhkum cinayət nəticəsində Şahid1 (Şahid4) 25000 (iyirmi beş min) manat, Şahid3 8000 (səkkiz min) manat və Sadıq Mirzəyevə 8000 (səkkiz min) manat miqdarında ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışlar. Nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası ərəfəsində dələduzluq cinayəti nəticəsində dəymiş ziyan Məhkum tərəfindən ödənilməmişdir. İşə kassasiya qaydasında baxılarkən Şahid4, Şa hid3v və Sadıq Mirzəyev notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək onların hər birinə dəymiş maddi ziyan Məhkum tərəfindən ödənildiyini bildirmişlər. Dələduzluq cinayətlərinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar aldatma yolu ilə əmlakını talamaqla mülkiyyət münasibətlərinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi mənimsəmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən dələduzluq və mənimsəmə yolu ilə talanmış əmlakın dəyərinin könüllü olaraq ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır və bununla da həmin cina yətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azalır. Bu növ cinayətlərin xarakteri nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü olaraq tamamilə ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması məhkumun həm də əməlindən peşman olub artıq islah yoluna düşməsini də göstərir. Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü çıxarıldığı vaxt Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdu dlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 312.2 maddəsinin sanksiyasında səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.13cü maddəsi ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məh kəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərini nəzərə alaraq, Məhkum cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsi ilə əlaqədar ona təqsirli bilindiyi maddələrlə daha aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən, yalnız cəzaya aid hissəsində təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 m art 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş əsas - azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 2 (iki) il 6 (altı) aya, Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə təyin edilmiş əsas - azadlıqdan məhrum etmə cəzası 6 (altı) ildən 4 (dörd) il 6 (altı) aya endirilsin. Azərb aycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərarın qalan hissəsi dəyidirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-114/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-114/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver