Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-114/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri “Arbitrium” vəkil Bürosunun vəkili Nümayəndə Şəmsəddin oğlun, Məhkum2 müdafiəçisi Bakı şəhə ri Mərkəz vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum2 və Məhkum1 Ramiz qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)-629/2023 nömrəli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 Ramiz qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ə dliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Məhkum1 Ramiz qızı 8.04.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 Ramiz qızı qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq cin ayətini törətmişdir.
4. Belə ki, Məhkum1 2020-ci ilin noyabr ayından etibarən Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 4 ünvanında yerləşən 194 saylı mənzilində aylıq 400 manat əmək haqqı müqabilində xidmətçi kimi işə başladığı ilk gündən İslam dininin qaydalarına uyğun şəkildə hicab geyinməklə ibadətlə məşğul olduğunu bildirdiyindən sakit davranışı ilə qısa müddət ərzində ev sahiblərində imanlı, dürüst şəxs kimi özünə qarşı etibar qazanaraq mənzildə sərbəst hərəkət etmək və istənilən yerdə təmizlik işləri aparmaq imkanı əldə etdiyindən yataq otağındakı paltar dolabında olan sellofan paketdə külli miqdarda pul vəsaitinin olduğunu aşkar etdikdən sonra tamah niyyəti ilə qəsdən özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq barədə rəsmi şəkildə başqa şəxslə evli olduğu halda onunla nikahdankənar münasibətdə olan Məhkum2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Məhkum1 vaxtiylə işə götürülərkən mənzildən hər hansı bir dəyərli əmlak oğurlanacağı təqdirdə üstü və çantasının yoxlanılacağı barədə ev sahibi Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən xəbərdar olunduğu üçün birgə həyata keçirməyi planlaşdırdıqları oğurluğun aşkarlanması və ifşa olunması təhlükəsi yaranacağı halda ona telefonla və sair şəkildə məlumat verilməsi, bu təhlükənin qarşısının alınması ilə bağlı aktiv və qabaqlayıcı hərəkətlər edilməsi məqsədi ilə hər dəfə idarə etdiyi avtomobillə oğurluq hadisəsinin baş verdiyi mənzilin yerləşdiyi binanın yaxınlığına gələrək bir qədər kənarda gözləmək və pulları hissə-hissə gizli şəkildə ələ keçirdikdən sonra evin sakinləri tərəfindən üstündə aşkar edilməməsi üçün ondan qəbul edib özündə saxlayaraq sonradan aralarında bölüşdürmək üçün həmin əmlakı qəbul etmək məqsədi ilə onunla birlikdə cinayətdə birgə icraçı qismində iştirak edən Məhkum2 talanmış əmlakı qəbul etmək barədə tapşırıq verərək qabaqcadan razılaşmaqla bir qrup şəxs halında külli miqdarda pul vəsaitini gizli olaraq talamaq niyyətini qətiləşdirmiş, bundan sonra Məhkum1 14 fevral 2021-ci il tarixdən 18 aprel 2021-ci il tarixədək olan müddətdə xidmətçi kimi çalışdığı qeyd edilən mənzilin yataq otağındakı paltar dolabında olan sellofan paketdən 20.100 manat və həmin dövrün məzənnəsi ilə 21.930 manat təşkil edən 12.900 ABŞ dolları pul vəsaitini, daha sonra vahid niyyətlə əhatə olunan qəsdlə 19 aprel 2021-ci il tarixdə ev sahibi Niz amədddin Əhmədov tərəfindən mənzildə saxlanılan pul vəsaitindən çatışmazlıq aşkar edilib bu məsələdə ondan şübhələnildiyi üçün pulların saxlanıldığı həmin otaqda video görüntüləri qeydə almaq məqsədi ilə quraşdırılan adapterə bənzəyən gizli kamera qurğusunu əvvəlcədən elektrikdən çıxarılmaması barədə xəbərdar olunmasına baxmayaraq kamera qurğusu olmasından şübhələndiyindən oğurluq niyyətini heç bir iz buraxmadan maneəsiz sərbəst həyata keçirmək üçün guya tozsoranı otağın bütün sahəsində istifadə etmək bəhanəsi ilə kameranın istifadə edildiyi, əslində əlverişsiz olan elektirik yuvasına daxil etmək adı ilə həmin qurğunu elektrik cərəyanından məqsədli şəkildə ayırıb görüntülərin qeydə alınmasının qarşısını aldıqdan sonra dolabda saxlanılan 2.900 manat və həmin dövrün məzənnəsi ilə 3.570 manat təşkil edən 2.100 ABŞ dolları nağd pulları gizli olaraq talamış, həmin müddətdə hər dəfə cinayətin törədilməsində birgə icraçı şəklində bilavasitə iştirak edən cinayətkar qrupun digər üzvü Məhkum2 əvvəlcədən razılaşdıqları kimi idarə etdiyi “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə və sonrakı müddətdə həmin cinayətin gedişində mənzildən oğurladıqları pul vəsaiti hesabına alınmış “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvanın yaxınlığına gəlib cinayətin aşkarlanması ilə bağlı hər hansı bir təhlükənin yaranacağı halda Məhkum1 xəbərdar etməsi və sonuncudan oğurlanmış pulları təhvil almaq üçün gözləmiş, Məhkum1 isə öz növbəsində hər dəfə pul vəsaitlərini gizli yolla talayıb ələ keçirdikdən dərhal sonra üstündə aşkarlanmaması və cinayətin izlərini gizlətmək məqsədi ilə həmin vaxt evdə olan Zərərçəkmiş şəxs ailə üzvlərinə müxtəlif bəhanələr gətirməklə mənzildən çıxaraq binanın yaxınlığına gedib oğurladığı pulları özündə saxlamaq və sonradan aralarında bölmək üçün onu gözləyən Məhkum2 təhvil verməklə özünə qarşı şübhə yaratmamaqdan ötrü yenidən mənzilə qayıtmış, bu müddətdə Məhkum1 vahid niyyətlə əhatə olunan qəsdlə Xalid Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla ələ keçirdikləri pul vəsaitindən məzənnəyə görə 1.700 manat təşkil edən 1.000 ABŞ dollarını bacısı Şahid4, 1.700 manat təşkil edən 1.000 ABŞ dollarını digər bacısı Şahid2 və 2.700 manatını sonuncunun övladı Şahid5 borc verib, 900 manatı övladı Şahid3 üçün cehizlik əşyaların alınmasına xərcləmiş, 11.000 manat hissəsi ni cinayətkar qrupun üzvü Məhkum2la birlikdə 12 aprel 2021-ci il tarixdə tarixdə “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz adına etibarnamə əsasında alınmasına və təmirinə sərf edib qalan 30.500 manat pulu aralarında razılaşdıqları qaydada bölüşdürmüş, vahid cinayətkar niyyətin davamı olaraq, növbəti dəfə 20 aprel 2021-ci il tarixdə saat 10 radələrində Məhkum1 mənzildə olarkən ev sahibinin həyat yoldaşı Şahid1 qapısı örtülü olan digər otaqda “online” formatda dərs keçməsindən istifadə edib heç kimin onu görmədiyini və hərəkətlərinin gizli qalacağını güman etdiyi halda faktiki olaraq Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən gizli şəkildə yataq otağında quraşdırılmış kameranın baş verənlərin video görüntülərini qeydə aldığı bir şəraitdə yataq otağında kənarda t əmizlik işləri apardığı vaxt birbaşa qeyd edilən paltar dolabına yaxınlaşaraq qapısını asta şəkildə açıb həmin yerdən 3.400 manat və məzənnəyə görə 2.210 manat təşkil edən 1.300 ABŞ dolları nağd pul vəsaitini gizli olaraq talayıb əvvəlcədən razılaşdıqları qaydada cinayətkar qrupun digər üzvü Məhkum2 təhvil vermək üçün istifadəsində olan +**********34 nömrəsindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Məhkum2 istifadəsində olan +**********94 nömrəsinə zəng vurub oğurluğun baş tutması barədə xəbər vermiş və beləliklə, o Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 54.110 manat məbləğində pulu gizli yolla talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir.
5. Həmçinin, Məhkum2, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir.
6. Belə ki, Məhkum2 rəsmi şəkildə ailəli olduğu halda onunla nikahdan kənar münasibətdə olan Məhkum1 2020-ci ilin noyabr ayından etibarən Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 5 ünvanında yerləşən 194 saylı mənzilində aylıq 400 manat əmək haqqı müqabilində xidmətçi kimi işə başladığı ilk gündən İslam dininin qaydalarına uyğun şəkildə hicab geyinməklə ibadətlə məşğul olduğunu bildirdiyindən sakit davranışı ilə qısa müddət ərzində ev sahiblərində imanlı, dürüst şəxs kimi özünə qarşı etibar qazanaraq mənzildə sərbəst hərəkət etmək və istənilən yerdə təmizlik işləri apar maq imkanı əldə etdiyindən yataq otağındakı paltar dolabında olan sellofan paketdə külli miqdarda pul vəsaitinin olduğunu aşkar etdikdən sonra tamah niyyəti ilə qəsdən özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq barədə Məhkum2la razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Məhkum1 vaxtiylə işə götürülərkən mənzildən hər hansı bir dəyərli əmlak oğurlanacağı təqdirdə üstü və çantasının yoxlanılacağı barədə ev sahibi Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən xəbərdar olunduğu üçün birgə həyata keçirməyi planlaşdırdıqları oğurluğun aşkarlanması və ifşa olunması təhlükəsi yaranacağı halda Məhkum1 telefonla və sair şəkildə məlumat verilməsi, bu təhlükənin qarşısının alınması ilə bağlı aktiv və qabaqlayıcı hərəkətlər edilməsi məqsədi ilə hər dəf ə idarə etdiyi avtomobillə oğurluq hadisəsinin baş verdiyi mənzilin yerləşdiyi binanın yaxınlığına gələrək bir qədər kənarda gözləmək və pulları hissə-hissə gizli şəkildə ələ keçirdikdən sonra evin sakinləri tərəfindən üstündə aşkar edilməməsi üçün Məhkum1 qəbul edib özündə saxlayaraq sonradan aralarında bölüşdürmək üçün həmin əmlakı qəbul etmək məqsədi ilə Məhkum1 ilə birlikdə cinayətdə birgə icraçı qismində iştirak edən Məhkum2 talanmış əmlakı qəbul etmək barədə tapşırıq verərək qabaqcadan razılaşmaqla bir qrup şəxs halında külli miqdarda pul vəsaitini gizli olaraq talamaq niyyətini qətiləşdirmiş, bundan sonra Məhkum1 14 fevral 2021-ci il tarixdən 18 aprel 2021-ci il tarixədək olan müddətdə xidmətçi kimi çalışdığı qeyd edilən mənzilin yataq otağındakı paltar dolabında olan sellofan paket dən 20.100 manat və həmin dövrün məzənnəsi ilə 21.930 manat təşkil edən 12.900 ABŞ dolları pul vəsaitini, daha sonra vahid niyyətlə əhatə olunan qəsdlə 19 aprel 2021-ci il tarixdə ev sahibi Nizamədddin Əhmədov tərəfindən mənzildə saxlanılan pul vəsaitindən çatışmazlıq aşkar edilib bu məsələdə Məhkum1 şübhələnildiyi üçün pulların saxlanıldığı həmin otaqda video görüntüləri qeydə almaq məqsədi ilə quraşdırılan adapterə bənzəyən gizli kamera qurğusunu əvvəlcədən elektrikdən çıxarılmaması barədə xəbərdar olunmasına baxmayaraq kamera qurğusu olmasından şübhələndiyindən oğurluq niyyətini heç bir iz buraxmadan maneəsiz sərbəst həyata keçirmək üçün guya tozsoranı otağın bütün sahəsində istifadə etmək bəhanəsi ilə kameranın istifadə edildiyi, əslində əlverişsiz olan elektirik yuvasına daxil etmək adı ilə həmin qurğunu elektrik cərəyanından məqsədli şəkildə ayırıb görüntülərin qeydə alınmasının qarşısını aldıqdan sonra dolabda saxlanılan 2.900 manat və həmin dövrün məzənnəsi ilə 3.570 manat təşkil edən 2.100 ABŞ dolları nağd pulları gizli olaraq talamış, həmin müddətdə hər dəfə cinayətin törədilməsində birgə icraçı şəklində bilavasitə iştirak edən cinayətkar qrupun digər üzvü Məhkum2 əvvəlcədən razılaşdıqları kimi idarə etdiyi “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə və sonrakı müddətdə həmin cinayətin gedişində mənzildən oğurladıqları pul vəsaiti hesabına alınmış “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvanın yaxınlığına gəlib cinayətin aşkarlanması ilə bağlı hər hansı bir təhlükənin yaranacağı halda Məhkum1 xəb ərdar etməsi və sonuncudan oğurlanmış pulları təhvil almaq üçün gözləmiş, Məhkum1 isə öz növbəsində hər dəfə pul vəsaitlərini gizli yolla talayıb ələ keçirdikdən dərhal sonra üstündə aşkarlanmaması və cinayətin izlərini gizlətmək məqsədi ilə həmin vaxt evdə olan Zərərçəkmiş şəxs ailə üzvlərinə müxtəlif bəhanələr gətirməklə mənzildən çıxaraq binanın yaxınlığına gedib oğurladığı pulları özündə saxlamaq və sonradan aralarında bölmək üçün Məhkum1 gözləyən Məhkum2 təhvil verməklə özünə qarşı şübhə yaratmamaqdan ötrü yenidən mənzilə qayıtmış, bu müddətdə Məhkum1 vahid niyyətlə əhatə olunan qəsdlə Xalid Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla ələ keçirdikləri pul vəsaitindən məzənnəyə görə 1.700 manat təşkil edən 1.000 ABŞ dollarını bacısı Şahid4, 1.700 manat təşkil edən 1.000 ABŞ dollarını digər bacısı Şahid2 və 2.700 manatını sonuncunun övladı Şahid5 borc verib, 900 manatı övladı Şahid3 üçün cehizlik əşyaların alınmasına xərcləmiş, 11.000 manat hissəsini cinayətkar qrupun üzvü Məhkum2la birlikdə 12 aprel 2021-ci il tarixdə “Nissan Murano” markalı, **BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Məhkum1 adına etibarnamə əsasında alınmasına və təmirinə sərf edib qalan 30.500 manat pulu aralarında razılaşdıqları qaydada bölüşdürmüş, vahid cinayətkar niyyətin davamı olaraq, növbəti dəfə 20 aprel 2021-ci il tarixdə saat 10 radələrində Məhkum1 mənzildə olarkən ev sahibinin həyat yoldaşı Şahid1 qapısı örtülü olan digər otaqda “online” formatda dərs keçməsindən istifadə edib heç kimin onu görmədiyini və hərəkətlərinin gizli qalacağını güman etdiyi hal da faktiki olaraq Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən gizli şəkildə yataq otağında quraşdırılmış kameranın baş verənlərin video görüntülərini qeydə aldığı bir şəraitdə yataq otağında kənarda təmizlik işləri apardığı vaxt birbaşa qeyd edilən paltar dolabına yaxınlaşaraq qapısını asta şəkildə açıb həmin yerdən 3.400 manat və məzənnəyə görə 2.210 manat təşkil edən 1.300 ABŞ dolları nağd pul vəsaitini gizli olaraq talayıb əvvəlcədən razılaşdıqları qaydada cinayətkar qrupun digər üzvü Məhkum2 təhvil vermək üçün istifadəsində olan +**********34 nömrəsindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Məhkum2 istifadəsində olan +**********94 nömrəsinə zəng vurub oğurluğun baş tutması barədə xəbər vermiş və beləliklə, o Məhkum1yla qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyə tlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 54.110 manat məbləğində pulu gizli yolla talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən məruzəçi), X7 və X1 ibarət məhkəmə tərkibində) 24 oktyabr 2022-ci il tarixli, 1(101)-525/2022 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 20 aprel 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin ona təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxı lması və üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 6 yanvar 2022-ci il tarixdən hesablanması, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum2 22 sentyabr 2021-ci il tarixdən 24 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddətin ona təyin edilmiş 6 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanıl ması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 6 yanvar 2022-ci il tarixdən hesablanması, mülki iddianın qismən təmin edilməsi, Məhkum1 12840.50 AZN (on iki min səkkiz yüz qırx manat əlli qəpik), Məhkum2 12840.50 AZN (on iki min səkkiz yüz qırx manat əlli qəpik) tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş X5 mülkiyyətində olan, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 tərəfindən etibarnamə əsasında alınmış “Nissan Murano” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi, iddia tələbinin mənəvi ziyanın vurulması və qalan hissələrdə rədd edilməsi müəyyən edilmiş, hökml ə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
8. Hökmdən narazı qalan məhkumların müdafiəçiləri, Məhkum1 və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət məhkəmə tərkibində) 22 iyun 2023-cü il tarixli, 1(103)-629/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxslərin müdafiəçiləri, məhkum edilmiş şəxs Məhkum1 Ramiz qızı və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün məhkum edilmiş şəxslər Məhkum1 Ramiz qızı və Məhkum2 cəza təyin edilməsi hissəsində dəyişdirilməsi, həmin hökmlə Məhkum1 Ramiz qızına Azərbaycan Respu blikası CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) ilə endirilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddətin ona təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) ilə endirilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddətin ona təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə mülki iddianın qismən təmin edilməsinin Məhkum2 12840.50 AZN (on iki min səkkiz yüz qırx manat əlli qəpik) tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi hissəsində ləğv edilərək həmin hissədə mülki iddia üzrə icraata xitam verilməsi, mülki iddianın Məhkum1 Ramiz qızına münasibətdə təmin edilmiş hissəsinin dəyişdirilmədən saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Qərardan Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 Ramiz qızı tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
11. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik aktlarına istinadlar edərək göstərmişdir ki, Məhkum2 CM-in 32.5, 177.3.2-ci maddəsi ilə ittiham irəli sürürldüyündə, müstəntiq tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırılsa da, həmin vəsatət məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmə tərəfindən təmin edilməyərək həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında Məhkum2 barəsində həbs qətimkan tədbiri seçilmişdir, hesab edir ki, məhkəmənin bu mövqeyi qanunsuz və əsassız olmuşdur. Çünki ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı yalnız formal şahidlər ifadə vermiş, əslində isə onun təqsirləndirilən şəxs qismində cəlb olunması üçün heç bir mötəbər sübut olmamışdır. Hətta, Məhkum2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtinaya dair məhkəmənin qərarında qeyd edilmişdir ki, hazırki halda cinayət təqibi üzrə toplanılmış materiallar ona vəsatət və təqdimatda göstərilən cinayətin törədilməsi ehtimalına kifayət qədər əsas vermir. Qeyd edir ki, məhkəmənin həmin qərarından sonra ibtidai araşdırma orqanı tərəfindən heç bir dindirmə və üzləşdirmə istintaq hərəkəti aparılmamışdır.
12. Kassator şikayətinin dəlilləri qismində eyni zamanda, təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə istinadlar edərək birinci instansiya məhkəməsi tə rəfindən həmin ifadələrdəki ziddiyyətlər ilə əlaqədar olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığını qeyd edərək, Məhkum2 qarşı tamamilə əsassız ittiham verdildiyini bildirmişdir.
13. Bundan əlavə müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, nə qədərdə müdafiə mövqeyi olaraq Məhkum2 heç bir təqsiri olmaması qənaətində olsa da, hər bir halda hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, səhhəti - ağır xəstəliyi, yaşı, məşğuliyyət növü, ailə, maddi və sosial vəziyyəti, o cümlədən daimi yaşayış yerinin olması, himayəsində ailəsinin olması, ona istinad edilən əməlin xarakteri və törədilmə şəraiti, hətta onun təqsiri sübuta yetirilsə idi belə barəsində cəza təyin edilməsi zamanı nəzərə alınmalı idi, lakin apellyasiya instansiya məhkəməsi sadalanan halları nəzərə almamışdı r. Ümumiyyətlə hesab edir ki, sadalanan halların mövcudluğu onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi üçün əsasdır.
14. Məhkum2 müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundann sonra Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)-629/2023 nömrəli qərarının Məhkum2 aid hissədə ləğv edilərək, CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qə bul edilməsini xahiş etmişdir.
15. Eyni zamanda, iş üzrə digər Məhkum1 Ramiz qızı kassasiya şikayəti verərək, şikayətinin dəlilləri qismində barəsində olan hökm ilə razı olmadığını, onun qeyri-obyektiv olmasını qeyd edərək bildirmişdir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı maddi ziyanın çox hissəsini ödəmiş, hazırda zərərçəkmiş şəxsə 9681 manat borcu qalmışdır. İlk dəfə məhkum olunmasını, qadın-ana olmasını, səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurduğu ziyanın çox hissəsini ödəməsini nəzərə alaraq, qeyd etdiklərinə əsasən barəsində CM-in 62 və ya 70-ci maddələrini tətbiq etməklə ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir.
16. Verilmiş kassasiya şikayətlərinə qarşı zərərçəkmiş şəxsin nümayəndəsi (vəkili) Nümayəndə yazılı etiraz verərək qeyd etmişdir ki, hər iki ka ssasiya şikayətini qanunsuz və əsassız hesab edir. Belə ki, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiyva şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillərə də apellyasiya instansiya məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Etirazının dəlilləri qismində qeyd etdiklərinə və cinayət işi materiallarında öz əksini tapan sübutlara istinadən məhkəmə kollegiyasından, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
17. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, ona uyğun çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
19. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Nümayəndə Şəmsəddin oğlu hər iki kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
20. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
22. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışı nın predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
23. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cin ayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
24. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
25. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən c inayət işinə baxılarkən Məhkum2 təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum2 qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibi olmadığından barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
26. Həmçinin, Məhkum1 Ramiz qızı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən onun barəsində cəza təyin edilərkən əsassız olaraq yüngülləşdirici halların nəzərə alınmamasını, bununla da həddindən artıq ağır cəzaya məruz qalmasını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini, barəsində CM-in 62 və ya 70-ci maddələrinə əsasən daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
27. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)-629/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
28. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüqu qunun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
29. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
30. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir s übut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
31. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirli liyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
32. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
33. Məhkəmə kollegiyası Məhkum2 barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair Məhkum2 müdafiəçisinin arqumentlərini əsassız hesab edir.
34. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
35. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
36. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
37. Apellyasiya instansiya məhkəməsi məhkumun müdafiəçisi tərəfindən verilmiş, hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən sübutları bir daha ayr ı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum2 Azərbaycan Respublikası CM-in 177.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sübutlar) təsdiq olunduğu üçün, Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
38. Kollegiya qeyd edir ki, Məhkum2 müdafiəçisinin kassasiya şikayətinin dəlilləri qismində Məhkum2 ittiham oldunduğu cinayət əməlində cinayət tərkibinin mövcud olmaması, lakin məhkəmələr tərəfindən həmin məsələyə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəlinmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələyə cinayət işi materiallarında öz əksini tapan sübutların, xüsusi ilə də təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayis əli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər maddi sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, Məhkum2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
39. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisinin kassasiya şikayətinin “...təqsirləndirilən şəxs barəsində verilmiş həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiya məhkəməsinin qərarının nəzərə alınmamasına” dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində də eyni məsələ apellyasiya instansiya məhkəməsi qarşısında qaldırılmış və apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair məhkəmənin qərarının olması həmin cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməməsi və ya təqsirləndirilən şəxslər barəsində ittihamedici hökm çıxarılmaması üçün əsas deyildir.
40. Göründüyü kimi müdafiəçi tərəfindən nəinki apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edəcək hər hansısa bir dəlilə istinad edilmiş, əksinə olaraq kassasiya şikayətinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi qarşısında ir əli sürülmüş şikayətin dəlilləri təkrarlanmaqla kifayətlənilmişdir.
41. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri qismdində göstərilən məhkumlar Məhkum2 və Məhkum1 barəsində müdafiə tərəfinin yüngülləçdirici hal hesab etdiyi halların məhkəmə tərəfindən nəzərə alınmaması, bununla da onlara təyin edilmiş cəzanın şəxsiyyətlərinə və ailələrinin həyat şəraitinə uyğun olmaması, bununla da Məhkum2 təyin edilmiş cəzanın yüngülləşdirilməsi, həmçinin Məhkum1 təyin edilmiş cəzaya münasibətdə barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiqi mümkünlüyünə münasibətdə aşağıdakıları qeyd edir.
42. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xa rakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
43. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
44. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, h abelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
45. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
46. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
47. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
48. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və y a məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
49. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.
50. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
51. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
52. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi möv qeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum2 və Məhkum1 özlərinə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.
53. Belə ki, Məhkum2 və Məhkum1 barələrində bəraət hökmü çıxarılması, eyni zamanda barələrində daha yüngül cəza təyin edilməsinə dair iddia müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi məhkumlar barəsində bəraət hökmü çıxarılmasına dair iddialar ilə razılaşmasa da, hər iki məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 1(101)-525/2022 nömrəli hökmünü dəyişdirərək, Məhkum2 və Məhkum1 barələrində təyin edilmiş cəzanın həddini 5 (beş) ilə endirərək, onlar üzərində ayrı-ayrılıqda qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qənaətinə gəlmişdir.
54. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilməsi haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum1 Ramiz qızı və Məhkum2 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın məhkum olunmuş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alsa da, təqsirli bilindikləri Azərbaycan Res publikası CM-in 177.3.2-ci maddəsinin sanksiyası hüdudlarından kənara çıxmasa da, faktiki olaraq onlara ağır cəza təyin etmişdir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin ziyanın qismən ödənilməsini yüngülləşdirən hallar kimi nəzərə almış və ağırlaşdıran hallar müəyyən etməmişdir. Lakin, apellyasiya icraatı zamanı dəymiş ziyan məhkum edilmiş şəxs Məhkum2 münasibətdə onun tərəfindən tam şəkildə ödənilmişdir. Bundan başqa, Məhkum1 Ramiz qızı tərəfindən də apellyasiya icraatı zamanı dəymiş ziyanın bir qismi də ödənilmişdir. Qeyd edilənlərə əsasən, belə nəticəyə gəlinir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum1 Ramiz qızına və Məhkum2 hökmlə təyin edilmiş cəzanın həddinin yüngülləşdirilməsi ilə Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin edilmişdir. 55 Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum2 və Məhkum1 Ramiz qızının müdafiəçilərinin, həmçinin sonuncunun özünün apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 və Məhkum1 Ramiz qızının cinayət əməllərinin hüquqi tövsifi və onlara təyin edilmiş cəza barədə qənaətlərini şübhə altına al maq üçün əsas görmür.
56. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 törətdiyi cinayət əməlinin tövsifinə və hər iki məhkuma təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
57. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)-629/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə k ollegiyası QƏRARA ALDİ: Məhkum2 və Məhkum1 Ramiz qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 1(103)629/2023 nömrəli qərarı Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 Ramiz qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.