Məhkəmə qərarları › İş №1(102)-114/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-114/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-114/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 11 iyul 2024-cü i l tarixli 1(105)-376/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elçin Məmmədov (sədrlik edən və məruzəçi) Nurəddin Hüseynli və Nahid Mirzəyev) 15 aprel 2024-cü il tarixli 1(124)122/2024 nömrəli hökmü ilə xx xxxxxx 1982-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsin də çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 4850 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1015 qram çəkidə narkotik vasitə heroin əldə etmək məqsədilə "Tiktok" sosial şəbəkəsində tanış olduğu özünü İran vətəndaşı kimi təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxslə "WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayaraq həmin narkotik vasitələri sifariş etmiş, alacağı narkotik vasitələrin bir ədəd dəmir qutunun içərisinə yerləşdiril miş vəziyyətdə qoyulması barədə ona mesaj gəldikdən sonra yaşadığı Bakı şəhərindən çıxaraq, həmin şəxs tərəfindən "WhatsApp” vasitəsilə ona göndərilmiş “məkan"a uyğun olaraq Quba rayonu, Amsar kəndində, Ağ çayın kənarında yerləşən istifadəsiz və baxımsız ferma ərazisinə gəlib, bu ərazidə yerləşən köhnə tikilinin içərisinə daxil olaraq qutunu götürmüş, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 13 noyabr 2022-ci il tarixdə, saat 24 radələrində qutunu götürüb gedərkən tikilinin içərisində saxlanılmış və həmin tikiliyə baxış keçirilən zaman qeyd olunan qutunun içərisindən bir ədəd sellofan paketdə xalis çəkisi 4850 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ə dəd sellofan paketdə xalis çəkisi 1015 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılov) 11 iyul 2024-cü il tarixli 1(105)-376/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 1(124)-122/2024 nömrəli hökmü ilə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 11 iyul 2024-cü il tarixli 1(105)-376/2024 nömrəli qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddə sinə tövsif edilməsi və həmin maddənin sanksiyasında daxilində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və ədalətsizdir. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi iş üçün həlledici və tövsifedici əhəmiyyətə malik olan hallar barəsində işin faktiki hallarına, həqiqətə və istinad etdiyi sübutların məzmununa uyğun olmayan qənaətə gəlmiş və ona səhvən ağır cəza nəzərdə tutan cinayət qanununu tətbiq etmişlər. O, tutulduğu andan etibarən hadisənin necə baş verdiyinə dair ətraflı, təfsilatlı, doğru izahat və ifadə vermişdir. Məhkəmələr bu izahat və ifadələrində göstərilən halları heç bir sübut v ə dəlillə təkzib etmədən, onları müdafiə məqsədilə yalan ifadə kimi qeyd etmişdir. Məhkəmə aktlarında onun “külli miqdarda narkotik vasitə, yəni 4850 qram çəkidə qurudulmuş marixuana və 1015 qram çəkidə heroin əldə etmək məqsədilə” “Tiktok" sosial şəbəkəsində özünü Vahid adı ilə təqdim edən şəxslə tanış olmağı barədə qeyd olunanların heç bir əsası yoxdur. Çünki o, onun kim və nə işlə məşğul olduğunu bilmirdi. “Tiktok" sosial şəbəkəsində narkotikin satışı ilə bağlı bir elan da yerləşdirilməmişdir ki, o, ona narkotik almaq üçün müraciət etsin. Özünü Vahid kimi təqdim etmiş şəxsin ona narkotiki hansısa qutunun içində gizlədəcəyinə dair mesajı olmamışdır. Yəni o, hansısa qutunun içində narkotikin olacağını bilə bilmirdi. Bunu bildiyinə dair iş materiallarında hər hansı bir sübut da yoxdur. Onu n narkotik vasitəni əldə etmək məqsədi onu satmaq olduğuna dair məhkəmə heç bir mötəbər sübuta əsaslanmamışdır. Onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi yoxdur. Çünki, o, göstərilən külli miqdarda narkotik vasitələri nə əldə etmək niyyəti olub, nə satmaq məqsədi olub, nə onların yerini bilmişdir, nə əldə edə bilmiş, nə də saxlamışdır. O, “Tiktok” sosial şəbəkəsi vasitəsilə tanıdığı Vahid adlı şəxsin təklifi əsasında yalnız və yalnız özünün qəbul etməyi üçün tələb olunan miqdarda narkotik vasitə əldə etmək üçün onun mesajla göndərdiyi təlimata əməl edərək mesajda göstərilən ünvana getmiş, lakin narkotik vasitələri götürməzdən əvvəl polis əməkdaşları tərəfindən tutulmuşdur. O, göstərilən yerə qoyulacaq narkotik vasitənin 4850 qram çətənə b itkisindən və 1015 qram heroindən ibarət ola biləcəyini nəinki bilməmiş, heç ağlına da belə gətirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun kassasiya şikayətinin dəlillərinə münasibətini dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun fikrincə əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərk ibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından göründüyü kimi, onları fərqləndirən əsas əlamətlər “satma” və ya “satış məqsədi”dir. Bu əlamətlər olmadıqda, külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz əldəetmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə bağlı hərəkətlər CM-in 234.1-1-ci maddəsinə əsasən tövsif edilir. Əgər həmin əlamətlər mövcuddursa, həmin hərəkətlər CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunur. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və tə qsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işə təqsirləndirilən şəxs Məhkum müdafiəçisinin apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə aşağıda göstərilənlərə əsasən razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 iyun 2024-ci il tarixli 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vas itələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sübutlar əsasında müəyyən edilmiş işin hallarından görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda, yəni 4850 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1015 qram çəkidə narkotik vasitə heroini istintaqla müəyyən edilməmiş şəxsdən əldə etmişdir. İşə baxan məhkəmələr Məhkum əldə etdiyi narkotik vasitələrin müxtəlif növdə və külli miqdarda olmasını onların satış məqsədi ilə əldə edərək saxlamasını təsdiq edən hallar kimi nəzərə almış və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 iyun 2024-ci il tarixli 8 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərs ə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkumun özünün istifadəsi üçün tələb olunan miqdarda narkotik vasitəni almaq istədiyi barədə kassasiya şikayətinin dəlili cinayət işi üzrə sübutlarla təkzib olunur. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 11 iyul 2024-cü il tarixli 1(105)-376/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsas ən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 11 iyul 2024-cü il tarixli 1(105)-376/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar