Məhkəmə qərarları › İş №1(102)-1141/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1141/2019

14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1141/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib- katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxsin nümayəndəsi X3, müdafiəçi-vəkil X4 iştirakları ilə, Şirvan şəhər məhkəməsinin 07 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəs ində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan şəhər məhkəməsinin (hakim X8) 07 fevral 2019-cu İl tarixli hökmü ilə, Məhkum-14 May 1978-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri ************************ qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökm ünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, "xxxx" MMC-nin direktoru olarkən Şirvan şəhəri, ************ küçəsində yerləşən torpaq sahəsindən və onun üzərində yerləşən obyektdən qanunsuz olaraq 2009-cu ilin yanvar ayından 2010-cu ilin iyun ayına kimi istifadədən məhrum olması nəticəsində dəymiş 17.300 (on yeddi min üç yüz) manat məbləğində maddi ziyanı “S6 ” KFT-yə ödənilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 iyun 2013-cü il tarixli 21(106)117/2013 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli 3(106)-99/2016 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə t utulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə 17 avaqust 2017-ci ildə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə Şirvan Apellyasiya Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2-1(106)117/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: X11, hakimlər: X18 və X12 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 07 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini, əməllərində CM-nin 306.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə barəsində bəraət hökmü çıxarılmasını və yaxud cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru X13 tərəfindən tərtib edilmiş 09 iyun 2016 -cı il tarixli inzibati xəta haqqında protokola görə "xxxx" MMC-dən 17.300 manat məbləğində maddi ziyan alı naraq “S6” kəndli (fermer) təsə rrüfatına ödənilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 2 -1(106)-117/2013 saylı 24 iyun 2013 -cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar "xxxx" MMC-nin əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcək əmlak və gəlir müəyyən edilmədiyindən icra vərəqəsində göstərilən borc ödənilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə “Bərəkətli MMC”-nin Şirvan şəhəri *********** küçəsində yerləşən “S6 KFT”-a məxsus olan qeyriyaşayış obyektindən 10.06.2010-cu il tarixindən 07 avqust 2014-cü il tarixədək olan 49 ay 27 gün müddətində qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda formasında vurulmuş ziyana görə 49.900 manat pulun “Bərəkətli MMC”-dən alınaraq “S6 KFT” ödənilməsi qət edilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar “Bərəkə tli MMC”-nin əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin könüllü yönəldilə biləcək əmlak və gəliri müəyyən edilməmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə “Bərəkətli MMC”-nin direktorunun müəyyən edilməsi üçün 5 Saylı ƏVİ sorğu edilmiş və müəyyən edilmişdir ki, “Bərəkətli MMC”- nin direktoru Məhkumdur. Bununla bağlı protokol baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmiş və Şirvan Şəhər Məhkəməsinin 08 avqust 2017-ci il tarixli 3(032)422/2017 saylı qərarına əsasən (hakim Məhkum) barəmdə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan tələbkar “S6 KFT”-nin sədri X19 şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli 3(106)152/2017 saylı qərarına əs asən (hakim Rafiq Cəfərov) tələbkar “S6 KFT”-nin sədri X9 şikayəti təmin edilməmiş və Şirvan Şəhər Məhkəməsinə göndərilmiş və Şirvan Şəhər Məhkəməsinin 08 avqust 2017-ci il tarixli 3(032)422/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-117/2013 saylı 24 iyun 2013 -cü il tarixli qətnaməsi ilə “S6” kəndli (fermer) təsərrüfatının iddiası təmin edilmiş, 17.300 manat pulun "xxxx" MMC-dən tutularaq “S6” kəndli (fermer) təsərrüfatına ödənilməsi və Şirvan Apellyasiya Məhkəməsinin 01 avqust 2016-cı il tarixli 22(106)16/2016 saylı qətnaməsi ilə “Bərəkətli MMC” Şirvan şəhəri ********** küçəsində yerləşən “S6 KFT” yə məxsus olan qeyri-yaşayış obyektindən 10.06.2010- cu il tarixindən 07 avqust 2014-cü ilin avqust aymadək olan 49 ay 27 gün mü ddətində qanunsuz istifadısi nəticəsində əldən çıxmış fayda formasında vurulmuş ziyana görə 49.900 manat pulun “Bərəkətli MMC” alınaraq “S6 KFT” ödənilməsi qət edilmiş, qətnamələr qanuni qüvvəyə minmiş və icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şirvan Şəhəri Üzrə İcra Şöbəsinə verilmiş 13 iyun 2016-cı il tarixli arayışdan görünür ki, “Baş Məşğulluq İdarəsi nəzdində "xxxx" MMC 13.08.2010 və 24.07.2015-ci il tarixlərdə təqdim etdiyi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayışlara əsasən 13.08.2010-cu ildən 02.08.2020-ci il tarixinədək sahibkarlıq fəaliyyətini dayandırmışdır. B elə olan halda məhkəmə aktının qəsdən icra olunmamasından söhbət gedə bilməz. Bundan başqa, MMC-nin təsisçisi mən deyiləm. Baş Məşğulluq İdarəsi nəzdində "xxxx" MMC-nin nizamnaməsinin 5.1-ci bəndində göstərilir ki, Cəmiyyət öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir. Nizamnamənin 9.2-ci bəndinin ə) yanmbəndində göstərilir, cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə qanunvericilikdə başqa şərtlər müəyyən edilmədikdə zərərin ödənilməsi qaydası aiddir. Nizamnamənin 9.3-cü bəndində göstərilir, direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir. Ümumi yığıncağın tədqiqinə verilən sənədləri hazırlayır, CƏMİYYƏTİN adın dan əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, işçiləri vəfizəyə təyin edir, başqa işə keçirir, vəzifədən azad edir, onlann vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər verir. Direktor CƏMİYYƏTİN hər hansı bir təsisçinin tələbi ilə müəssisəyə vurduğu zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada öd əməyə borcludur. O cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-52.2-ci maddələrində göstərilir, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir; Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Növbəti bir dəlili nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 12 avqust 2016-cı il tarixli 02-177/1 saylı əmrinə əsasən mən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişəm. Yəni, cəmiyyətin öhdəliyinin məndən əvvələ və məndən sonrakı dövrə heç bir aidiyyəti yoxdur, bundan ötrü məsuliyyət daşımıram. Əksinə qətnamənin icrası ilə bağlı direktor olduğum dövrlərdə çağışırşalar gedərək müəssisənin fəaliyyətnin dayandırmasım və müəssisənin borcunun müəssisə öz fəaliyyətini bərpa etdikdən sonra icra edəcəyini bildirmişəm. O cümlədən, icra məmurlarına müəssisənin əmlakının siyahısım tıəqdim edərək satılması və borcun ödənilməsi istiqamətində hərəkətlər aparılmasını xahiş etmişəm. Bundan başqa, eyni məhkəmə aktının icrası ilə bağlı məhkəmənin 08.10.2015-ci il tarixli qərarı ilə Məhkum yox, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan başqa, Şirvan Şəhər Məhkəməsinin 24 dekabr 2017-ci il tarixli qərardadına əsasən icra məmurunun təqdimatı təmin edilməmişdir. Həmin qərardadda göstərilir ki, Məhkum ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırıla bilməz ona görə ki, o, həmin qətnamənin icrasına cavabdehlik daşımır (analoji növbəti məhkəmə aktı). Belə olan təqdirdə məhkəmə aktları arasında ziddiyyət yaranır və Konstitusion hüquqlarım pozulur və icra məmurları tərəfindən məndən əsassız olaraq qətnamənin icrası tələb olunur. Qərardan görünür ki, müdafiə tərəfi olaraq təqdim etdiyimiz sübutlar ümumiyyətlə əks olunmamış, yalnız ittiham aktında olan istintaq orqanının istinad etdiyi hallar köçürülmüşdür. Yalnız müdafiə tərəfinin sübut kimi təqdim etdiyi xəstəlik barədə sənədlər olmuşdur (hansı ki, bu sənədlər mənim günahsızlığımı yox, cəza manı nəzərə alınacaq hallarla bağlıdır). Halbuki, məhkəmə aktları arasında ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə verilmiş Konstitusiya Məhkəməsinə sorğu barədə vəsatətin təmin olunması məsələyə hüquqi aydınlıq gətirərəcəkdi. Bundan başqa, müdafiə tərəfinin qətnamənin icrasından yayınmadığımızı sübut edə biləcək ərizələrimiz, borcun ödənilməsi ilə bağlı müəssisənin vəsaiti olan materiallara qiymət qoyulması üçün məhkəmə-əmttəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətimiz də əsassız olaraq vaxtında verilə bilərdi əsası ilə r ədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də eyni mövqeyi nümayiş etdirmişdir. Halbuki, həmin vəsatətlərin təmin olunması mübahisənin həlli üçün zəruri məsələlərdən idi. Çünki, borcluya həmin əmlaklar təklif olunsa da, icra məmurları və tələbkarın formal mülahizələrinə əsasən yararsız halda olması bəhanə gətirilərək götürülməkdən imtina edilmişdir. Hansı ki, məhkəmə iclası zamanı həm icra məmuru, həm dövlət ittihamçısı belə bir rəyin olmadığını etiraf etdilər. Bundan başqa, ittiham aktında göstərilən “17 avaqust 2017-ci ildə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə Şirvan Apellyasiya Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2-1(106)-117/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir” həqiqəti əks etdirmir. Çünki, mən Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 12 avqust 2016-cı il tarixli 02-177/1 saylı əmrinə əsasən mən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişəm. Halbuki, icra məmuru Yalçın Məmmədov məhkəmə iclası zamanı verilmiş suala cavab olaraq bildirmişdir ki, 49.900 manat pul tələbi ilə bağlı icra vərəqəsi üzrə Məhkum ona görə məsuliyyətə cəlb etməmişik ki, o, həmin dövrdə artıq direktor vəzifəsində deyildi. Bu isə paradoksal hal deməkdir. Diqqət yetirdikdə görünür ki, hər iki məhkəmə aktı əldən çıxmış fayda (vurulmuş ziyanla) bağlı məsələ ilə bağlıdır və hər 2 məsələ ilə bağlı məhkəmə aktı qəbul edilən zaman direktor mən olmuşam. Lakin 49.900 manat borc tələbi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin qərarının olması nəzərə alına raq məni həmin məsələ ilə bağlı məsuliyyətə verməkdən daşınmış, yalnız Şirvan Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarını əsas gətirərək 17.300 manatı məndə əsassız olaraq tələb etməyə başlamışlar. Bundan baqşa, şahid X5 məhkəmə iclası zamanı ifadə verə bilmədiyi və işlə bağlı məlumatının olmadığını göstərdiyi halda, hökmdə bu hal X7 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etməsi kimi göstərilmişdir. Bundan başqa, məhkəmə iclasında qətnamənin icrasından yayınmadığımı sübut edən əldə olan əmlakların satılaraq pula çevrilməsini və tələbkara ödənilməsini təsdiqləyən Şirvan Şəhəri Üzrə İcra və Probasiya şöbəsinin rəisi Y6 təklifimizi sübut edən video görüntüyə də məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Bundan başqa, icra mərhələsində verdiyim bütün izahatlarda "xxxx" MMC-nin fəaliyyətini dayandırmasını, borcun MMC-yə aid olduğunu, fəaliyyətini bərpa etdikdən sonra borcun ödəniləcəyini, balansda olan əmlakların satılması üçün müvafiq tədbirlərin görülməsini bildirmişəm. Çünki, hazırda tələbkarın təsərrüfatında, lakin, mənim balansımda olan əmlakları mən sata bilmərəm. Ora tərəfimdən har hansı formada müdaxilə etmək mənim üçün məsuliyyət yaradır. Lakin bütün yuxarıda göstərdiyim dəlillər məhkəmə tərəfindən araşdırılmamış vəı hüquqi qiymət verilmədən qalmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyi b hesab edir ki, kassasiya şikayəti təmin edilməli və Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməs inin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 iyun 2013-cü il tarixli 2-1(106)-117/2013 saylı qətnaməsi ilə Şirvan şəhəri, ********** küçəsində yerləşən torpaq sahəsindən və onun üzərində yerləşən obyektdən qanunsuz olaraq 2009-cu ilin yanvar ayından 2010-cu ilin iyun ayına kimi istifadədən məhrum olması nəticəsində dəymiş 17.300 (on yeddi min üç yüz) manat məbləğində maddi ziyanın ca vabdeh "xxxx" MMC-dən alınaraq “S6” KFT-a ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə elan edilmiş ittihama görə Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, həmin qətnaməni üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinıərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə 17 avqust 2017-ci ildə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə Şirvan Apellyasiya Məhkəməsinin 24 iyun 2013-c ü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 24 iyun 2013-cü il tarixli qətnaməsində və həmin qətnamənin icrası üçün 13 fevral 2014-cü il tarixdə verilmiş icra vərəqində, eləzə də icraya başlamaq haqqında icra məmurunun 27.02.2014-cü il tarixli qərarında borclu-cavabdeh kimi "xxxx" MMC göstərilmişdir. Cinayət işi üzrə məhkəmə qərarlarında hansı normativ akta əsasən "xxxx" MMC-nin cavabdeh olduğu qətnamənin icra edilməməsinə görə həmin hüquqi şəxsin sabiq direktoru Məhkum mülki və cinayət məsuliyyəti daşımalı olması, hansı hərəkətləri ilə qətnamənin icrasına mane olması göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 306.2- ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə, eyni əməlləri vəzifəli şəxs tərəfindən törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 05 saylı ərasi vergilər idarəsinin və dövlət yol polisindən sorğulara alınmış savablardan "xxxx" MMC-nin hər hansı əmlakının və maliyyə vəsaitinin olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iclasında icra məmurları X7 və X16 ifadələrindən də müəyyən edilir ki, Məhkum əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmiş, lakin onun adına əmlak aşkar olunm amış, aşkar olunmuş əmlaklar isə yararsız olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalini sosial müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 02 sentyabr 2014-cü il tarixli məhtubunda göstərilir ki, 2003-cü ildə Baş Məşğulluq İdarəsinin (Dövlət Məşğulluq Xidmətinin) nəzdində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış və cəmiyyətə 27800,00 manat pul köçürülmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınmış, adları, sayı, qiyməti və məbləği göstərilmiş inventarlar hazırda cəmiyyətin balansındadır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınmış inventarların qeyd edildiyi inventarizasiya aktının surəti əlavə olunmuşdur. Həmin məktuba əlavə edilmiş inventarizasiya aktında 18 adda 49 ədəd 24784 manat dəyərində əmlakları n olduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan 07.08.2014-cü il tarixli “S6” KFT-a məxsus "xxxx" MMC-nin istifadə etdiyi icarə obyektindən sonuncunun çıxarılmasına dair icra məmurlarının tərtib etdiyi aktda göstərilmişdir ki, obyekt icarəyə verilərkən orada mövcud olmuş və sonradan istifadə edilən çörək məmulatlarının istehsalı ilə əlaqədar avadanlıqlar, o cümlədən peç, katyol, xəmiryoğuran, kündəvuran, kündəkəsən aparatlar obyekt təhvil verilərkən aşkar edilmədi. Həmin akt tərtib edilərkən Məhkum iştirak etməmiş, "xxxx" MMC-nin mühasibi kimi aktda iştirakı göstərilmiş X2 isə aktı imza etməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsində icra məmuru X13 göstərmişdir ki, təqdim olunmuş siyahı əsasında əmlaka baxış keçirilmiş ("xxxx" MMC-nin çörəkbişirmə avadanlıqları nəzərdə tutulur), lakin həmin əmlaklar yararsız olduğundan borcun həmin əmlakın satışı hesabına ödənilməsi mümkün olmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələrində təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlər verərək mütəxəssilərin iştirakı ilə "xxxx" MMC-nin balansında göstərilən çörəkbişirmə məmulatlarına baxış keçirilməsi və onların qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsi icra sənədi verildiyi vaxtdan 3 il 9 ay keçən müddətdə ekspertizanın keçirilməsi barədə məsələ irəli sürülmədiyindən həmin vəsatəti əsassız hesab edib təmin etməmişdir. Məhkum tərəfindən 23.04.2019-ci il tarixdə imzalanmış eyni məzmunlu əlyazma vəsatət Şirvan Apellyasiya Məh kəməsinin Cinayət kollegiyası tərəfindən cinayət işinin materiallarına əlavə edilsə də həmin tarixli məhkəmə iclasında müzakirə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış məhkəmələr Məhkum hərkətlərində qanuni qüvvəli məhkəmə qətnaməsinin icrasına maneçilik törətmə əməllərinin olub-olmamasını müəyyən edilməsi üçün, onun ifadələrində göstərdiyi və Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 02 sentyabr 2014-cü il tarixli məktubunda göstərilən "xxxx" MMC-nin balansında olan, 18 adda 49 ədəd 24784 manat dəyərində çörəkbişirmə məmulatlarının mövcudluğu və yararlılığının yoxlanması və qiymətləndirilməsi əvəzinə, bu məmulatların yararsızlığı barədə icra məmurunun heç bir mötəbər sübutla əsaslandırılmayan ifadə sini protokolda göstərməklə kifayətlənmişdir. Nə birinci instansiya məhkəməsi, nə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası mütəxəssislərin iştirakı ilə həmin məmulatlara baxış keçirməli, müvafiq texniki və əmtəəşünaslıq ekspertizaları təyin etməli olduğu halda bunları etməmişdir. Cinayət işinin materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 24 iyun 2013-cü il tarixli qətnaməsinin icrası vəzifəsi üzərinə qoyulmuş "xxxx" MMC-nin balansında olan 18 adda 49 ədəd 24784 manat dəyərində əsas vəsaitlərin, çörəkbişirmə məmulatlarının mövcudluğu barədə məlumatlar olsa da nə icra məmuru, nə də cinayət işinə baxmış məhkəmələr həmin məlumatların həqiqiliyini yoxlamamış bu barədə "xxxx" MMC-nin təsisçisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə rəsmi sorğu verməmiş, təsisçinin nümayəndəsi prosesə cəlb edilməmişdir. Həmin əsas vəsaitlərin israf edilməsi və yararsız hala salınması barədə məlumatların həqiqiliyi yoxlanılmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə iclaslarında Məhkum təkcə balansında olan sobanın ağırlığının 15 ton olduğunu və onun əvvəllər "xxxx" MMC-nin icarəsində olan obyektdə saxlandığını göstərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 02 sentyabr 2014-cü il tarixli məktubuna əlavə etdiyi inventarizasiya aktında həmin sobanın qiyməti 15928,60 manat göstərilmişdir. Lakin məhkəmələr bu halların əsaslılığını yoxlamamışlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə sübutların toplanması, təd qiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Təqsirləndirilən Məhkum irəli sürdüyü dəlillər və sübutlar tədqiq edilib araşdırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 416.0.1 və 416.0.2-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmi yyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Yeni apellyasiya baxışı zamanı yuxarıda şərh edilənlər tam, hərtərəfli və obyektiv araşdırılmalı, qanun pozuntularına obyektiv hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar