Məhkəmə qərarları › İş №1(102)-1141/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1141/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1141/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Mahmudov Vidadi Cəmil oğlunun, Məhkum və onun müdafiəçisi Məmiyev İsa Haqverdi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2350/20 23 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qız tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs1 nümayəndəsi Mahmudov Vidadi Cəmil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx 1959-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, 2-ci dərəcəli əlil, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamışdır. 2. 17 avqust 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, etibardan sui-ist ifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 özünü daşınmaz əmlak alqı-satqısı və sənədləşməsi işləri ilə məşğul olan və bu sahədə geniş əlaqələrə malik şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs1 gələcəkdə bina inşa etmək üçün torpaq sahəsi almaq istədiyini bildikdə bu məsələdə özünün yaxından köməklik göstərə biləcəyini deyərək Bakı şəhəri ərazisində bir neçə ünvanda boş torpaq sahələrini, o cümlədən ünvan 4nda şose yolunun kənarında yerləşən və yaşıllıq ərazisi hesab edilən 600 kvadrat metr torpaq sahəsini göstərib guya sonuncu torpaq sahəsinin özünə məxsus olması barədə yalan məlumat verərək həmin torpaq sahəsini ilkin olaraq 250.000 manata Zərərçəkmiş şəxs1 almağı təklif etmiş və deyilən məbləği bir dəfəyə ödəyə bilməyəcəyi halda ödənişlərin hissə-hissə edilməsi ilə bağlı ona şərait yaradacağını deyib inam və etibarını qazandıqdan sonra qeyd edilən torpaq sahəsi ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Zərərçəkmiş şəxs1 arvadı Şahid3 adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı halda razılaşdıqları məbləğin ödənilməsi və hadisələrin sonrakı gedişində guya torpaq sahəsinin sənədləşdirilməsi, ərazidən keçən qaz xəttinin yerinin dəyişdirilməsi və digər məsələlərin həlli üçün lazım olan əlavə xərclərin ödənilməsi adı ilə Zərərçəkmiş şəxs1 02 iyul 2010-cu il tarixdən 19 mart 2013-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 147 ünvanında Zərərçəkmiş şəxs1 fəaliyyət göstərdiyi ofisdə, Bakı şəhəri ərazisində müxtəlif yerlərdə, sonuncu dəfə isə Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 7 ünvanının qarşısında hissəhissə olmaqla ümumilikdə 304.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 304.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq sahəsində ali təhsilə və iş təcrübəsinə malik olmadığı halda ali tibb təhsilini xaricdə davam etdirmək istəyən Azərbaycan Tibb Universitetinin tələbəsi Zərərçəkmiş şəxs2 yalandan özünü hüquqşünas kimi təqdim edərək dövlət xətti ilə xaricdə təhsil alınması ilə bağlı hüquqi məsələlərin tənzimlənməsində təcrübəsinin və bu sahədə geniş əlaqələrinin olduğuna inandırıb etibarını qazandıqdan sonra tibb sahəsində ali təhsilini davam etdirmək üçün onun Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universtitetinə tələbə kimi köçürülməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadan bu adla 2017-ci ilin may ayından həmin ilin noyabr ayının əvvəllərinə kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri Yasamal rayonu ərazisində müxtəlif yerlərdə, sonunc u dəfə isə Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında hissə-hissə olmaqla ümumilikdə 7.000 manat pul vəsaitini və guya Quba rayonundan olduğu üçün bu məsələləri həll edən şəxslərə hörmət əlaməti olaraq bəxşiş vermək adı ilə 100 manat dəyərində alma məhsulunu Zərərçəkmiş şəxs2 alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 7.100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 dövlət tərəfindən xəstəliyə görə pensiya təyin edilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadığı halda bu adla 2019-cu ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs3 ünvan 8 ünvanının qarşısında 4200 manat pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 4200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Daha sonra, o, 14 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-247/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əm əllərinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, ibtidai istintaq dövründə həbs və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 09 (doqquz) gün müddətin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və həmin müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla üzərində 02 (iki) il 07 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1000 (min) manat cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin yeni hökmlə toplanılması və cərimə cəzasının müstəqil icra olunması, Məhkum elan olunmuş ittihamdan onun Zərərçəkmiş şəxs1 48000 (qırx səkkiz min) manatını ələ keçirməsi hissəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 39.1.3-cü maddəsində göstərilən əsaslarla xaric olunması hökm edilmiş, həmçinin mülki iddia, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Məmiyev İsa Haqverdi oğlu apellyasiya şikayəti verib, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini xahiş etmişdir.

5. Hökmdən həmçinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi (vəkil) Mahmudov Vidadi Cəmil oğlu apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verib hökmün hissəvi ləğv edilməsini, Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətdiyi külli miqdarda dələduzluq cinayətinə görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, mülki iddianın təmin edilməyən hissədə tam təmin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir.

6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2350/2023 nömrəli, 25 dekabr 2023-c ü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-247/2023 nömrəli, 25 oktyabr 2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qız kassasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Mahmudov Vidadi Cəmil oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilir ki, Məhkum ibtidai istintaq və məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 aldadaraq 304000 manat pulunu ələ keçirməsini təkzib etsə də, işin faktiki halları ilə, cinayət işinin materiallarında olan sübutlarla (zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, pulun bir qisminin alınmasına d air əlyazma, bankdan kreditin alınması və s. sənədlərlə) onun zərərçəkmiş şəxsi aldadaraq 02 iyul 2010-cu il tarixdən 19 mart 2013-cü il tarixədək olan müddət ərzində hissə-hissə cəmi 304000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi tam təsdiq olunmuşdur. Lakin məhkəmə hökmündə həmin epizodla bağlı reallıqdan uzaq, ziddiyyətli subyektiv nəticəyə gəlmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 02 iyul 2010-cu il tarixli əlyazmanın mətnindən görünür ki, 48000 manat məbləğində pul vəsaiti Məhkum iddia etdiyi kimi torpaq sahəsinə görə verilmiş ümumi pulun məbləği deyil, məhz beh qismində verilən ilkin məbləğdir. Bundan başqa 48000 manat məbləğin beh olaraq verilməsi onu göstərir ki, həmin torpaq sahəsinin alınması üçün razılaşdırılmış məbləğ külli miqdarda olmuş, çünki belə olan halda tərəflərin razılığı əsasında tərtib olunmuş aktda beh sözü yazılmaz, əksinə pulun tam şəkildə ödənilməsi göstərilmiş olardı. Məhkəmə epizodlar üzrə eyni xarakterli sübutları, yəni şahid və zərərçəkmiş ifadələrini qiymətləndirərkən birini digərinə nisbətdə daha mötəbər hesab etməsi ilə bağlı qənaətini əsaslandırmamış, ibtidai istintaq və məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 verdiyi ifadələri digər sübutlarla yanaşı nəzərə almamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qərarını qəbul edərkən cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məcmu qaydada qiymətləndirməmiş və tədqiq etməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız olaraq qüvvəsində saxlamışdır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2350/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Kassasiya şikayətində kassasiya protesti ilə eynilik təşkil edən dəlillər göstərilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2350/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlər inin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir f aktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübu tların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişlərini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2350/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd ed ir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsus i hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla, cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq kassasiya müraciətlərinin Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsaslı hesab edir.

23. Belə ki, Konstitusiya Məhkə məsi Plenumunun bir sıra qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbayca n Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli Qərarları).

24. İstər kassasiya protestinin, istərsə də kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs olduğu epizod üzrə sübutların tədqiqində birtərəf mövqedə olmamış, iş üzrə eyni xarakterli sübutları, yəni şahid və zərərçəkmiş şəxslərin ifadələrini qiymətləndirərkən birini digərinə nisbətdə daha mötəbər hesab etməsi ilə bağlı qənaətini əsaslandırmamışdır.

25. Belə ki, digər 2 epizodla yanaşı istintaq orqanı tərəfindən Məhkum qarşı ittiham verilmişdir ona gö rə ki o, Zərərçəkmiş şəxs1 ünvan 4nda şose yolunun kənarında yerləşən və yaşıllıq ərazisi hesab edilən 600 kvadrat metr torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sonuncunun arvadı Şahid3 adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq razılaşdıqları məbləğin ödənilməsi və hadisələrin sonrakı gedişində guya torpaq sahəsinin sənədləşdirilməsi, ərazidən keçən qaz xəttinin yerinin dəyişdirilməsi və digər məsələlərin həlli üçün lazım olan əlavə xərclərin ödənilməsi adı ilə Zərərçəkmiş şəxs1 02 iyul 2010-cu il tarixdən 19 mart 2013-cü il tarixədək olan müddət ərzində müxtəlif yerlərdə və vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 304.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə et mə və aldatma yolu ilə ələ keçirərək külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

26. İttihamla bağlı məhkəmə araşdırmaları zamanı verdiyi ifadəsində Məhkum o cümlədən qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs1 2007-ci ildə torpaq statistika idarəsinin yanında yerləşən torpaq sahəsini satmış və ilkin olaraq 45000 manat pul almışdır. Həmin torpağın alınması mümkün olmadığından və Zərərçəkmiş şəxs pulunu istədiyindən, o isə aldığı pulu verə bilmədiyindən, özünün həmin ərafədə İlham adlı şəxsdən aldığı sənədsiz bir torpaq sahəsini Zərərçəkmiş şəxsa almağı təklif etmişdir. Zərərçəkmiş şəxs həmin torpaq sahəsini bəyənmiş, əvvəlki torpaq üçün verilmiş pul bu torpaq üçün verilmiş məbləğ kimi qiymətləndirilmişdir. Torpağın sənədi yox idi. O, Zərərçəkmiş şəxsa torpaq sahəsinin onun adına sə nədləşdirməyi söz vermişdir. Zərərçəkmiş şəxs müəyyən müddət ərzində Azərbaycanda olmamışdır. Zərərçəkmiş şəxs Azərbaycana qayıtdıqdan sonra torpaq sahəsi ilə bağlı sənədlər hələ hazır deyildi.

27. Verilən suallara cavab olaraq Məhkum bildirmişdir ki, o, Zərərçəkmiş şəxsla 2007-ci ildən tanışdır. Onda da Telman ona demişdir ki, Zərərçəkmiş şəxs adlı şəxsə torpaq sahəsi lazımdır. Ona məxsus olan və Zərərçəkmiş şəxsa verdiyi yerin ümumi sahəsi təxminən bir sotdan az çox idi. Torpağın alqı satqısını qırx səkkiz min manata razılaşmışlar. O, torpaq sahəsini sənədləşdirib Zərərçəkmiş şəxsa təhvil verməli olmuşdur. Özü sənədləşdirmə ilə məşğul olmuşdur, lakin alınmamışdır. Ona görə də əlyazmada qırx səkkiz min manat pul məbləğ beh kimi qeydə alınmışdır. Əlyazma yazılanda o, Zərərçəkmiş şəxsdan pu l almamışdır. O, Zərərçəkmiş şəxsdan pulu 2007-ci ildə alıb. Tarixi xatırlamır. Sənəd verilməsəydi pul qaytarılmalı idi. Zərərçəkmiş şəxs pulu ona iki-üç dəfədə vermişdi. Dəqiq hansı tarixlərdə və vaxtda verdiyini xatırlamır. Ancaq dəqiq xatırlayır ki, bu 2007-ci ildə olmuşdur. Pulu da o vaxt qaytarmışdır. Dəqiq nə qədər qaytardığını xatırlamır, amma qaytarmışdır.

28. Məhkum ibtidai istintaq dövründə də qeyd olunan epizodla bağlı analoji ifadə vermişdir. Epizodla bağlı fərqli məlumatı ondan ibarət olmuşdur ki, aldığı 48.000 manat məbləği o, Zərərçəkmiş şəxsa 2010-cu ildə qaytarmışdır. Əlyazmada tarix 2010-cu il olaraq səhvən göstərilmişdir. O, həmin əlyazmanı oxumadan qol çəkmişdir. Bu səbəbdən də yazının məzmununu bilmir. O, həmin əlyazmanının məzmununu oxumamış, gözucu olaraq məbləği 48. 000 manat gördükdə məzmunun doğru olduğunu zənn edib imza etmiş və fikirləşmiş ki, pulu tam qaytaranda o, əlyazmanı da cırıb atacaqdır. Cinayət işinin materiallarına əlavə edilmiş audio yazılarda əks olunmuş və protokollaşmış səslər onunla Zərərçəkmiş şəxs1 arasında olmuşdur. Səhv etmirsə, həmin danışıqlar 2020-ci ildə olmuşdur. O, həmin danışıqlarda Zərərçəkmiş şəxsa “sənin qabağında mənim öhdəliyim var mənim vicdanım ona yol vermir sən ziyana düşəsən mən söz vermişəm sənədi eləyəcəm, quranım haqqı sənə onu dokumentalnı verəcəyəm” dedikdə sənədləşmə işini həll edəcəyini nəzərdə tutmuşdur. Bunun ona pulu qaytarmağa heç bir aidiyyəti yoxdur. Danışıqlar zamanı Zərərçəkmiş şəxs1 ona 380000 ABŞ dolları pul verdiyini deməsinə o, fikir verməyib. Zərərçəkmiş şəxs ona böhtan atır. Zərərçəkmiş şəxs ona heç vaxt dollarla pul verməyib. Versəydi qəbzi də dollarla yazdırardı. Heç vaxt onunla Qaradağ rayonuna getməyib. Orada olan ”Royal” bankla onun heç bir əlaqəsi olmayıb. Zərərçəkmiş şəxsın və ya onun arvadının həmin banka maşınını girov qoymasından onun xəbəri olmayıb. Bankdan pul götürüb ona verilməyib. Zərərçəkmiş şəxs ona birinci ev üçün bir neçə dəfə, ümumilikdə qırx səkkiz min manat pul verib. Ondan sonra ona pul verilməyib. Heç vaxt Zərərçəkmiş şəxs ona verdiyi pulu notariat qaydasında sənədləşdirmək üçün müraciət etməyib. Zərərçəkmiş şəxs ona qırx səkkiz min manat verib, sonra da bu barədə qəbz yazdırıb təsdiq etdirib. Sonradan da işi alınmayıb ondan qırx səkkiz min manat əvəzində üç yüz dörd min manat istəyir.

29. Məhkəmə icraatı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 a rvadı olan Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs 2010-cu ildə ünvan 4nda yerləşən 600 kvadrat metr sahəsi olan torpaq sahəsini almaq istəməsi barədə ona demişdir. Azərbaycan Respublikasının qanunlarına görə torpaq sahəsi xarici vətəndaşın adına rəsmiləşdirilə bilməz, torpaq sahəsini onun adına Məhkum rəsmiləşdirəcək, həmçinin torpaq sahəsində tikiləcək 4 mərtəbəli binanın dövlət qeydiyyatına alınması işlərini də həll edəcəkdir, bütün bunların hamısını Məhkum ümumilikdə 250000 manat pulun müqabilində edəcəkdir. O da uzun müddət həmin əraziyə yaxın yerdə yaşadığı üçün oranın necə dəyərli bir yer olduğunu, həmçinin Məhkum tərəfindən təklif edilən qiymətin münasib olmasını bildiyindən Zərərçəkmiş şəxsa demişdir ki, Allah xeyir versin. Bundan sonra əri hissə-hissə olmaqla Məhkumə torpağın al ınıb onun adına rəsmiləşdirilməsi üçün pullar verməyə başlamışdır. Həmçinin onun şəxsiyyət vəsiqəsinin kserosurətini də Məhkumə vermişdir ki, sənədləşmə işlərinə başlasın. Hətta 2010-cu ilin sentyabr ayında Məhkumə təcili müəyyən qədər pul verməli olan zaman Zərərçəkmiş şəxsın nağd pulu olmadığı üçün onun adına olan “Lexus LX 470” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyaraq kredit götürüb vermək qərarına gəlmişdir. Bundan sonra maraqlanmışlar və məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Röyal bank” filialı avtomobili girov götürməklə əlverişli şərtlərlə kredit verir, bu səbəbdən o əri Zərərçəkmiş şəxsla birlikdə 29 sentyabr 2010-cu il tarixdə qeyd olunan banka getmiş, Məhkum da ağ rəngi “Mercedes Benz ML” markalı avtomobillə ban ka gəlmiş, orada onun adına avtomobil girov qoyulmaqla 14700 ABŞ dolları məbləğində kredit götürülmüş, həmin puldan 2700 ABŞ dolları bank xərcləri üçün tutulduqdan sonra 12000 ABŞ dolları ona pul verilmiş, o da pulu götürüb Zərərçəkmiş şəxsa vermişdir, Zərərçəkmiş şəxsda pulu elə həmin vaxt bankın qarşısında Məhkum vermişdir. Daha sonra yenə də Məhkum torpaq sahəsinin sənədləşmə işləri ilə bağlı Zərərçəkmiş şəxsdan pullar almağa davam etmiş, hər dəfə müxtəlif sənəd almaq, torpağın sənədləşməsi ilə bağlı müəyyən işlərin görülməsi adı ilə Zərərçəkmiş şəxsdan pullar götürmüş, 2013-cü ilin mart ayına qədər artıq hissə-hissə Zərərçəkmiş şəxs Məhkum 250000 manatdan yuxarı təxminən 284000 manat pul vermişdi. O, Zərərçəkmiş şəxsdan hansı səbəbdən artıq pul verməsini soruşduqda demişdir ki, Məhkum sənədləşmə işləri ilə bağlı əlavə xərclər çəkdiyini bildirmişdir. Sonuncu dəfə 2013-cü ilin mart ayında Məhkum yenə də Zərərçəkmiş şəxsdan 20000 manat pul istəmişdir ki, guya artıq sənədləşmə işləri tamamlanmış, həmin pulu verib sənədi götürmək lazımdır. Zərərçəkmiş şəxsın də həmin vaxt nağd pulu olmamış, onlar 20000 manat tapmaq üçün maraqlanan zaman Zərərçəkmiş şəxs Həmzə adlı şəxslə tanış olmuş, Həmzə ona hər hansı bir əşya girov qoyulduğu halda pul verə biləcəyini bildirmişdir. Onlar qərara almışlar ki, onun adına olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən torpaq sahəsinin 1,4 ha olan hissəsini girov qoymaqla 30000 manat pul götürsünlər, bu pulun 10000 manatını Məhkumə vermək üçün daha əvvəl Zərərçəkmiş şəxsın borc götürdüyü şəxsə, qalan 20000 manatı isə Məhkum versinlər. Bundan sonr a Həmzənin adamı olan Şahid7 ilə onun arasında 19 mart 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi bağlanılmış və o, adına olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən torpaq sahəsinin 1,4 ha olan hissəsinin üzərində sərəncam verə bilməsi üçün Şahid7 etibarnamə vermişdir. Bundan sonra elə həmin gün Həmzədən 30000 manat pul götürmüşlər və evə çatanda artıq Məhkum yuxarıda qeyd etdiyi avtomobilində əyləşib onları gözləmiş, evin qarşısına çatmışlar, heç avtomobildən düşməmiş, Zərərçəkmiş şəxs özü düşüb Məhkumə yaxınlaşmış və 20000 manat pulu Məhkumə vermiş, Məhkum tək gəlmiş, pulu götürəndən sonra öz avtomobilinə əyləşib çıxıb getmişdir. Qalan 10000 manat pulu isə Zərərçəkmiş şəxs əvvəlcədən Məhkumə vermək üçün borc götürdüyü pulun əvəzinə ödəmişdir. Müəyyən m üddət keçsə də Məhkum torpaq sahəsini onun adına rəsmiləşdirməmiş, həmin vaxta qədər Zərərçəkmiş şəxs artıq Məhkumin göstərişi əsasında onlara satdığı torpaq sahəsini dəmir dam örtüyü ilə hasarlamışdır. 2013-cü ilin dekabr ayında Həmzədən götürdükləri pulu ödəmişlər və aralarında bağlanan kredit müqaviləsini 26 dekabr 2013-cü il tarixdə ləğv etdirmişlər, həmçinin Şahid7 ərizə ilə müraciət edərək onun Oqtaya verdiyi etibarnamədən imtina etmişdir. Bir neçə müddət keçəndən sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış və demişdir ki, sənədləşmə işi ilə bağlı Məhkum gəlib onun şəxsiyyət vəsiqəsinin əslini götürəcək, düşüb aşağıda şəxsiyyət vəsiqəsini Məhkumə vermişdir. Məhkum də razılaşmış və bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs yenidən onunla əlaqə saxlayaraq Məhkumin aşağıda dayanacaqda tək dayanıb onu gözlədiyini bildirmişdir. O, aşağı düşüb şəxsiyyət vəsiqəsinin əslini Məhkum vermiş, Məhkum də çıxıb getmişdir. Məhkumlə Zərərçəkmiş şəxs özü tez-tez əlaqədə olduqları üçün Məhkumdən torpaq sahəsinin sənədini nə vaxt verəcəyi barədə heç bir söz soruşmamışdır. Lakin bir neçə il keçməsinə baxmayaraq Məhkum torpaq sahəsinin sənədini onlara təqdim etməmiş, 2019-cu ildə əri Zərərçəkmiş şəxs İranda olan işlərini səhmana salıb birdəfəlik Azərbaycan Respublikasına qayıtmış və qayıdandan sonra Məhkumdən sənədi tələb etməyə başlamış, hətta, özü gedib sənədin hazırlanıbhazırlanmaması ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən maraqlanmış, oradan da heç bir müsbət cavab almayandan sonra Məhkumin onu aldatdığını bilmiş və ümumi verdiyi 304000 manat pulu geri tələb etməyə başlamışd ır. Məhkum müxtəlif bəhanələr gətirməklə pulu geri qaytarmaqdan imtina etmişdir.

30. Məhkəmə icraatı zamanı verdiyi ifadəsində Şahid6 bildirmişdir ki, Məhkum ümumiyyətlə tanımır, Zərərçəkmiş şəxs1 2013-cü ildən tanıyır, o dövrdə sonuncu tikinti işləri və bizneslə məşğul olmuşdur. Həmin vaxtlarda Zərərçəkmiş şəxsın ona deməsinə görə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov heykəlinin arxa hissəsində yerləşən torpaq sahəsinin sənədləşmə işini həll edib orada tikinti işləri aparmaq istəmişdir. Onunla tanış olanda Zərərçəkmiş şəxs deyirdi ki, sənədləşmə işi ilə bağlı 30000 manat pula ehtiyacı vardır, onları tanış edən ortaq tanışları da ona Zərərçəkmiş şəxsi sözünə düz etibarlı bir adam kimi təqdim etmişdir. O, həmin 30000 manat pulu Zərərçəkmiş şəxsa borc olaraq vermək qərarına gəlmiş, Zərərçəkmiş şəxs ondan pulu istəyən zaman təxminən 2013-cü ilin sonlarına qədər qaytaracağını demiş, pulun əvəzində təminat olaraq isə arvadı Şahid3 adına olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsinin üzərində formal olaraq sərəncam verə bilməsi üçün etibarnamə verəcəyini demişdir. Onlar razılaşmış, həmin dövrdə bank sektorunda çalışdığından Şahid3 ilə arasında bağlanacaq müqavilələrin özünün yox, qohumu Şahid7 adına sənədləşdirmişdir. 19 mart 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunda Şahid3 ilə Şahid7 arasında kredit müqaviləsi bağlanmış, həmçinin Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsinə aid Şahid7 etibarnamə verilmiş, o isə elə notariat kontorunda 30000 manat pulu Zərərçəkmiş şəxs1 borc olaraq vermişdir. Daha sonra baş verənlə rdən onun xəbəri olmamışdır. Həmin ilin, yəni 2013-cü ilin dekabr ayının sonlarında isə Zərərçəkmiş şəxs onun 30000 manat pulunu qaytardığı üçün 26 dekabr 2013-cü il tarixdə Şahid7 notarial qaydada ərizə verərək həmin kredit müqaviləsi üzrə öhdəliklərin Şahid3 tərəfindən icra edilməsini bildirmiş, həmçinin Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsinin üzərində formal olaraq sərəncam verə bilməsi üçün verilmiş etibarnamədən imtina etdiyini bildirmişdir. Həmin vaxtdan sonra onun Zərərçəkmiş şəxsla heç bir ünsiyyəti olmamışdır, həmçinin torpaq sahəsinin sənəd işini həll edib-etməməsi barədə heç bir məlumatı olmamışdır.

31. Şahid6 məhkəmə qarşısında verdiyi ifadəsi Şahid7 tərəfindən də verilən ifadə ilə təsdiqlənmişdir.

32. Şahid5 ifadəsində göstərmişdir ki, İran İslam Resp ublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 təxminən 2007-ci ildən, Məhkum isə uzun müddətdir ki, tanıyır. 2007-ci ildə o, Zərərçəkmiş şəxs1 ilə Məhkum tanış etmişdir. O vaxtlar Məhkumin «Statistika» komitəsinin yanında bir sotdan az artıq sahəsi var idi, həmin sahəni Zərərçəkmiş şəxsa göstərdi. Zərərçəkmiş şəxs bəyəndi və həmin torpağın pulunun əvvəllcə qırx beş min manatını bir neçə dəfəyə Məhkumə verdi. Axırncı dəfə üç min manat verib Məhkumə dedi ki, ona torpağa görə 48000 manat pul verib, bunu sənədəlşdirmək lazımdır. Məhkum də dedi yazın qol çəkək, o, Zərərçəkmiş şəxsın sözü ilə bu barədə iltizam yazmış, hamı sənədi imzalamışdır. Həmin torpağın alınması baş tutmadı, səbəbini xatırlamır, Zərərçəkmiş şəxs Məhkumdən pulunu geri istədi. Məhkum başqa yerdə və Yasamal rayonu ərazisində Nəriman Nərimanov heykəlinin arxa tərəfində boş torpaq sahəsi olduğunu, hər iki torpaq sahəsini satmaq istədiyini dedi. Zərərçəkmiş şəxs torpağa baxmaq istədiyini deyib onlarla birlikdə hər iki torpaq sahəsinə baxandan sonra Nəriman Nərimanov heykəlinin arxa hissəsində yerləşən torpaq sahəsini almaq istədiyini dedi. Zərərçəkmiş şəxsla Məhkumin həmin torpaq sahəsini alqı-satqısını neçəyə razılaşmaları barədə onun məlumatı yoxdur. Onlar öz aralarında torpağın alqı-satqı qiymətini razılaşandan sonra birinci torpaq üçün verdiyi pul Nərimanov heykəlinin yanındakı torpağa verilmiş beh kimi qəbul edildi.

33. Cinayət işinin materiallarından olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə Məhkum arasında 2020-ci ilin təxminən avqust ayında aparılmış telefon danışıqlarının səs yazmasından görünür ki, digəriləri ilə yanaşı həmçinin aşağıdakı məzmununlu danışıq olmuşdur: "000" adlı fonoqramda olan 3 dəqiqə 17 saniyə ərzində davam edən dialoqun mətni:“… "K1": Qulaq as, o düz deyile qulaq as mən çörəyi qulağıma zada yemirəm daa gətirib mənə saxta sənəd göstərirsən deyirsən ki, bu sənin adıvadı mənə //// bu nə bilim şey edirsən ki, plana salıram 36000 belə ver adam çıxarırsan bu belədi deyirəm ki, Məhkum mənə notariusdan keçiribsən deyirsən hə mən uşaq deyiləm, heç bir şey eləməmisən Məhkum. Yalannan nə özüvü aldat nə məni aldat "K2": Hə "K1": Hə yəni bu day mən bilirsən inanırdım sənə deyirdim ki, sənəd gətirib göstərib mənə bu bir iş edib orda axı sən heçnə eləməmisən "K2": Mən sənə dokument söz vermişəm eliyəcəm kömək eliyəcəm fsyo qutardi getdi bunu mən sənə deyirəm /// "K1": Əəə mənim 380000 dollar pulumu alıbsan hələ mənə neyniyəcəksən hər dəfə gəlmisən pul lazımdı ver ora lazımdı bura lazımdı pul ver vermişəm hanı ortada nə var sənin əlində bir dənə doverunusun yoxdu sən nəyi düzəldəsən ee ə uşaqnan zadnan danışırsan mən sənə inandım mən sənə dedim ki, Məhkum bax narahat olma bax.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri digər epizodlar üzrə Məhkum təqsirliliyinin tam müəyyən edilməsi qənaətinə gəlsələr də, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət işi üzrə toplanmış oxşar sübutların yoxlanılıb qiymətləndirməsində ziddiyyətli yanaşmaya yol vermişlər.

35. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında ə ksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (“A.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 15 oktyabr 2019-cu il).

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 144ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

37. Eləcə də həmin Məcəllənin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.

38. Nəticə olaraq, Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsi məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsasla ndığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir.

39. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən qərarı yoxlanıldıqda, həmin məhkəmə aktlarının təsvir edilən cinayət-prosessual normaların tələblərinə, xüsusilə də Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına, eləcə də həmin Məcəllənin 349.5.3-cü maddəsində təsbit olunmuş məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib, Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.

41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2350/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2ci maddəsini rəhbər tutaraq, məh kəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Bayramova Elfanə Elman qız tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Mahmudov Vidadi Cəmil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2350/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar