Məhkəmə qərarları › İş №1(102)-1141/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1141/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1141/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə x xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğ ul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2024-cü il tarixli 1(103)-2339/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 sentyabr 2024-cü il tarixli 1(101)-1031/2024 nömrəli hökmü ilə (hakimlər: F.A.Namazov (sədrlik edən), T.Q.Hüseynov və Ə.Q.Quliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirl i bilinərək, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 10 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2024-cü il tarixli 1(103)-2339/2024 nömrəli qərarı ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), Z.N.Hüseynov və E.Z.Əliyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 sentyabr 2024-cü il tarixli 1(101)-1031/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, Zərərçəkmiş şəxs ilə uzun müddət əmlak məsələsi ilə bağlı mübahisəsinin olması, məclislərin birində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsinə görə sonuncu dəfə 10 iyul 2023-cü il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs təkidi ilə yaşadığı ünvan 2 ünvanının yaxınlığında üz-üzə gələrkən Zərərçəkmiş şəxs ona zərbələr endirərək yerə yıxması və barəsində nalayiq ifadələr işlətməsi səbəbindən bibisi oğlu Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədənin in müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri vurmaqla sonuncuya ənsə nahiyəsinin 1 (bir), sol almacıq nahiyəsinin 1 (bir), sol əlin 1 (bir), sağ əlin 1 (bir) və sağ dirsək oynağı nahiyəsinin 1 (bir), ümumilikdə 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaraları, ümumilikdə isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, ümumilikdə 6 (altı) ədəd deşilmiş-kəsilmiş bıçaq xəsarəti yetirmiş, lakin hadisə zamanı Zərərçəkmiş şəxs ona müqavimət göstərərək hadisə yerindən qaçması səb əbindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini, yəni Zərərçəkmiş şəxs öldürməyi başa çatdıra bilməmiş, bununla da sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun əməlinin CM-in 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunması barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum məhkəmədə verdiyi ifadəsində ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə, saat 23:30 radələrində qoh umu, yəni bibisi oğlu Zərərçəkmiş şəxs ona zəng edib kompleksin yanında gözlədiyini bildirərək ondan həmin yerə gəlməsini tələb etmişdir. O, Zərərçəkmiş şəxs dediyi yerə getməmiş, daha sonra 10 iyul 2023-cü il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs zəng edərək onun yaşadığı məhəlləyə gəldiyini, onunla söhbəti olduğundan çölə çıxmasını istəmişdir. Çölə çıxdıqda evinin qarşısında 2 avtomobilin dayandığını görmüş, həmin avtomobillərdən hansının Zərərçəkmiş şəxs gəldiyi avtomobil olduğunu bilmədiyindən geri qayıdıb evdən mətbəx bıçağını belinə qoyaraq yenidən çölə çıxmışdır. Zərərçəkmiş şəxs gəldiyi avtomobilə yaxınlaşdıqda sonuncu ondan avtomobilə əyləşib “badam bağları” deyilən əraziyə getməsini təklif etmiş, o, razılaşmayaraq söhbəti həmin yerdə etmələrini bildirmişdir. Zərərçəkmi ş şəxs avtomobildən düşdükdən sonra onun boğaz nahiyəsindən yumruqla vuraraq yerə yıxmış, Zərərçəkmiş şəxs altında döyüldüyündən, həmçinin sonuncu içkili olduğundan, o, üzərində gətirdiyi mətbəx bıçağını Zərərçəkmiş şəxs ayılması üçün 2 dəfə batırmışdır. Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, Zərərçəkmiş şəxs bıçağı onun əlindən almaq istəsə də, imkan verməmişdir. Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmaq üçün başqa imkanları olsa da, bunu etməmiş, hadisə barədə polisi məlumatlandırmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Məhkum hadisədən əvvəl Zərərçəkmiş şəxsla aralarında dava olmadığını, bir neçə dəfə zəng etdiyinə, evinin qarşısında 2 avtomobil olduğuna görə, gələn şəxslərin çox olduğunu ehtimal edib həmin şəxsləri qorxutmaq məqsədilə evind ən bıçaq götürdüyünü, Zərərçəkmiş şəxs altında 5-6 dəqiqə olduğu müddətdə sonuncuya bıçaqla vurmadığını, üstündən çəkilməsi üçün bıçaqla sonuncunun belinə vurduğunu, xəsarət yetirmək niyyətinin olmadığını, Zərərçəkmiş şəxs başına dəyən bıçaq zərbəsinin yüngül olduğunu, həmin anda özündə olmadığını, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs Məhkum onun dayısı oğludur. 03 iyul 2023-cü il tarixdə Məhkumla birgə ad günü məclisində iştirak etmişlər. 04 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs adlı şəxs Məhkum onun barəsində təhqiredici ifadələr işlətdiyini bildirdiyindən həmin tarixdən etibarən o, Məhkum zənglər etsə də, sonuncu onun zənglərini açmamış, daha sonra Zərərçəkmiş şəxs adlı şəxs vasitəsilə Məhkum zəngini açmasını tə ləb etmişdir. xx.xx.2023-cü il tarixdə toy məclisində iştirak etdikdən sonra yenidən Məhkumla əlaqə saxlayaraq görüşmək istədiyini, bu məqsədlə “Olimpiya Kompleksi”-nin yanına gəlməsini istədiyini bildirmiş, sonuncu isə razılaşmayaraq ondan yaşadığı ünvana gəlməsini istəmişdir. xx.xx.2023-cü il tarixdə, saat 02:00 radələrində taksi ilə Məhkum yaşadığı ünvana getmiş, sonuncu taksinin yanına gəldikdə o, maşına əyləşməsini və dediyi yerə getməyi təklif etdikdə Məhkum razılaşmamışdır. Daha sonra o, avtomobildən düşmüş, düşən kimi Məhkum vuraraq yerə yıxmışdır. Məhkum üstündə olarkən sonuncu onu bıçaqla vurmuş, o, belindən bıçaqla vurulduğunu hiss etmiş, bıçağı Məhkum əlindən almaq istədikdə əlləri kəsilmişdir. Ayağa qalxaraq ciddi heç nə olmadığını, polisə xəbər verməməsini, xəstəxanaya gedərə k yıxıldığını deyəcəyini bildirsə də, Məhkum polisə və təcili tibbi yardıma məlumat vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum vurub verə yıxana qədər sonuncunun ona qarsı bıçaqdan istifadə etmədiyini, yerdə olarkən kürək nahiyəsindən bıçaqla vurulduğunu hiss etsə də, başına bıçaqla zərbələrin dəydiyini xəstəxanada bildiyini, hadisə vaxtı başına zərbə dəydiyini hiss etmədiyini, Məhkum onu öldürmək imkanı olsa da, bunu etmədiyini, arxasınca qaçmadığını, əksinə onu xəstəxanaya çatdırmaq üçün cəhd etdiyini, Məhkum qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını, sonuncu ilə barışdığını, ibtidai istintaq vaxtı verdiyi ifadədə olan imzaların ona məxsus olduğunu, lakin yazıb-oxuya bilmədiyindən orada nə yazıldığını bilmədiyini, müstəntiq tərəfindən həmin ifadənin ona oxunmadığını, məhkəmə iclasında verdiyi ifadənin doğru olduğunu, ona vurulmuş xəsarətlə bağlı çəkdiyi xərclərin Məhkum atası tərəfindən ödənildiyini bildirmişdir. Müdafiəçi hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməli düzgün tövsif olunmamışdır. Məhkəmə istintaqı zamanı onun əməlində Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı kifayət qədər öz təsdiqini tapsa da, mühüm əhəmiyyət kəsb edən bir sıra xüsusatlar hökm çıxarılarkən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Qocayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlin hüquqi tövsifi və ona təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Hesab edilir ki, Məhkum əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspani yaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətindəki dəlilləri əsassız hesab edərək Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosi al hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində - Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyə tinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmanı nəzərdə tutulur. İş materiallarından görünür ki, Məhkum bibisi oğlu Zərərçəkmiş şəxs ilə uzun müddət əmlak məsələsi ilə bağlı mübahisəsinin olması, məclislərin birində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsinə görə sonuncu dəfə 10 iyul 2023-cü il tarixdə saat 02:00 radə lərində Zərərçəkmiş şəxs təkidi ilə yaşadığı ünvan 2 ünvanının yaxınlığında üz-üzə gələrkən Zərərçəkmiş şəxs ona zərbələr endirərək yerə yıxması və barəsində nalayiq ifadələr işlətməsi səbəbindən bibisi oğlu Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri vurmaqla sonuncuya ənsə nahiyəsinin 1 (bir), sol almacıq nahiyəsinin 1 (bir), sol əlin 1 (bir), sağ əlin 1 (bir) və sağ dirsək oynağı nahiyəsinin 1 (bir), ümumilikdə 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaraları, ümumilikdə isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, ümumilikdə 6 (altı) ədəd deşilmiş-kəsilmiş bıçaq xəsarəti yetirmiş, lakin hadisə zamanı Zərərçəkmiş şəxs ona müqavimət göstərərək hadisə yerindən qaçması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini, yəni Zərərçəkmiş şəxs öldürməyi başa çatdıra bilməmiş, bununla da sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hadisə baş verməzdən əvvəl Məhkum ilə Zərərçəkmiş şəxs arasında mübahisəli vəziyyətin olmuş, onlar qarşılıqlı şəkildə bir-birini kobud və nalayiq ifadələrlə təhqir etmişlər, həmin təhqirlərə görə Zərərçəkmiş şəxs təkidlə Məhkumla görüşmək istəmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin dövründə, yəni hadisə baş verən gün Məhkum şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə ifad ə verərək törətdiyi cinayətin üsulu və mexanizmi barədə ətraflı məlumat verərək bildirmişdir ki, qohumu Zərərçəkmiş şəxs dəfələrlə ona zəng edib aralarında yaranmış məsələyə aydınlıq gətirilməsi məqsədi ilə onun yaşadığı evə gəldikdə, o, həmin gün saat 02:30 radələrində küçəyə çıxmış və X un ona hücum edəcəyi təqdirdə müdafiə oluna bilmək üçün özü ilə mətbəx bıçağını da götürmüşdür. X avtomobildən düşən kimi o, evdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxsın başının beyin tərəfdən, yəni sol almacıq nahiyəsindən 1 (bir) dəfə vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla onun vurduğu baş nahiyəsindən əlləri ilə tutaraq başını aşağı salarkən o, yenidən Zərərçəkmiş şəxsının başının arxa tərəfindən, yəni ənsə nahiyəsindən 1 (bir) dəfə bıçaqla vurmuş, Zərərçəkmiş şəxs özünü itərməyərək onun üstünə gələrək onun əlindəki bıçağın kəsən tərəfini iki əli ilə tutaraq onun əlindən bıçağı almaq istəmişdir. Lakin o, bıçağın sapını əlindən buraxmayaraq bıçağı özünə tərəf dartaraq bıçağın kəsən hissəsini Zərərçəkmiş şəxsın əlindən çıxartmış, bıçaq Zərərçəkmiş şəxsın əllərini kəsmişdir. Bundan sonra Zərərçəkmiş şəxs itələyərək onu kürəyi üstə yıxıb onun üstünə çıxmışdır. O. yerdə Zərərçəkmiş şəxsın altında olarkən sonuncu tərəfindən döyüldüyünü görüb özünü müdafiə etmək məqsədi ilə bıçaqla Zərərçəkmiş şəxsın bədənin müxtəlif nahiyələrinə bıçaqla zərbələr vurmuşdur. Lakin Zərərçəkmiş şəxs ondan əl çəkmədiyindən sonuncu ondan əl çəkənədək o, Zərərçəkmiş şəxsı bıçaqla vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs onun üstündən duraraq bədəninin qan içində olduğunu görüb Zabrat-Maştağa yolu istiqamətində qaçmağa başlam ışdır. O da əlində bıçaqla Zərərçəkmiş şəxsın arxasınca qaçmışdır ki, Zərərçəkmiş şəxsın gözünü qırsın. O, əlində bıçaqla Zərərçəkmiş şəxsı təxminən 150 metr qovmuş, lakin yorulduğundan və Zərərçəkmiş şəxsı gözdən itirdiyindən hadisə yerinə, yəni yaşadığı evə tərəf piyada geri qayıtmışdır. Həmçinin verilmiş suallara cavab olaraq Məhkum bildirmişdir ki, o, Zərərçəkmiş şəxs arxasınca sonuncunun başına sığal çəkmək üçün qaçmamış, əksinə sonuncunun gözünü qırmaq üçün qaçmışdır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Məhkum arasında 10 iyul 2023-cü il tarixdə cinayət hadisəsi baş verdikdən sonra göstərilən şəxslər və onların yaxın qohumları arasında münasibətlər korlanmış və buna səbəb Zərərçəkmiş şəxs Məhkumla barışmaq istəməməsi olmuşdur. Lakin sonradan, yəni 27 sent yabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Məhkumla barışmış və sonuncuya qarşı şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə ibtidai isitntaq orqanına müraciət etmişdir. Həmçinin iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs 27 sentyabr 2023-cü il tarixdə Məhkumla barışsa da, 29 sentyabr 2023-cü il tarixdə yenidən ifadəsi alınarkən əvvəlki ifadəsini təsdiq edərək bir daha bildirmişdir ki, Məhkum birinci olaraq onun başının beyin nahiyəsinə bıçaq zərbəsi endirmiş, sonradan bir-biri ilə dalaşan zaman Məhkum ona çoxsaylı bıçaq zərbələri endirmiş, nəhayət, Məhkumin əlindən qaçmağa macal taparaq hadisə yerindən qaçdıqda, Məhkum onu öldürmək məqsədi ilə arxasınca təxminən 150 metr qaçmışdır. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli protokoldan görü nür ki, Məhkumla Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilərkən Məhkum 26 sentyabr 2023-cü il tarixdə verdiyi məzmunda ifadə verərək Zərərçəkmiş şəxs birinci olaraq onun boğaz nahiyəsindən yumruqla vurması, yuxarıda göstərilən sair hallar və Zərərçəkmiş şəxs nəsə olacağı təqdirdə sonuncunu həkimə aparması məqsədilə Zərərçəkmiş şəxsın dalınca getməsi barədə məlumat vermiş, Zərərçəkmiş şəxs isə faktiki olaraq ifadə verməmiş, əksinə, suala cavab olaraq bildirmişdir ki, “Məhkum düz deyir, hadisə sonuncunun dediyi kimi baş vermiş”, həmçinin fərqli mövqe tutmasının səbəbi - əvvəllər qohumu Məhkum acıqlı olması olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında barışıq əldə edilənə qədər həm Məhkum, həm də Zərərçəkmiş şəxs işin həqiqi halları ilə bağlı ətraflı məlumat verərək Məhk umin Zərərçəkmiş şəxsın maşından düşən kimi başının beyin nahiyəsinə bıçaqla zərbə vurduğunu, sonradan çoxlu sayda bıçaq zərbəsi endirdiyini, Zərərçəkmiş şəxs Məhkumin əlindən qaçdıqda, Məhkumin əlində bıçaqla Zərərçəkmiş şəxsı öldürmək məqsədi ilə təxminən 150 metr Zərərçəkmiş şəxsın arxasınca qaçaraq sonuncunu qəsdən həyatdan məhrum etmək istədiyini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1616 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası, ənsə nahiyəsinin 1 (bir), sol almacıq nahiyəsinin 1 (bir), sol əlin 1 (bir), sağ əlin 1 (bir) və sağ dirsək oynağı nahiyəsinin 1 (bir), ümumilikdə 6 (altı) ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici kənara malik alət (əşya) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın (və ya ona bənzər bıçağın) təsirindən törənə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023- cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya, ənsə nahiyəsinin 1 (bir), so l almacıq nahiyəsinin 1 (bir), sol əlin 1 (bir), sağ əlin 1 (bir) və sağ dirsək oynağı nahiyəsinin 1 (bir), ümumilikdə 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurumaya aiddir. (Cild 1, iş vərəqə 93-96) Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hadisə vaxtı Məhkum tərəfindən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs həyat üçün əhəmiyyətli orqanlarına, yəni sol almacıq, ənsə və döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna keçən hissəsinə nüfuz edən ümumilikdə 3 ədəd zərbənin endirilməsi, yəni yetirilən xəsarətlərin sayı və lokalizasiyası onu deməyə əsas verir ki, Məhkum məqsədi həmin anda Zərərçəkmiş şəxs qəsdən həyatdan m əhrum etməyə yönəlmiş, lakin iradəsindən asılı olmayan səbəbdən, yəni zərərçəkmiş şəxsin fəal müqaviməti və vaxtında tibbi ixtisaslı yardım alması nəticəsində sonuncunun cinayəti başa çatdırmaqdan ibarət niyyəti baş tutmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkumun zərərçəkmiş şəxsi öldürmək məqsədilə vurmaması barədə ifadəsi özünü müdafiə xarakterli olmaqla işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası kassasiya şikayətində Məhkum Zərərçəkmiş şəxs xəsarət yetirmək imkanı olsa da, bunu etmədiyini, sonuncunun ondan uzaqlaşması üçün bıçaqla belinə vurması barədə dəlillərini əsassız hesab edir, belə ki, iş materiallarından görünür ki, məhkəmə araşdırması zamanı Məhkum dedikləri öz təsdiqini tapmamış, əksinə Məhkum Zərərçəkmiş şəxs bir neçə dəfə həyat üçün əhəmiyy ətli orqanlarına bıçaqla xəsarət yetirməsi, sonuncunun özünü qorumaq üçün Məhkum əlindəki bıçağı götürmək istəməsi, mümkün olmadığına görə hadisə yerindən uzaqlaşması, Məhkum isə əlindəki bıçaqla Zərərçəkmiş şəxs arxasınca qaçması müəyyən edilmişdir. Həmin hal məhkəmədə dindirilmiş Şahid1 tərəfindən verilmiş ifadə ilə də təsdiq olunmuşdur. Belə ki, şahid bildirmişdir ki, o, Məhkumin Zərərçəkmiş şəxsı əlində bıçaqla qaçaraq təqib etməsini şəxsən görmüşdür. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək məqsədi ilə yaşadığı evdən bıçaqla silahlanaraq Zərərçəkmiş şəxsın gəldiyi maşına tərəf getməsi, Zərərçəkmiş şəxs maşından düşdükdən sonra bıçaqla Zərərçəkmiş şəxsın başının beyin nahiyəsində bıçaq zərbəsi endirməsi, sonradan qarşılıqlı şəkildə əlbəyaxa olarkən bıçaqla bir neçə dəfə Zərərçəkmiş şəxsa zərbə vurması, Zərərçəkmiş şəxsın öldürüləcəyini görüb hadisə yerindən uzaqlaşmaq məqsədi ilə oradan qaçması, Zərərçəkmiş şəxs qaçarkən Məhkumin əlində bıçaqla Zərərçəkmiş şəxsı təxminən 150 metr təqib etməsi, onun zərərçəkən şəxsi qəsdən öldürmək istəməsinə dəlalət edir, Məhkum öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, bunun nəticələrini qabaqcadan görməklə və bunları arzu edərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədilə sonuncunun həyat üçün əhəmiyyətli orqanlarına, yəni sol almacıq, ənsə və döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna keçən hissəsinə ümumilikdə 3 (üç) ədəd xəsarət yetirmiş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəbdən, yəni zərərçəkmiş şəxsin fəal müqaviməti və sonradan hadisə yerindən qaçmağa müvəffəq olması nəticəsində baş verməmişdir. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə toplanmış sübutlara, o cümlədən ekspert rəyləri, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 29, 120.1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübuların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması za manı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkum cəza təyin olunmasına dair kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, polis orqanına könüllü şəkildə törətdiyi cinayət əməli barəsində məlumat verməsini onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini düzgün nəzərə alaraq təqsirli bilindiyi CM-in 29, 120.1-ci maddəsi ilə ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən ed ir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquq i və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 5 dekabr 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar