Məhkəmə qərarları › İş №1(102)-1142/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1142/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1142/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Mehrəliyev Cabir Mürüş oğlunun iştirakları ilə x xxxx 1985-ci il tarixdə Gürcüstan Respublikasının Saqereco rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Mehrəliyev Cabir Mürüş oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.X.Həsənzadə) Məhkum – Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edi lməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi cəzaçəkmə müddətinin əvvəlinin 5 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.B.Babayev (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimli) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsini n hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 11 iyul 2021-ci il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə ilə sərxoş halda idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Nissan Primera” markalı, **-SM*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Sovxoz Ramana istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətlər i və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək həmin qaydanı pozmaqla həmin küçədə yerləşən “Araz Market”-in yaxınlığında yolun sağ tərəfində velosipedlə hərəkətdə olan Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sağ tərəfi ilə vurmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs1 hadisə zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölümünə, həmçinin, “Nissan Primera” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillin sahibi Zərərçəkmiş şəxs2 3.000 manat dəyərində maddi zərər vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli qərarının cəza təyini hissəsində dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 263-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Müdafiəçi hesab edir ki, Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinin tələblərinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunması və, ona dəymiş ziyanın tam ödənilməsi yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi C.Mehrəliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasi ya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona məhkəmələr tərəfindən təyin edilmiş cəzanın sərt olması bildirilir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinə isə “Eyni əməllər CM-in 2631.1-ci maddəsində sadalanan əməllərin eht iyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması – beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərhini zəruri hesab etməyərək qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qi ymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin olunması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəx slər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şə xslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İş materiallarından və kassasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, işə apellyasiya instansiya məhkəməsində baxıldıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən notarial qaydada təsdiqlənmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, o, təqsirləndirilən şəxs Məhkumlə barışmış və onun Məhkum qarşı heç bir iddia və tələbi yoxdur. İş materiallarından görünür ki, Məhkum himayəsində bir azyaşlı uşağı vardır, əməlini etiraf edərək peşmançılıq çəkmiş, cinayət i şi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və onun məhkuma qarşı heç bir şikayət və tələbi yoxdur və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətin in əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normal ardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60 -cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyə n olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya ar adan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməli, ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli qərarı ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aydan 5 (beş) il 3 (üç) aya endirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən, məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rə hbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aydan 5 (beş) il 3 (üç) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar