Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1142/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, habelə Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı ) Zərərçəkmiş şəxs və onun nümayəndəsi – XXX15nun vəkili Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim S.A.Səmədzadə) Məhkum (xx xxxxxx 1999-cu ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin mənt əqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Həmçinin, hökmlə zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması və müalicə olunması ilə əlaqədar 7000 manat pulun təqsirkardan tutulub ona ödənilməsinə dair mülki iddiası qismən təmin edilərək Məhkum 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatının tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Ağayev, hakimlər R.O.Əsgərova və A.İ.İsmayılovdan ibarət məhkəmə tərkibi) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən veril miş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 8 avqust 2023-cü tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 06 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində qaranlıq və quru hava şəraitində “XXX20” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib ünvan3 ilə ünvan4 istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keç idində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaldıb yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmaqla və piyadaya yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib ünvan5ndə yerləşən “XXX25” restoranının qarşısında olan piyada keçidi ilə yolu soldan sağa doğru keçməyə cəhd edən piyada Zərərçəkmiş şəxs vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs aqonal vəziyyət və baş beyin silkələnməsi ilə müşayiət olunmuş sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, 3-4-cü bel fəqərələrinin, oma və sağ qasıq sümüklərinin sınıqları, sol iç və sağ bayır topuq nahiyələrinin səthi əzilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər vurulmasına səbəb olmuş, bununla da o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Məhkum nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtombillə Zərərçəkmiş şəxs vurmas ı nəticəsində sonuncunun sağlamlığına çox ciddi zərər yetirmişdir. Bununla əlaqədar Zərərçəkmiş şəxs hal-hazırda da böyük məsrəflər tələb edən müalicə almaq məcburiyyətindədir. Qeyd olunan hallar Məhkum maddi ziyana görə 15.000 manat və mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulub zərərçəkmiş şəxsə ödənilməsinə əsas versə də, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq zərərçəkmiş şəxsin mülki iddiasını qismən təmin edərək, yalnız maddi ziyana görə 3000 manat məbləğində pulun tutulmasına dair qərar qəbul etmiş, həmin qanunsuz hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin digər dəlili isə odur ki, təqsirkar şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan həddindən artıq yüngül cəza təyin edilmişdir. Kassasi ya şikayətinin müəllifləri şikayətdə göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum CM-in 263-1.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinə, eləcə də mülki iddianın tam təmin olunmasına dair yeni qərarın çıxarılmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kass asiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən M əhkum Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə şəxsiyyəti, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə uzlaşmayan və azadlıqdan məhrum etmə növündə olmadığı üçün həddindən artıq yüngül olan cəzanın təyin olunduğunu, eləcə də zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın düzgün həll olunmadığını iddia edərək, faktiki olaraq cəzanın ağırlaşdırılmasına və mülki iddanın tam təmin edilməsinə (Məhkum 15000 manat məbləğində pulun maddi ziyana görə, 5000 manat məbləğində pulun mənəvi zərərə görə tutulmasına) dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələn dirmişlər. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun ilk dəfə törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsi və cinayət əməlinin az ağır cinayət olmaqla hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan törədilməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və məhkəmə Məhkum cəza təyin edərkən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələləri üzrə müəyyən etdiklərini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla - cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində əlavə cəza kimi dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və əsas cəza kimi dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun isla h edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Birinci instansiya məhkəməsi tərəfindən isə (kassasiya şikayətində iddia olunanların əksinə olaraq) Məhkum CM-in 263-1.2-ci maddəsində alternativsiz nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə və bu cəzanın yuxarı həddində daha yaxın həddə cəza təyin edilmiş, yuxarıda təsvir edilən təqsirkarın şəxsiyyəti ilə bağlı məlumatlardan, cəzanı yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların olmamasından, törədilmiş cinayət in xarakterini və ictimai təhlükəliliyini aşkarlayan xüsusatlardan, eləcə də Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbindən çıxış edən məhkəmə Məhkum daha böyük müddətə azadlıqdan məhrum edilməsi üçün əsas tapmamış, birinci instansiya məhkəməsinin bu məsələ üzrə gəldiyi nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Məhkəmələrin yuxarıda qeyd olunan xüsusatları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmələri, zərərçəkmiş şəxsin (mülki iddiaçının) və nümayəndənin istinad etdikləri (zərərin tam şəkildə deyil, qismən ödənilməsi və s. bu kimi) halların isə cəzanı ağırlaşdıran hallar qismində nəzərə almamaları da qanun pozuntusu kimi şərh edilə bilməz. Çünki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən halların da cə zanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Cəzanı ağırlaşdıran hallar isə - əksinə Cinayət Məcəlləsinin 61-ci maddəsində tamamlanmış siyahı şəklində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal, o cümlədən zərərçəkmiş şəxsin və nümayəndənin kassasiya şikayətində qeyd etdikləri xüsusatlar təqsirkarın cəzasını ağırlaşdıran hallar kimi nəzərə alına bilməz. Məhkəmələrin cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş digər məsələlər üzrə nəticələri məhkəmə baxışında CPM-in 143-146-cı maddələrinə müvafiq sürətdə tədqiq olunub-qiymətləndirilmiş sübutlardan hasil edilmiş, yəni məhkəmələ r tərəfindən CPM-in 139, o cümlədən 139.0.5-ci maddəsinin də tələblərinə əməl olunmuşdur. Eynilə, zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum cinayət nəticəsində məruz qaldığı maddi zərərə görə 7000 manat məbləğində pulun alınıb ona verilməsinə dair mülki iddiası da əsaslı şəkildə və qanuna müvafiq qaydada həll olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət-Prosessual Məcəllənin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zərurəti yarandıqda da müvafiq fiziki və ya hüquqi şəx s məhkəmə baxışında məhz cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. CPM-in 354.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul edilir. Zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs isə birinci instansiya məhkəməsində verdiyi mülki iddiasında Məhkum cinayəti nəticəsində sağlamlığına vurulmuş ağır zərərlə bağlı müalicəsinə sərf etdiyi xərclərə görə təqsirkardan 7000 manat pulun tutulub ona ödənilməsinə dair tələb irəli sürmüş, bu tələb cinayət prosesində sübuta yetirilmiş hesab edilən 30 00 manat hissəsində məhkəmə tərəfindən təmin edilmiş, 15000 manat məbləğində pulun maddi zərərin əvəzi, 5000 manat məbləğində pulun mənəvi zərərin əvəzi kimi tutulmasına dair tələbi isə Zərərçəkmiş şəxs artıq hökm çıxarılandan sonra apellyasiya instansiyası məhkəməsinə verdiyi apellyasiya şikayətində irəli sürmüşdür. Zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən iddia tələbinin məbləği dəyişdirilərkən CPM-in 183.1 və 183.4-cü maddələrinin tələblərinə əməl olunmadığından, eyni zamanda cinayət prosesində baxılmış sübutlar yalnız 3000 manat hissəsində iddia tələbinin təmin edilməsinə əsas verdiyindən, apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə də birinci instansiya məhkəməsi ilə razılaşıb hökmün mülki iddia ilə bağlı müddəalarını dəyişdirilmədən saxlaması əsassız və qanunsuz nəticə ki mi, bu məsələdə məhkəmələrin qanun pozuntularına yol verdiklərini iddia edən zərərçəkmiş şəxsin (mülki iddiaçının) və onun nümayəndəsinin kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu şikayətin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittih amçısının, müdafiəçinin və məhkum edilmiş şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 7 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 7 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №1(102)-1142/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1142/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver