Məhkəmə qərarları › İş №1(102)-1142/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1142/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1142/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Mülkülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumlu ğu olmayan, fərdi əməklə məşğul olan, Tovuz rayonunun Mülkülü kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 11 ünvanda faktiki yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2436/2024 nömrəli 9 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-193/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə (A.A.Qurbanova) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, onun 1 il 6 ay müddətin ə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2436/2024 nömrəli 9 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.C.Qarayeva (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-193/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına görə Məhkum xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarından artıq miqdarda 0,552 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 15 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, Binəqədi RPİ-nin 6-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməl iyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 20:15-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, Söyüdlər məhəlləsi yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nin 6-cı PBnə gətirilmiş, orada saat 21:30-da bölmədə xidməti otaqların birində üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli klassik şalvarın sağ yan cibindən 1 ədəd narıncı rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0,552 qram olan ağ rəngli kristallşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, ona bəraət veril məsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işinin materiallarından məlum olur ki, Məhkum barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir əməliyyataxtarış tədbirləri; izlənilməsi, telefon danışıqlarına qulaq asılması, telefon danışıq məlumatlarının götürülməsi, videomüşahidə kamerasından istifadə edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair videoçəkilişlər həyata keçirilmədən, bunu görən şahidlərin ifadələri alınmadan və sair ilkin sübutlar toplanılmadan, hətta barəsində əməliyyat- qeydiyyat işi açılmadan tutulmuş və bununla da prosessual hüquqları pozulmuşdur. Əksini isə ittiham tərəfi sübut etməmişdir. Bununla belə 6-cı PB-nin rəisi Cövdət Məmmədov tərəfindən əməliyyat qrupunun yaradılması haqqında nə qərar, nə d ə ki, əmr verilməsə də yuxarıda qeyd edilən əməliyyat- axtarış tədbirləri keçirilmiş, bu da nəticə etibarı ilə Məhkum əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxarmışdır. X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli "şəxsi axtarış və götürmə" protokolu əməliyyat müvəkkili Şahid1, sahə rəisi Şahid2, Binəqədi RPİ-nin KTQ-nun ekspert kriminalisti X4 və şübhəli şəxs Məhkum iştirakı ilə tərtib edilmiş və iştirakçılar tərəfindən imza edilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl şübhəli şəxs Məhkum adından kompüterdə 6-cı PB-nin rəisi Cövdət Məmmədovun adına "xx.xx.2023-cü il tarixdə bölmənin inzibati otaqların birində dövlət hesabına mənə təqdim edilmiş müdafiəçimin iştirakı olmadan üzərimə keçiriləcək şəxsi axtarış və götürmə aparılmasına eti razım yoxdur" məzmunlu ərizə (Cild 1, i.v.29) əlavə edilmişdir. Həmin ərizə alınarkən şübhəli şəxs Məhkum dövlət büdcəsi vəsaiti hesabına təyin edilmiş müdafiəçisi - Bakı şəhəri 11 nömrəli vəkil bürosunun vəkili Müdafiəçi1 iştirak etməmiş, sonradan həmin ərizə ilə tanış olmuşdur. Eyni zamanda cinayət işinin 30-cü vərəqinə əlavə edilmiş əməliyyat müvəkkili Şahid1, sahə rəisi Şahid2 və şübhəli şəxs Məhkum iştirakı ilə kompüterdə yazılmış protokol əlavə edilmişdir. Protokolda qeyd edilmişdir ki, "Mən Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X3 həmin protokolu Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid2, 11 nömrəli vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı il ə tərtib edirəm ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə AR. CM-nin 234.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Məhkum üzərinə keçiriləcək şəxsi axtarış aparılarkən, şübhəli şəxsin öz istəyi ilə vəkili Müdafiəçi1 baxışda iştirak etməmişdir". Protokolun təsviri hissəsində vəkil Müdafiəçi1 iştirakı göstərilsə də nədənsə nəticə hissəsində adı və soyadı qeyd edilməmiş və protokola imza etməmişdir. Müdafiəçi1 şübhəli şəxs Məhkum tutulandan sonra xx.xx.2023cii il tarixdə saat 21:30 dəqiqəyədək tərtib olunmuş istintaq hərəkəti aparılmasında iştirak etmiş, həmin gün saat 21:30- 21:45 dəqiqədə onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi, yəni iş üzrə "həlledici sübut" olan əynindəki boz rəngli klassik şalvarın sağ cibindən bir ədəd narınc rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0,5 52 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi istintaq hərəkətlərində isə iştirak etməmişdir. Bu isə onu göstərir ki, ya ittiham tərəfinin özü müdafiəçinin iştirakını təmin etməmiş və ya cinayət işində Müdafiəçi1 imzası olmayan xx.xx.2023-cü il tarixdə saat 20.45 dəqiqədə X2 tərəfindən tərtib edilmiş protokolda müdafiəçinin həmin istintaq hərəkətinin keçirilməsində iştirak etməməsi ilə bağlı göstərilənlər (cild 1, i.v. 31-33) isə ittihamın təməl nöqtəsi olan maddi sübutun qanun pozuntusu, yəni Məhkum müdafiə hüququnun pozulması ilə götürülməsi kimi qiymətləndirilməlidir. Heç bir vaxt narkotik vasitə və psixotrop vasitədən istifadə etməmiş və həmin vaxt üzərində psixotrop vasitə olmamışdır. Psixotrop vasitə əmə liyyat müvəkkili Şahid1 məxsus olmuş, təsir, təzyiq və "onsuz da cinayət tərkibi yaratmır" deyə aldatma yolu ilə onun cibinə qoyulmuşdur. Üzərində axtarışın faktiki saxlanılandan 2 (iki) saat 30 (otuz) dəqiqədən artıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində şübhəli şəxs kimi Məhkum artıq tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın onun saxlanılmağından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, ibtidai istintaq zamanı üzərində axtarışın nə üçün Məhkum saxlanıldığı yerdə aparılmaması, habelə saxlanılandan 2 (iki) saat 30 (otuz) dəqiqədən sonra 6-cı PB-də aparılması nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqları zamanı araşdırılmamış və buna heç hüquqi qiymət də verilməmişdir. Şübhəli şəxs Məhkum üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona şübhəli şəxsin hüquqlarının izah edilməsi nə protokoldan, nə də ki, aparılmış video görüntüdən də görünmür. Əksinə həmin videçəkilişdən müəyyən olunur ki, həqiqətən X2 şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirərkən Məhkum Azərbaycan Respublikası CPM-nin 90-cı maddədə nəzərdə tutulan hüquq və vəzifələri, xüsusən proses iştirakçılarına etiraz etmə və sair hüquqlarını tam izah etməmişdir. Üzərində "şəxsi axtarış və götürmə keçirilməsi" müdafiəçi olmadan keçirilmiş və protokollaşdırılmış, ona da təsir, təzyiq və aldatma yolu ilə imza etdirilmişdir. Guya müdafiəçinin iştirakı olmadan üzərində şəxs i axtarış və götürmə keçirilməsinə razılıq verməyinə dair xx.xx.2023-cü il tarixli protokol isə sonradan hansısa "peşəkarın" məsləhəti ilə tərtib edilərək ona təzyiq göstərmə və aldatma yolu ilə imza etdirilmişdir. Müdafiəçi1 isə iştirak etmədiyi saxta "şəxsi axtarış və götürmə keçirilməsinə dair" xx.xx.2023-cü il tarixli protokola imza etməyəcəyinə əvvəlcədən əmin olaraq müdafiə hüququnun pozulması ilə bağlı olan bu boşluğu Məhkum müdafiəçinin iştirakı olmadan "üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verməyi ilə bağlı" protokolla kompensasiya etməyə "uğursuz" cəhd etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, müdafiəçisi Müdafiəçi3 və kassasiy a şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquq i qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliy inin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 200 1-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməl idir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin material larına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və ə sas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkumun tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmə qərarlarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Ağahüseyn Həsənov tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həmin tarixdə saat 20:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götür mə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Məhkum üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli klassik şalvarının sağ yan cibindən bir ədəd narıncı rəngli kağız bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Elektron məlumatların əks olunduğu 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum üzərinə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən videoçəkilişlə hüquq və vəzifələri izah olundu, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Məhkum üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirildi. Məhkum əynində olan boz rəngli klassik şalvarın sağ yan cibindən 1 ədəd narıncı rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoydu. M əhkum üzərində hər hansı bir əşyanın olub-olmamasına dair sual verildikdə, o, üzərində hər hansı əşyanın olmadığını bildirdi. Təhqiqatşı tərəfindən Məhkum ciblərinə və geyindiyi ayaqqabın içərisinə baxıldı, hər hansı bir əşya aşkar edilmədi. Məhkum üzərindən çıxan narıncı rəngli kağız bükümün nə olmasına dair sual verildikdə, o, həmin bükümdə el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin olmasını bildirdi. Təhqiqatçı Məhkum həmin psixotrop maddə metamfetamini harada, kimdən və nə məqsədlə əldə etdiyinə dair suallar verdi. Məhkum cavab verir ki, o, həmin narıncı rəngli kağız bükümün içərisində olan psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu Xırdalan şəhərində anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat müqabilində almış, hə min metamfetamini öz şəxsi istifadəsi üçün almışdır. Bundan sonra narıncı rəngli kağız bükümdəki psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli zərfə qablaşdırılıb və möhürlənib, protokol tərtib edilir. Prosedur iştirakçıları zərfin üzərinə və protokola imza çəkirlər. Məhkəmə qərarlarından görünür ki, cinayət işi üzrə Məhkum üzərindən aşkar olunaraq götürülmüş 0,552 qram psixotrop maddə ekspertiza tədqiqatından qalıq qalmış 0,502 qram psixotrop maddə metamfetamin saxlanmasından ötrü Binəqədi RPİnin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, video görüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmçinin məhkəmə qərarlarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4189 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi, “Vət. Məhkum üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,552 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 11 avqust 2023-cü il tarixli 5148 №-li rəyinə əsasən Məhkum kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kassasiya kollegiyası a şağı instansiya məhkəmələrinin gəldiyi nəticələrlə razılaşır və qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum müdafiəçisinin kassasiya şikayətində qeyd olunanlar onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirılməli, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarından artıq miqdarda 0,552 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə-kimyəvi ekspertizasının rəyi və digər iş materialları ilə sübuta yetirilmiş hesab edilməlidir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumun törətdiyi əməlin - xeyli miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqs ədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddə ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumun əməlində CM-in 234.1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumun əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilmə si nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsir sizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzər də tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişi klik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar