Məhkəmə qərarları › İş №1(102)-1143/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1143/2019

23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1143/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva, Fərhad Abdulkərim oğlu Kərimov ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ba kı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən və məruzəçi), T.X.Nəsrullayeva və N.A.Kərimovdan ibarət tərkibdə) 1(101)-1016/2017 nömrəli 27 sentyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 17 aprel 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o,satış məqsədi ilə qanunsuz olaraq külli m iqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 14 aprel 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Zərifə” parkında istintaqa məlum olmayan «X2» adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 450 manat müqabilində əldə etdiyi külli miqdarda xalis çəkisi 6,050 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini daşıyıb üzərində saxlamış, 17 aprel 2017-ci il tarixdə saat 22:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Məhkum ünvan 2 ünvanının yanında saxlanılaraq Xətai RPİ-nin inzibati binasına gətirilmiş və buradaxidməti otaqların birində onun üzərinə baxış keçirilərkən onun qanunsuz olaraq satış məqsədi ilə əldə edib üz ərində daşıyıb saxladığı bir ədəd gümüşü siqaret kağızına bükülmüş halda külli miqdarda olan 6,050 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra, həmin tarixdə saat 23:30 radələrində Xətai RPİ-nin NMB- nin əməkdaşları tərəfindən Məhkum yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanın qonaq otağından bir ədəd üzərində «Pocket Scale» yazısı və bir ədəd üzərində «BESTE» yazısı olan elektron tərəzilər, həmçinin qeyd olunan mənzilin yataq otağındakı divanın altından bir ədəd göy rəngli polietilen sellofanda Məhkum 2017-ci ilin fevral ayının axırlarında Bakı şəhəri, ünvan 3 ünvanında «X3» adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 2.000 manat müqabilində əldə edib daşıyıb saxladığı külli miqdarda, yəni ümumi xalis çəkisi 5.050 qram (5kq 50qram) olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) 1(103)1745/2017 nömrəli 14 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməs ini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli idi. O, həqiqətən də narkotik vasitələrin qəbulu ilə məşğul olur, lakin onların satışı ilə məşğul olmamışdır. Bundan başqa məhkəmələr ona cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını, həmçinin narkotik vasitəni könüllü olaraq təhvil verməsini nəzərə almadan ona ağır cəza təyin etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinl əyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda gö stərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. İş materialından görünür ki, Məhkum 14 aprel 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Zərifə” parkında istintaq a məlum olmayan «X2» adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 450 manat müqabilində əldə etdiyi külli miqdarda xalis çəkisi 6,050 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini daşıyıb üzərində saxlamış, 17 aprel 2017-ci il tarixdə saat 22:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Məhkum ünvan 2 ünvanının yanında saxlanılaraq Xətai RPİ-nin inzibati binasına gətirilmiş və buradaxidməti otaqların birində onun üzərinə baxış keçirilərkən onun qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində daşıyıb saxladığı bir ədəd gümüşü siqaret kağızma bükülmüş halda külli miqdarda olan 6,050 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra, həmin tarixdə saat 23:30 radələrində Xətai RPİ-nin NMB- nin əməkdaşları tərəfindən Məhkum yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanın qonaq otağından bir ədəd üzərində «Pocket Scale» yazısı və bir ədəd üzərində «BESTE» yazısı olan elektron tərəzilər, həmçinin qeyd olunan mənzilin yataq otağındakı divanın altından bir ədəd göy rəngli polietilen sellofanda Məhkum 2017-ci ilin fevral ayının axırlarında Bakı şəhəri, ünvan 3 ünvanında «X3» adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 2.000 manat müqabilində əldə edib daşıyıb saxladığı külli miqdarda, yəni ümumi xalis çəkisi 5.050 qram (5kq 50qram) olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum birinci instansiyası məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etiraf edici ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilərək tədqiq edilmiş şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya o nların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələri və psixotrop maddələrin miqdarına, habelə, onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-cu il tarixli qanunu ilə təsdiq edilmiş siyahıya əsasən heroi nin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar 2 qram müəyyən edilmişdir. İş üzrə Məhkum aşkar edilib götürülmüş narkotik vasitə heroinin miqdarı qanunvericiliklə həmin narkotik vasitənin şəxsi istehlakı üçün müəyyən edilmiş həddən artıq, yəni 6,050 qram olmuşdur. Həmçinin onun evindən aşkar olunaraq götürülmüş narkotik vasitənin xalis çəkisi 5.050 qram (5kq 50qram) olmuşdur. Göründüyü kimi, Məhkum üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr külli miqdarda olması onun narkotik vasitələri məhz satmaq məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmişdir və onun əməlinin C M-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum təyin edilmiş cəzanın ədalətsiz və ağır ol masıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər t ərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməməklə ona səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Nəzərə alınsa ki, məhkumun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və məhkəmə ona həmin maddənin sanksiyasının orta hədində yəni, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir, belə cəzanı heç cür ağır hesab etmək mümkün deyildir. Digər tərəfdən, məhkəmə kollegiyasının qənaətinə görə məhkuma təyin edilmiş cəza onun tərəfindən törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın ağır olması barədəki dəlili ilə razılaşmaq olmur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, isl ah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası məhkəmənin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin e dilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2017-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar