Məhkəmə qərarları › İş №1(102)-1143/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1143/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1143/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşad Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Hafiz Əliyev) 1(124)-121/2021 nömrəli, 21 dekabr 2021ci il tarixli hökmü ilə xx xxxxx 1957-ci il tarixdə Dəvəçi (Şabran) rayonunun Xarko kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, faktiki olaraq Şabran rayonu, Dəvəçi kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 62.1-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 mart 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş, tüfeyli həyat sürən, ailə üzvləri ilə birlikdə onunla bir evdə yaşamaqla faktiki olaraq himayəsində olan 1985-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs tərəfindən mütəmadi olaraq məruz qaldığı şəxsiyyətini aşağılayan təhqiredici və zorakı hərəkətlərinə birdəfəlik son qoymaq üçün ona ağır xəsarət yetirib fiziki cəhətdən şikəst edərək özündən tam asılı vəziyyətə salmaq qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə 21 mart 2021-ci il tarixdə, səhər saat 06 radələrində, Şabran rayonu Dəvəçi kəndində yerləşən evində təsərrüfatda istifadə etdiyi balta ilə silahlanıb oğlunun ailə üzvləri üçün ayrılmış yataq otağına daxil olaraq döşəmədə salınmış yataqda arvadı X2 ilə uzanıb yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs yaxınlaşmış, otağın qaranlıq, özünün isə həyacanlı olması səbəbindən əvvəlcədən planlaşdırdığı kimi baltanın küt deyil, kəsici tərəfi ilə bir dəfə sonuncunun təpə nahiyəsinə zərbə endirərək ona yetirilən anda həyat üçün təhlükəli olması əlamətlərinə görə bədən xəsarətlərinin «ağır» növünə aid edilmiş «sağ gicgah nahiyəsinin kəllə qapağı sümüyünün sınığı və baş beyinə qansızma ilə müşayiət olunan çapılmış yarasından» ibarət bədən xəsarətləri yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və Ruhiyyə Əsgərova) 1(105)162/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti, eləcə də Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin olunmalıdır. Belə ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin faktiki hallarını gizlətməyə çalışmaqla qeyri səmimilik göstərmiş, məhkəmə isə hökmdə bu halı əsassız olaraq yüngülləşdici hal kimi qeyd edərək yekunda müstəsna hal kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsi ilk dəfə cinayət törədilmənin hansı hallarda cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin şərtlərini müəyyən etmişdir. Yəni ilk dəfə törədilən cinayət, hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən və az ağır cinayətin törədilməsini ehtiva edir. Burada hadisələrin təsa düfi axarı dedikdə, yəni törədilmiş əməlin təhlükəlilik dərəcəsində yanılma, təqsirkar üçün aşkar surətdə xarakterik olmayan cinayətkar əməllərin törədilməsi (şəxsin müstəsna dərəcədə müsbət xarakterizə olunması, işə, təhsilə, vicdanlı münasibəti, mülayim xarakterli, qayğıkeş olması) və s. nəzərdə tutulur. Məhkəmə isə qeyd edilən halı sübuta yetirmədən CM-in 62-ci maddəsinin tətbiqi üçün əsassız olaraq bu halı müstəsna hal kimi qiymətləndirmişdir. Həmçinin məhkəmələr təqsirləndirilənin hansı əlamətlərə görə yəni yaşına, yoxsa fizioloji vəziyyətinə görə qoca hesab etməsini əsaslandırmamaqla həmin halı müstəsna hal kimi qiymətləndirmədə də səhvə yol vermişdir Göründüyü kimi məhkəmələr cəza məsələsini həll edərkən ancaq yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və sonradan bu halları müstəsna hallar kimi sadalamaqla kifayətlənib törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını, o, cümlədən törədilmiş cinayətin şəxsiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aid olmaqla ictimai təhlükəliliyini nəzərə almamış, təyin edilmiş cəza faktiki olaraq qanunvericiliyin tələbinin ziddinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərinə xidmət etməmişdir. Məhkəmədə baxılmış cinayət işinin hallarından görünür ki, Xalıq Rəcəbov tərəfindən törədilmiş cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, təqsirin formasına görə qəsdlə əhatə olunmaqla dərəcəsinə görə ağır cinayətlər təsnifatına aiddir. Eyni z amanda ictimai təhlükəliliyi balta ilə insan həyatı üçün önəmli olan baş nahiyəsinə vurma nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına ağır zərər vurularaq sağ gicgah nahiyəsinin kəllə qapağı sümüyünün sınması və baş beyinə qansızmaya səbəb olmaqla cinayətin başa çatmasında ifadə olunur. Məhkəmələr isə bütün bunları nəzərə almayaraq Xalıq Rəcəbovun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hər hansı halın olmasını nəzərə almadan yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşlar. Göründüyü kimi işin halları ilə müəyyən edilir ki, Xalıq Rəcə bovun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün hər hansı müstəsna hal, yaxud hallar yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predm eti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili birinci instansiyası məhkəməsi tərəfindən cinayətin məqsədi və motivi, xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan, məhkumun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsidir. Məhkəmə kollegiyası kassasiya protestinin qeyd edilən dəlili ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı i lə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Məhkum ittiham olunduğu cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi, həmçinin təqsirləndirilən şəxsin cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs olaraq törətməsi cəzasını yüngülləşdirən hallar kimi qəbul edib Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Kassasiya kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə əlaqədar olaraq qeyd edir ki, məhkəmə CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zəruriliyini əsaslanaraq həmin maddədə nəzərdə tutduğu halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış etməli, yəni həmin halların müstəsnalığını və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəblərini lazımınca əsaslandırmalıdır. Məhkəmə kollegiyası bildirir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə kollegiyasının fikrincə Məhkum törətdiyi cinayətin məqsədi və motivi, yəni tüfeyli həyat tərzi sürən oğlunu şikəst edib özündən tam asılı vəziyyətə salmaq məqsədi ilə ona ağır xəsarət yetirməsi, habelə cinayət əməlini törədərkən və bundan sonra onun davranışı, o cümlədən zərərçəkmiş şəxslə barışması müstəsna və cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə az aldan hallar kimi çıxış edə bilməz. Bu baxımdan da məhkəmə kollegiyası məhkəmələrin Məhkum barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəll əsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədal ətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Göstərilənləri nəzərə alar aq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırmamış, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini düzgün nəzərə almamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 26 aprel 2021-ci il tarixli 749 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Məhkum «şizofreniyanın paranoid forması» kimi xroniki ruhi xəstəlikdən əziyyət çəkir. Həmin xəstəlik cinayət əməli törədilməzdən əvvəl, mövcud olan tibbi sənədlərə və toplanan anamnestik məlumatlara görə təxminən 1990-1991-ci illərdə klinik əlamətləri ilə təzahür etmişdir. Bundan sonrakı dövrdə Məhkum stasionar və ev şə raitində mütəmadi müalicə almışdır. Yoxlanılan şəxs Məhkum qərarda qeyd edilən cinayət əməlini törədərkən paranoid şizofreniyadan əziyyət çəkməsinə baxmayaraq natamam remissiya (yaxşılaşma) vəziyyətində olduğuna görə hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malik olmuşdur. Məhkum əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum hal-hazırda paranoid şizofreniya xəstəliyinin gedişində natamam remissiya vəziyyəti davam edir. Bu səbəbdən Məhkum anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu tam idarə etmək iqtidarında deyildir. Buna görə hazırki psixi vəziyyətinə əsasən Məhkum əməli Azərbaycan Respublikası CM-in 22.2-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-in 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Bundan əlavə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 2995 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Məhkum hal hazırda Şizofreniya paranoid forma, natamam remissiya vəziyyəti müəyyən edilir. Məhkum qərarda göstərilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma” diaqnozlu psixi xəstəlikdən əziyyət çəksə də onun psixi vəziyyəti natamam remissiya (yaxşılaşma) vəziyyətində olduğun a görə törətdiyi əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum hal-hazırda paranoid şizofreniya xəstəliyinin gedişində natamam remissiya vəziyyəti davam edir. Bu səbəbdən Məhkum anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu tam idarə etmək iqtidarında deyildir. Buna görə hazırkı psixi vəziyyətinə əsasən Məhkum əməli Azərbaycan Respublikası CM-in 22.2-ci maddəsinin təsiri altına düşür. İş üzrə keçirilmiş hər iki məhkəmə-psixiatrik ekspertizanın rəylərindən görünür ki, Məhkum “Şizofreniya paranoid forma” diaqnozlu psixi xəstəlikdən əziyyət çəkir. Həm cinayət törədilən zaman, həm ekspertiza keçirilən zaman həmin xəstəlik remissiya (yaxşılaşma) vəziyyətində olduğuna görə Məhkum törətdiyi əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bu səbəbdən də onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmədiyi rəylərdə qeyd edilmişdir. Hər iki rəydə Məhkum əziyyət çəkdiyi psixi xəstəliyi ilə əlaqədar ekspertiza keçirilən zaman törətdiyi əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarında olmaması və Azərbaycan Respublikası CM-in 22-ci maddəsinin təqsiri altına düşməsi göstərilmişdir. Lakin həmin rəylərdə Məhkum cin ayət törədərkən əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olub-olmaması və Azərbaycan Respublikası CM-in 22-ci maddəsinin təsiri altına düşüb-düşməməsi müəyyən edilməmiş və ekspertiza rəyində qeyd edilməmişdir. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əasasən cinayət prosesi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması yalnız psixiatriya sahəsində ekspertlərin rəyinin əvvəlcədən əldə edilməsi və tədqi qi şərti ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası CM-in 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulur. Göründüyü kimi qanun tələblərinə görə cəza təyin edərkən şəxsin cinayət törədildiyi zaman anlaqlılığı istisna etməyən psixi pozuntu nəticəsində əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsi, yaxud onları idarə edə bilməməsi nəzərə alınmalı, bu halın mövcüdluğu isə yalnız psixiatriya sahəsində ekspertlərin rəyinə əsasən müəyyən edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspe rtizalarının rəylərində Məhkum cinayət törətdiyi zaman Azərbaycan Respublikası CM-in 22-ci maddəsinin təsiri altına düşməsi müəyyən edilmədiyi halda birinci və apelyasiya instansiyası məhkəmələri ona cəza təyin edərkən onun anlaqlılıq istisna etməyən psixi pozuntusu olan şəxs kimi cinayəti törətməsini nəzərə alıb, qanunun yuxarıda qeyd edilən normaların tələblərinə riayət etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlillərini əsaslı hesab edir və nəticəyə gəlir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apelyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək hallar araşdırılmalı və nəticəsindən asılı olaraq iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar