Məhkəmə qərarları › İş №1(102)-1143/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1143/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1143/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi – XXX25nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə ida rəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Qədirli) Məhkum (xx xxxxxx 1982-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim C.V.Hüseyn, hakimlər E.H.Allahverdiyev və H.Ç.Məmmədovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Məhkum müdafiəçisi Mü dafiəçi kassasiya protestinə qarşı etiraz vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 04 may 2022-ci il tarixdə saat 11:10-da "B" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, özünə məxsus “Saıpa" markalı “99-KV310” dövlət qeydiyyat nişanlı avtomobillə 70-80 km/saat sürətilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 183B nömrəli ünvanın qarşısı ilə metronun "Koroğlu" stansiyasından "Şəfa" stadionu istiqamətində sağdan sola üçüncü hərəkət zolağı ilə hərəkətdə olarkən, Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələbləri pozub həmin yolu sağdan sola keçən piyada X2 idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beynin travmatik ödemi, baş beyinin silkələnməsi ilə müşayiət olunan alnın sağ yarısının ön səthi və burun belinin sıyrığı, sol bazu oynağı proyeksiyasının şişkinlik halında əzilməsi və qançırı ilə müşayiət olunan sol bazu sümüyünün yerdəyişmiş qapalı sınığı, sol İİİ qabırğanın qapalı sınığı, hər iki ağciyərin ocaqlı qansızmaları, sol dirsək nahiyəsinin arxa səthi, sağ diz ön səthi, sol baldırın orta 1/3-nin ön səthinin sıyrıqları, sol dirsək nahiyəsinin arxa səthi, sol saidin orta 1/3-nin arxa səthi, hər iki budun orta-aşağı 1/3- nin bayır-arxa-iç səthi, sol baldırın bayırarxa-iç səthi, sağ baldırın ön-iç səthinin qançılarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən baş beynin kəskin travmatik ödemi nəticəsində baş beynin həyati vacib mərkəzlərinin sıxılması nəticəsində 04 may 2022-ci ildə saat 15:15-də X5 Reanimasiya şöbəsində X1 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya protestinin və və müdafiəçinin kassasiya protestinə qarşı etirazının dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin etmiş, cinayət qanununun cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının tələblər i pozulmuşdur. Kassasiya şikayətində xüsusilə ona istinad olunur ki, Məhkum ilk dəfə cinayət törətməsi düzgün olmayaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, digər halların hökmdə cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması əsaslandırılmamış, zərərçəkmiş şəxsin təqsirkarla barışmaması isə əsassız olaraq nəzərə alınmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafi əçi dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə qarşı etiraz verərək, əsassız olduğu üçün kassasiya protestinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddi ndən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8- ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tör ədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutu lmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq məhkəmələrin “açıq-aydın” yüngül cəzanın təyin edilməsinə səbəb olan hüququn tə tbiqi məsələləri üzrə səhvə yol verdikdə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsip i ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin hüququn tətbiqi məsələləri üzrə səhvə yol verməsi, Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayəti Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızl ıq formasında törədilən əməldir. Həmin maddənin sanksiyasında əsas cəza kimi 2 (iki) ildən 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəza kimi 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 263.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin aşağı həddindən 2 (iki) il 6 (altı) ay çox, yuxarı həddən 1 (bir) il 6 (altı) ay az cəza təyin edilmişdir (eynilə əlavə cəzanın da müddəti sanksiyada göstərilən yuxarı həddən altı ay azdır). Baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. O cümlədən, z ərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmaması CM-in 61-ci maddəsində cəzanı ağırlaşdıran halların sırasında göstərilməmişdir. Həmçinin, məhkəmələr tərəfindən (o cümlədən, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsinə əsasən) müəyyən edilmişdir ki, Məhkum barışığa cəhd etsə də, hüquqi varis 50.000 manat pulun ödənilməsi barədə şərt irəli sürdüyündən, təqsirkarın isə həmin məbləğdə pulu ödəmək imkanı olmadığından barışıq əldə olunmamışdır. Cəzanı yüngülləşdirən hallara gəldikdə isə apellyasiya instansiyası məhkəməsi Məhkum hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparmasının CM-in 59.1.11-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması istisna olmaqla birinci instansiya məhkəməsinin hökmündə qeyd olunan digər halların, o cümləd ən Məhkum himayəsində 2 azyaşlı uşağının olmasının – CM-in 59.1.4-cü maddəsinə; əməlini etiraf edib peşman olmasının, ilk dəfə cinayət törətməsinin, zərərçəkmişin hüquqi varisinə vurulmuş ziyanla bağlı ödəniş etmək istəməsinin, onunla barışığa cəhd etməsinin, gənc və aztəminatlı ailə olmasının – CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması ilə razılaşmış, eyni zamanda Məhkum hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparıb orada onun xərclərini qarşılamasını cəzanı yüngülləşdirən halların sırasından xaric etməməmiş, onları CM-in 59.2-ci maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Həmin cəzanı yünüglləşdirən halları məhkəmələr CPM-in 139.0.5-ci maddəsi tələb etdiyi kimi onların mövcudluğunu təsdiq edən, mümkünlüyü təkzib edilməmiş sübutlara əsasən müəyyən etmişlər. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitnə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar