Məhkəmə qərarları › İş №1(102)-1143/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1143/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1143/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 9 noyabr 2024-cü il tarixli 1(103)-1945/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aytən Əliyeva (sədrlik edən və məruzəçi), Siyavuş Hacıyev və Vüqar Quliyev) 22 iyul 2024-cü il tarixli 1(101)-1182/2024 nömrəli hökmü ilə, xx xxxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunun, Sirab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Babək rayonu, Sirab kəndində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqq uz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə və cəza çəkmə müddətinin başlanğıcı 01 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metanfetamin əldə edərək həmin maddənin bir hissəsini idarə etdiyi “Volvo” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəfində yerləşən yük yerində, digər hissəsini isə üzərində saxlamaqla daşımış, 01 iyul 2023-cü il tarixdə saat 04:00-dəqiqədə Azərbayca n Respublikası DİN-nin Narkotiklərlə Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilimiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında saxlanılaraq Narkotiklərlə Baş Mübarizə İdarəsinə gətirilərək xidməti otaqların birində video çəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 13,181 qram olan psixotrop maddə-metamfetamin, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 06:11-də idarə etdiyi “Volvo” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəfində yerləşən yük yerində dəmir qaz sobasının içərisində saxladığı üç ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 742,7 qram, 754,2 qram, 731,4 qram ümumi təmiz çəkisi 2228,3 qram olan ağ rəngli, kristal şəkilli kütlələri, üzərindən aşkar edilən psixotrop maddə ilə müqayisədə kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 2241,481 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Əliyev (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Zaur Hüseynov) 19 noyabr 2024-cü il tarixli 1(103)1945/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 1(101)-1182/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi, hökmdə n həmin maddə ilə təqsirli bilinib məhkum edilməsinə və cəzalandırılmasına dair müddəalar çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli 1(103)-1945/2024 nömrəli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi iş materialla rında olan sübutları düzgün tədqiq etmədən, bəzi sübutların təmin edilməsinə şərait yaratmadan, bəzi sübutların isə mövcudluğuna baxmayaraq, həmin sübutların harada olmasını və nə üçün tədqiq edilməsi üçün məhkəməyə təhvil verilməsini araşdırmadan yekun qənaətə gəlmişdirlər. Təqsirləndirilən şəxs birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində narkotik vasitənin onun olmadığını, onun avtomobilinə və üzərinə polis əməkdaşlarının qoyduğunu, polis əməkdaşları tərəfindən istər, fiziki, istərsə də mənəvi təzyiqə məruz qaldığını bildirdiyi halda məhkəmələr işin bu halları obyektiv araşdırmamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş 6606/2023 saylı məhkumun tibbi kitabçasından göründüyü kimi, 13-cü sırada məhkum İstintaq Təcridxanasına qəbul edilərkən "hər iki saidin ön səthlərində və sol baldırın aşağı səthində çapıq toxuması" aşkar olunmuşdur. Lakin nə istintaq, nə məhkəmələr həmin xəsarətlərlə əlaqədar heç bir araşdırma aparmamışdır. Həmçinin, ibtidai istintaq mərhələsində ittiham tərəfindən işə əlavə edilmiş "avtomobilə baxış və götürmə aparılmasına" dair protokoldan görünür ki, həmin axtarış və götürmə aparılmasına dair istintaq hərəkətində Azər Həsənov, Elşad Qurbanov (əməliyyatçılar), təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Ramiz Mirzəyev iştirak etmişdirlər. Əlavə olaraq Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş 29 aprel 2024-cü il tarixli məhkəmə iclas protokolunda şahid Azər Həsənov müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, avtomobilə baxış və götürm ə aparılmasına dair istintaq hərəkətində 4 nəfər və gömrüyün əməkdaşlarının iştirak etmişlər qeyd edir. Lakin cinayət işi materiallarına ittiham tərəfindən təqdim edilmiş "avtomobilə baxış və götürmə aparılmasına" dair protokolda və "avtomobilə baxış və götürmə aparılmasına" dair videoçəkilişdə gömrük əməkdaşlarının iştirakı görünmür. Lakin, bu ziddiyyət araşdırılmamışdır. İbtidai istintaq zamanı cinayət işi materiallarına ittiham tərəfindən əlavə edilmiş "avtomobilə baxış və götürmə aparılmasına" dair videogörüntülərə baxış keçirərkən, avtomobilə baxış keçirmə müddəti ümumilikdə 15 dəqiqə 40 saniyə təşkil edir. Videogörüntünün maksimum 10 saniyəsi tırın qoşqusuna baxış keçirilmə üçün ayrılıb. Videogöründüyə baxış keçirmiş olsanız avtomobilin qoşqusuna 10 saniyə ərzində baxış keçirilməsi m ümkünsüzdür. Göründüyü kimi, avtomobilin qoşqusunda sirab qabları yerləşdirilib və onlara baxış keçirilməsi üçün ən azından 15 dəqiqə vaxt lazımdır. Lakin, videogörüntüdən də göründüyü kimi, sanki avtomobilə baxış keçirən əməliyyatçılar və təhqiqatçıda avtomobilin yük yerləşdirilən hissəsindən və sürücü əyləşən hissədən narkotik vasitənin çıxmayacağına bir əminlik var. Göründüyü kimi, narkotik vasitəsinin axtarışı və baxışı ilə bağlı keçirilən istintaq hərəkəti formaldır və bu videogörüntüyə baxış keçirərkən özünü açıq-aşkar büruzə verir. Cinayət işi materiallarına ittiham tərəfindən əlavə edilmiş "telefon aparatına baxış keçirilməsi" haqqında 01 iyul 2023-cü il tarixli protokolda qeyd olunur ki, təqisrləndirilən şəxsə məxsus olan "Samsung" markalı mobil telefona baxış keçirilərkən "whatts app" tətbiqində Kazım adlı şəxsə məxsus olan +**********20 nömrəsindən 29 dəfə zəng gəlmişdir. Təqsirləndirilən şəxs ifadələrində saxlanılarkən əməliyyatçı tərəfindən telefon əlindən alınaraq qanunsuz olaraq baxış keçirildiyini və ora bir nömrə qeyd edib, adını Kazım olaraq qeyd etdiyini bildirmişdir. Lakin, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs həmin mobil nömrənin onun telefonunda olmadığını, əməliyyatçılar tərəfindən saxlanılarkən onun telefonunu aldıqlarını və mobil nömrənin onlar tərəfindən telefona yazıldığını iddia edir. Lakin, məhkəmələr tərəfindən sübut qismində iş materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməmiş, həmin mobil nömrənin nə zaman telefona qeyd edildiyi müəyyən edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin qərar ında narkotik vasitənin İİR-dan təqsirləndirilən şəxs tərəfindən alınıb Azərbaycan Respublikası ərazisinə keçirməyi və "Kazım" adlı şəxslə cinayətkar əlaqəyə girdiyi istintaq oranı tərəfindən sübut yetərsizliyindən sübuta yetirilə bilmədiyi qənaətinə gəlinmişdir. Narkotik vasitənin nə İİR-dan, nə də ki, Azərbaycan Respublikası ərazisində tanımadığı şəxsdən aldığını (təqsiriləndirilən şəxsin verdiyi ifadə) təsdiq edən heç bir mötəbər sübut iş materiallarına əlavə edilməyib. Məgər təqsirləndirilən şəxsin verdiyi ifadə ilə narkotik vasitənin Azərbaycan Respublikası ərazisindən tanımadığı şəxsdən aldığını sübut edə bilərmi? Konstitusiya Məhkəməsinin plenum qərarında da qeyd edildiyi kimi, etiraf digər sübutlarla birlikdə qiymətləndirildikdən sonra, sübut əhəmiyyəti daşıya bilər. Belə olan hald a təqsirləndirilən şəxsin təzyiq altında verdiyi bir ifadəni əsas götürüb, narkotik vasitənin mənbəyinin mötəbərliyinin sübuta yetirilməsi tamamilə qanunsuz və əsassızdır ki, bütün qeyd olunan məsələlər məhkəmələr tərəfindən, xüsusilə də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadan və sübutlar düzgün qiymətləndirilmədən yekun qənaətə gəlinmişdir. Göründüyü kimi, narkotik vasitənin əldə edilmə mənbəyi (kimdən, nə zaman, haradan və.s.) müəyyən olunmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şi kayətinin əsas mahiyyəti ondan ibarətdir ki, Məhkum ona elan edilmiş ittiham üzrə təqsirli olması cinayət işi üzrə mötəbər sübutlarla təsdiq olunmamışdır. Buna baxmayaraq, məhkəmələr tərəfindən əsassız və qanuna zidd olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutu lmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda m əhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün və şahidlər A.Ə.Həsənovun və E.C.Qurbanovun ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyas iya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşmış, lakin təqsirləndirilən şəxsin həmin əməli digər şəxslə qabaqcadan əlbir olaraq törətməsi sübutlarla təsdiq olunmaması barədə qənaətə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxar tmaq hüququna malikdir. Qeyd olunan müddəanın ehtiva etdiyi hüquqi anlayışa görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılması bəraətverici əsasların elementləri hesab edilmir. Yəni, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi dəyişdiyi halda onun təqsirli bilindiyi müvafiq maddələr ümumi ittihamdan çıxarıla bilər. Təqsirləndirilən şəxs tərəfində satış məqsədi ilə külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi və saxlanmasını təsdiq edən hal – məhkumun üzərində və idarə etdiyi avtomobildə külli miqdarda psixotrop maddə olan metamfetaminin aşkar edilməsi məhkumun ibtidai istintaq zamanı verdiyi ifadələrlə yanaşı digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Lakin Məhkum həmin əməlini İİR-in vətəndaşı ol an naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi barədə onun ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə digər sübutlarla müəyyən olunmur. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum ittihamından Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin xaric edilməsi CPM-in 126.6-cı maddəsinin tələblərinə tam uyğun olduğundan əsaslı və qanuni olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, mə hkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və hər iki instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələ r tərəfindən Məhkum elan edilmiş ittihamda təqsirini müəyyən edərkən qanun pozuntusu ilə əldə edilmiş sübutlara – təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı polis əməkdaşları təzyiqi altında özünün əleyhinə verilmiş ifadələrə istinad etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş bu dəlili əsaslı hesab etmir. Belə ki, məhkum ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadələri polis əməkdaşları tərəfindən ona qarşı təzyiq və fiziki zor tətbiq edilməsi ilə əlaqələndirmişdir. Lakin həmin iddialar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırılmış və öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, məhkumun polis əməkdaşları tərəfindən zor tətbiq olunması barədə verdiyi ifadələr təkcə həmin əməkdaşların izahatları ilə deyil, eyni zamanda şübhə doğurmayan digər sübutlarla — məhkəmə-tibbi ekspertizasının rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təqdim etdiyi sənədlərlə təkzib olunmuşdur. Ekspert rəyində və təqdim olunmuş sənədlərdə göstərilir ki, məhkumun bədənində onun iddia etdiyi dövrə uyğun hər hansı xəsarət və ya zorakılıq izləri müşahidə edilməmişdir. Bu səbəbdən məhkəmələr həmin iddianın əsassız olduğu qənaətinə gəlmiş və onu sübut kimi qəbul etməmişlər. Həmçinin qeyd olunmalıdır ki, məhkum ibtidai istintaqın ilkin mərhələsində təkcə polis əməkdaşları qarşısında deyil, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında da cinayət əməlinin törətdiyini etiraf etmişdir. Bundan əlavə, cinayət işinin materiallarına əlavə olunmuş qərardan da görünür ki, məhkumun qeyd olunan iddiaları ilə bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılmış və Məhkum polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı təsdiqini tapmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstəri lən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nət icəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli 1(103)-1945/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli 1(103)-1945/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar