Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1144/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 24 dekabr 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim:H.Məmmədov) 23 oktyabr 2018-ci il tarixli saylı hökmü ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış Məhkum 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə cəzasının əvvəli 06 avqust 2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş «həbs» qətim kan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 24 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim: Rəhimov Elmar Eldar oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu, Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 24 dekabr 2018-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hall arı: Məhkəmənin hökmünə əsasən Məhkum 04 avqust 2018-ci il tarixdə saat 18:30 radələrində sərxoş vəziyyətdə Xətai rayonu Oksigen küçəsində yaşadığı 16 nömrəli fərdi yaşayış evinin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən, silah qismində istifadə edilən bıçaq tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edərək keçmiş arvadı Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə təpik və yumruqları ilə və eləcədə bıçaqla xəsarət yetirməklə sonuncuya “bel nahiyəsinin sağ yarısında daxilə nüfuz etməyən deşilmiş - kəsilmiş yara, sol bazu nahiyəsində qançırlar, sol mil-bilək oynağı nahiyəsində kəsilmiş səthi dəri yarası” kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bundan sonra xuliqanlıq hərəkətlərinə davam etdirərək əlində silah qismində istifadə etdiyi bıçağı kənarda dayanmış şəxslərə nümayiş etdirərək, nalayiq söyüş ifadələri ilə təkrarən həmin yerdən 20 metr kənarda dayanmış vəziyyətdə olmuş Zərərçəkmiş şəxs2 sadə etibarnamə ilə idarə etdiyi ona məxsus olan “Mercedes Benz 250D” minik markalı **-KS-*** dövlət nömrə nişanlı avtomobilin arxa şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq avtomobilin sahibi Zərərçəkmiş şəxs2 220 manat maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, ona cəza təyin edilərkən cəzanı yüngülləşdirən halları yetərincə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 24 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin məhkuma cəza təyin edilərkən yüngülləşdirici halları lazımı qədər nəzərə alınmadığı, ona ağır cəza təyin edildiyi barədə dəlilləri əsassızdır. Kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmişdir. Kollegiya kassasiya şikayətinin məhkum barəsində cəzanın yüngülləşdirilməli olması barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmələr istinad olunmuş cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyası həddində cəza təyin edilərkən qanunvericiliyin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarak terinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, iş üzrə məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan, hallar mövcud olmadığından, məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2 maddəsində nəzər də tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 58.3, 8.1, 41.2-ci maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 22-ci maddəsində nəzərdə tutulan müddəa, yəni hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışını tələb etmək hüququ həyata keçirilmiş və Azərbaycan Respublikası CPM-in və CM-in normalarına əməl edilmişdir. Kollegiya qeyd edir ki, işə baxılarkən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu əks etdirən 6-cı maddəsinin tələbləri pozulmamışdır. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəzasının yüngülləşdirilm əsi üçün məhkəmənin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarını təsbit edən Azərbaycan Respublikası CPM-in 416-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 24 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1144/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1144/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver