Məhkəmə qərarları › İş №1(102)-1145/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1145/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1145/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 1(103)-1598/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 1(101)-710/2022 nömrəli hökmü ilə ( hakimlər A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarı ilə, ( hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov ) müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhku m qəsdən aldatma yolu ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin noyabr ayının əvvəllərində işləmədiyi halda sonuncuya özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib müddətli həqiqi hərbi xidmətdə olan oğlu XX-i hərbi xidmətdən tərxis olunduqdan sonra DSX-nə işə qəbul etdirəcəyinə inandıraraq, bunun müqabilində ondan 2020-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək hissə-hissə olmaqla, hər dəfə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 58 saylı binanın qarşısında görüşüb ümumilikdə vahid qəsdlə Zərərçəkmiş şəxs2 20.000 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum qəsdən aldatma yolu ilə Zərə rçəkmiş şəxs1 külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində işləmədiyi halda özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib sonuncunun qardaşı Şahid barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə cinayət məsuliyyətindən azad ediləcəyini təmin edəcəyinə inandıraraq, bunun müqabilində ondan 15 sentyabr 2021-ci il tarixdə Bakı Metropoliteninin "Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən kafedə 60.000 manat, bir neçə gün sonra yaşadığı ünvan 3 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs2 vasitəsi ilə 17.000 manat ekvivalentində 10.000 ABŞ dolları və 13.000 manat, sentyabr ayının sonlarında isə Bakı şəhəri, Xətai rayonu əra zisində yerləşən 7 saylı Təcili Yardım Stansiyasının yaxınlığında 10.000 manat, ümumilikdə vahid qəsdlə Zərərçəkmiş şəxs1 100.000 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirərək külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən məhkumun əməlindən səmimi peşman olması, verdiyi ifadələrlə istintaqa fəal kömək etməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsi, himayəsində iki azyaşlı uşağının və yaşlı xəstə anasının olması nəzərə alınmamış və ona həddindən artıq ağır və ədalətsiz cəza təyin etmişlər. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə alternativ cəza ilə əvəz edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə CM-in 62-ci madd əsinin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq Məhkum həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə məhkuma təyin olunmuş cəzanın CM-in 62-ci maddəsinə əsasən dəyişdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2022-ci il tar ixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdi rən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərd ə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən ye ni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun isl ah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum törətməkdə təqsirli bilindiyi cinayət əməllərindən görünür ki, mülkiyyət əleyhinə yönələn bu əməllər nəticəsində Zərərçəkmiş şəxs1 100.000 manat məbləğində, Zərərçəkmiş şəxs2 20.000 manat məbləğində ziyan vurulmuşdur. Məhkum törətdiyi həmin əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhku m cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun himayəsində iki övladının olması, zərərçəkmiş Zərərçəkmiş şəxs2 dəymiş ziyanın tamamilə, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən hallara və cəzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində aparılan icraat dövründə isə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın qalan məbləği tam ödənilmişdir. Kassasiya instansiyası məhkəməsində aparılan icraat dövründə zərərçəkmiş şəxslərə – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi, onların məhkuma qarşı şikayətlərinin olmaması haqqında notarial qaydada təsdiq olu nmuş 27 avqust 2023-ci il və 29 avqust 2023-cü tarixli ərizələr daxil olmuşdur. Təsvir olunanlardan görünür ki, Məhkum cinayət əməlləri nəticəsində vurulmuş ziyan ödənilmişdir. Bu hal məhkumun həqiqətən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, onun ictimai təhlükəli xarakterini düzgün dəyərləndirdiyini əks etdirir və birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş törədilmiş cinayətin ictimai təhlükəliyini, törədilmə üsulunu, məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə onun azadlıqdan məhrum etmə növündə, lakin apellyasiya məhkəməsinin qərarı ilə müəyyən edilən cəza müddəti ilə müqayisədə daha az müddətli cəza vasitəsi ilə islah oluna biləcəyinə inam y aradan əsas kimi çıxış edir. Məhkəmə kollegiyası məhz bu şəkildə Məhkum cəzasının azaldılmasını mümkün gördüyündən, müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü Məhkum barəsində CM-in 62-ci maddəsinin qaydalarına əsasən cəzasının azaldılmasına dair tələblərlə razılaşmır. Belə ki, Cinayət Məcəlləsinin 62-ci maddəsi həmin maddədə göstərilənlərə aid olub, müstəsna hallar kimi qiymətləndirilə biləcək cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olduqda tətbiq edilir. Hazırki işin halları isə, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna halların olmadığını, Məhkum islah edilməsi və cəzanın digər məqsədlərinin təmin edilməsi üçün onun azadlıqdan məhrum etmə cəzasını çəkməsinin zəruri olduğunu göstərir. Qeyd olunan səbəblər üzündən kollegiy a baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və müdafiəçisi Müdafiəçi5, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 oktyabr 2022-ci il tarixli, 1(103)-1598/2022 nömrəli qərarı dəyişdirilərək sonuncuya həmin qərarla təyin olunmuş azadlıq dan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4 -cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 oktyabr 2022-ci il tarixli, 1(103)-1598/2022 nömrəli qərarı dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 5 (beş) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar