Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1146/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: Əziz Cəfər oğlu Seyidov (sədrlik edən), İnqilab Maşallah oğlu Nəsirov (məruzəçi) və Fərhad Kazım oğlu Əliyevdən ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, bəraət verilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü ma ddəsinin 1-ci bəndi ilə Məhkum bəraət verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli hökmündən iş üzrə Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Mirzə Xankişiyev, hakimlər Şəkər Məmmədova və Rauf Əliyevdən ibarət tərkibdə), Məhkum, xx xxxxxx 1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə (08 dekabr 1960-cı il tarixli qanun) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə ona görə təqsirli bilinmişdir ki, o, 1994-cü ilin oktyabr ayının əvvəllərində X13, X14 və iş yoldaşları X15, X18 ilə birlikdə qabaqcadan əlbir olub razılaşaraq əvvəlcədən tanıdıqları R6 qızının əri X16 qəsdən həyatdan məhrum etmək məqsədi ilə R6 sifarişi və A6 tapşırığı əsasında X16 08 oktyabr 1994-cü il tarixdə yeyib-içdikdən sonra, saat 18 radələrində söhbət etmək adı altında onu X15 və X18 ilə birlikdə sonuncunun idarə etdiyi «QAZ-24» markalı avtomaşınına mindirərək Novxanı bağlar sahəsində X4 məxsus 1383 saylı bağ evinin həyətinə aparmış və orada elektrik naqilini C6 boynuna keçirib boğarkən X34 ayaqlarını, M6 isə onun qollarını elektrik naqili ilə bağlamış və onu boğaraq tamah məqsədi ilə öldürüb meyitini həyətdə olan su quyusuna atdıqdan sonra, R6 buna görə A6ə 2400 ABŞ dolları (4.200.000 manat) məbləğində pul vermiş və A6 isə həmin pulun 1000 ABŞ dollarını (1.750.000 manat) V10a, M6ə və ona vermişdir. Birinci instansiya məhkəməsinin hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2015-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Nazim Mövsümov, hakimlə r Mübariz Zeynalov və Fərmayıl Zeynallıdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsindəki 06 may 2014-cü il tarixli hökmü dəyişdirilmədən, apellyasiya protesti təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2016-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İmran Hacıqayıbov, hakimlər Gülzar Rzayeva və Fərhad Kərimovdan ibarət tərkibdə) apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı T6 tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, təqsirləndirilən şəxsin müdafiəçisi R8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2015-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2017-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Vidadi Cəfərov, hakimlər Hüseyn Nəbiyev və Nazim Nəsibovdan ibarət tərkibdə) apellyasiya protesti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmünü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinərək ona həmin maddə ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından da narazı qalan dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2017-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əli Seyfəliyev, hakimlər Hafiz Nəsibov və Tahir Kazımovdan ibarət tərkibdə) Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2017-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 09 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Elman Əhmədov, ha kimlər Zaur Məmmədov və Aqil Abbasovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar cəza təyin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü ləğv edilmiş, apellyasiya protesti təmin edilməmiş, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2019-cu il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfind ən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protestini əsaslandıraraq göstərmişdir ki, məhkəmə kollegiyası tərəfindən hökm çıxarılarkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əsassız və qanunsuz bəraət verildiyindən həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ibtidai istintaq və məhkəmə iclaslarında ifadə verərək göstərmişdir ki, 1991-1993-cü illərdə maddi cəhətdən çətinlik çəkdiyi üçün ailəsini dolandırmaq məqsədi ilə Sumqayıt şəhəri, «Şərq» bazarında köşk açaraq işlədərkən, orta məktəbdə bir sinifdə oxuduğu dostu X5 vasitəsi ilə Sumqayıt şəhərində «ENERQO-MAŞ» kiçi k müəssisəsinin direktoru vəzifəsində işləyən, iş adamı kimi tanınan X14 ilə tanış olmuşdur. X8 işə götürərək müxtəlif növ metal qırıntılarının toplanmasına cəlb etmiş, həmin işdə müəyyən qazanc olduğundan bu işə dostu M6i də cəlb etmişdir. Həmin ərəfədə müəssisəyə işə düzəlmək üçün gəlib-gedən X17 və onun qaynatası, vaxtı ilə A6lə bir zavodda işləmiş X9 tanımışdır. C6 itkin düşməzdən bir müddət əvvəl ona demişdir ki, Rusiya şəhərində yaşayan qohumlarının yanına getməyə hazırlaşır, onu da özü ilə apara bilər, o bu təklifdən imtina etmişdir. X11 A6 yanında işləyərkən sonuncunun bacısı oğlu və kürəkəni kimi tanımış, sonuncu qaynatasına məxsus ağ rəngli «QAZ-24» markalı avtomaşını idarə etmişdir, aralarında yalnız iş münasibətləri olmuşdur. Bir müddət A6 yanında işləyib əmək haqqı ala bilmədi yindən işdən çıxıb yaxınlıqda yerləşən X1 müəssisəsinə işə düzəlmiş, axırıncı dəfə C6u nə vaxt gördüyünü xatırlamamışdır. 1994-cü ilin oktyabr ayının əvvəllərində X2 MR-nın Dərbənd şəhərində yaşayan baldızı əri X24 ağır xəstəliyi ilə əlaqədar 07 oktyabr 1994-cü il tarixdə mərhum atası M6 birlikdə Dərbəndə getmiş, ora çatarkən artıq A7 vəziyyəti ağırlaşmış, elə həmin günü də vəfat etmişdir. Həmin gecə A10in yaxın qohumu olub Dərbənd şəhərində yaşayan Əli-İmrangildə gecələmişdir. Dəfninə çatmayıb yas mərasimində iştirak etməklə orada bir neçə gün qalıb Sumqayıt şəhərinə qayıtdıqda C6un artıq bir neçə gün əvvəl evdən gedib qayıtmadığını ailəsi tərəfindən axtarıldığını eşitmişdir. Bir neçə gündən sonra C6 valideynləri onun yanına gələrək C6 ondan soruşsalar da ondan xəbərsiz olduğunu bildirmiş, C6 meyiti Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki bağ evlərinin birinin həyətindəki su quyusunda aşkar edilmişdir. Hadisədən bir neçə gün sonra o, Sumqayıt şəhər prokurorluğuna çağırılaraq hadisə ilə əlaqədar dindirilib sərbəst buraxılmış, bir daha istintaqa cəlb edilmədiyindən istintaqın sonrakı gedişatından məlumatı olmamışdır. O, həmin dövr də Bakı da yaşadığı müddətdə Sumqayıt şəhəri xalq məhkəməsinin 01.12.1995-ci il tarixli hökmü ilə CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə (köhnə redaksiya ilə) təqsirli bilinərək 1 il azadlıqdan məhrum edilmiş, məcburi əməyə cəlb edilməklə təyin edilən 1 il cəza şərti hesab edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra, bir müddət Bakı şəhərində yaşamış, lakin yaxşı iş tapa bilmədiyi üçün dolanışıq məqsədi ilə Rusiya Federasiyasına getmiş, 2 003-cü ilə qədər Rusiya Federasiyasında yaşadıqdan sonra, 2003-cü ildə Qazaxstan Respublikasında qalaraq daimi məskunlaşmışdır. O, 2013-cü ilin iyun ayında Astana şəhərinin polis əməkdaşları tərəfindən tutularkən barəsində axtarış olduğunu bilmişdir. O, heç vaxt istintaqdan yayınmamış və gizlənməmişdir, axtarışda da olduğunu bilməmişdir. İşin faktiki hallarına tam uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Məhkum özünü müdafiə xarakterli verdiyi ifadələri məhkəmə kollegiyası tərəfindən əsassız olaraq yeganə sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz bəraət hökmünün əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan və birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrində tədqiq olunan şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar əsa ssız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X18 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 08 oktyabr 1994-cü ildə C6 idarə etdiyi Qaz -24 markalı, K7624 az dövlət №-li avtomaşınla N6 və M6 ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində xaş yeyib araq içdikdən sonra C6u evə düşürtmüşlər, günortadan sonra C6la görüşüb birlikdə dənizkənarı kafelərin birində qutab yeyib araq içdikdən sonra yaxınlıqda yerləşən tanımadığı bağların birinə getmişlər, sökülmüş daş hasardan içəri daxil olaraq orada N6 yerdən götürdüyü şunuru C6un boğazına ataraq boğmağa başlamış, N6ə kömək etmək C6un ölümünü daha tezləşdirmək üçün əldən çıxmasına imkan verməyib C6un ayaqlarını, M6 isə əllərini tutub hərəkət etməyə imkan ve rməmişlər, onu boğub öldürdüklərini və orada olan su quyusuna atmışlar. Sonra isə A10 M6ni, onu və M6ni həbs etmişlər. N6 isə Bakı şəhərində olmadığına görə istintaqa cəlb edilməmişdir. Bu əməlinə görə X41 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. İş üzrə şahid qismində dindirilmiş X15 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 08 oktyabr 1994-cü ildə C6u idarə etdiyi Qaz -24 markalı, K7624 az dövlət №-li avtomaşınla N6 və V10ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində xaş yeyib araq içdikdən sonra C6u evə düşürtmüşlər, günortadan sonra C6la görüşüb birlikdə dənizkənarı kafelərin birində qutab yeyib araq içdikdən sonra yaxınlıqda yerləşən tanımadığı bağların birinə getmişlər, sökülmüş daş hasardan içəri daxil olaraq orada N6 yerdən götürdüyü şunuru C6un boğazına ataraq boğmağa başlamış, N6ə kömək etmək C6un ölümünü daha tezləşdirmək üçün əldən çıxmasına imkan verməyib C6un əllərini, V10 isə ayaqlarını tutub hərəkət etməyə imkan verməmişlər, onu boğub öldürdüklərini və orada olan su quyusuna atmışlar. Sonra isə A10M6ni, onu və Vaqifi həbs etmişlər. N6 isə Bakı şəhərində olmadığına görə istintaqa cəlb edilməmişdir. Bu əməlinə görə X42 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. İş üzrə şahid qismində dindirilmiş X13 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, C6 ailə qurduğu qızını incidib işgəncə etdiyinə görə A6dən yeznəsi C6un sifarişlə öldürməsini xahiş etmiş, A6 də onun sifarişi əsasında C6u öldürtmüş, bu işi gördüyünə görə o, A6ə 2400 ABŞ dolları pul vermişdir... Bu əməlinə görə X36 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17, 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmış dır. İbtidai istintaq orqanı tərəfindən X14 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş, lakin A6 məhkəmə istintaqı dövründə öldüyü üçün barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Bundan əlavə, prosessual qərarların preyudisial əhəmiyyətindən bəhs edən CPM-nin 65.6cı maddəsində göstərilmişdir ki, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Həmçinin, preyudisiya adlanan CPM-nin 142.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, h əm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Cinayət kollegiyası isə CPM-nin yuxarıda qeyd edilən normalarının tələblərini yerinə yetirməmiş, məhkəmə üçün imperiativ xarakter daşıyan cinayət qanununun normasını düzgün tətbiq etməyərək əsassız və qanunsuz nəticəyə gəlmişdir. Hansı ki, cinayət işinin materiallarında olan və qanunu qüvvəsini almış Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmdən görünür ki, X15, X18 CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinib hər biri 12 il, X13 isə həmin maddə ilə 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Məhkəmə kollegiyası isə onun üçün preyudisiyal olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan R espublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmünü işin müəyyən olunmuş hallarına görə əsas götürməli olduğu halda, CPM-nin 142.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq qanunun məcburi olan bu tələblərini yerinə yetirməmiş, əksinə iş materialları ilə təkzib olunan şahid ifadələrini əsas götürməklə əsassız bəraət hökmü çıxarmışdır. Həmçinin, məhkəmə kollegiyası Məhkum barəsində bəraət hökmü çıxararkən qanuni qüvvəsini almış Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmünü də şübhə altında qoymuşdur. Çünki, məhkəmə kollegiyasının bəraət hökmünün əsasını təşkil edən bütün ifadələr həmin zaman da iş materiallarında olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası Məhkum bəraət verərəkən əsas götürdüyüİ6 və X3 ifadələr inin təhlili də zəruridir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Rusiya Federasiyasının səlahiyyəti orqanına göndərilmiş məhkəmə tapşırığına əsasən məhkəmədə dindirilmiş şahidİ6 ifadəsində göstərmişdir ki, Məhkum onun uzaq qohumudur, bu qohumluq onun dayısı X25 tərəfdəndir. 1994cü ilin sentyabrında A10in sağlamlıq vəziyyəti ciddi pozulmuşdur, həkimlər onun həyatının son günlərini yaşadığını söyləmişlər. A10 T 07 oktyabr 1994-cü ildə vəfat etmişdir. 1994-cü ilin oktyabr ayının 6-da Məhkum atası M7la birlikdə Dərbənd şəhərinə gəlmiş və gecələməyə onların evində qalmışlar. Səhər isə, yəni 07 oktyabr 1994-cü ildə N6 A10in yanına getməzdən əvvəl bizə xəbər verdilər ki, A10 vəfat etdi. Onların hamısı birlikdə dərhal dəfn mərasiminə getmişlər. Dəfn mərasimi Belidçidə keçirilmişdi r. Yas mərasimindən sonra o, öz evinə qayıtmış və N6i bir daha görməmişdir. N6 onların evində yalnız bir axşam gecələmişdir. Həmin vaxtdan sonra o bir daha Məhkum görməmişdir. O,hakimin həmin hadisənin baş verdiyi ayı dəqiqliklə necə xatırlmağı barədə sualına cavab olaraq bildirmişdir ki, onun ilk övladı 1994-cü ilin sentyabr ayında dünyaya gəlib və həyat yoldaşı L8 ilk vaxtlar köməyə ehtiyacı olduğu üçün uşaqla birlikdə öz anasının yanında yaşayırdı. Həmin vaxtlar onların öz evi boş olmuşdur. Bununla əlaqədar olaraq 1994-cü il 06 oktyabrda Məhkum atası M7la birlikdə onlara gəldiyi vaxt evləri boş olmuşdur. O, A10 xəstəliyi və ölümü ilə bağlı Məhkum kim tərəfindən və hansı şəkildə məlumat verilməsi ilə bağlı qeyd etmişdir ki, qohumların hamısı A10in vəziyyətinin ağır olduğunu bilmişdir, lakin N6in bu məlumatı kimdən almasını bilmir. O, əlavə olaraq bildirmişdir ki, qeyd edilən tarixdə N6in atası ilə birlikdə Dərbənddə olmasını özündən başqa arvadı L8 da təsdiq edə bilər. O, qeyd etmişdir ki, bununla bağlı onu və həyat yoldaşı L8nı bir dəfə Sumqayıt şəhərində dindirmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Rusiya Respublikasının səlahiyyəti orqanına göndərilmiş məhkəmə tapşırığına əsasən məhkəmədə dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Məhkum onun əri İ6n uzaq qohumudur, bu qohumluq ərinin dayısı X25 tərəfdəndir. 1994-cü ilin sentyabrında A10in sağlamlıq vəziyyəti ciddi pozulmuşdur, həkimlər onun həyatının son günlərini yaşadığını söyləmişlər. A10 T 07 oktyabr 1994-cü ildə vəfat etmişdir. 1994-cü ilin oktyabr ayının 6da Məhkum atası M7la birlikdə Dərb ənd şəhərinə gəlmiş və gecələməyə onların evində qalmışlar. Səhər isə, yəni 07 oktyabr 1994-cü ildə N6 A10in yanına getməzdən əvvəl bizə xəbər verdilər ki, A10 T vəfat etdi. Onlar hamısı birlikdə dərhal dəfn mərasiminə getmişlər. Dəfn mərasimi Belidçidə keçirilmişdir. Yas mərasimindən sonra o, öz evinə qayıtmış və N6i bir daha görməmişdir. N6 onların evində yalnız bir axşam gecələmişdir. Həmin vaxtdan sonra o bir daha Məhkum görməmişdir. O, hakimin həmin hadisənin baş verdiyi ayı dəqiqliklə necə xatırlmağı barədə sualına cavab olaraq bildirmişdir ki, onun ilk övladı 1994-cü ilin sentyabr ayında dünyaya gəlib və ilk vaxtlar köməyə ehtiyacı olduğu üçün uşaqla birlikdə öz anasının yanında yaşamışdır. Həmin vaxtlar onların öz evi boş olmuşdur. Bununla əlaqədar olaraq 1994-cü il, 06 oktyabrda M əhkum atası M7la birlikdə onlara gəldiyi vaxt evləri boş olmuşdur. O, A10 T un xəstəliyi və ölümü ilə bağlı Məhkum kim və hansı şəkildə məlumat verilməsi ilə bağlı qeyd etmişdir ki, qohumların hamısı A10in vəziyyətinin ağır olduğunu bilmişdir, lakin N6in bu məlumatı kimdən almasını bilmir. O, əlavə olaraq bildirmişdir ki, qeyd edilən tarixdə N6in atası ilə birlikdə Dərbənddə olmasını özündən başqa əri Əli-İmran İsmayılov da təsdiq edə bilər. O, qeyd etmişdir ki, Məhkum irəl sürülmüş ittihamla bağlı məlumatlı olmasa da, onu və həyat yoldaşı İ6 bir dəfə Sumqayıt şəhərində dindirmişlər. İş materiallarından göründüyü kimi,İ6 və X7 ibtidai istintaq zamanı da eyni məzmunda ifadələr vermişlər. Təqsirləndirilən Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək cinayətin baş verdiyi 8 okt yabr 1994-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənarda Rusiya Federasiyasının Dərbənd şəhərində olmaqla X23 dəfnində iştrak etdiyini, həmin müddətdə qohumlarının evində gecələdiyini, bu səbəbdən M6 və V10la birlikdə C6 qətlə yetirilməsində iştirak etməməsi barədə alibisi yalan olmaqla, özünü müdafiə xarakteri daşıyır. Həmçinin, şahidlərİ6 və X7 da qohum olduqları üçün Məhkum cinayət məsuliyyətindən azad etmək üçün bu məzmunda ifadələr vermələri də açıq aşkar sezilir. Çünki, mərhum C6 meyiti aşkar edildikdən bir neçə gün sonra şübhəli şəxs qismində dindirilərkən Məhkum cinayətin baş verdiyi 8 oktyabr 1994-cü il tarixdə harada olmasmı bir mənalı halda xatırlamadığını göstərmişdir. X23 7 oktyabr 1994-cü ildə ümumi xəstəlikdən vəfat etdiyini bilən Məhkum 19 ildən sonra həmin tarixi özünə əsas gətirərək sonuncunun dəfnində ıştirak etdiyini, bu səbəbdən cinayətin baş verdiyi 8 oktyabr 1994-cü il tarixdə Sumqayıt şəhərində olmadığmı iddia etmişdir. Həmin ərəfədə şahid qismində dindirilən Məhkum atası M7 M6yev də 8 oktyabr 1994-cü ildə oğlu ilə birlikdə göstərilən dəfn mərasimində iştirak ediyini göstərməmişdir. Bütün bunlar isə bir daha şahidlərİ6 və X3 ifadələrinin həqiqəti əks etdirmədiyini təsdiq edir. İşin hallarından da göründüyü kimi, Məhkum 08 oktyabr 1994-cü il tarixdə X13, X14 və iş yoldaşları X15, X18 ilə birlikdə qabaqcadan əlbir olub razılaşaraq əvvəlcədən tanıdıqları R6 qızının əri X16 qəsdən həyatdan məhrum etmək məqsədi ilə R6 sifarişi və A6 tapşırığı əsasında Novxanı bağlar sahəsində elektrik naqilini C6 boynuna keçirib boğarkən X34 ayaqlarını, M6 isə onun qollarını elektrik naqili ilə bağlamış və onu boğaraq tamah məqsədi ilə öldürüb meyitini həyətdə olan su quyusuna atmış, R6 buna görə A6ə 2400 ABŞ dolları məbləğində pul vermiş və A6 isə həmin pulun 1000 ABŞ dollarını V10a, M6ə və ona vermişdir. Məhkum bu cinayət əməlini törətdikdən sonra isə ölkə ərazisini uzun müddətə tərk edərək cinayət törədilməsindən sonrakı hərəkətinin nədən ibarət olmasını, yəni açıq-aşkar istintaq və məhkəmədən qaçıb gizlənmək olduğunu əyani göstərmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası qərar qəbul edərkən «Qəsdən adam öldürmə isləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının, həmçinin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2 016-cı il tarixli qərarının tövsiyyələrinə əməl etməmiş və nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, Məhkum cinayət törədilməsinə heç bir adiyyətinin olmaması, cinayət törədilən zaman Rusiya Federasiyasının Dərbənd şəhərində olması və digər alibilərlə bağlı müdafiəçi kassasyiya şikayəti vermiş və işə baxan kassasiya instansiyası bu alibilərlə bağlı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “təqsirləndirilən şəxs Məhkum qeyd edilmiş cinayət əməlini törətməsini etiraf etməsə də, onun CM-nin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələ ri, məhkəmə tibbi ekspertizasının rəyi və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Məhkum əməli cinayət xarakteri daşıdığından ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq ona Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə ittiham verilmiş, işə baxan məhkəmələr də həmin ittihamın tam sübuta yetirilməsi barədə düzgün nəticəyə gəlmişlər. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır”. Eyni nəticələr digər məhkəmə qərarlarında da vardır. Göründüyü kimi işə baxan Ali Məhkəməsinin Cinayət kollegiyası öz qərarında məhkəmə kollegiyasının Məhkum bəraət verməsi üçün əsas götürdüyü sübütlara artıq qiymət vermiş, apellyasiya instansiyası isə kassasiya instansiyasının həmin qərarında göstərdiyi dəlilləri nəzə rə almayaraq və hər hansı yeni bir hal olmadığı halda (Rusiya Federasiyasına verilmiş məhkəmə tapşırığı əsasında dinidirilmiş 2 şahidin ifadəsi də artıq cinayət işinin materiallarında olmuş, həmin şahid ifadələrində yeni heç nə göstərilməmişdir) iş materiallarında mövcud olan sübütlara düzgün qiymət verməyərək əsassız bəraət hökmü çıxarmışdır. Ümumiyyətlə, sonuncu məhkəmə baxışınadək Məhkum işinə 1 dəfə birinci instansiya məhəkəməsi, 2 dəfə apelyasiya məhkəməsi, 2 dəfə də kassasiya məhkəməsi tərəfindən baxılmış və hər üç məhkəmə instansiyası və 5 məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli olduğunu öz qərarları ilə təsdiq etmişlər. Yeni heç bir hal olmadığı halda 6-cı dəfə işə baxan məhk əmə kollegiyasının Məhkum barəsində bəraət hökmü çıxarması isə tamamilə qanunsuz və əsassızdır. Kassator yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 84, 408, 409, 410, 412 və 416-cı maddələrini rəhbər tutaraq Məhkum Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2019-cu il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçı sı Kamran Mahmudovun və kassasiya protestinin təmin edilməməsinə dair bəraətləndirilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassas iya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutların məcmu qaydada qiymətləndirilməməsini, sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini və bunun nəticəsi olaraq sifarişlə və tamah məqsədilə qəsdən adam öldürmüş Məhkum əsassız olaraq Azərbaycan Respublikasının 01 sentyabr 2000 -ci il tarixədək qüvvədə olmuş CM-in 94-cü maddəsinin 1-ci bəndi ilə bəraət verilməsini vurğulayaraq Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli hökmünün ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələblərini CPM-in 416.0.2, 416.0.3 və 416.0.13-cü maddələrinin pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.3 və 416.0.13-cü maddələri apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq edilmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və təqsirləndirilən şəxs tə rəfindən törədilən əməlin cinayət qanunu ilə nəzərdə tutulmadığına əsasən səhvən bəraət hökmü çıxarıldıqda kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və dəyişdirmək barədə səlahiyyətlərə malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, aşağıda sadalananlara əsasən apellyasiya instansiyası məhkəməsi sübutları CPM-nin 143-146-cı maddələrinə uyğun tədqiq etməmiş və əsaslandırılmamış hökm çıxarmışdır:
1. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
2. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiyanın bu müddəasının tələbinə əm əl etməmiş və iş üzrə obyektiv həqiqəti müəyyən etməmişdir.
3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir.
4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
5. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir.
6. Məhkəmə kollegiyasi apellyasiya instansiya məhkəməsinin diqqətini cinayət işinin materiallarındakı sübutlara cəlb etməyi zəruri hesab edir:
7. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, C6u qaynatası A10M6nin vasitəsi ilə tanımış, qaynatası həm də onun dayısıdır. Qaynatası C6u işə götürməyi ondan xahiş etmiş, amma C6 əsəb xəstəliyi ilə əlaqədar hərbi xidmətdən azad olunduğundan C6u işə götürməmişdir. 1994-cü ildə dayısı onu yanına çağırıb demişdir ki, N6 və M6 adlı şəxsləri işə götürsün, onlar C6un tanışlarıdır. O da onları gözətçi vəzifəsinə işə götürmüş, bundan sonra C6 tərəfindən ona qarşı münasibət pisləşmişdir. Həmin vaxtlarda onların maddi vəziyyətləri çox yaxşı olmuş, ona görə də C6 bir dəfə qaynatasına demişdir ki, ona hər ay haqq da verməlidirlər. Buna görə qaynatası onu otağından qovmuşdur. Sonra da C6 onun yanına gəlib təklif etmiş ki, qaynatasını öldürüb var-dövlətini ələ keçirsinlər. Bu sözə görə o da, C6u otaqdan qovmuşdur. Bir müddət keçəndən sonra eşitmişdir ki, C6un meyidini Novxanı bağlar massivində su quyusunda tapıblar. Bundan, sonra isə qaynatasını adam oğurluğu üstündə tutmuşlar, o da, qaynatasının yanına gedəndə qaynatası ona demişdir ki, C6u da öldürüb. Birdən işin üstü açılsa o öz boynuna götürsün, çünki cavandır cəzanı da azaltmaqda ona köməklik göstərəcək. O, qaynatası ilə razılaşmışdır. Amma C6un ölüm məsələsi orada açılmamışdır. Qaynatası tutulmamışdan əvvəl onun yanına Tehran adlı bir nəfər də gəlib-gedirdi, Tehran cinayət aləmində olan şəxs idi. 2000-ci ildə Tehran Novxanı bağlar massivində Qalib adlı şəxsi öldürüb basdırması ilə əlaqədar dindirilərkən C6 öldürülməsi barədə də ona sorğu –sual edəndə həmin hadisənin dayısının və onun tərəfindən törədildiyini demişdir. Bu səbəbdən C6 öldürülməsi faktı ilə əlaqədar dayandırılmış cinayət işinin icraatı təzələnmiş və o, istintaqa cəlb edilmişdir. Həmin vaxt dayısı A10M6 demişdir ki, Tehran izahat formasında yazıb bildirib ki, guya dayısı, C6u Novxanı bağlar massivindəki 1383 saylı bağ sahəsinə N6 və M6 ilə aparıb, orada boynuna elektrik naqili salmaqla boğub oradakı quyuya atıblar. Hadisəni Tehran təfsilatı ilə bildiyi üçün dayısı həbs edilməsin deyə onun əvəzinə həmin hadisəni onun N6 və M6 ilə birlikdə boyunlarına almağını gələcəkdə hər üçünü həbsdən azad etdirəcəyini vəd etmişdir. A10M6 həm dayısı, həm də qaynatası olduğu üçün sözündən çıxmamışdır.
8. Kollegiya qeyd edir ki, lakin yuxarıda qeyd edilən ifadədən fərqli olaraq V10 ibtidai istintaq zamanı (2000-ci ildə) vermiş olduğu ifadəsində göstərmişdir ki, 08 oktyabr 1994-cü ildə C6u idarə etdiyi Qaz-24 markalı, K7624 az dövlət nömrəli avtomaşınla N6 və M6 ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində xaş yeyib, araq içdikdən sonra C6u evə düşürtmüşlər, günortadan sonra C6la görüşüb birlikdə dənizkənarı kafelərin birində qutab yeyib araq içdikdən sonra yaxınlıqda yerləşən tanımadığı bağların birinə getmişlər, sökülmüş daş hasardan içəri daxil olaraq orada N6 yerdən götürdüyü şunuru C6un boğazına ataraq boğmağa başlam ış, N6ə kömək etmək C6un ölümünü daha tezləşdirmək üçün əldən çıxmasına imkan verməyib C6un ayaqlarını, M6 isə əllərini tutub hərəkət etməyə imkan verməmişlər, onu boğub öldürmüş və orada olan su quyusuna atmışlar. Sonra isə A10M6ni, onu və M6ni həbs etmişlər. N6 isə Bakı şəhərində olmadığına görə istintaqa cəlb edilməmişdir.
9. Qeyd edilməlidir ki, bu əməlinə görə X41 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 12 (on iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır.
10. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, 1994- cü ildə Salayev A10M6nin yanında cangüdən işləmiş, o, A10M6ni C6 vasitəsi ilə tanımışdır. Son vaxtlar C6 onlardan uzaqlaşmış, həmin ərəfədə A10M6 onlara demişdir ki, C6 onlardan satqınçılıq edir və ona görə də onlar C6dan şübhələnməyə başlamışlar. C6 öz ailəsini də çox incidirmiş, C6u nə qədər başa salsalar da o, öz bildiyini edirmiş. Onlar həmişə C6a deyirmişlər ki, haqlarında nə danışır, nə edir desin. C6 da hər dəfə onları ələ salırmış, doluyurmuş və deyirmiş ki, nə bilir onu da edəcək. Ona görə də X10 xoşu gəlməmişdir. 29 oktyabr 1994-cü ildə C6un meyidi Novxanıda bağlarından tapılmış, cinayət işi başlanılmış, təqsirkar müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılmışdır. Bir müddət sonra eşitmişdir ki, V10u, A6i həbs etmişlər. Vaqifin ifadəsi əsasında isə onun özünü həbs et mişlər. Həbsxanada olarkən ona məlum olmuşdur ki, V10 dayısı A6 tapşırığı əsasında həmin cinayəti öz üzərinə götürmüş və ifadəsində göstərmişdir ki, guya bu cinayəti birlikdə yəni, o, Məhkum və V10 törətmişlər. Guya onlar həmin cinayəti etiraf etdikləri halda A6 kənarda qalacaq, sonra isə onların cəzalarının yüngülləşməsinə köməklik edəcəkdir. Lakin, bu belə olmamış həmin vaxt onu V10u və A6i həbs etmişlərlər. Məhkum isə respublikada olmadığına görə onu tapıb istintaqa cəlb edə bilməmişlər. Sonradan C6un qaynatası X9 da həbs etmişlər. Bildiyi ondan ibarətdir ki, bu cinayəti A6 törətmişdir. Buna baxmayaraq onun yerinə cəzanı onlar çəkmişlər. Məhkum bu cinayətin törədilməsində xəbəri olmamış. Respublikada olmadığına görə, onun adını qəsdən A6 çəkdirmişdir ki, cinayəti özündən uzaqlaşdıra bil sin. Onun ibtidai istintaq da vermiş olduğu ifadə həqiqəti əks etdirmir. Belə ki, o və həmkarları bu cinayəti sadəcə olaraq öz üzərlərinə götürmüşlər.
11. Kollegiya qeyd edir ki, lakin yuxarıda qeyd edilən ifadədən fərqli olaraq M6 ibtidai istintaq zamanı (2000-ci ildə) vermiş olduğu ifadəsində göstərmişdir ki, 08 oktyabr 1994-cü ildə C6u idarə etdiyi Qaz-24 markalı, K7624 az dövlət nömrəli avtomaşınla N6 və V10ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində xaş yeyib araq içdikdən sonra C6u evə düşürtmüşlər, günortadan sonra C6la görüşüb birlikdə dənizkənarı kafelərin birində qutab yeyib araq içdikdən sonra yaxınlıqda yerləşən tanımadığı bağların birinə getmişlər, sökülmüş daş hasardan içəri daxil olaraq orada N6 yerdən götürdüyü şunuru C6un boğazına ataraq boğmağa başlamış, N6ə köm ək etmək C6un ölümünü daha tezləşdirmək üçün əldən çıxmasına imkan verməyib C6un əllərini, V10isə ayaqlarını tutub hərəkət etməyə imkan verməmişlər, onu boğub öldürmüş və orada olan su quyusuna atmışlar. Sonra isə A10M6ni, onu və Vaqifi həbs etmişlər. N6 isə Bakı şəhərində olmadığına görə istintaqa cəlb edilməmişdir.
12. Qeyd edilməlidir ki, bu əməlinə görə X42 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 12 (on iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 1992-ci ilin ma rt ayında qonşuluqda yaşayan C6 onun qızını qaçırdaraq evlənmişdir. Birgə yaşadıqları müddət ərzində C6 qızına həm mənəvi, həm də fiziki işgəncələr verirmişdir. C6un xasiyyəti olduqca tünd idi, o, həm qızını həmdə onları bezdirmişdir. A6i aliminium zavodunda işləyən vaxtlardan tanımışdır. A10M6 özünə çox yaxşı şərait qurmuşdu, ofis açıb cavanları başına yığıb çox yaxşı pul qazanırdı. Ona görə o, A10M6dən xahiş etmişdir ki, kürəkəni C6u da bir işə götürsün. Sonra A10M6 bir gün onu yanına çağırıb demişdir ki, C6a nə iş deyirsə bəyənmir, onu işə götürə bilməz. Buna baxmayaraq A10M6 ona həmçinin demişdir ki, C6u qoşaram Rusiyaya mal aparıb gətirər, həm işləyər, həm də ağlı başına gələr. Həqiqətən də bir neçə gündən sonra C6 Rusiyaya getməyə hazırlıq görmüşdür. 08 oktyabr 1994-cü ildə C6 evdən getmiş və bir daha qayıtmamışdır. O, A10M6nin yanına getmiş, C6u soruşmuş, A10M6 ona demişdir ki, C6u Rusiyaya göndərib. Sonra isə 29 oktyabr 1994-cü ildə C6un meyidi Novxanıda bağlarından tapılmış, cinayət işi başlanaraq təqsirkar müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılmışdır. Hadisədən təxminən bir il sonra işdə olan vaxt yanına Tehran adlı şəxs gəlmiş, C6u kimin öldürmələrini bildiyini, əgər 50.000 ABŞ dolları verməsə gedib C6un qohumlarına bu barədə xəbər verəcəyini demişdir. O, həmin hadisədən xəbərinin olmadığını desədə, Tehran ona beş gün vaxt vermişdir. Sonra yenə onun evinin qarşısına gələrək pulu nə vaxt verəcəyini soruşmuş, o da veriləcək pulunun olmadığını demişdir. Sonra isə o, A10M6nin yanına getmiş, Tehran haqqında danışmış və A10M6 ona həmin vaxt bildirmi şdir ki, Tehran çox axmaq adamdır, gərək ona pul versinlər. Amma A10M6 pulu vermək istəməmiş və həmçinin istəmişdir ki, pulu o versin. Sonra A10M6 qəzetin arasında 5 paçka 10.000 manatlıq əskinas vermiş və o, həmin pulu götürüb evə aparmış, bir neçə gündən sonra A10M6 ona zəng vurub demişdir ki, Tehran yanındadı ofisə gəlsin. O, həmin pulları A10M6nin kabinetində Tehrana vermiş və Tehran onlardan əl çəkmişdir. 2000-ci ilin noyabr ayında dayandırılmış işin icraatı təzələnmiş, həmin işlə əlaqədar Əliyev M6 və Kərimov V10etdikləri cinayəti etiraf etmişlər. X37 və Kərimov Vaqifi həbs etmişlər. İstintaq vaxtı onlar Məhkum də adını çəkmişlər. Lakin, N6 tapılıb istintaqa cəlb edilməmişdir. İstintaqın sonrakı mərhələsində cinayətin birgə iştirakçısı kimi onu və A10M6ni də həbs etmişlər. Məhkəmə is tintaqı zamanı A10M6 ölmüş, onu isə həbs etmişlər. Onun bu cinayət hadisəsindən xəbəri olmamışdır. Bu cinayətin kimlər tərəfindən törədildiyini bilmir, heç bir günahı olmadığı halda uzun müddət günahsız cəza çəkmişdir.
14. Kollegiya qeyd edir ki, lakin yuxarıda qeyd edilən ifadədən fərqli olaraq R6 ibtidai istintaq zamanı (2000-ci ildə) vermiş olduğu ifadəsində göstərmişdir ki, C6 ailə qurduğu qızını incidib işgəncə etdiyinə görə A6dən yeznəsi C6un sifarişlə öldürməsini xahiş etmiş, A6 də onun sifarişi əsasında C6u öldürtmüş, bu işi gördüyünə görə o, A6ə 2400 ABŞ dolları pul vermişdir...
15. Qeyd edilməlidir ki, bu əməlinə görə X36 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17, 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 13 (on üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş və bu cinayətin onun tapşırığı əsasında törədilən X14 məhkəmə istintaqı dövründə öldüyü üçün barəsində olan cinayət işinin icraatına xitam verilmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 göstərmişdir ki, 1995-ci il tarixdə Məhkum adlı tanışı ilə söhbət əsnasında N6 ona C6un qaynatası R.Pirəliyevin sifarişi ilə öldürüldüyünü bildirib. Bu haqda biləndən sonra o, Rafiqdən bu mə lumatın yayılmaması üçün evinə gedərək pul tələb edib və əks təqdirdə polisə xəbər verəcəyi ilə hədələmişdir. Rafiq ona hal-hazırda pulu olmadığını və sabah gəlməsini xahiş etmişdir. Səhərisi günü o, yenidən Rafiqgilə getmiş, Rafiq ona bükülü halda 5 milyon manat pul vermiş və xahiş etmişdir ki, bu haqda heç kimin yanında danışmasın.
18. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.
19. Apellyasiya instansiyası məhkəməsinin mübah isələndirilən hökmündən isə müəyyən olunur ki, məhkəmə sübutlara qiymət verərkən qeyd edilən şahidlərin (məhkumların) cəzalarını çəkib qurtadıqdan sonra bu iş üzrə yalnız 2014-cü ildə keçirilən məhkəmə istintaqı zamanı verdikləri və iş materiallarındakı sübutlarla uyğun gəlməyən ifadələrinə istinad etmiş, lakin elə həmin şahidlərin (məhkumların) işin ibtidai istintaqı zamanı verdikləri və 2001-ci il tarixdə keçirilən məhkəmə araşdırmaları zamanı ifadələrindəki göstərdikləri xüsusatları nəzərə almamış, sübutları onların mümkünlüyü və mötəbərliyi üzrə müqayisə etməmiş və nəticədə əsaslandırılmamış hökm çıxartmışdır.
20. Belə ki, cinayət işinin materiallarından görünür ki, bu cinayət işi üzrə təqsirli bilinib məhkum edilmiş şəxslər V10, M6 və Məhkum arasında heç bir narazılıq, ədavət və düşmə nçilik olmamış, əksinə dostluq münasibətində olmuşlar. Belə olan təqdirdə V10 və M6 hansl səbəbdən “onlarla bir yerdə olmamış və bu cinayət əməli törədilərkən Respublikada olmamış bir şəxsin” qəsdən adam öldürdüyünə dair ifadələr vermişlər? Nə səbəbə V10 və M6 cəza çəkdikləri bütün müddət ərzində Məhkum barəsində verdikləri ifadələrinin düzgün olmaması və onun təqsirsiz olması barədə heç bir orqana müraciət etməmişlər?
21. Bu suallara apellyasiya instansiyası məhkəməsi ağlabatan cavablar tapmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi Məhkum bəraət verərkən əsas götürdüyü dəlillərdən biri dəİ6 və X3 ifadələridir.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Rusiya Federasiyasının səlahiyyəti orqanına göndərilmi ş məhkəmə tapşırığına əsasən məhkəmədə dindirilmiş şahidİ6 ifadəsində göstərmişdir ki, Məhkum onun uzaq qohumudur, bu qohumluq onun dayısı X25 tərəfdəndir. 1994-cü ilin sentyabrında A10in sağlamlıq vəziyyəti ciddi pozulmuşdur, həkimlər onun həyatının son günlərini yaşadığını söyləmişlər. A10 T 07 oktyabr 1994-cü ildə vəfat etmişdir. 1994cü ilin oktyabr ayının 6-da Məhkum atası M7la birlikdə Dərbənd şəhərinə gəlmiş və gecələməyə onların evində qalmışlar. Səhər isə, yəni 07 oktyabr 1994-cü ildə N6 A10in yanına getməzdən əvvəl bizə xəbər verdilər ki, A10 T vəfat etdi. Onların hamısı birlikdə dərhal dəfn mərasiminə getmişlər. Dəfn mərasimi Belidçidə keçirilmişdir. Yas mərasimindən sonra o, öz evinə qayıtmış və N6i bir daha görməmişdir. N6 onların evində yalnız bir axşam gecələmişdir. Həmin vax tdan sonra o bir daha Məhkum görməmişdir. O, hakimin həmin hadisənin baş verdiyi ayı dəqiqliklə necə xatırlmağı barədə sualına cavab olaraq bildirmişdir ki, onun ilk övladı 1994-cü ilin sentyabr ayında dünyaya gəlib və həyat yoldaşı L8 ilk vaxtlar köməyə ehtiyacı olduğu üçün uşaqla birlikdə öz anasının yanında yaşayırdı. Həmin vaxtlar onların öz evi boş olmuşdur. Bununla əlaqədar olaraq 1994-cü il 06 oktyabrda Məhkum atası M7la birlikdə onlara gəldiyi vaxt evləri boş olmuşdur. O, A10 T un xəstəliyi və ölümü ilə bağlı Məhkum kim tərəfindən və hansı şəkildə məlumat verilməsi ilə bağlı qeyd etmişdir ki, qohumların hamısı A10in vəziyyətinin ağır olduğunu bilmişdir, lakin N6in bu məlumatı kimdən almasını bilmir. O, əlavə olaraq bildirmişdir ki, qeyd edilən tarixdə N6in atası ilə birlikdə Dərbən ddə olmasını özündən başqa arvadı L8 da təsdiq edə bilər. O, qeyd etmişdir ki, bununla bağlı onu və həyat yoldaşı L8nı bir dəfə Sumqayıt şəhərində dindirmişlər.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Rusiya Respublikasının səlahiyyəti orqanına göndərilmiş məhkəmə tapşırığına əsasən məhkəmədə dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Məhkum onun əri İ6n uzaq qohumudur, bu qohumluq ərinin dayısı X25 tərəfdəndir. 1994-cü ilin sentyabrında A10in sağlamlıq vəziyyəti ciddi pozulmuşdur, həkimlər onun həyatının son günlərini yaşadığını söyləmişlər. A10 T 07 oktyabr 1994-cü ildə vəfat etmişdir. 1994-cü ilin oktyabr ayının 6-da Məhkum atası M7la birlikdə Dərbənd şəhərinə gəlmiş və gecələməyə onların evində qalmışlar. Səhər isə, yəni 07 oktyabr 1994-cü ildə N6 A10in yanına getməzdən əvvəl bizə xəbər verdilər ki, A10 T vəfat etdi. Onlar hamısı birlikdə dərhal dəfn mərasiminə getmişlər. Dəfn mərasimi Belidçidə keçirilmişdir. Yas mərasimindən sonra o, öz evinə qayıtmış və N6i bir daha görməmişdir. N6 onların evində yalnız bir axşam gecələmişdir. Həmin vaxtdan sonra o bir daha Məhkum görməmişdir. O, hakimin həmin hadisənin baş verdiyi ayı dəqiqliklə necə xatırlmağı barədə sualına cavab olaraq bildirmişdir ki, onun ilk övladı 1994-cü ilin sentyabr ayında dünyaya gəlib və ilk vaxtlar köməyə ehtiyacı olduğu üçün uşaqla birlikdə öz anasının yanında yaşamışdır. Həmin vaxtlar onların öz evi boş olmuşdur. Bununla əlaqədar olaraq 1994-cü il, 06 oktyabrda Məhkum atası M7 birlikdə onlara gəldiyi vaxt evləri boş olmuşdur. O, A10 T un xəstəliyi və ölümü ilə bağlı Məhkum kim və hansı şəkildə məlumat verilməsi ilə bağlı qeyd etmişdir ki, qohumların hamısı A7 vəziyyətinin ağır olduğunu bilmişdir, lakin N6in bu məlumatı kimdən almasını bilmir. O, əlavə olaraq bildirmişdir ki, qeyd edilən tarixdə N6in atası ilə birlikdə Dərbənddə olmasını özündən başqa əri İ6 da təsdiq edə bilər. O, qeyd etmişdir ki, Məhkum irəl sürülmüş ittihamla bağlı məlumatlı olmasa da, onu və həyat yoldaşı İ6 bir dəfə Sumqayıt şəhərində dindirmişlər. 25.İ6 və X7 ibtidai istintaq zamanı da eyni məzmunda ifadələr vermişlər.
26. Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək cinayətin baş verdiyi 8 oktyabr 1994-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənarda Rusiya Federasiyasının Dərbənd şəhərində olmaqla X23 dəfnində iştrak etdiyini, həmin müddətdə qohumlarının evində gecəl ədiyini, bu səbəbdən M6 və V10la birlikdə C6 qətlə yetirilməsində iştirak etməməsi barədə alibi irəli sürmüşdür.
27. Kollegiya qeyd etməyi, vurğulamağı və apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmağı zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, mərhum C6 meyiti aşkar edildikdən bir ay sonra, 9 noyabr 1994-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən Məhkum cinayətin baş verdiyi 8 oktyabr 1994-cü il tarixdə harada olmasını bir mənalı surətdə xatırlamadığını göstərmişdir (cild 1, iş vərəqə 55-58).
28. Halbuki, əgər Məhkum 7 oktyabr 1994-cü ildə X23 dəfnində iştirak edib, bir həftə də orada qaldıqdan sonra 14 oktyabrda Sumqayıta qayıtmişdısa, 9 noyabrda - 24 gün sonra istintaq orqanı tərəfindən qəsdən adam öldürməyə görə şübhəli şəxs qismində dindirilərk ən bu faktı bildirə bilərdi. Çünki, onun əlində təkzibedilməz bir alibi vardı və bu alibi istintaq orqanının ona qarşı bütün şübhələrini təkzib edirdi. Amma nədən Məhkum həmin zaman X23 dəfnində iştirak etməsini yadına sala bilməyib? Hadisənin üzərindən 19 il müddət keçdikdən sonra o, necə 19 il əvvəl yaxın qohumu olmayan şəxsin dəfnində iştirak etdiyi tarixi asanlıqla xatırlaya bilir?
29. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, işin ibtidai istintaqı zamanı 18 dekabr 2000-ci il tarixdə şahid qismində dindirilən Məhkum atası M7 M6yev də 8 oktyabr 1994-cü ildə oğlu ilə birlikdə göstərilən dəfn mərasimində iştirak ediyi barədə heç nə göstərməmişdir (cild 1, iş vərəqə 238-240).
30. Kollegiya qeyd edir və apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırır ki, işə yenid ən baxılarkən İ6 və X3 ifadələrində göstərdikləri xüsusatlar cinayət işinin materiallarındakı sübutlarla müqayisəli şəkildə tədqiq edilməli və sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilməlidir.
31. Məhkəmə kollegiyası onu da qeyd edir və apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırır ki, bu iş Ali Məhkəmənin qərarı ilə 2 dəfə kassasiya protesti əsasında ləğv edilmiş və bu qərarların heç birində Məhkum istinad olunan cinayət əməlinin sübuta yetirilməsi şübhə altına alınmamışdır.
32. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2016-cı il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Məhkum müdafiəçisinin kassasiya şikayəti təmin edilməmiş və qərarda göstərilmişdir ki, “Qanunun yuxarıda göstərilən tə ləblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxsin təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikasının (01 sentyabr 2000-ci il tarixədə k qüvvədə olmuş) CM-in 94-cü maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Rəna Məmmədovanın kassasiya şikayətinin başlıca dəlili təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, təqsirləndirilən şəxs Məhkum qeyd edilmiş cinayət əməlini törətməsini etiraf etməsə də, onun CM-in qeyd olunan maddəs ində nəzərdə tutulmuş cinayət əməli törətməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə, məhkəmə tibbi ekspertizasının rəyi ilə və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Bundan başqa, Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72-74-cü maddələrində göstərilmiş hallar iş üzrə müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr onun barəsində qanunun bu normasını tətbiq etməməklə haqlı olmuşlar. - Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi Məhkum elan edilmiş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən iş üzrə sübutların ar aşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də təqsirləndirilən şəxs Məhkum barəsində cinayət işinin icraatına xitam verilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. - Daha sonra, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, Məhkum 1994-cü ilin oktyabr ayının əvvəllərində X13, X14 və iş yoldaşları X15, X18 ilə birlikdə qabaqcadan əlbir olub razılaşaraq əvvəlcədən tanıdıqları R6 qızının ər i X16 qəsdən həyatdan məhrum etmək məqsədi ilə R6 sifarişi və A6 tapşırığı əsasında X16 08 oktyabr 1994-cü il tarixdə yeyib-içdikdən sonra, saat 18 radələrində söhbət etmək adı altında onu X15 və X18 ilə birlikdə sonuncunun idarə etdiyi «QAZ-24» markalı avtomaşınına mindirərək Novxanı bağlar sahəsində X4 məxsus 1383 saylı bağ evinin həyətinə aparmış və orada elektrik naqilini C6 boynuna keçirib boğarkən X34 ayaqlarını, M6 isə onun qollarını elektrik naqili ilə bağlamış və onu boğaraq tamah məqsədi ilə öldürüb meyitini həyətdə olan su quyusuna atdıqdan sonra, R6 buna görə A6ə 2400 ABŞ dolları (4 200 000 manat) məbləğində pul vermiş və A6 isə həmin pulun 1000 ABŞ dollarını (1.750.000 manat) V10, M6ə və ona vermişdir. Bu əməl cinayət xarakteri daşıdığından ibtidai araşdırma orqanı tərəfində n ona düzgün olaraq Azərbaycan Respublikasının (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) CM-in 94-cü maddəsinin 1-ci bəndi ilə ittiham verilmiş, işə baxan məhkəmələr də həmin ittihamın tam sübuta yetirilməsi barədə düzgün nəticəyə gəlmişlər. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır”.
33. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2017-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilmiş, qərarda Məhkum istinad edilən cinayət əməlinin sübuta yetirilməsi şübhə altına alınmamış, əksinə apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin əsaslandırılmama sı vurğulanmışdır.
34. Bu hallarla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı" 13 yanvar 2009-cu il, "Xirvisaari Finlandiyaya qarşı" 27 sentyabr 2001-ci il, "X22 qarşı" 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı" 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə i sə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alınmadığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.
35. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin "Hiro Balani İspaniyaya qarşı" iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarmda qeyd edilmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır.
36. Beləliklə, kassasiya kollegiyas ı kassasiya protestinin dəlillərini apellyasiya məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsində istinad etdiyi dəlillərlə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri cinayət işinin materiallarındakı sübutlarla təsdiq edildiyindən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1-ci bəndi ilə bəraət verilməsinə dair 09 aprel 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır.
37. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən CPMin 143-146-cı maddələrinə uyğun olaraq obyektiv və ədalətli araşdırmalı, sübutl ara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verməli, Məhkum əməllərinə düzgün hüquqi qiymət verməli, Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə mülahizələr əsasında deyil, təsdiq edilmiş mötəbər sübutlar əsasında qanuni və əsaslı nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.3-cü maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar tədqiq edilmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını ləğv etmək hüququna malikdir. Məhkəmə kolleg iyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsinə səbəb verən əsas kimi məhz apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.3-cü maddələrinin pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq dövlət ittihamçısı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş 94-cü maddəsinin 1-ci bəndi ilə bəraət verilməsinə dair 09 aprel 2019-cu il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlilləri ilə razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasi ya protestinin təmin edilməsi, göstərilən hökmün kassasiya protestinə münasibətdə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü madddəsinin 1-ci bəndi ilə Məhkum bəraət verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.