Məhkəmə qərarları › İş №1(102)-1146/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1146/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1146/2023 16.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-360/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya ş ikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1981-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. 2. 31 may 2021-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan Şahbaz adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli külli miqdarda, 5,023 qram təmiz çəkidə narkotik vasitə heroini və külli miqdarda, 8,101 qram təmiz çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə, Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsinə əvvəlcədən vəd verərək razılığa gəlib köməklik etməklə bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan Şahbaz adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitəni və psixotrop maddəni keçirdikdən sonra külli miqdarda, 5,023 qram təmiz çəkidə narkotik vasitə heroini və külli miqdarda, 8,101 qram təmiz çəkidə psixotrop maddə metamfetamini Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığından satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 15 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saat 13:00-da ünvan 3 ünvanının qarşısında saxlanmış və idarəyə gətirilmiş, orada saat 15:05-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynind əki boz rəngli cins gödəkcəsinin sol iç cibindən bir ədəd üzəri qara rəngli dəmir qutunun içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 12 ədəd şəffaf polietilen bükümdəki xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,425 qram, 0,829 qram, 0,367 qram, 0,361 qram, 0,704 qram, 0,406 qram, 0,257 qram, 0,370 qram, 0,161 qram, 0,285 qram, 0,335 qram və 0,523 qram olub 5,023 qram ümumi təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin və doqquz ədəd şəffaf polietilen bükümdə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olmaqla ayrıayrılıqda təmiz çəkiləri 0,381 qram, 0,415 qram, 1,415 qram, 1,102 qram, 0,847 qram, 1,373 qram, 0,379 m, 1,131 qram və 1,058 qram olaraq 8,101 qram ümumi təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1210/2021 nömrəli, 22 oktyabr 2021ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 32.5.,206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-nin 66.3.-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 07 (yeddi) il 06 (altı) ay mü ddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 32.5.,206.3.2-ci maddəsi ilə ona bəraət verilməsi, ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan əməlin isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində ədalətli cəzanın təyin edilməsi barədə qərar qıbul edilməsini xahiş etmşidir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-360/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1210/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddələri ilə tövsif olunmuş əməli həmin maddələrdən Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilmiş, həmin maddələrlə ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, yeni qərarla təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1210/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə c əzası ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, Məhkum onları təkrarlamaqla qeyd etmişdir ki, heç vaxt qaçaqmalçılıq əməli törətməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə və maddəni ölkə ərazisində əldə etmiş, onun heç bir xarici vətəndaşla əlaqəsi olmamış, bunun əksini təsdiqləyən heç bir dəlil və sübut yoxdur. Bundan əlavə, ona cəza təyin ediklərkən yüngülləşdirici hal kimi ailə vəziyyəti, b ir övladının xəstə anasının himayəsində olması, bir övladının uşaq evində olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-360/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, ona ədalətli cəza təyin edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiy ada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini b ildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinin tərkibi olmadığı, eləcə də təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlə ndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-360/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

18. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməlidirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

19. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə i ttihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

20. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Şəxsin əməlində cinayət tərkib inin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məz mununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassas iya şikayətinin Məhkum tərəfindən narkotik vasitə və maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini qismən əsaslı hesab edir.

25. Belə ki, Məhkum ittiham verilmişdir və o, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan Şahbaz adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli külli miqdarda, 5,023 qram təmiz çəkidə nark otik vasitə heroini və külli miqdarda, 8,101 qram təmiz çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə, Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsinə əvvəlcədən vəd verərək razılığa gəlib köməklik etməklə bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan Şahbaz adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitəni və psixotrop maddəni keçirdikdən sonra külli miqdarda, 5,023 qram təmiz çəkidə narkotik vasitə heroini və külli miqdarda, 8,101 qram təmiz çəkidə psixotrop maddə metamfetamini Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığından satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində sa xlamaqla daşımışdır.

26. Məhkum qeyd edilən əməlinin hüquqi tövsifi apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2 maddələrindən həmin Məcəllənin 32.5,206.2-ci maddələrinə tövsif edilmişdir o əsasla kı, “işdə olan sübutlara, o cümlədən mobil telefon əlaqələrinə dair məlumatlara, hətta məhkum olunmuş Məhkum ibtidai istintaqda verdikləri etirafedici ifadələrə görə şəxsiyyəti istintaqa məlum olmayan Şahbaz adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri tərəfindən narkotik vasitənin əldə edilməsi, Azərbaycan Respublikasına göndərilməsi barədə danışıqlarda Məhkum əlaqə qurub İranlı tərəfindən narkotik vasitə qaçaqmalçılıqla Azərbaycan Respublikasına keçirildikdən sonra razılaşdıqları yerdən həmin vasitəni götürəcəyini ona qabaqcadan vəd etmişdi r. Məhkum narkotik vasitənin qaçaqmalçılığı cinayətində köməkçi qismində iştirak etməsi əməlinin hüquqi tövsifinə də öz təsirini göstərməli, artıq Məhkum həmin əməli Cinayət Məcəlləsinin 32.5, 206.2ci maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs deyil, bir nəfər icraçı tərəfindən törədilən narkotik vasitənin qaçaqmalçılığı cinayətində köməkçi qismində iştirak etmə kimi qiymətləndirilməlidir (Məhkum qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdə bilavasitə iştirak etməməsi, həmin hərəkətlərin bir nəfər icraçı tərəfindən yerinə yetirilməsi işin mübahisə edilməyən, ittihamın özündə də əksini tapmış hallardır)”.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasına əsasən qaçaqmalçılıq əməlinə görə cinayət məsu liyyətinə cəlb edilməsi üçün əsas malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi halında yaranır.

28. Qaçaqmalçılıq işləri üzrə məhkəmə praktikasının ümumilləşdirilməsi nəticəsində vahid məhkəmə təcrübəsinin formallaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında təsbit edilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna g örə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və Azərbaycan Respublikası GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 10, § 1, 2 iyun 2016cı il).

29. Həmin Qərar üzrə məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Azərbaycan Respublikası CMnin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan ra zılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Azərbaycan Respub likası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərar, § 19).

30. İstinad edilən Qərarda xüsusilə vurğulanmışdır ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir (“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərar, § 19).

31. Cinayət qanunvericiliyinin tələbləri və formalaşmış məhkəmə təcrübəsindən göründüyü kimi, şəxsin Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, həmin şəxs bilavasitə malların və ya digər əş yaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsində bu və ya digər formada əlaqəli olsun.

32. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi Məhkum yuxarıda təsvir edilmiş əməlində Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2 maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmadığına dair düzgün nəticəyə gəlsə də, onun həmin əməlinin Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələrinə tövsif edilməli olduğu barədə qənaətinə gəlməsində səhvə yol vermişdir.

33. Belə ki, sözügedən qənaətinə gəlməsini apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlar, o cümlədən mobil telefon əlaqəl ərinə dair məlumatlar, hətta məhkum olunmuş Məhkum ibtidai istintaqda verdikləri etirafedici ifadələrə görə şəxsiyyəti istintaqa məlum olmayan Şahbaz adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri tərəfindən narkotik vasitənin əldə edilməsi, Azərbaycan Respublikasına göndərilməsi barədə danışıqlarda Məhkum əlaqə qurub İranlı tərəfindən narkotik vasitənin qaçaqmalçılıqla Azərbaycan Respublikasına keçirildikdən sonra razılaşdıqları yerdən götürəcəyinin qabaqcadan vəd etməsi ilə əsaslandırılmışdır.

34. Halbuki, apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasında qeyd edilənlərdən fərqli olaraq, Məhkum İran İslam Respublikasının vətandaşı və yaxud ərazisi ilə əlaqəli olduğuna dəlalət edən istintaq orqanının əldə etdiyi yeganə amili onun verdiyi ilkin ifadəsi (cild 1, səh. 71-73) və cinayət hadisəsi baş verdiyindən 4 ildən çox müddət əvvəl sonuncu dəfə İranda səfərdə olduğunu təsdiq edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İAMAS-dan MAPS-uçot xəritəsindən çıxarış (cild 1, səh. 140-141) təşkil edir.

35. İş materiallarında olan “Azerfon” məhdud məsuliyyətli cəmiyyətinin 02 aprel 2021-ci il tarixli, AZF/LGL-6861/21 nömrəli məktubundan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 10 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olan ***-***-**-** mobil nömrəli telefondan 15 noyabr 2020-ci il – 15 fevral 2021-ci il dövrə aid olan aşağıdakı məzmunda məlumat əldə edilmişdir: +**********19 saylı nömrə istifadəçisindən sonuncuya müvafiq vaxtlarda «Xaloglu tema istyrdim 10 nug cola duk ana», «Xaloglu 20 lik laz4m idi acda yagiwdi», «Qaqa dukana cola laziwdi 20 lik», «Xaloglu miwkani getirim 7 manatda puldu mene bir az cola ver yatmiwam butun gunu öllem», «Niye adboy verisene uzume ramin.özvu qirag kimi gosterirsen ama men seni özme coxunnan yaxin bilirem.o gunde wuweni qaldirdin indide bele.yenede sennen narazi qalmaram ama qelbin qirirsan adamin.yiga bilersen yig kankret elyey gelim», «Xaloglu cola istyrdhm dukana», «Qaqa 15 manatdiq cola dukana istyrdim», «Qaqa 15 diy tema istiqeme», «Qaqa 5 diy cola 15 diy pati alinar qaqa» məzmunlu, +**********21 saylı nömrə istifadəçisindən «Menem baxadi imkan var hardansa 20 manatliq pati goturmeye?» məzmunlu, +**********03 saylı nömrə abunəçisindən «Salam qaqaw menem tetene tema var heresinen yarim», +**********68 saylı nömrənin i stifadəçisinin «Ata bawuva donerem mawin catir gelirem qadan alaram ramin», «Qardawim olureme men ata», «Ramin bawuva donerem qaqa iki qatam alhqi durmusan qaqa», «Ata bide qram lazimdi», «Bawuva donerem Ramin olan qopan 10matim var ele elki tezdende duranda cekim bawuva donerem at», «Ata gelmisen tema sdyirdim», «Ata bawuva donerem tema lazimdiye ona gore yigram ata», «Qadan alaram ata sen canun tez cixda ata berk lomka gelibe qaqam mene alhqi», «Ata qadan alaram ele elki qram yarim 2ye oxwasin yarida adelni qoyarsan ata», «Ata qadan alaram onun klokun boyuk elde 1oxwasin qadan alaram ata», «Ay dede seni gozdyurem ata telide sondurmusen oldume ata lomkadan soyugdan» məzmunlu, +**********12 saylı nömrə istifadəçisindən «Ata bir list metadon alinr naxadi balnisaya göndermelideler», «Ata 4 dene metadon istirlere ata», «Kolanin ata birni 07 qoyarsan birni 1.3», «Ata 1 kola yar pattadan», «Qardawim mawin goturdum ata lomkadayam yuxudan durmuwam ata 9 za gedib gelmeliyem bidene vaxt dede ata mene gecikmiyim», «Ay xalam oglu bu ne patidi cekmisen hec qaqaw limon duzudu ne zibildi qariwig varyoxna nehlet duz kimi deneler erimir it iyi verir», «Ata sen bisenki varyoxnu ***im o pul sene catacag bugun vermeliydi sehere qaldi. 15 manat var indi gelim gotrum yari», «Ata 80 X10 X7 X4 X9», «X11 X12».

36. İstinad edilənlərdən göründüyü kimi, Məhkum narkotik vasitə və maddənin əldə etmə (o cümlədən, Azərbaycan Respublikasının gömrük sərhədlərindən kənardan) mənbəsini, eləcə də hər hansı xarici vətəndaşla ünsiyyətdə olmasını müəyyən etməyə imkan yaradan məlumat onun istifadəsində olduğu m obil telefon cihazından aşkar edilməmişdir.

37. Məhkum ilkin izahatında üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və maddənin İran İslam Respublikasının vətandaşından əldə etməsi barədə verdiyi məlumata gəldikdə isə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

38. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istintaqın sonrakı mərhələlərində və, ən əsası, məhkəmə qarşısında verdiyi ifadələrində ilkin izahatında bildirdiyi etirafedici ifadəsindən imtina etdiyindən, eləcə də həmin ifadə cinayət işi üzrə toplanmış heç bir sübutla təsdiqlənməd iyindən, Məhkum həmin izahatı qəbuledilməz hesab edilməlidir.

39. Nəticədə belə, yəni üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsində Məhkum istənilən formada iştirakçılığına dəlalət edən heç bir sübut növünün aşkar olunaraq cinayət işinin materiallarına əlavə edilmədiyi halda, onun törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan qaçalmaçılıq cinayətinin tərkibinin olması istisna edilir.

40. Yuxarıda şərh edilənləri tamamlayaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinin ümumi məzmununa görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun sur ətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

41. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.2-ci maddələrinin ümumi məzmununa görə, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə is ə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

42. Qeyd edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi barədə verdiyi qərarının əsassız hesab edilməsi mümkündür, bu səbəbdən əməlində cinayət tərkibi olmadığından, həmin hissədə onun barəsində cinayət təqibinə xitam verilməlidir.

43. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-360/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı dəyi şdirilməli, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmadığına görə onun barəsində başlanılmış cinayət təqibinə həmin hissədə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən xitam verilməlidir.

44. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-360/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsinə əsasən göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-360/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin. Əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-360/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməsi barədə müddəalar xaric edilsin. Məhkum üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1210/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-360/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar