Məhkəmə qərarları › İş №1(102)-1147/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1147/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1147/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Cavid Hüseynov, hakimlər Eldar İsmayılov və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 1(101)1509/2023 nömrəli 03 noyabr 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, daimi iş yeri olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Qarnizonu Hərbi Polisi, Biləcəri-190 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, ünvan 2ş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinib, CM-in 206. 2-cı maddəsi ilə 4 (dörd) il müddətinə, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 11 yanvar 2023-cü il tarixədək olan müddət ərzində, Türkiyə Respublikasının İstanbul şəhərində naməlum mənbədən ayrı-ayrılıqda 119,9 qram və 230 qram olmaqla cəmi 2 bükümdə, külli miqdarda, ümumilikdə 349,9 qram metamfetamin psixotrop maddəsini satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə müşayiət etdiyi üzərində “Escape” sözü yazılmış qara rəngli bel çantasının hər qolunun içərisində bir bağlama olmaqla saxlamış, 11 yanvar 2023-cü il tarixdə TK 338 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin gün saat 07 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 beynəlxalq hava limanı gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə gömrük əməkdaşları tə rəfindən keçirilmiş yoxlama zamanı qeyd edilən psixotrop maddə saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 01 fevral 2024-cü il tarixli 1(103)-268/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 1(101)1509/2023 saylı hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmi ş və həmin cəza CM-in 206.2-cı maddəsi ilə ona təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 1(103)-268/2024 nömrəli qərarını dəyişdirilərək, CM-in 62-ci maddəsi tətbiq edilməklə Məhkum təqsirli bilindiyi CM-in 206.2 və 234.4.3-cü maddələrində müəyyən edilmiş aşağı h əddən də az cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum təyin edilmiş cəza ədalətsizdir. Kassator hesab edir ki, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən halları tam nəzərə almamış və nəticədə o, əsassız olaraq uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum İİ Qarabağ müharibəsində iştirakına görə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuş, buna görə ona müharibə veteranlarına təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur. İş materiallarından müəyyən olur ki, təqsirləndirilən şəxs Məhkum himayəsində 2016 və 2019-cu il təvəllüdlü olmaqla iki nəfər azyaşlı uşaqları vardır. Kassator hesab edir ki, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən səmimi peşmançılıq hissi keçirməsini, İİ Qarabağ müharibəsində iştirakına görə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilməsini və buna görə ona müharibə veteranlarına təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Məhkum təqsirli bilindiyi CM-in 206.2 və 234.4.3-cü maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmaması və müdafiəçinin kassasiya şikayətinin təmin olunması barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hal larına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçi3 kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsir karın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotr op maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum qanunsuz olaraq Türkiyə Respublikasının İstanbul şəhərində naməlum mənbədən ayrı-ayrılıqda 119,9 qram və 230 qram olmaqla cəmi 2 bükümdə, külli miqdarda, ümumilikdə 349,9 qram metamfetamin psixotrop maddəsini satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımışdır. Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi ci nayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. İş üzrə Məhkum törətdiyi cinayətin məqsədi və motivi, onun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Bundan başqa, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə gör ə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəza nın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törə dilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində 2 azyaşlı uşağının olmasını, İİ Qarabağ müharibəsində iştirakına görə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, ona müharibə veteranlarına təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunmasını yüngülləşdirən hallar kimi və əməlidə ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM 206.2-cı maddəsi ilə 4 (dörd) il müddətinə, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi isə ona təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasını yüngülləşdirərək 5 (beş) il 6 (altı) aya endirmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Qeyd olunmalıdır ki, CM-in 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edilərkən həm cəzanı yüngülləşdirən halların və həm də cəzanı ağ ırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının l əğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar