Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1148/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum2 iştirakları ilə 29 may 1995-ci il tarixdə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağstafa Qaz Xidmət sahəsində çilingər işləmiş, Ağstafa rayonu ************** kəndində qeydiyyatda olmaqla yaşamış və hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 170.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə 16 fevral 1995-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu ******************** kəndində qeydiyyatda olmaqla yaşamış və hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli hök mü ilə (hakimlər: F.Mahmudov (sədrlik edən), S.Əzizov və E.Rüstəmov) Məhkum1 – Azərbaycan Respublikası CM-nın 170.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 170.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin 13 iyun 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-nın 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 170.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2,1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum2 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ona Ağstafa rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası CM-in 68.1.3-cü maddəsinin tələbinə əsasən 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-in 67,1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qism ən, həmçinin Ağstafa rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 2500 manat cərimə cəzasını isə tam birləşdirilməsi və qəti olaraq ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 2500 manat cərimə cəzasının təyin edilməsi, təyin edilmiş, cərimə cəzasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi cəzaçəkmənin əvvəlinin 13 iyun 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X5 və X8 da məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkumlar və onların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2019-c u il tarixli qərarı ilə (sədrlik edən hakim: S.B.Hüseynov, hakimlər: Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayev) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli hökmü Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə X3 S6 ilə həmkəndliləri olan Ağstafa rayon**************** kənd sakinləri 01.03.2001-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X6 əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib cinayətkar qrupa cəlb edib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 03 yanvar 2018-ci il tarixdə saat təxminən 23 radələrində Ağstafa rayonu ***************** qəsəbəsində yerləşən həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısına getmiş, Məhkum1 kənardan gələ biləcək təhlükə barədə xəbər verməsi üçün küçədə gözlədikdən sonra Ə6 birlikdə yaşayış evinin həyətində yerləşən dama qapının keçəcəyini açmaqla qanunsuz olaraq daxil olaraq həmin damdan Zərərçəkmiş şəxs1 məxsus 1500 manat dəyərindəki 9 qarın doğmuş, diri çəkisi təxminən 300-350 kq olan 01 baş dişi cinsli iribuynuzlu heyvanı (inəyi) gizli olaraq talayıb oğurlamışlar. X5, Məhkum2 ilə həmkəndliləri olan Ağstafa rayon Köçəsgər kənd sakinləri 01.03.2001-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X6 əldə edəcəkləri gəliri bölmək barədə vədlər verib cinayətkar qrupa cəlb edib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 07.06.2018-ci il tarixdə saat 20 radələrində Ağstafa rayonu **************** kəndində yaşayan Zərərçəkmiş şəxs2 evdə olmamasından istifadə edib yaşayış evinin həyətyanı sahəsinə hasardan tullanıb keçdikdən sonra həmin evin pəncərəsinin dəmir barmaqlığını mexaniki təsir edib açmaqla hər üçü yaşayış sahəsinə daxil olub evin birinci mərtəbəsindəki taxtın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus 05 manat dəyərində 01 ədəd göy rəngli çanta, 80 manat dəyərində "Benq" markalı 01 ədəd monitor, 80 manat dəyərində "Philips" markalı monitor, hər birinin dəyəri 40 manat olan 02 ədəd "Bilayn" markalı modem, 30 manat dəyərində 01 ədəd "Acorp" markalı modem, hər birinin dəyəri 80 manat olan 03 ədəd "Ginzzu" markalı kamera,100 manat dəyərindəki 01 ədəd "Hikvision" markalı kamera, hər biri 60 manat dəyərindəki "Kaicong " markalı 02 ədəd kamera, 150 manat dəyərindəki "Kaicong" markalı aparat, 05 manat dəyərindəki "Logitech" markalı 01 ədəd maus (siçan), 10 manat dəyərindəki "Hp" markalı 01 ədəd klaviatura olmaqla, cəmi 900 manat dəyərindəki əmlakı gizli olaraq talayıb oğurlamışlar. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarının Məhkum1 CM-nin 170.3-cü maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməsi və cinayət işinin həmin maddə üzrə xitam edilməsinə dair qərarın qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan onu CM-nin 170.3-cü maddəsi ilə məhkum etmişdir. Halbuki həmin maddənin ona heç bir aidiyyəti yoxdur. Məh kum2 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarının Məhkum2 CM-nin 170.3-cü maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməsi və cinayət işinin həmin maddə üzrə xitam edilməsinə dair qərarın qəbul edilməsi, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrlə olan hissədə isə cəzasının yüngülləşdirilərək maddələrin sanksiyasında olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onlarla birlikdə törədilmiş oğurluq cinayətinin iştirakçısı olan X8 yetkinlik yaşına çatmasa da, əvvəllər də bir neçə cinayətin törədilməsində iştirak etmişdir. Bu da onu göstərir ki, Ə6 yetkinlik yaşına çatmayan şəxs olsa da, artıq oğurluğun cinayət olduğunu dərk edir və onu kiminsə vəd etməsi ilə cinayətə cəl edilməsi mümkün deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum2, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Q anunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumların kassasiya şikayətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətlərdə məhkumların CM-nin 170.3-cü maddəsi ilə əsassız məhkum edilmələri, həmin maddədə nəzərdə tutulan cinayətin onlara heç bir aidiyyətinin olmaması, onların əsassız olaraq həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Həmçinin Məhkum2 kassasiya şikayətində bildirili r ki, digər maddələrlə ona təyin edilmiş cəza ağır olmuşdur, yüngülləşdirilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri n əticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan b aşqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Məhkum2, X5 və X8 müdafiəçilərinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində və ifadələrinin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs2 evində oğuluqda birgə iştirak etdiklərini və oğurladıqları əşyaları Məhkum2 Gəncə şəhərində E6 adlı şəxsə satdıqlarını göstərmişlər. Həmin əşyalar istintaq zamanı X2 götürülmüşdür. Eləcə də, Ağstafa rayonu ************ qəsəbəsinin sakini Zərərçəkmiş şəxs1 məxsus fə rdi yaşayış evinin həyətində yerləşən damdan bir baş inəyin Məhkum1, Məhkum2 və Ə6 tərəfindən oğurlanması iş materialları ilə tam təsdiq olunur. Bundan başqa X8 müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində Sərrafın, İmamqulunun və V6 onun həmkəndliləri olduğunu, onların gözünün qabağında böyüdüyünü, hər üçü də onun 18 yaşının olmadığını bildiyini, S6, V6 və İ6 oğurlayacaqları əşyaları satıb qazancı bölüşdürəcəklərinə dair ona vəd verdiklərini və bu səbəbə onlarla razılaşıb oğurluq etdiyini bildirmişdir. Göründüyü kimi məhkumlar Məhkum2, X5 və Məhkum1 törətdikləri cinayət əməli ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələri, həm də cinayət işində olan s übutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən arqument, yəni məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməmələri iş materialları ilə təsdiq olunmur. Məhkum еdilmiş şəхs Məhkum2 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağını n olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, atasının İ qrup əlil olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra q ərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddə sinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlə rin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, himayəsində bir azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması, atasının İ qrup əlil olması, əməlindən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümləd ən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum1 və Məhkum2 elan olunmuş ittihamlarla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumların ittiham olunduqları cinayətlərin törədilməsində təqsirli bilinmələri haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəli llərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 ba
Məhkəmə qərarları › İş №1(102)-1148/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1148/2019
16.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver