Məhkəmə qərarları › İş №1(102)-1148/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1148/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1148/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rəşad Əliyev, hakimlər Fəhmin Hümbətov(məruzəçi) və Hafiz Əliyevdən ibarət tərkibdə) 1(101)-378/2021 nömrəli 05 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1960-cı ildə Ermənistan Respublikasının Eçmiədzin rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, keçid 7, bina 19-da qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyət inin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 32.5,320.2-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən isə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə olaraq ittiham verilmişdir ondan ötrü ki, o, Şahid3adına olmaqla faktiki olaraq tanışı Şahid10 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sonuncu tərəfindən Şahid1 N - İ №0428956 nömrəli alqı-satqı müqaviləsi əsasında 5 may 2014-cü il tarixdə 150.000 manata satılmasına baxmayaraq, tanışları Şahid10 və Şahid12 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən həmin 1,0727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Şahid1 məlumatı olmadan həmin torpaq sahəsini Zərərçəkmiş şəxs saxta sənədlər əsasında satmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs Şahid10 vasitəsilə həmin torpaq sahəsinin guya sonuncuya məxsus olması vəona sata biləcəyini Abşeron rayonu ərazisində həmin torpaq sahəsinin yaxınlığında bildirib, torpaq sahəsini ona 300.000 (üç yüz min) ABŞ dollarına sata biləcəyini vəd edib, 2014-cü ilin noyabr ayında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən çay evlərinin birində həmin məbləğdən 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi il ə 39.220 manat (otuz doqquz min iki yüz iyirmi manat) pul vəsaitinin ilkin olaraq beh kimi ödənilməsinə razılaşmaqla həmin vaxt qeyd edilən pul vəsaitini Zərərçəkmiş şəxs Şahid10 vasitəsilə alıb, bundan sonra, guya yuxarıda qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş Abşeron rayon Polis İdarəsinin xx.xx.2015-ci il tarixli 2881 nömrəli saxta arayışını istintaqla müəyyən edilməyən şəraitdə Şahid10 vasitəsilə əldə edib, habelə, sonuncu vasitəsilə torpağın mülkiyyətçisi Şahid1 məlumatı və razılığı olmadan, sonuncunun adından və onun yerinə fərqli formada imza çəkilməklə, guya qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə qəzetdə elanın verilməs iüçün xx.xx.2015-ci ildə «Sumqayıt» qəzetinə ərizə ilə müraciət edərək həmin mətbu orqanının xx.xx.2015-ci il tarixli nömrəsində müvafiq elanın yerləşdirilməsinə nail olub, bundan sonra, həmin müddətdə Şahid1 və onun əri X1 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 10 (on) il müddətinə Şahid12 etibar edilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzaları saxtalaşdırılmaqla imzalanaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/10453 nömrəsi ilə qeyd edilmiş xx.xx.2006-cı il tari xli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Şahid10 və Şahid12la birlikdə qanunsuz hazırlayıb, həmçinin, eyni niyyətlə, həmin müddətdə, Şahid1 və onun əri X1 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 5 (beş) il müddətinə özünə etibaredilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzaları saxtalaşdırılmaqla imzalanaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/12853 nömrəsi ilə qeyd edilmiş xx.xx.2011-ci il tarixli saxta etibarnaməni istint aqla müəyyən edilməyən yerdəqabaqcadan əlbir olduğu Şahid10 və Şahid12la birlikdə qanunsuz hazırlayıb, bundan sonra, qabaqcadan əlbir olduğu Şahid10 və Şahid12la aralarındakı cinayətkar niyyətə uyğun olaraq, xx.xx.2006-cı il tarixli etibarnamənin saxtalığının müəyyən olunmaması və cinayətkar niyyətlərini həyata keçirmək üçün 24 fevral 2015-ci il tarixdə Şahid12la birlikdə ünvan 1 ünvanında yerləşən 31 saylı notariat kontoruna gedib sonuncunun adından həmin notariat kontoruna müraciət edilərəkyuxarıda qeyd olunan xx.xx.2006-cı il tarixli saxta etibarnamədən qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Şahid12 Şahid1 adına olan qeyd edilən torpaq sahəsinin üzərində sərəncam vermək vədigər hüquqlarının Şahid10 etibar olunmasına dair hüquqi əsası olmayan, yəni saxta 2 4 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnamənin verilməsinə, habelə, həmin notariat kontorunda xx.xx.2006-cı il tarixli saxta etibarnamədən bilə-bilə istifadə edərək Əli İbrahimovun adından çıxış edib sonuncunun arvadı Şahid1 məxsus olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etirazının olmaması haqqında ərizənin 24 fevral 2015-ci ildə 7E-2009 reyestr nömrəsi ilə təsdiq edilməsinə nail olub, habelə, aralarındakı cinayətkar niyyətə uyğun olaraq Şəki şəhəri, Salman Mümtaz, 316 ünvanında yerləşən Şəki rayon Qeydiyyat Şöbəsinə xx.xx.2015-ci il tarixdə Şahid10 vasitəsilə 395543 №-li etibarnamədən istifadə edərək müraciət edib Şahid1 ilə Əli İbrahimov arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarını həmin tarixdə əldə edib, bundan s onra, aralarındakı cinayətkar niyyətə uyğun olaraq «Sumqayıt» qəzetinə verilmiş xx.xx.2015-ci il tarixli elandan, Abşeron RPİ-nin xx.xx.2015-ci il tarixli 2881 nömrəli saxta arayışından qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Şahid10 vasitəsilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə xx.xx.2015-ci iltarixli ərizə təqdim edərək torpaq sahəsinə Şahid1 mülkiyyət hüququnun31 iyul 2014-cü il tarixdə **********21 reyestr və ********** qeydiyyat nömrəsi ilə qeydə alınması barədə DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışı və əmlakın texniki pasportunun tək rarını (dublikatını), eləcə də, bu əmlak üzərində yüklülüyün olmamasına dair xx.xx.2015-ci il tarixli 1 №-li forma arayışı alıb,torpaq sahəsini guya satmaq hüquqlarının olmasına Zərərçəkmiş şəxs inandırmaqla özləri barəsində sonuncuda formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək, yuxarıda qeyd olunan 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnaməni, torpaq sahəsinin özgəninkiləşdirilməsinə etirazın olmaması haqqında 24fevral 2015-ci il tarixli ərizəni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın texniki pasportunun təkrarını, 1 №-li forma - arayışı, Şahid1 şəxsiyyət vəsiqəsinin və habelə nikah haqqında şəhadətnamənin təkrarının surətlərini 05 mart 2015- ci il tarixli ərizə ilə Şahid10 vasitəsilə Sumqayıt şəhəri, ünvan 5 ünvanında yerləşən Sumqayıt “Asan xidmət” mərkəzindəki notariat kontoruna təqdim edərək 05 mart 2015-ci il tarixli AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi ilə Şahid1 məxsus olan 1,0727 ha torpaq sahəsini sonuncunun məlumatı və razılığı olmadan Zərərçəkmiş şəxs Şahid10 vasitəsilə aldatmaqla satıb 5 mart 2015-ci il tarixdə satıcı kimi Şahid1, sonuncunun nümayəndəsi Şahid10, alıcı kimi isə Zərərçəkmiş şəxs qeyd edildiyi ərizə və Sumqayıt “Asan xidmət” mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin Sumqayıt filialına ünvanlanmış 606 saylı məktub əsasında "xxxx" ASC-nin Sumqayıt filialının **********03763AZM37 nömrəli depozit hesabına nağd qaydada qəbul olunmuş 150.000 (bir yüz əlli min) manat pul vəsaitini həmin hesabdan 5 mart 2015-ci il tarixli qəbz əsasında Şahid10 vasitəsilə götürməklə, eləcə də, həmin vaxt Zə rərçəkmiş şəxs razılaşdırılmış məbləğin qalan hissəsini, yəni 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 104.940 (bir yüz dörd min doqquz yüz qırx) manat və razılaşdırılmış məbləğin tam ödənilməsi üçün yaranmış fərq həcmində, yəni 7.061,2 ABŞ dolları (yeddi min altmış bir dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 7.410 (yeddi min dörd yüz on) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs Şahid10 vasitəsilə alaraq, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğdə pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid10 və Şahid12la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid10 və Şahid12la qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi,habelə möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışvə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elman Rəhimov, hakimlər Elman Əhmədov və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 1(105)-453/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-55/ 2022 nömrəli 28 iyul 2022-ci il tarixli hökmü dəyişdirmədən saxlanılmış, apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum CM-nin 178.3.2 və 320.1-cü maddəsi ilə əsas sız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, hazırki cinayət işin halları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər (Məhkum, Şahid10 və Şahid12) Şahid1 və onun əri X1 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 10 (on) il müddətinə Şahid12 etibar edilməsi haqqında xx.xx.2006-cı il tarixdə saxta etibarnamənin tərtib edilməsinə nail olduqdan sonra, eyni niyyətlə, həmin müddətdə, Şahid1 və onun əri X1 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 5 (beş) il müddətinə Məhkum etibar edilməsi haqqında saxta etibarnamə tərtib edilməsinə nail olmuş, xx.xx.2006-cı il ta rixli etibarnamənin saxtalığının müəyyən olunmaması və cinayətkar niyyətlərini həyata keçirmək üçün 24 fevral 2015-ci il tarixdə Məhkum, Şahid10 və Şahid12 birlikdə ünvan 9 ünvanında yerləşən 31 saylı notariat kontoruna gedib sonuncunun adından həmin notariat kontoruna müraciət edilərək yuxarıda qeyd olunan xx.xx.2006-cı il tarixli saxta etibarnamədən qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Şahid12 Şahid1nm adına olan qeyd edilən torpaq sahəsinin üzərində sərəncam vermək və digər hüquqlarının Şahid10 etibar olunmasına dair hüquqi əsası olmayan, yəni saxta 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 Ffe-li etibarnamənin verilməsinə nail olub Şahid1 məxsus olan 1,0727 ha torpaq sahəsini Zərərçəkmiş şəxs Şahid10 vasitəsilə aldatmaqla satıb Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid10 və Şahid12la qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq \'erən rəsmi sənədi, habelə möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Məhkum olduqca yaxın məsafədə olan notariusa deyil, kəskin şəkildə fərqli məsafədə olan notariusa Şahid12 aparması və taksi sürücüsü olduğu halda Şahid12 bələdçilik etməsi Məhkum sonradan cinayətkar niyyətlərini həyata keçirmək üçün üzərinə düşən vəzifə funksiyasını ehtiva edir. İşin faktiki hallarına uyğun olmayan v ə təkzib olunmaz sübutların məcmusu ilə inkar olunan Məhkum məhkəmə baxışı zamanı özünü müdafiə xarakterli verdiyi ifadə, məhkəmə kollegiyası tərəfindən əsassız olaraq yeganə sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz qərarın əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan şahid ifadələri, sənədlər və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca də lili Məhkum barəsində Azərbaycan Respublikası CMin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilinə münasibət bildirmək üçün qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum verilmiş ittihamda, onun Şahid1 və sonuncunun əri X1 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməs i və digər hüquqlarının 5 (beş) il müddətinə özünə etibar etməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzaları saxtalaşdırılmaqla imzalanaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/12853 nömrəsi ilə qeyd edilmiş xx.xx.2011-ci il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Şahid10 və Şahid12la birlikdə qanunsuz hazırladığı qeyd olunsa da, Məhkum tərəfindən bu hərəkətlərin edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, yalnız mülahizələr əsasında, heç bir sübuta istinad ed ilmədən təqsirləndirilən şəxsə bununla bağlı ittiham verilmişdir. İstintaq orqanı etibarnamənin hazırlanmasında Məhkum iştirakı olması qənaətinə yalnız bu saxta etibarnamənin Məhkum adına tərtib edilməsinə görə gəlməklə yanaşı, bu etibarnamənin törədilmiş cinayətə ümumiyyətlə aidiyyətinin olmamasını və hər hansı bir cinayətkar məqsədə çatmaq üçün istifadə edilmədiyini belə nəzərə almamışdır. Belə ki, Məhkum adına tərtib edilmiş etibarnamə Şahid12 və Şahid10 tərəfindən külli miqdarda dəyəri olan özgə əmlakının dələduzluq yolu ilə talanmasında istifadə edilməmiş, cinayət törədərkən yalnız Şahid12 adına verilmiş 11 dekabr 2006-cı il tarixli saxta etibarnamədən istifadə edilmişdir. Məhkəmələr belə olan halda, əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamın CM-nin 320.1-ci maddəsi ilə olan hissəsində təqsirli hesab edilə və buna görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bundan əlavə, istintaq orqanı eyni qaydada, yəni heç bir əsaslı sübut olmadığı halda Məhkum qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəlisürsə də, külli miqdarda özgə əmlakını talanmasında onun iştirakı nədən ibarət olmasınıaydınlaşdırmamış, hətta Məhkum qarşı irəli sürülmüş ittihamda onun bu cinayətdə iştirak etməkdə niyyətinin nədən ibarət olmasını fərdiləşdirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı Məhkum bu cinayətin törətdilməsində rolunun nədən ibarət olması, onun bu cinayət əməlini törədərkən nə əldə etməyə çalışdığını və ya baş vermiş cinayət hadisəsi nəticəsində nəyə nail olduğunu, o cümlədən talanmış külli miqdarda puldan ona hər-hansı bir məbləğdə olan hissəsinin verilməsini göstərməmişdir. Məhkum şəxsi və maddi marağı olmadan yaxın münasibətdə olmadığı Şahid10 və C.Gülmmədovun maraqları naminə dələduzluq cinayətin törədilməsi anlaşılan deyildir. Buna baxmayaraq, istintaq orqanı sübutlar əsasında Məhkum əməlində dələduzluq cinayətinin subyektiv və obyektiv cəhətləri müəyyən etmədən, onun cinayətdə iştirakını izah edilə bilən heç bir səbəb və motiv müəyyən etmədən, əsassız olaraq ona CM-nin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Şahid10 və Şahid12 Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, onlar tərəfindən bu cinayətlərin həmin məhkəmədə iştirak etməyə n Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi göstərilmişdir. Məhkəmə kollegiyasının fikrincə məhkəmələr düzgün nəticəyə gəlmişdir ki, qeyd edilən hökmdə Şahid10 və Şahid12 cinayətləri Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi göstərilsə də, digər bütün sübutlarla Məhkum həmin ittiham üzrə təqsirliliyi sübuta yetmədiyi halda, yalnız həmin hökm əsasında onun təqsirli bilinməsinə yol verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarının nəticə hissənin 1 və 2-ci bəndlərində göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini və digər sənədləri tədqiq edib Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsi, CM-nin 320.2-ci maddəsi isə onun əməli həmin Məcəllənin 32.5,320.2-ci maddəsinə tövsif edilməsi, bu əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Məhkum təqsirli bilinməsi, lakin ona cəza təyin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən düzgün nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Həmçinin məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində apellyasiya protestinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini işdə olan və məhkəmələrin hökm və qərarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlillərin iş hallarına və sübutlara söykənmədiyinə görə qəbul etmir və onları əsassız hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarının dəyişdir ilməsinə və ya ləğv edilməsinə əsas ola bilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1–416.1.22-ci maddələrində nəzərdə tutulan pozuntuların hər hansı birini müəyyən etmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə qanuni və əsaslı olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq kassasiya protestinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin protestin təmin edilməməsi və göstərilən qərarın onlara münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kass asiya protesti təmin edilməsin. Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cinayət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar