Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1148/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, sonuncuya CM-nin 32.5,206.3.2-ci maddələri ilə bəraət verilməsinə və ona qarşı irəli sürülmüş ittihamdan CMnin 234.4.1-ci maddəsinin xaric edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədr lik edən və məruzəçi) İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncuya CM-nin 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilmiş, ona qarşı irəli sürülmüş ittihamdan isə CM-nin 234.4.1-ci maddəsi xaric edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsə di ilə qanunsuz olaraq külli miqdarda yəni, 10085,252 qram çəkidə narkotik vasitə heroini əldə edib, idarə etdiyi “BMW” markalı EF xxx ON Gürcüstan dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin 10,252 qramını üzərində saxlamaqla daşıyarkən, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2021ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 01:00-da Bakı-Qazax magistral avtomobil yolunun 328-ci kilometrliyində, Gəncə şəhərinin girişində idarə etdiyi avtomobilin yanında saxlanılmaqla BNMİ-nin Qərb Bölgəsində Regional Şöbəsinə gətirilmiş, orada həmin tarixdə saat 02:00dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 10,252 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, eyni zamanda həmin tarixdə saat 02:45-dən etibarən Məhkum idarə etdiyi “BMW” markalı EF-xxx-ON Gürcüstan dövlət nömrə nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən avtomobilin yük yerindəki bir ədəd göy rəngli polietilen paketin içərisindən səkkiz ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1600 qram, 1450 qram, 1180 qram, 950 qram, 1015 qram, 1480 qram, 1010 qram və 1390 qram olmaqla ümumi təmiz çəkisi 10075 qram, üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narko tik vasitə heroin aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Məmmədov Rihat Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 03 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdaf iəçisi Y.B.Abbasov kassasiya şikayəti, dövlət ittihamçısı R.N.Alıkişiyev isə kassasiya protesti verərək aşağıdakıları xahiş etmişlər: • müdafiəçi Y.B.Abbasov – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini, bu mümkün olmadıqda isə ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsini; • dövlət ittihamçısı R.N.Alıkişiyev isə - həmin qərarın ləğv edilməsini və cinayətinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasını. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 145 və 416-cı maddələrinə, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və məhkəmə lər tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Y.B.Abbasov kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə qismən məhkəmə istintaqı aparılmaqla sübutların bir qismini araşdırsa da, bu araşdırma tam olmamış, araşdırılmış sübutlara, xüsusən də X və Y adlı şəxslərin yalan ifadələrinə isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət verilməmişdir. Həmin şəxslər Məhkum İran İslam Respublikasından aldığı göy-göyərtinin satmasına dair həyata keçirdiyi biznes fəaliyyətinə şərik olmuş, həmin fəaliyyətə görə onların İlqara böyük miqdarda borcu yaranmış və sonuncunun cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunması onlara borclarını qaytarmamaları üçün şərait yaratmışdır. Müdafiəçinin fikrincə belə olan halda onların verdikləri ifadələr mötəbər sübut kimi qəbul oluna bilməz. İş üzrə ziddiyyətli qalan, tam araşdırılmamış vacib hallardan biri də, odur ki, Məhkum 05 yanvar 2021-ci il tarixdə saat 23:00-a radələrində Gəncə şəhərinin girişinin Bakı istiqamətində dayanarkən, orada polis əməkdaşları tərəfindən saxlanılmış və onlarla birlikdə F.X.Xoyski küçəsində yerləşən öz evinə gəlmiş, təxminən 2 saata yaxın müddətdə onlar həmin evdə olmuş, gecə saat 01:00 radələrindən sonra isə Gəncə şəhərinin Vağzal ərazisində yerləşən, Regional Narkomaniya Şöbəsinə aparılmışdır. İbtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticə isə ondan ibarətdir ki, Məhkum 06 yanvar 2021-ci il tarixdə gecə 01:00 radələrin də Gəncə şəhərinin girişində idarə etdiyi avtomobilin yanında saxlanılaraq Gəncə şəhəri Regional Narkomaniya Şöbəsinə gətirilmiş, orada saat 02:00-dan etibarən, onun üzərində və maşınında axtarış və götürmə istintaq hərəkətləri keçirilmiş və həm üzərindən, həm də avtomaşınından külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş üzrə toplanmış və araşdırılmış sübutlar, o cümlədən Məhkum üzərində olmuş mobil telefonun anten dairəsinə dair məlumatlar məhkəmələrin bu qənaətinin düzgün olmasına kifayət qədər şübhələr yaradır və onun ifadələrinin həqiqətə uyğun olmasına dəlalət edir. Göstərilənlərə əsasən müdafiə tərəfi hesab edir ki, Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törətməsinə görə təqsirli bilinməsi üçün belə ziddiyyətli sübutlar kifayət etməmiş və bu baxımdan ona bəraət verilməlidir. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, bunun üçün kassasiya şikayətinin dəlilləri yetərli hesab edilmədiyi halda ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsi müzakirə edilməlidir ona görə ki, həmin cəza onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin hallarına uyğun deyil. İş üzrə toplanmış və araşdırılmış sübutlardan isə görünür ki, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun himayəsində 2 az yaşlı uşaqları var, özü ciddi xəstə olmaqla cəzaçəkmə müəsissəsində əməliyyata məruz qalmışdır. Bu dəlillərə əsaslanan müdafiəçi Y.B.Abbasov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Dövlət ittihamçısı R.N.Alıkişiyev Gəncə Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarından verdiyi kassasiya protestində CMnin və CPM-nin bir sıra maddələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olara q 04 mart 2011-ci il və 02 iyun 2016-cı il tarixli Qərarlarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, həmin ittiham üzrə toplanmış və araşdırılmış sübutlara, habelə sonuncunun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və həmin aktlarda məhkəmələrin gəldikləri nəticələrə istinad edərək həmin protestini onunla əsaslandırmışdır ki, Məhkum CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai araşdırma orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi isə Məhkum həmin narkotik vasitəni “X2” adı ilə məlum olan İran İslan Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şə xs halında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsini təsdiq edən hər hansı bir sübutun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında müəyyən edilməməsi, onların narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində İran İslam Respublikasının vətəndaşı “X2” adlı şəxslə birgə iştirak etməməsi və onunla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməməsi, onun narkotik vasitənin qaçaqmalçılığı cinayətinin icraçısına hər hansı şəkildə kömək göstərməməsi kimi hallara əsaslanıb qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etməməsi barədə qənaətə gəlməklə ona CM-nin 32.5,206.3.2-ci maddələri ilə bəraət verərkən və CM-nin 234.4.1-ci maddəsini elan olunm uş ittihamdan xaric edərkən, apellyasiya instansiyası məhkəməsi də bu qənaətlə razılaşarkən işin faktiki hallarına uyğun olmayan səhv mövqe nümayiş etdirmişlər. Bu zaman məhkəmələr nəzərə almamışlar ki, Məhkum narkotik vasitənin qaçaqmalçılığında bilavasitə icraçı qismində iştirak etməsə də, o, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş narkotik vasitəni əvvəlcədən əldə edilmiş razılığa əsasən burada qəbul edərək üzərində və avtomaşınında saxlamaqla daşımışdır ki, bu hal da onun həm CM-nin 32.5, 206.3.2-ci, həm də CM-nin 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsinə dəlalət edir. Kassasiya protestinin müəllifi həmçinin qeyd etmişdir ki, məhkəmələr Məhkum barəsində yekun məhkəmə aktları qəbul edərkən ibtidai araşdırma orqanı tərəfindən toplanmı ş, biri digərini təsdiq etməklə əsaslı olan sübutları nəzərə almamış, yalnız Məhkum məhkəmə iclaslarında verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadəsinə əsaslanmış, əməlində tərəfindən törədilməsi istinad edilən cinayətin əlamətlərini əks etdirən tərkibin müəyyən edilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da araşdırılmış sübutlar əsassız olaraq onun xeyrinə təfsir olunmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi çıxardığı hökmdə, apellyasiya instansiyası məhkəməsi isə - iş üzrə qəbul etdiyi yekun qərarında mülahizələrə əsaslanmaqla bir sübutun qəbul, ittihamın əsaslandırılması üçün toplanmış sübutların isə rədd edilməsinin motivlərini göstə rməmiş və məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələri, habelə bu ifadələrlə uzlaşan digər digər sübutları təkzib edə bilməmişlər. Odur ki, dövlət ittihamçısı R.N.Alıkişiyev də qeyd olunan dəlillərə əsaslanaraq onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya müraciətlərinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum digər müdafiəçisi Y.B.Abbasov məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə müdafiəçi Y.B.Abbasovun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətinə və kassasiya protestinə əsasən işə kassasiya instansiyası məhkəməsində baxılmazdan əvvəl məhkəmə iclasında iştirak edən Məhkum 04 iyun 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya instansi yası məhkəməsinin göstərilən qərarından onun müdafiəçisi Y.B.Abbasov tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmiş və eyni zamanda həmin ərizəsini heç bir kənar təsir olmadan öz iradəsinə əsasən yazdığını bildirmişdir. Məhkum ərizəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin tələbindən görünür ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisin in kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələbinə görə, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib müdafiəçi Y.B.Yolçuyevin kassasiya şikayətinin geri qaytarılması haqda cinayət prosesi iştirakçılarının, o cümlədən Məhkum və onun digər müdafiəçisi N.F.Ağayevanın çıxışlarını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-nin 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Y.B.Abbasov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, həmin şikayət üzrə kassasiya icraatına xitam verilməli, dövlət ittihamçısı R.N.Alıkişiyevin apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya protestinə isə mahiyyəti üzrə baxılmalıdır. Həmin protestin məzmunundan göründüyü kimi, onun müəllifinin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş və onlara düzgün qiymət verməmiş, iş üzrə qəbul olunmuş yekun məhkəmə aktlarının əsas ını yolverilməz sübutlar təşkil etmiş, Məhkum əsassız olaraq CM-nin 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilmiş, ona qarşı ittihamdan isə CM-nin 234.4.1-ci maddəsi düzgün olmayaraq xaric edilməklə son nəticədə məhkum olunmuş şəxsin törətdiyi cinayət əməllərinin tövsifində səhvə yol verilmişdir. Bununla da, dövlət ittihamçısı R.N.Alıkişiyev apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün ə sasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarınının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsin in kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya protestinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarı n ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları is ə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin tör ədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilm ə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq ed ilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hi ssəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud d a cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, mü vafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əl amətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan v ə qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri- mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliy inə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanun u ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandı rdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcm usuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci madd əsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəz ərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, fak tların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Re spublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmi n qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkə mə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilmə z və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nin 3 51.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəl illərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestində irəli sürdüyü apellyasiya instansiyası qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilməsi barədə tələbinin əsaslılığını yoxlayarkən hazırki cinayət işinin materiallar ına və məhkəmələrin gəldikləri nəticəyə diqqət yetirərək müəyyən etmişdir ki, Məhkum törətdiyi əməlin yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə bu nəticə heç də araşdırılmış sübutlarla tam uzlaşmır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir qisminə müraciət etməyi və bu sübutlara əsasən müyyən edilmiş hallara əsasən özünün hüquqi mövqeyini aşağıdakı qaydada əsaslandırmağı zəruri bilir. Əvvəla kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi dövlət ittihamçısı R.N.Alıkişiyev Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, yəni onun ümumilikdə 10085,252 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə etməsini, bu vasitənin bir hissəsini – 10,252 qramını üzərində, qalan 10075 qram qram çəkidə hissəsini isə idarə etdiyi “BMW” markalı EF xxx ON Gürcüstan dövlət nömrə nişanlı avtomobildə saxlamasını və daşımasını mübahisələndirmir, buna görə məhkəmə kollegiyası da bu halları və məhkumun təsvir edilən əməli törətməsini təsdiq edən sübutları hazırki qərarında təftiş etməyə ehtiyac görmür və hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qarşı irəli sürülmüş ittihamın bu hissəsi üzrə, yəni onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, hər hansı qanun pozuntusuna yol verilmədən əldə edilmiş sübutlar ilk növbədə birinci instansiya məhkəməsinin, daha sonra apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmiş, həmin sübutları CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və bu sübutların Məhkum külli miqdarlarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı qeyd edilən maddədə göstərilən cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsi və belə qənaətə gəlmək üçün onların kifayət etməsi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qeyd olunan məsələ ilə əlaqədar gəldikləri həmin nəticə düzgündür, qanunidir və bu baxımdan göstərilən nəticənin şübhə altına alınması üç ün heç bir əsas yoxdur. Bununla belə, Məhkum CM-nin 32.5, 206.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə əsassız olaraq bəraət verilməsinə və ona qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsinə dair kassasiya protestində istinad olunan dəlillərlə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına əsasən, dövlət ittihamçısının razılaşmadığı bu məsələlər üzrə də nəticələrə gələrkən məhkəmələr CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara, yəni Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, telefon danışıqlarının və yazışmalarının aparı lması barədə məlumatlara və sübut əhəmiyyətli sənədlərə əsaslanmış, lakin bununla belə məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifində səhvə yol vermişlər. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə məhkəmələrin yekun aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsi barədə dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin dəlillərini tamamilə əsassız hesab edir və belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək protestin bu dəlillərini qəbul edilməz sayır. Məhkum CM-nin 32.5, 206.3.2-ci maddəsi əsassız olaraq bəraət verilməsi barədə kassasiya protestinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası Məhkum həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də onun ibtidai araşırma zamanı verdiyi ifadələrinə, bu ifadələrlə bağlı toplanmış və araşdırılmış bəzi sübutlara, cinayət qanunvericiliyinin tələblərinə, habelə kassasiya protestində də istinad olunan “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarına müraciət etməyi zəruri bilir. İlk növbədə məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarına əsasən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında Məhkum özünü ona qarşı CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək heç bir cinayət əməlini törətməməsi barədə həm hökmdə, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir ifadələr versə d ə, məhkəmələr toplanmış və araşdırılmış digər sübutların fonunda onun bu ifadələrini inandırıcı hesab etməyərək həmin ifadələri özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə veilmiş ifadələr kimi qiymətləndirmiş, həmin ifadələri möğəbər sübut kimi dəyərləndirməkdən imtina etmiş və qəbul etdikləri yekun məhkəmə aktlarında istinad etməsələr də həmin aktların əsası kimi onun heç bir təsir və təzyiq göstərilmədən, müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı verdiyi ifadələrini qəbul etmişlər. İbtidai araşdırma zamanı isə Məhkum göstərmişdir ki, o, İran İslam Respublikasının vətəndaşı X2 adlı şəxsi Gürcüstanda yaşayan Y adlı tanışı vasitəsilə tanımışdır. Belə ki, tutulmamışdan təxminən bir il əvvəl Ylə danışan zaman o, X2 adlı şəxsdə ona məxsus narkotik va sitə olduğunu, X2ın həmin narkotik vasitəni rayonlardan birinin ərazisində yerləşdirdikdən sonra yeri barədə ona məlumat verəcəyini bildirərək həmin yerdən narkotik vasitəni götürüb X2ın deyəcəyi yerə qoymasını, əvəzində pul qazanacağını təklif etmiş, o, da maddi vəziyyəti yaxşı olmadığından bu təkliflə razılaşmışdır. Y həmçinin bildirmişdir ki, narkotik vasitələrin qoyulacağı yer barədə X2 özü ona xəbər verəcək. Bundan sonra X2 özü ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng vuraraq narkotik vasitəni “Bakı-Sumqayıt” avtomobil yolunun kənarında reklam dirəyinin altına qoyulduğunu bildirmiş, o, da qeyd olunan ünvana gedərək orada olan narkotik vasitəni götürüb həmin narkotik vasitəni Şəmkir rayonuna aparmış və X2ın dediyi verə qoymuş, bunun da müqabilində ona 2000 manat məbləğində pul ve rilmişdir. Tutulmamışdan təxminən 8 ay əvvəl isə X2 yenidən ona zəng vurmuş, bu dəfə narkotik vasitəni “Bakı-Qazax” avtomobil yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsindən götürüb Ağstafa rayonunun ərazisinə aparmış, bunun da müqabilində ona 2000 manat pul verilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təsvir etdiyi həmin epizodlar üzrə cinayət əməllərini törətməsinə dair heç bir sübut əldə edilmədiyinə görə, sonuncuya qarşı bu epizodlar üzrə ittiham irəli sürülməmişdir. Daha sonra Məhkum göstərmişdir ki, sonuncu dəfə 05 yanvar 2021-ci il tarixdə saat 10 radələrində X2 ona yenə zəng vuraraq həmin gün saat 22 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, DYP postunu keçdikdən sonra sürət radarı olmas ını göstərən yol nişanın altına narkotik vasitə heroin qoyulacağını bildirmiş, o, da özünə məxsus avtomobilə həmin yerə gedib sonradan üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitəni götürmüş və Gəncə şəhərinə qayıdarkən 06 yanvar 2021-ci il tarixdə saat 01 radələrində şəhərin girəcəyində polis əməkdaşları saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə aparılmış, Şöbədə aparılan şəxsi axtarış zamanı həm üzərindən, həm də avtomaşınından götürdüyü narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkum bu ifadələrində aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədilə X2 adlı şəxsin vasitəsilə, yəni onunla qabaqcadan razılaşmaqla əldə etdiyini göstərsə də, həmin narkotik vasitənin kim və ya kimlər tərəfindən, hansı ölkədən və han sı üsulla Azərbaycan ərazisinə keçirilməsini, X2ın bundan əvvəl ona bu haqda məlumat verməsini, narkotik vastənin qaçaqmalçılığının törədilməsinə qədər bu vasitəni hər hansı ərazidə qəbul edəcəyini vəd etməsini bildirməmiş, bu hallar barədə isə ona sual belə verilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, Məhkum məhkəmə iclasında ümumiyyətlə özünü hər hansı cinayət əməllərini törətməkdə təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadələrini təkzib etmiş və qeyd edilənlərlə, yəni onun narkotik vasitənin qaçaqmalçılığında hər hansı şəkildə iştirakı barədə sualların verilməsi əhəmiyyətsiz olmuşdur. İş materiallarının təhlili göstərir ki, bu cinayətin törədilməsinə görə Məhkum CM-nin 32.5, 206.3.2-ci maddələri ilə elan olunmuş ittihamın əsasını sonuncunun ibtidai araşdırma zamanı verdiyi yuxarıda göstərilən ifadələri, eləcə də onun mobil telefonunun anten dairəsinə, “X2” adlı şəxslə telefon danışıqlarının, yazışmaların aparılmasına və digər şəkildə telefon əlaqəsinin saxlanılmasına dair məlumatlar təşkil etmiş, bu ittihamla bağlı digər sübutlar əldə olunmamış, belə sübutlar isə həm ibtidai araşdırma orqanı, həm də dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi tərəfindən sonradan da məhkəmələrə təqdim olunmamış, məhkəmələr də belə sübutları araşdırmamışlar. Cinayət işinin materiallarında olan “Mobil telefonlara baxış keçirilməsi haqqında” 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Məhkumun üzərinə şəxsi axtarış keçirilən zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş və həmin telefonun yaddaşında olan məlumatlara keçirilən ba xış zamanı aşağıdakılar müəyyən edilmişdir: telefonun “qalereya” bölməsindəki şəkillərə nəzər yetirdikdə elektron tərəzinin üzərində bağlamalar olan şəkil, üzərində “A1” yazılmış sellofan büküm, üzəri skoçlanmış sellofan büküm olan şəkil nəzərə çarpır. Bundan əlavə mobil telefonun “Whatsapp Business” bölməsinə nəzər yetirdikdə orada adı “Qurvan” kimi qeyd edilmiş +98 903 *** ** ** saylı nömrə ilə aşağıdakı yazışmaların olması müşahidə edilir: 05 yanvar 2021-ci il tarixdə saat 13:04-də qeyd olunan nömrədən üzərində iran yazıları olan qırmızı, ağ və yaşıl rəngli olan bağlamaların şəkilllərinin göndərilməsi və şəklin ardınca “bu amanatı təhvil alacaqsan bax qaqa sən, başıva dönərəm sənin” deyə səsli mesajın göndərilməsi müəyyən edilir. Göndərilmiş şəkildə İlqar Vediyevə məxsus “BMW” markalı E F-xxx-ON dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş və içərisində narkotik vasitə olan bağlama təsvir edilmişdir.Bundan başqa, adı “Sen Teze” kimi qeyd edilmiş +995 *** ** ** 32 saylı nömrəyə üzərində “A1” yazılmış sellofan büküm, üzəri skoçlanmış sellofan büküm olan şəkilin, bir ədəd skoçlanmış sellofan bağlamanın elektron tərəzidə çəkilməsi ilə bağlı videogörüntünün göndərilməsi müşahidə edilir. Bundan əlavə, adı “Samir Rasiya Soqanix” kimi qeyd edilmiş +7 918 *** ** ** saylı nömrə ilə aralarında olan beton dirək şəkli göndərməsi və atılmış səs yazısında həmin dirəyin ətrafına “əmanət” qoyulduğu qeyd edilir. Bundan sonrakı qeyd olunan mobil nömrəyə “samir sənin qadan alım, onu ma heşkim eliyə bilməz, onun arvadını...., prosto bu nədisə başa düşə bilmirəm, ola bilər ki, bu nədisə səhv gedib baxıb, ya da oyundu” səs yazısının göndərilməsi və həmin nömrədən “sən onun nömrəsini ma ver mən onları danışdıracam, ay ilqar balalarımın ölümünə tutduracaqlar onu, onun belini qırdıracaqlar orada, bax sa deyirəm oğlumun ölümünə tutduracaqlar onu, bu iranlı var X2 bax 5 dəqiqəyə tutduracaq onu” səs yazısının gəlməsi müşahidə edilir. Bundan başqa +7 918 *** ** ** saylı nömrə ilə aşağıdakı yazışmaların olması müəyyən edilir: -X2 zenk vuruf der ilqar yazır -He salam yazdım cavab vermedi beyax -He dedi ma -Cox darixiram qardas bu veziyetde nese is gormey lazımdı -Yani men zenk vurmasam ona cavab veren doy qorxur o iranda satilar srazi ona gore qorxur. Gorey da neteri eliyey 5 dene var 6 dene var ne lazimdi başqa -Hecdat birce ordakini deyirem aparsaydix elimiz acilardi-Ya ni senin 8 denen eytiyac yoxdu nede seniniak adamina birce gurcuye atdad -Ora problem yoxdu ozunde gordunki bir gune hel eledim -Bildim gurcude yollarda masin olmamagi qirdi eybi yoxdu sabah hel ederiy İnsAllah qardas yaxsi olar 8 niye deyirem indi mamentdi tulluyardix ortuya, bes uc manat pul olardı elde bu veziyetde -Prablem yoxdu atdadmaga intasi ordaki kimdi adini de normal adamdi sa atdirim bir iki gune -He qardas ordakina prablem yoxdu basimnan cavabdehem ona -İranda 100 neferden 99 satqindi -Bu parablemsiz adamdi bilirem iranda coxdusq soqanixden pisdi -Adini men qurvana demesem razilix vermir, bilirem ne prablem var adini de zenk vurum danisaq qurvannan he yox desin srazi -Qoy seher danisim bunan qardas razilix versin deyey gorum helem razidimi bunlarda birbirinden qorxullar. Həmçi nin 7 918 *** ** ** saylı nömrə ilə müxtəlif vaxtlarda “Whatsapp Business” tətbiqetməsi ilə danışıqların aparılması müşahidə edilir. Qeyd olunan məlumatlar Məhkum İİR-nın vətəndaşı kimi qəbul edilmiş “X2” adlı və digər şəxslərlə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə nəticəyə gəlməyə əsas versə də, həmin məlumatlardan da onun bu vasitələrin qaçaqmalçılığında hər hansı qisimdə iştirak etməsi, o cümlədən narkotik vasitənin Azərbaycan Respublikasının ərazisində keçirilməzdən əvvəl onu burada qəbul edəcəyini vəd etməsi və qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı başqa şəkildə köməklik göstərməsi görünmür. Eyni zamanda ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum təqsirli bilindi yi ittihamda istinad olunan narkotik vasitənin qaçaqmalçılığının hansı üsulundan (CM-nin 206.1-ci maddəsinin dispoziyasında göstərilən) istifadə edilməklə Azərbaycan Respublikasına gətirilməsi, bu cinayəti bir və ya bir neçə icraçı tərəfindən nə vaxt və hansı şəraitdə törədilməsi də müəyyən edilmir və bu hallar da həmin ittihamda əksini tapmamışdır. Cinayət işi materiallarından görünür ki, Məhkum qarşı CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “X2” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda n arkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “X2” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri keçirdikdən sonra Məhkum Kürdəmir rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 10085,252 qram çəkidə narkotik vasitə heroini əldə edərək daşıyıb saxlamışdır. Göründüyü kimi, bu ittihamın Məhkum tərəfindən CM-nin 32.5,206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət törətməsinə dair hissəsi əldə olunmuş və araşdırılmı ş sübutlarla yanaşı CPM-nin 7.0.20 və 223-cü maddələrinin tələbləri ilə də uzlaşmır və CPM-in 139.0-cı maddəsinə görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından - “naməlum vaxtda və yerdə”, “”X2” adlı şəxs və ya digər şəxslər tərəfindən”, “gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli” kimi konkretləşdirilməyən ifadələr toplusundan ibarətdir. Halbuki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham dedikdə bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsi başa düşülür. CPM-nin 223.1-cü maddəsinə görə isə şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. CPM-nin 223.3-cü maddəsinin tələblərində n görünür ki, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; 223.3.2. cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; 223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; 223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. Məhkəmə kollegiyasının mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razı laşması dedikdə, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı qismində cinayət məsuliyyətinə cəlb edilir. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi isə CM-nin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarında göstərilmişdir. H əmin normada isə əşyaların, habelə CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalaçlığının bir neçə üsulu nəzərdə tutulmuşdur:
1. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə (iki ayrı-ayrı üsullardır); 2. sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edilməklə keçirmə; 3. bəyan edilməməklə və ya düzgün bəyan edilməməklə keçirmə. Məhkəmə kollegiyası təsvir edilən cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərindən çıxış edərək hesab edir ki, şəxsə qarşı qaçaqmalçılıq cinayətinin törədilməsinə və ya bu cinayətin törədilməsində hər hansı qisimdə, o cümlədən köməkçi qismində iştirak etməsinə görə irəli sürülmüş itihamda həmin cinayətin hansı üsulla törədilməsi konkret olaraq göstərilməli və belə ittiham mücərrəd xarakteri daşımamalı, digər tərəfdən isə bu üsulun birindən və ya birlikdə bir neçəsindən istifadə olunması müvafiq sübutlar vasitəsilə təsdiq edilməlidir. Araşdırılmış sübutların təhlili və Məhkum qarşı CM-nin 32.5,206.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan həmin ittihamın qanunun tələblərinə və yuxarıdakı təfsirə cavab verməsi görünmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, toplanmış və araşdırılmış sübutlarla Məhkum ona istinad olunan narkotik vasitəni xarici ölkənin ərazisində əldə etməsi, onun özünün və ya digər şəxslərlə birlikdə bu narkotik vasitəni qaçaqmalçılığın hər hansı üsulundan istifadə etməklə Azərbaycan Respublikasının ərazisinə keçirməsi də müəyyən edilməmişdir. Onun bu cinayətin törədilməsində koməkçi qismində iştirak edərək CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməsinə, yəni kassasiya protestində bununla bağlı irəli sürülmüş iddiaya gəldikdə məhkəmə kollegiyası yuxarıda göstərilən və təhlil edilmiş sübutlarla (onun ibtidai araşdırma zamanı verdiyi ifadələrlə və telefon məlumatları ilə) yanaşı qanunvericiliyin aşağıdakı normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrinə, habelə Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə də müraciət etməyi vacib sayır. Belə ki, CM-in 32.5-ci maddəsinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Qanunun qeyd olunan normasının imperativ tələbindən görünür ki, şəxsin bu və ya digər cinayətin törədilməsində köməkçi qismində iştirakına məsuliyyətə cəlb edilməsi üçün onun CM-nin 32.5-ci maddəsində göstərilən hərəkətləri edəcəyini qabaqcadan vəd etməsi müəyyən olunmalı və hal müəyyən edilmədən, digər tərəfdən isə onun göstərilən hərəkətləri cinayət başa çatıqdan sonra etməsi həmin şəxsin başqa qismdə, yaxud da CM-nin Xüsusi hissəsinin müvafiq maddələr i ilə, məsələn CM-nin 194 və ya 307-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ola bilər. CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin qaçaqmalçılığına, CM-nin 206.3.2ci maddəsində isə həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 32.5, habelə 206.2 və 206.3.2-ci maddələrinin dispozitiv əlamətlərini müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri icra etməsə də, yəni həmin cinayət əməllərini bilavasitə törətməsə də, digər tərəfdən isə bu əməl başqa şəxs tərəfindən törədildikdə, təqsirkar isə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş həmi n maddədə sadalanan əşyaları, o cümlədən narkotik vasitələri və psixotrop maddələri qəbul etməyi qabaqcadan vəd etdikdə, sonradan isə bu vədinə uyğun olaraq həqiqətən həmin əşyaları artıq Azərbaycan Respublikasının ərazisində əldə etdikdə, sonuncunun belə əməlləri CM-nin 32.5, 206.2-ci maddələri ilə, qaçalmalçılıq cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər qabaqcadn əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə isə - CM-nin 32.5, 206.3.2-ci maddələri tövsif edilməlidir. Hazırki cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlar Məhkum qaçaqmalçılıq cinayətinin törədilməsindən əvvəl CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməyi qabaqcadan vəd etməsini, yəni bu cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsini təsdiq etmir və buna görə də onun CM-nin 32.5, 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə təqsirli bilinməsi istisna olunur. Qeyd olunmalıdır ki, qanunvericiliyin təsvir olunan tələblərinə uyğun izah və tövsiyələr kassasiya protestində də istinad olunan “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016cı il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarın 9-cu bəndində məhkəmələr izah olunmuşdur ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edə n, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Göstərilən Qərarın 19-cu bəndində məhkəmələrə təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaları tövsiyə edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avada nlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə v ə ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə kollegiyası bu hüquqi mövqeyə və Ci nayət Qanununun normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra həmin əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya on dan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirməsi onun əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaranmasına əsas ola bilər. Məhkum qarşı irəli sürülmüş ittihamda sonuncunun qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətinin “X2” adlı şəxsin və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrində köməkçi qismində iştirak etməsi göstərilsə də, cinayət işinin materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Yuxarıda göstərildiyi kimi, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrin məzmunundan və təsvir edilmiş telefon əlaqələrinə dair məlumatl ardan hazırki işin predmeti olan narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İİR-dan Azərbaycan Respublikasının ərazisinə keçiriləcəyi, onların Məhkum tərəfindən qəbul ediləcəyi, sonuncun qaçaqmalçılıq cinayəti törətməzdən əvvəl bunu vəd etməsi, yəni qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi barədə sonuncunun “X2” adlı İİR-nın vətəndaşı ilə razılığa gəlməsi müəyyən edilmir və bu hallara dair ibtidai araşdırma zamanı başqa mötəbər sübutlar da əldə edilməmiş, belə sübutlar isə cinayət təqibini aparan orqan və məhkəmələrdə dövlət ittihamını müdafiə etmiş prokurorlar, o cümlədən kassasiya protestinin müəllifi məhkəmələrə təqdim etməmiş və məhkəmələr də belə sübutları araşdırmamışlar. Əksinə, araşdırılmış sübutlardan görünür ki, şəxsiyyəti istintaqla müəyyən edilməm iş, buna görə də cinayət məsuliyyətindən kənarda qalmış İİR-nın vətəndaşı olan “X2” adlı şəxs külli miqdarda narkoitik vasitə olan heroinin artıq naməlum şəxs və ya şəxslər tərəfindən müəyyən edilməmiş üsulla (gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizlətməklə) keçirilərək bu vasitənin Kürdəmir rayonunun ərazisində gizlədildikdən sonra bu haqda Məhkum məlumat vermiş və həmin heroini götürüb özündə saxlamasını təklif etmiş, onların kim və ya kimlər tərəfindən keçirilməsi barədə ona heç bir məlumat verməmiş, hatta narkotik vasitənin həqiqətən İİR-dan və ya başqa ölkədən Azərbaycan Respublikasının ərazisinə gətirilməsi də dəqiq müəyyən edilməmiş, bu hallara həm də kassasiya protestində istinad edilən əməliyyat tapşırığına cavabda da aydınlıq gətirilməmiş, digər tərəfdən isə həm in cavabda göstərilən halları təsdiq edən hansısa mötəbər sübutlara istinad edilməmişdir. İşin müəyyən edilmiş bu faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası Məhkum narkotik vasitənin qaçaqmalıçılığının törədilməsində köməkçi qismində iştirak etməsi, onun bu cinayətin törədilməsi barədə əvvəlcədən məlumatı olması və məhz bu cinayət törədilməzdən əvvəl Azərbaycan Respublikasının ərazisinə keçiriləcək əşyaları qəbul etmək barədə vəd verməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmamış və məhkəmələr də haqlı olaraq məhkum olunmuş şəxsin CM-nin 32.5,206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə qanuni nəticəyə gəlmiş, öz nəticələrini qəbul etdikləri yekun məhkəmə aktlarında kifayət qədər əsaslandırmış və məhkəmə ko llegiyasının qənaətinə görə, bu nəticə həm cinayət qanunvericiliyinin tələblərinə, həm də və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə uyğun olmuşdur. Məhkum hərəkətlərini xarakterizə edən hallar ondan ibarətdir ki, o, hazırki cinayət işinin predmeti olan narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsinə kömək etməmiş, yəni istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiriləcək həmin vasitəni qəbul etmək barədə İİR-nın vətəndaşı ilə əvvəlcədən razılaşmamış və yalnız bu əşyanın qaçaqmalçılığı naməlum şəxs və ya şəxslər tərəfindən törədildikdən sonra onun Azərbaycan Respublikasının ərazisində olması ona məlum olmuş və məhz bundan sonra o, həmin əşyanı qa nunsuz olaraq əldə edib saxlayaraq daşımış, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət başında yaxalanmışdır. İşin bu hallarına başqa cür qiymət verilməsinə əsas görməyən məhkəmə kollegiyası Məhkum narkotik vasitənin qaçaqmalçılığı ilə bağlı cinayət əməlini törətməsi barədə kassasiya protestinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, məhkəmələrin onun təhlil olunan cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə gəldikləri nəticə və bu nəticəyə əsasən ona CM-nin 32.5, 206..3.2-ci maddələri ilə bəraət verilməsi qanuni və əsaslıdır. Qeyd olunmalıdır ki, buna uyğun hüquqi mövqe həmçinin Ali Məhkəmənin Cinayət Kollegiyasının oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün qəbul etdiyi bir sıra digər qərarlarında da ifadə olunmuşdur (məsələn X1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-nin 32.5,206.2 maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarında). Belə olan halda məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin bu hissədə təmin edilməsini mümkün bilmir, lakin eyni zamanda qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlinin yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edib ona qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsini mümkün bilərkən, apellyasiya instansiyası məhkəməsi isə bununla da razılaşarkən iş üzrə özlərinin araşdırdıqları sübutları, cinayət qanunvericiliyinin tələblərini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrini nəzərə almamışlar. Əvvəla, məhkəmələrin də əsas sübutlardan biri kimi qəbul etdikləri Məhkum ibtiadi araşdırma zamanı verdiyi ifadələrinə görə, 05 yanvar 2021-ci il tarixdə “X2” adlı İİR-nın vətəndaşı ona zəng edərək Kürdəmir rayonunun ərazisində yerləşdirilmiş narkotik vasitəni oradan götürüb özündə saxlamağı təklif etmiş, o, da hamin təkliflə razılaşaraq onu icra etməkdən ötrü həmin tarixdə göstərilən əraziyə gedərək satış məqsədilə külli miqdarda heroini ordan götürüb onun bir hissəsini üzərində, əsas hissəsini isə idarə etdiyi avtomaşında saxlamaqla Gəncə şəhərinə aparmış, lakin şəhərin girəcəyində polis əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Şöbəsinə aparılmış və həmin şöbədə üzərində şəxsi axtarış, avtomaşınına baxış keçirilərkən hazırki işin predmeti olan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Telefon əlaqələrinin saxlanılmasına dair məhkəmələrin də yekun məhkəmə aktları qəbul edərkən istinad etdikləri məlumatlardan görünür ki, “X2” adlı şəxs göstərilən tarixdə Məhkum həmçinin səsli mesaj göndərərək öz təklifini bu mesaj vasitəsilə də təkrarlamış, həmçinin ona sonradan sonuncunun avtomaşınında aşkar edilərək götürülmüş, narkotik vasitə yerləşdirilmiş bağlama nın şəklini də göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, satış məqsədilə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı CM-nin 234.2-ci maddəsinində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin (narkotik vasitənin əldə olunması, saxlanılması və daşınması hərəkətlərinin) bir hissəsini “X2” adlı və istintaqla müəyyən edilməmiş şəxslər, eyni hərəkətlərin digər hissəsini isə - Məhkum icra etmiş və o, bununla bağlı istintaqla müəyyən edilmiş “X2” və digər şəxslərlə qabaqcadan razılıq əldə etmişdir. Araşdırılmış sübutlardan göründüyü kimi, bu hallar işin təkzibedilməz faktiki hallarıdır və burada həm istintaqla müəyyən edilməmiş şəxslər, həm də Məhkum göstərilən hərəkətləri edərkən eyni nəticəyə nail olmaq - narkotik vasitənin satışını həyata keçir mək məqsədini izləmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda Məhkum külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı etdiyi hərəkətləri məhz ona qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətdiyinə irəli sürülmüş ittihamda göstərildiyi kimi, qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsinə dəlalət etsə də, məhkəmələr təhlil olunan hallara cinayət qanunvericiliyinin aşağıdakı tələbləri, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri baxımından münasibət bildirməyərək CM-nin 234.4.1-ci maddəsinin Məhkum elan olunmuş ittihamdan xaric edilməsi mümkünlüyünü kifayət qədər əsaslandırmamış, digər tərəfdən isə Məhkum ona istinad olunan əməli qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini də əsaslı şəkildə təkzib etməmiş, apellyasiya instansiyası məhkəməsi isə apellyasiya protestinin bununla bağlı dəlillərinə ümumiyyətlə cavablandırmamışdır. Belə ki, CM-nin 34.2-ci maddəsinin tələbinə görə, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-nin 234.4.1-ci maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azər baycan Respublikası Konestitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında cinayətdə iştirakçılığın formaları şərh edilərkən qeyd olunmuşdur iki, Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı). Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bi r qrup şəxs tərəfindən törədilmiş, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi ifadə olunmuşdur. Sadalanan maddələrin məzmunu cinayətin qabaqcadan razılaşmadan iki və ya daha çox icraçı tərəfindən icra edilməsinin yalnız bir qrup şəxs tərəfindən törədilmiş cinayətin əlaməti kimi təsbit edilməsini söyləməyə imkan verir. Qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin mövcudluğu üçün isə cinayətin törədilməsində iki və daha çox icraçının olması ilə bağlı qanunvericinin göstərişi yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş kimi qiymətləndirilməsi üçün əməlin törədilməsində qabaqcadan cinayət əla qəsinə girmiş iki və ya daha çox icraçının olmasının zəruriliyidir... Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop madd ələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Məhkəmələrə izah olunmuşdur ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tör ədilməsinin CM-nin 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mə nfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək belə qənaətə gəlir Məhkum qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi mümkünlüyünə dair nəticəyə gələn məhkəmələr bu nəticəni həm araşdırılmış sübutlara, həm də maddi hüquq normalarının tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqelərinə, izahlarına və tövsiyələrinə uyğun şəkildə əsaslandırmadıqlarından kassasiya protestinin bu məsələ ilə bağlı dəlilləri qəbul edilən sayılmalı, həmin protest bu hissədə təmin olunmalı və apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi müəyyən edilərək həmin məhkəmənin 03 oktyabr 2023cü il tarixli qərarı həmin hissədə ləğv edilməklə cinayət işi Məhkum külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlinin hüquqi tövsifi hissəsində yeni apellyasiya baxışına təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birgə müqayisəli şəkildə bir daha təhlil edib həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin olunmaması barədə isə - Məhkum və onun müdafiəçisi N.F.Ağaye vanın çıxışlarını dinləyərək dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestinin qismən təmin edilməklə hazırki cinayət işi üzrə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, sonuncuya CM-nin 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilməsinə, habelə ona qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarının Məhkum külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin hüquqi tövsifi hissəsində ləğv edilməsi və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin olunması barədə nəticəyə gəlir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həm in maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməs ini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1, 414.8 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilməsinə və ona qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli q ərarından müdafiəçi Y.B.Abbasov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin şikayət üzrə icraata xitam verilsin. Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilməsinə və ona qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarı Məhkum külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin hüquqi tövsifi hissəsində ləğv edilsin və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.