Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1149/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X8, 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4, Barəsində tibbi xarakterli tətbiq olunmuş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçılar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı, 5 saylı, 6 saylı və 9 saylı Ərazi Vergilər İdarələri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 1(004)15/2019 saylı qərarı ilə (sədrlik edən hakim Hüseyn Səfərov) xx xxxxxx x 1958-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin qüvvədən düşmüş sayılması, ona qarşı verilmiş mülki iddiaya xitam verilməsi, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərcin 1306,31 manat (min üç yüz altı manat 31 qəpik) Məhkum tutulub dövlət nəfinə keçirilməsi qərara alınmışdır. Qərardan təqsirləndirilən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 av qust 2019-cu il tarixli qərarının dəyişdirilməsi, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3cü maddəsi ilə başlanılmış cinayət təqibinə əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Qərardan həmçinin mülki iddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 saylı Ərazi Vergi Dairəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 saylı Ərazi Vergi Dairəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 09 saylı Ərazi Vergi Dairəsi, Azərbaycan Respublikası İqtisadiyyat Naz irliyi yanında Dövlət Vergi Xidmətinin 04 saylı Ərazi Vergi Dairəsi ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi, Məhkum məsuliyyətə cəlb olunaraq, mülki iddiaların tam təmin edilməsini xahiş etmişlər. Qərardan həmçinin dövlət ittihamçısı apellyasiya protesti verərək Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərarını ləğv edərək, mülki iddiaların tam təmin edilməklə, Məhkum CM-in 213.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla məhkum olunmasına dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimovun sədrliyi və məruzəsi, Fərid Əyyubo v və Emin Mehdiyevdən ibarət tərkibdə) 1 mart 2023-cü il tarixli, 1(103)-14/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti qismən təmin edilmiş, Məhkum qarşı CM-in 213.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, Məhkum haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmiş, Məhkum qarşı verilmiş 10.944.265,20 manat məbləğində mülki iddialar baxılmamış saxlanılmış, Məhkum qarşı CM-in 213.3-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və mülki iddiaçılar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı, 5 saylı, 6 saylı və 9 saylı Ərazi Vergilər İdarələri tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1420/2023 nömrəli qərarı ilə (hakimlər Ələsgər Novruzov (sədrlik edən), Şahin Yusifov və Rəşad Abdulovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, mülki iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərarı ilə CM-in 213.3-cü maddəsi ilə təqsirləndirilən Məhkum barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)1575/2023 nömrəli qərarı ilə (hakimlər Habil Məmmədovun sədrliyi və məruzəsi, Cavid Hüseyn və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) təqsirləndirilən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, mülki iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə əlavələr, dövlət ittihamçısı tərəfindən verilmiş apelly asiya protesti qismən təmin edilmiş, Məhkum qarşı CM-in 213.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 1(004)-15/2019 saylı qərarı ləğv edilmiş, CM-in 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin yekun qərar çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməllərinin faktiki xarakterini və ictimai təhlukəliliyini dərk etmək imkanından məhrum olmuş şəxs Məhkum barəsində sağalmış hesab edilənədək tibbi xarakterli məcburi tədbir - ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tətbiq edilmiş, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Məhkum sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırıl mış, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 həvalə edilmiş, verilmiş 10.944.265,20 manat məbləğində mülki iddialar baxılmamış saxlanılmışdır. İŞİN HALLARİ: İttiham aktına əsasən Məhkum digər bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 10944265,20 manat məbləğində vergiləri vahid niyyətlə əhatə olunan qəsdlə dövlət büdcəsinə ödəməkdən yayındırılması əməlinə görə CM-nin 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini, mülki iddiaçılar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı, 5 saylı, 6 saylı və 9 saylı Ərazi Vergilər İdarələri isə protestlə eyni məzmumlu olan kassasiya şikayətlərini onunla əsaslandırmışdırlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxsə münasibətdə Cinayət-Prosessual Məcəllənin, həmçinin tibbi xarakterli məcburi tədbirlərin məhkəmələr tərəfindən tətbiqində vahid məhkəmə təcrübəsinin təmin edilməsini tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının tələbləri pozulmuş, mübahisələndirilən qərar əsassız və qanunsuz olmuşdur. Mülki iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərində qeyd edilmişdir ki, vergitutmanın özünəməxsus xüsusiyy ətləri nəzərə alınmaqla, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən hesablanmış vergilərə tətbiq edilən 5 illik tələb etmə müddəti nəzərə alınmaqla iddianın baxılmamış saxlanılması, daha sonra mülki məhkəmə icraatı qaydasında iddianın verilməsinə şərait yaratsa da, nəticə etibarilə həmin iddianın verilməsi əhəmiyyətsiz olur. Vergi qanunvericiliyi ilə müəyyən edilmiş 5 illik tələb etmə müddəti məhkəməyə çatım hüququnu məhdudlaşdırdığı üçün pozulmuş hüquqların səmərəli bərpası və ümumiyyətlə bərpası imkansız olur. Bu baxımdan tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi ilə əlaqədar mülki iddianın baxılmamış saxlanılması mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilən tövsiyyə xarakterli “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli qərarının 22-ci bəndinin digər cinayət işləri növlərinə nisbətdə vergidən yayınma cinayəti ilə əlaqədar tətbiq edilməsi qeyd olunan vergitutmanın özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyət hüquqlarının pozulmasının qarşısının alınması baxımından yolverilməzdir. Eyni zamanda, cinayət işi üzrə məhkəmə təcrübəsində sözügedən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi ilə əlaqədar qərar qəbul edilərkən iddiaya hər hansı bir münasibət bildirilməməsi halına rast gəlinir. Təqdim edilmiş mülki iddia dayandırılmış cinayət işi üzrə icraatda ehtiva olunur. Dövlət ittihamçısı aşağıdakı əsaslara görə hesab etmişdir ki, Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Kassasiya protestində qeyd edilmişdir ki, hazırki icraat üzrə məhkəmənin yekun qərarının qanunsuz və asassız olmasına səbəb olan ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, CPM-in 265.3-cü maddəsinə əsasən, təkrar ekspertizalar eyni ixtisasdan olan ekspertlər komissiyası tərəfindən aparılır. CPM-in 265.5-ci maddəsinə əsasən, şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı 3 məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi apellyasiya icraatı zamanı təyin edilmiş və həyata keçirilmiş “Təkrar stasionar məhkəm ə-psixiatrik ekspertizasının 02 dekabr 2022-ci il tarixli 146 saylı ekspert rəyi “ekspertlər komissiyası” tərəfindən verilməmiş, onun verilməsində, ümumiyyətlə, ekspert iştirak etməmişdir. Rəydən görünür ki, komissiyanın sədri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin şöbə müdiri, həkim-psixiatr X13, komissiyanın üzvləri isə Bakı şəhəri 2 saylı X1 baş həkimi, həkim psixiatr Əfəndiyev llqar Rəfail oğlu və “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin baş direktorunun müavini, həkim-psixiatr X6 (hakim-məruzəçi) olmuş, yəni rəy verən səxslərin hamısı yalnız müalicə müəssisəsinin həkimləri (CPM-in 97-ci maddəsi üzrə ekspert olmayan və ekspert rəyi verməyən şəxslər) olmuşlar. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqın da” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, məhkəmə ekspertizası idarəsinin rəhbərinə məhkəmə ekspertizasını təyin etmiş orqanla və ya şəxslə razılaşdırmadan müstəqil olaraq bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək qadağandır. Apellyasiya məhkəməsinin yekun qənaətə gələrkən istinad etdiyi 2 dekabr 2022-ci il tarixli 146 saylı rəy üzrə belə icazə olmamışdır. Göründüyü kimi, icraat zamanı aşkar və kobud qanun pozuntusuna yol verilmiş, yekun məhkəmə qərarında apellyasiya instansiyası məhkəməsi həlledici şəkildə qanunsuz ekspert rəyinə əsaslanaraq, həmin rəyi cinayət muhakimə icraatının prinsip və şərti olaraq Azərbaycan Respublikasi CPM-in 33.1-ci maddəsi üzrə qiymətləndirməmiş, onun pozulmasının başa çatmış icraat ın etibarsız olması ilə nəticələnməsi nəzərə alınmamışdır. Bundan başqa, Məhkum işinə baxılarkan məhkəmə baxışında həkim-psixiatrın iştirakı tımin edilməmişdir. Hansı ki, CPM-in 229.2-ci və 233.6-ci maddəsinə əsasən, şəxsin ruhi və ya digər ağır xəstəlikdın əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının məzmununa baxdıqda görünür ki, məhkəmə faktiki olaraq apellyasiya baxışında müəyyən etdiyi qənaəti qanunvericiliyin tələblərinə istinad etməklə cavablandırmamışdır. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru R. Məmmədli çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum CM-nin 213.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini və cinayət işinin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X14, 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X7, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında çıxışlarında kassasiya şikayətlərinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Barəsində tibbi xarakterli tətbiq olunmuş şəxsin mü dafiəçisi Müdafiəçi2 məhkəmə iclasında çıxışında zərərçəkmiş hüquqi şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərini və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesini əsassız hesab etdiyini və təmin olunmamasını xahiş etdi. Barəsində tibbi xarakterli tətbiq olunmuş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında çıxış edərək müdafiəçinin çıxışı ilə tam razı olduğunu və. kassasiya şikayətlərinin və kassasiya protestinin əsassız olduğunu hesab etdi və təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya müraciətlərinin təmin olunması barədə dövlət ittihamçısının və mülki iddiaçıların, kassasiya müraciətlərinin təmin edilməməsi barəd ə müdafiəçinin və qanuni nümayəndənin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri bun a əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində dövlət ittihamçısı ekspert rəyinin qanuniliyini və əsaslılığını mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Kassasiya şikayətlərində mülki iddianın baxılmamış saxlanmasının qanunsuz olması mübahisələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqəd ar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmununda n məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm (qərar) gözləyir. Hər bir halda, məhkəmənin yekun qərarı nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərind ə və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma qərarın ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, qərarın əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Hazırki cinayət işinin hallarından görünür ki, Məhkum cinayət əməli törətdikdən sonra psixi xəstəliyə tutulmuş, nəticədə cinayət işi üzrə icraat dayandırılmış və mülki iddia baxılmamış saxlanmışdır. Cinayət işinin materiallarından görünür ki, “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquq şəxsin xx.xx.2022-ci il tarixli 3756 nömrəli məktub-arayışından görünür ki, Məhkum xx.xx.2021-ci il tarixdə təcili olaraq xəstəxanaya stasionar müalicəyə qəbul olunmuşdur, hal-hazırda müalicəsi davam edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Məhkum barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertlər qarşısında suallar qoyulmuşdur. Bakı Apellyas iya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-14/2022 saylı qərarı ilə təyin edilmiş Stasionar məhkəmə-psixiatrik ekspertizasının 25 avqust 2022-ci il tarixli 103 saylı rəyindən görünür ki:
1. Yoxlanılan şəxs Məhkum «Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə» psixi patologiyasından əziyyət çəkir. Həmin psixi pozuntu mərkəzi sinir sisteminin fəaliyyətində baş verən dəyişikliklərin dalğavari gedişli olması ilə səciyyələnir. Belə ki, bir müddət nisbi yaxşılaşma müşahidə edilsə də, xroniki proses olduğundan tədricən ağırlaşma xüsusiyyətinə malik olur. Y.B.Aİİahverdiyevdə aşkarlanan həmin psixi patologiyanın hal-hazırda orta dərəcədə olması müəyyən edilir.
2. Yoxlanılan şəxs Məhkum müəyyən edilən «Mərkəzi sinir si steminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntulan ilə» psixi patologiyasından təqdim olunan tibbi sənədlərə görə xx.xx.2021-ci il tarixdən təzahür etməyə başlamışdır. Məhkum hal-hazırkı müayinəsi zamanı gəlinən nəticəyə əsasən onda bir neçə il öncədən arterial hipertoniya fonunda mərkəzi sinir sisteminin vaskulyar (damar mənşəli) üzvi xəstəliyi kimi patologiyanın yarandığı, sonra yaddaşın zəifləməsi və intellektin enməsi kimi dəyişikliklərin baş verdiyi istisna edilmir. Son vaxtlar Məhkum psixi və davranış pozuntulan təzahür etmişdir. Məhkum həmin psixi pozuntunun xüsusiyyətinə əsasən ittiham aktında elan olunmuş vergidən yayınma əməllərinin törədildiyi yoxlama dövrləri üzrə (İttiham aktında göstərilən 2013- 2018-ci illər ərzində) cinayət q anunu ilə nəzərdə tululmuş ictimai təhlükəli əməli törədən zaman onda yaddaş zəifliyi, intellektin müəyyən qədər enməsi, emosional dəyişkənlik olmuşdur. Lakin buna baxmayaraq Y.B. Allahverdiyev öz şəxsi və peşə keyfiyyətlərini itirməmiş və peşə vərdişlərini saxlamaq qabiliyyətinə malik olmuşdur. Odur ki, Y.BAllahverdiyev ittiham aktında elan olunmuş vergidən yayınma əməllərinin törədildiyi yoxlama dövrləri üzrə (ittiham aktında göstərilən 2013—2018-ci illər ərzində) cinayət qanunu ilə nəzərdə tululmuş ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Məhkum onda aşkarlanan «Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozun tuları ilə» kimi psixi pozuntunun dərinləşməsi nəticəsində hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir.
3. Yoxlanılan şəxs Məhkum onda müəyyən edilən «Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə» kimi psixi pozuntunun dərinləşməsi nəticəsində hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir.
4. Yoxlanılan şəxs Məhkum hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalı həddən artıq olur. Y.B.Aİlahverdiyevin əziyyət çəkdiyi «Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə» psixi patologiyasından hal-hazırda davam etdiyinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Elmi ədəbiyyatdakı məlumata əsasən bu qəbildən olan patologiyalardan əziyyət çəkən şəxslərdə xəstəliyin ehtimal edilən müalicə müddəti koqnitiv proseslərin, digər psixi funksiyaların və davranışın müalicəyə nə dərəcədə tabe olub-olmamasından asılı olaraq ayrı-ayrı şəxslərdə fərqlənir. Y.B.Aİİahverdiyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsində xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək «Mərkəzi sinir sisteminin üzvi xəstəliyi (damar mənşəli), yaddaşintellektin enməsi, psixi və davranış pozuntuları ilə» diaqnozu ilə «Ketİlept200 mq», «Atarax25 mq», «Deploram 10 mq», «Memantin 10 mq» preparatlarını qəbul etməklə stasionar müalicədə olmasına baxmayaraq psixi vəziyyətində nəinki ciddi yaxşılaşma qeyd olunmamış, əksinə vəziyyəti tədricən ağırlaşmış, patoloji prosesə psixi və davranış pozuntuları qoşulmuşdur. Bütün bunlar Məhkum həmin psixi patologiyanın müalicəyə çətinliklə tabe olduğunu göstərir. Həmçinin həmin psixi pozuntunun gedişini ağırlaşdıra biləcək somatik xəstəliklərin (ağrı da daxil olmaqla) mövcudluğu da müalicə müddətinin uzanmasına səbəb ola bilər. Nəhayət, göstərilən psixi pozuntunun yaranmasına səbəb olan mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyinin getdikcə dərinləşməsinin qarşısının alınması, nəzarət altında saxlanması effekti v müalicə üçün vacib şərtdir. Məhkum düçar olduğu psixi pozuntunun dalğavari gedişə malik xroniki proses olması da nəzərə alınmalıdır. Y.B.Aİİahverdiyev barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür.
5. Yoxlanılan şəxs Məhkum əziyyət çəkdiyi psixi pozuntu dərəcəsinə və xarakterinə görə hal-hazırda onu öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan vermir.
6. Yoxlanılan şəxs Məhkum ona ittiham olunan ictimai təhlükəli əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmuşdur. Y.BAllahverdiyev ona ittiham olunan ictimai təhlükəli əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. Y.B.Aİİahverdiyevdə aşkarlanan psixi pozuntu öz gedişinə görə dərinləşdiyi üçün həmin şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətinə görə Y.B.Aİlahverdiyevin hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. İşdən göründüyü kimi, dövlət ittihamçısının apellyasiya icraatında təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi ilə bağlı vəsatəti təmin edilərək, 18 oktyabr 2022-ci il tarixli, 1(103)-14/2022 saylı qərar ilə təkrar stasionar məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Stasionar məhkəmə psixiatrik ekspertizasının 02 dekabr 2022-ci il tarixli,146 saylı rəyinə görə:
1. Yoxlanılan şəxs Məhkum təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən arterial hipertoniya, şəkərli diabet, ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası və digər somatik xəstəliklərdən əziyyət çəkmişdir. Onlar psixi xəstəlik olmasalar da, beyin qan dövranının davamlı şəkildə pozulmasına gətirib çıxardığından sinir sisteminin fəaliyyətində sonrakı arzuolunmaz dəyişikliklərin getməsinə təkan vermişdir. Lakin buna baxmayaraq Məhkum öz şəxsi və peşə keyfiyyətlərini itirməmiş və peşə vərdişlərini saxlamaq qabiliyyətində olmuşdur. Odur ki, Y.B. Allahverdiyev ittiham aktında elan olunmuş vergidən yayınma əməllərinin törədildiyi yoxlama dövrl əri üzrə cinayət qanunu ilə nəzərdə tululmuş ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.
2. Yoxlanılan şəxs Məhkum müəyyən edilən «Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə» kimi psixi patologiya təqdim olunan tibbi sənədlərə əsasən xx.xx.2021-ci il tarixdən təzahür etməyə başlamışdır. Məhkum hal-hazırkı müayinəsi zamanı ekspert komissiyasının gəldiyi nəticəyə əsasən onda bir neçə il qabaq arterial hipertoniya fonunda mərkəzi sinir sisteminin vaskulyar (damar mənşəli) üzvi xəstəliyi kimi patologiyanın yarandığı, sonra yaddaşın zəifləməsi və intellektin enməsi kimi dəyişikliklərin baş verdiyi istisna edilmir. Məhkum müəyyən edilən psixi pozuntunun xüsusiyyətinə əsasən ittiham aktında elan olunmuş vergidən yayınma əməllərinin törədildiyi yoxlama dövrləri üzrə (ittiham aktında göstərilən 2013-2018-ci illər ərzində) cinayət qanunu ilə nəzərdə tululmuş ictimai təhlükəli əməli törədən zaman onda yaddaş zəifliyi, intellektin müəyyən qədər enməsi, emosional dəyişkənlik olmuşdur. Lakin buna baxmayaraq Y.B.Aİİahverdiyev öz şəxsi və peşə keyfiyyətlərini itirməmiş və peşə vərdişlərini saxlamaq qabiliyyətində olmuşdur. Odur ki, Y.B.Aİİahverdiyev ittiham aktında elan olunmuş vergidən yayınma əməllərinin törədildiyi yoxlama dövrləri üzrə (ittiham aktında göstərilən 2013-2018-ci illər ərzində) cinayət qanunu ilə nəzərdə tutulmuş İctimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakter ini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Y.B.Aİİahverdiyev onda aşkarlanan «Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə» kimi psixi pozuntunun dərinləşməsi nəticəsində hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Y.B.Aİİahverdiyevdə psixi və davranış pozuntularının yaranma səbəbinə gəldikdə onun uzun müddət ərzində davam etdiyi təqdirdə mərkəzi sinir sistemini zədələyən kifayət qədər ciddi və ağır somatik xəstəliklərdən əziyyət çəkməsi fonunda vaskulyar serebral patologiyanın formalaşması, dalğavari gedişə malik belə bir patalogiyanın daim dərinləşməyə meylli olması, mərkəzi sinir sis temində bərpa edilməsi mümkün olmayan dəyişikliklərə gətirib çıxarması, sonra tədricən pataloji prosesə psixi və davranış pozuntularının qoşulması qeyd edilməlidir.
3. Yoxlanılan şəxs Məhkum aşkarlanan psixi pozuntuya görə onun özünə və başqalarına zərər yetirməsi təhlükəsi vardır. Bunun təsdiqlənməsinin elmi əsası Məhkum damar mənşəli qazanılma ağıl zəifliyinə xas əlamətlərin təzahür etməsindən ibarətdir.
4. Yoxlanılan şəxs Məhkum psixi durumuna görə gələcəkdə bu qəbildən olan cinayət törədə bilməsi və yaxud başqa əhəmiyyətli zərər vurması mümkündür.
5. Yoxlanılan şəxs Məhkum əziyyət çəkdiyi «Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə» kimi psixi patologiya hal-hazırda davam etdiyinə görə onun stasionar müalic əyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Bunun elmi-tibbi əsaslarının nədən İbarət olduğunun aydınlaşdırılması məqsədilə müraciət edilən müxtəlif etibarlı elmi mənbələrdəki məlumata əsasən bu qəbildən olan patologiyalardan əziyyət çəkən şəxslərdə xəstəliyin ehtimal edilən müalicə müddəti koqnitiv proseslərin, digər psixi funksiyaların və davranışın müalicəyə nə dərəcədə tabe olub-olmamasından asılı olaraq ayrı-ayrı şəxslərdə fərqlənir. Y.BAllahverdiyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsində xeyli müddət ərzində «Mərkəzi sinir sisteminin üzvi xəstəliyi (damar mənşəli), yaddaşintellektin enməsi, psixi və davranış pozuntuları ilə» diaqnozu ilə antipsixotik, anksiolitik, antidepressant və memotrop təsirli psixotrop preparatları mütəmadi qəbul etməklə stasionar müalicədə olmasına baxmayaraq psixi vəziyyətində nəinki ciddi yaxşılaşma qeyd olunmamış, əksinə tədricən vəziyyəti ağırlaşmış, patoloji prosesə psixi və davranış pozuntuları qoşulmuşdur. Bütün bunlar Y.BAİlahverdiyevdə həmin psixi patologiyanın müalicəyə çətinliklə tabe olduğunu göstərir. Həmçinin həmin psixi pozuntunun gedişini ağırlaşdıra biləcək somatik xəstəliklərin (ağrı da daxil olmaqla) mövcudluğu da müalicə müddətinin uzanmasına səbəb ola bilər. Nəhayət, göstərilən psixi pozuntunun yaranmasına səbəb olan mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyinin getdikcə dərinləşməsinin qarşısının alınması, nəzarət altında saxlanması effektiv müalicə üçün vacib şərtdir. Məhkum düçar olduğu psixi pozuntunun dalğavari gedişə malik xroniki proses olması da nəzərə alınmalıdır. Beləliklə, bütün bunlar nəzərə alınaraq Y.B.Aİİahverdiyev barəsində Azərbaycan Respublikası CMnin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür.
6. Yoxlanılan şəxs Məhkum “Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intelektin enməsi, psixi və davranış pozuntuları ilə” kimi psixi patalogiyadan əziyyət çəkməsinə və hal –hazırda psixi vəziyyətinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası CM-ni n 97.2-ci maddəsinə görə intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilə bilər.
7. Yoxlanılan şəxs Məhkum öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, onda simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü tamamilə təkzib olunur. Çünki Məhkum müşahidə olunan «Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə» formasında psixi pozuntu müxtəlif simptomlann birləşdiyi və psixi fəaliyyətin ayn-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Həmin mürəkkəb patolog iyaya xas əlamətlərin simulyasiya və İmitasiya hesabına yaradılması olduqca çətindir, belə bir cəhd edilərmişsə də, həmin süni vəziyyəti yaratmaq üçün təqsirləndirilən şəxs psixiatriya sahəsində müəyyən edilən əlamətləri əzbər bilməli, onda yaradıcı şəxsiyyətə xas bir istedad olmalıdır. Lakin bu vəziyyəti bir dəfə yamsılamaq olarsa belə, onu uzun müddət saxlamaq və eyni ilə təkrarlamaq müvafiq təhsil və bacarığı olmayan bir İnsan tərəfindən mümkün deyildir. Məhkum intellektual imkanlarının aşağı səviyyədə və qeyri-müstəqil olması, bilik ehtiyatı, təsəvvür zənginliyi və təcrübi imkanlarının aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlməyərək geri qalması da bunu bir daha sübuta yetirir.
8. Yoxlanılan şəxs Məhkum cinayət əməlini törətdikdən sonra onda «Mərkəzi sinir sisteminin üzvi (d amar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə» kimi bir psixi patologiya yaranmışdır. Məhkum baş vermiş hadisələri təsvir etməsinə və fikirlərini əsaslandırmağa çalışmasına baxmayaraq onun əziyyət çəkdiyi psixi pozuntu dərəcəsinə və xarakterinə görə hal-hazırda həmin şəxsə öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan vermir. Hər hansı psixi xəstənin müəyyən məsələyə münasibət bildirməsi və öz fikrini əsaslandırmağa çalışması qadağan edilə bilməz. Ancaq söylənilən fikirlərin reallığı əks etdirib-etdirmədiyinin, ekspertiza rəyində gəlinən qənaətin doğru olub-olmadığının müəyyənləşdirilməsi və bununla bağlı qəti hökm verilməsi yalnız məhkəmənin səlahiyyətindədir.
9. Yoxlanılan şəxs Məhkum ona ittiham olunan ictimai təhlükəli əməli törədə rkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmuşdur. Y.BAllahverdiyev ona ittiham olunan ictimai təhlükəli əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. Y.B.Aİİahverdiyevdə müəyyən edilən «Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə» psixi pozuntu öz gedişinə görə dərinləşdiyi üçün həmin şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətinə görə Y.B.Aİlahverdiyevin hərəkətləri Azərbaycan Respublikası CM-n in 21.3-cü maddəsinin təsiri altına düşür. Cinayət işinin materiallarından görünür ki, iş üzrə birinci Stasionar məhkəməpsixiatrik ekspertizasının 25 avqust 2022-ci il tarixli 103 saylı rəyi verildikdən sonra dövlət ittihamçısı tərəfindən vəsatət verilmiş və həmin rəyin kifayət qədər əsaslı olmaması və şübhə doğurması ilə bağlı iş üzrə Məhkum barəsində təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsini xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertlər qarşısında suallar qoyulmuşdur. Həmin qərar əsasında təkrar məhkəmə - psixiatrik ekspertizası keçirilmiş və rəy verilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə verilmiş məhk əmə - psixiatrik ekspertizasının hər iki rəyini cinayət işinin materialları ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, ekspert rəylərindən görünür ki, Məhkum müəyyən edilən “Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli) xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə” psixi patologiyasından təqdim olunan sənədlərə görə xx.xx.2021-ci il tarixdən təzahür etməyə başlamışdır. Hər iki ekspert rəyini müqayisə etdikdə müəyyən edilir ki, hər iki ekspert rəyində əsas tədqiqat metodları eynidir. Rəylərin xəstəlik anamnezi hissəsində göstərilmişdir ki, Məhkum irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmışdır (atası, qardaşı, xalası oğlu psixi xəstəlikdən əziyyət çəkmişdir). Ailədə intihara cəhd halı olmuşdur (qardaşı intiha ra cəhd etmişdir). Kəllə-beyin travması aldığı məlum olur. Belə ki, təxminən 12-14 il bundan əvvəl vanna otağında yıxılmış, 5-6 saat huşsuz vəziyyətdə qalmışdır. Ekspert rəylərindən görünür ki, ekspertlər bu məlumatları Məhkum özündən almışlar, lakin bu faktları təsdiq edən heç bir rəsmi sənəd cinayət işinin materiallarına əlavə edilməmiş və yalnız bu faktlara əsaslanaraq müəyyən etmək mümkün deyil ki, Məhkum aşkar edilən psixi xəstəlik irsi xarakter daşıyır və ya onun kəllə-beyin travması alması ilə əlaqədar və yaxud keçirdiyi hər hansı bir xəstəlikdən törənmişdir. Bundan əlavə, cinayət işinin materiallarından göründüyü kimi Məhkum uzun müddət ərzində çoxsaylı kommersiya təşkilatlarının rəhbəri olmuş və kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Onun məhkəmə iclaslarında verdiyi ifadələrd ən də görünür ki, o sərbəst ifadələr verir və özünü aktiv şəkildə müdafiə edir. Bundan başqa, ekspert rəyində göstərilmişdir: “...Məhkum baş vermiş hadisələri təsvir etməsinə və fikirlərini əsaslandırmağa çalışmasına baxmayaraq onun əziyyət çəkdiyi psixi pozuntu dərəcəsinə və xarakterinə görə hal-hazırda həmin şəxsə öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan vermir. Hər hansı psixi xəstənin müəyyən məsələyə münasibət bildirməsi və öz fikrini əsaslandırmağa çalışması qadağan edilə bilməz. Ancaq söylənilən fikirlərin reallığı əks etdirib-etdirmədiyinin, ekspertiza rəyində gəlinən qənaətin doğru olub-olmadığının müəyyənləşdirilməsi və bununla bağlı qəti hökm verilməsi yalnız məhkəmənin səahiyyətindədir...” 01 mart 2023-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs Məhku m son sözündə göstərmişdir: Məhkəmə kollegiyası, xəstə Məhkum qənaətbəxş olmayan hazırki vəziyyətini və AR Səhiyyə Nazirliyi Məhkəmə X10 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli 4593 saylı ekspert rəyini nəzərə alın. xx.xx.2022-ci il tarixli 146 saylı ekspert rəyində isə göstərilmişdir: “...İfadəli yaddaş zəifləməsi qeyd olunur. Davranışını nizamlamada çətinlik çəkdiyi nəzərə çarpır...” Göründüyü kimi, Məhkum məhkəmə iclasında fikrini daha dəqiq və səlis ifadə etmiş, lakin ekspert rəyində bunun əksi göstərilmişdir. Bundan əlavə, rəydə Məhkum barəsində CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülmüşdür. Lakin rəydə gəlinmiş bu nəticə əsaslandırılmamış, hansı səbəbdən CM- in 95.0.3 və ya 95.0.4-cü maddələrində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin Məhkum psixi xəstə vəziyyətini simulyasiya etməsi və yamsılama ilə bağlı gəldiyi nəticə də səthi və əsaslandırılmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum ali təhsillidir, uzun müddət rəhbər vəzifələrdə çalışmış, çoxsaylı kommersiya şirkətləri olmuş və böyük həyat təcrübəsinə malik olan bir şəxsdir. Lakin ekspert rəyində göstərilir ki, həmin mürəkkəb patologiyaya xas əlamətlərin simulyasiya və imitasiya hesabına yaradılması olduqca çətindir, belə bir cəhd edilmişsə də, həmin süni vəziyyəti yaratmaq üçün təqsirləndirilən şəxs psixiatriya sahəsində müəyyən edilən əlamətləri əzbər bilm əli, onda yaradıcı şəxsiyyətə xas bir istedad olmalıdır. Lakin bu vəziyyəti bir dəfə yamsılamaq olarsa belə, onu uzun müddət saxlamaq və eyni ilə təkrarlamaq müvafiq təhsil və bacarığı olmayan bir insan tərəfindən mümkün deyildir. Məhkum intellektual imkanlarının aşağı səviyyədə və qeyri-müstəqil olması, bilik ehtiyatı, təsəvvür zənginliyi və təcrübi imkanların aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlməyərək geri qalması da bunu bir daha sübuta yetirir. Ekspert rəyinin bu hissəsinin təhlilindən belə bir nəticə hasil olur ki, bütün hallarda simulyasiya və yamsılama mümkündür və real həyatda da bu hallarla rastlaşmaq realdır. Lakin ekspertlər iş üçün olduqca əhəmiyyətli olan bu vacib məsələyə və bununla bağlı qarşıya qoyulan suala cavab verərkən ümumi sözlərdən istifadə etmiş, hər hansı bir elmi araşdırmaya, eləcə də simulyasiyanın və yamsılamanın qarşısını alan və ifşa edən elmi metodlara istinad etmədən və Y. Allahverdiyevə qarşı bu üsul və vasitələrdən istifadə etməklə əsl həqiqəti aşkara çıxarmağa cəhd edilməmiş, nəticədə əsaslandırılmamış rəy verilmişdir. Bundan başqa, ekspert “Məhkum hər hansı psixi pozuntu aşkar edilsə, həmin pozuntu onun özünə və başqalarına zərər yetirməsi təhlükəsi yaradırmı? Mümkün olubolmamasına dair psixi vəziyyəti elmi əsaslarla təsdiq təsdiq olunur?” sualına cavab verərək göstərmişdir: “Yoxlanılan şəxs Məhkum aşkarlanan psixi pozuntuya görə onun özünə və başqalarına zərər yetirməsi təhlükəsi vardır. Bunun təsdiqlənməsinin elmi əsası Məhkum damar mənşəli qazanılma ağıl zəifliyinə xas əlamətlərin təzahür etməsindən ibarətdir” Ekspertin elmi əsaslandırması bundan ibarətdir. Lakin Məhkum aqresivliyi hansı hərəkətlərlə təzahür edir, damar mənşəli qazanılma ağıl zəifliyi ilə özünə və başqalarına zərər yetirmə arasında hansı səbəbli əlaqə var, hansı səbəbdən bu tip xəstələr bu formada aqresivlik nümayiş etdirirlər və sair suallar cavabsız qalmışdır. Yəni ekspert tərəfindən bu suala da əsaslandırılmamış cavab verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsu biyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Hazırki iş üzrə cinayət törətməkdə ittiham olunan şəxsin anlaqlı və ya anlaqsız olması ilə bağlı məsələ meydana çıxdığı üçün hakim (məhkəmə tərkibi) qarşısında həll olunması olduqca vacib olan məsələ ondan ibarətdir ki, bu məsələ ilə bağlı keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi əsaslandırılmışdırmı, bu əsaslandırma müasir elmi araşdırmaların nəticələrinə uyğundurmu, m əhkəmənin ekspertlər qarşısında qoyduğu bütün suallara ətraflı və inandırıcı cavab verilmişdirmi və s. Yəni hakim ekspert rəyini araşdırmalı, təhlil etməli, qiymətləndirməli və bu qiymətləndirmə qəbul etdiyi qərarda təfsilatlı şəkildə təsvir edilməlidir. Bu yanaşma qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsi ilə nəticələnər. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə kollegiyası ekspert rəyinin məzmununu və nəticələrini olduğu kimi qəbul etmiş, hər hansı bir araşdırma və qiymətləndirmə aparmadan ekspertin gəldiyi nəticə ilə razılaşmışdır ki, bu da CPM-in 144 və 145-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.. Eyni zamanda, mülki ididaçıların kassasiya şikayətlərində mülki iddiaların bax ılmamış saxlanılması mübahisləndirilmişdir. Yeni apellyaisya baxışı zamanı mülki iddialara mahiyyəti üzrə baxılmasının mümkünlüyü məsələsi də yenidən araşdırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya müraciətlərinin təmin edilməsi üçün qanuni əsaslar mövcuddur və buna görə də kassasiya protesti və kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, hazırki qərarın əsaslandırıcı hissəsində əks olunmuş dəlillər və apellyasiya baxışı zamanı qarşıya çıxacaq yeni hallar əsasında təkrar araşdırma apa rılması məqsədi ilə cinayət işi apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə olan cinayət işi üzrə barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə və mülki iddiaçılar tərəfindən veriilmiş kassasiya şikayətlərinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edil