Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-115/2019 15.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)115-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 15 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2018- ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2018-ci il tarixli hökmü ilə (hakimlər: X7 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə) Məhkum – xx.xx.1981-ci ildə *********** rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ************************** qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzasın ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zərərçəkmiş şəxs5 mülki iddiası üzrə icraata xitam verilmiş, Məhkum qarşı Zərərçəkmiş şəxs3 955.000 manat, Zərərçəkmiş şəxs1 3.532.150 manat mülki iddiaları qismən təmin olunmuş, Məhkum 308.330 manat tutularaq Zərərçəkmiş şəxs3, 1.958.605 manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zərərçəkmiş şəxs 1 "xxxx" QSC-nin sifarişi ilə dəmir yolu xətlərində istifadə olunan Ukraina istehsalı olan rezin detalları "xxxx" QSC-yə satmaqla əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 20 mart 2011-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinin 20-ci Polis bölməsinin qarşısında yerləşən «Paradayz» kafesində həmin dövrün məzənnəsi ilə 79.320 manat təşkil edən 100.000 ABŞ dolları, 05 may 2011-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” dairəsinin yanında yerləşən Manejin arxasında həmin dövrün məzənnəsi ilə 253.184 manat təşkil edən 320.000 ABŞ dolları, 18 iyun 2011-ci ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Çuda peçka» kafesinin qarşısında həmin dövrün məzənnəsi ilə 157.740 manat təşkil edən 200.000 ABŞ dolları, 2011-ci ilin avqust ayı ər zində Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” dairəsinin yanında yerləşən Manejin arxasında olan kafedə həmin dövrün məzənnəsi ilə 196.650 manat təşkil edən 250.000 ABŞ dollarını, 2012-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 157.300 manat təşkil edən 200.000 ABŞ dolları, 10 mart 2012-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində həmin dövrün məzənnəsi ilə 275.205 manat təşkil edən 350.000 ABŞ dollarını, 12 mart 2012-ci ildə həmin ünvanda həmin dövrün məzənnəsi ilə 275.205 manat təşkil edən 350.000 ABŞ dollarını, 2012-ci ilin may ayı ərzində həmin ünvanda həmin dövrün məzənnəsi ilə 235.860 manat təşkil edən 300.000 ABŞ dolları, 28 iyun 2012-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Korlar Cəmiyyətinin inzibati binasının yaxınlığında həmin dövrün məzənnəsi ilə 204.256 manat təşkil edən 260.000 ABŞ dollarını, 05 sentyabr 2012-ci ildə həmin ünvanda həmin dövrün məzənnəsi ilə 78.530 manat təşkil edən 100.000 ABŞ dolları, 20 dekabr 2012-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində həmin dövrün məzənnəsi ilə 156.980 manat təşkil edən 200.000 ABŞ dollarını, 12 mart 2013-cü ildə həmin ünvanda həmin dövrün məzənnəsi ilə 392.450 manat təşkil edən 500.000 ABŞ dollarını və sonuncu dəfə 15 iyul 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 509.925 manat təşkil edən 650.000 ABŞ dollarını ələ keçirərək Zərərçəkmiş şəxs1 cəmi 2.972.605 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zərərçəkmiş şəxs4 Türkiyə Respublikasından Azərbaycan Respublikasına qazon örtüyü gətizdirərək satışını təşkil etməklə, eyni zamanda Gürcüstandan izolyasiya materiallarını alaraq Azərbaycan Respublikasında və Rusiya Federasiyasının Vladivostok şəhərində satışını təşkil edilməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 2012-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «Dəyirman» restoranında həmin dövrün məzənnəsi ilə 1.572.800 manat təşkil edən 2.000.000 ABŞ dollarını və 2012-ci ilin fevral ayının axırlarında həmin ünvanda həmin dövrün məzənnəsi ilə 1.572.800 manat təşkil edən 2.000.000 ABŞ dollarını ələ keçirərək Zərərçəkmiş şəxs4 cəmi 3.145.600 manat məbləğində külli miqdarda ziyan v urmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zərərçəkmiş şəxs5 "xxxx" QSC-nin sifarişi ilə dəmir yolu xətlərində istifadə olunan rezin detalları "xxxx" QSC-yə satmaqla əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 25 dekabr 2012-ci il tarixdə Tovuz rayonunda yerləşən «Zamin bank» vasitəsilə 26006 manat məbləğində pulu, 2013-cü ilin may ayında Tovuz rayonunda 10.000 manat məbləğində pulu və 03 iyul 2013-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda 20.000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs5 cəmi 56.006 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Zərərçəkmiş şəxs5 Bəhram oğluna qardaşı X4 Türkiyə Respublikasında qurduğu işə pul yatırıb gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 2013-cü ilin mart ayında Tovuz rayonunda 26000 manat məbləğində pulu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Zərərçəkmiş şəxs6 Gürcüstandan izolyasiya materiallarını alaraq Azərbaycan Respublikasında satışını təşkil etməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inand ıraraq ondan 2014-cü ilin iyul ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Platin” çay evində 10.000 manat məbləğində pulu, 2014-cü ilin iyul ayının axırlarında həmin ünvanda 10.000 manat məbləğində pulu, 2014-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayonda yerləşən Tennis Akademiyasının yanında 10.000 manat məbləğində pulu, 2014-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri Binəqədi rayonu, Nəsimi metrostansiyasının yanında “Sarı” marketin qarşısında 7.000 manat məbləğində pulu, 2014-cü ilin oktyabr ayının sonlarında həmin ünvanda 6.000 manat məbləğində pulu və 2014-cü ilin noyabr ayı ərzində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində «Speys» telekanalının inzibati binasının qarşısında hissə-hissə 8.0 00 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs6 cəmi 51.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zərərçəkmiş şəxs3 Gürcüstandan izolyasiya materiallarını və Türkiyə Respublikasından qatqı materiallarını alaraq Azərbaycan Respublikasında satışını təşkil etməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 15 avqust 2014-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 28 nömrəli binanın həyətində həmin dövrün məzənnəsi ilə 94.104 manat təşkil edən 120.000 ABŞ dolları, 29 avqust 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyado v prospektində yerləşən ofisində həmin dövrün məzənnəsi ilə 23.532 manat təşkil edən 30.000 ABŞ dollarını, 09 sentyabr 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən ofisində həmin dövrün məzənnəsi ilə 94.116 manat təşkil edən 120.000 ABŞ dolları, 02 oktyabr 2014-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 28 nömrəli binanın həyətində həmin dövrün məzənnəsi ilə 78.440 manat təşkil edən 100.000 ABŞ dolları, 07 noyabr 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən ofisində həmin dövrün məzənnəsi ilə 15.688 manat təşkil edən 20.000 ABŞ dolları, 11 noyabr 2014-cü ildə həmin yerdə həmin dövrün məzənnəsi ilə 15.688 manat təşkil edən 20.000 ABŞ dolları, 2014-cü ilin noyabr ayı ərzində Bakı şəhəri, Binəqədi rayonu, Cəf ər Xəndan küçəsi 28 nömrəli binanın həyətində hissə-hissə həmin dövrün məzənnəsi ilə 9.414 manat təşkil edən 12.000 ABŞ dolları və 2015-ci ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 28 nömrəli binanın həyətində həmin dövrün məzənnəsi ilə 105.020 manat təşkil edən 100.000 ABŞ dollarını ələ keçirərək Zərərçəkmiş şəxs3 cəmi 436.002 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zərərçəkmiş şəxs7 Türkiyə Respublikasından qatqı materiallarını alaraq Azərbaycan Respublikasında satışını təşkil etməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq o ndan 2014-cü ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi 15 nömrəli binanın həyətində 30.000 manat məbləğində pulu, 2014-cü ilin noyabr ayının əvvələrində həmin ünvanda 60.000 manat məbləğində pulu, 2014-cü ilin noyabr ayının sonlarında həmin ünvanda 15.000 manat məbləğində pulu, 27 dekabr 2014-ci ildə həmin ünvanda 5000 manat məbləğində pulu və 29 dekabr 2014-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsində “Platin” çay evində həmin dövrün məzənnəsi ilə 1961 manat təşkil edən 2.500 ABŞ dolları dəyərində qızıl komplekti ələ keçirərək Zərərçəkmiş şəxs7 cəmi 111.961 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyət lə əhatə olunmuş qəsdlə tanışı Zərərçəkmiş şəxs2 Gürcüstandan izolyasiya materiallarını alaraq Azərbaycan Respublikasında satışını təşkil etməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 2014-cü ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindəki «Star» yanacaqdoldurma məntəqəsinin qarşısında həmin dövrün məzənnəsi ilə 19.610 manat təşkil edən 25.000 ABŞ dollarını ələ keçirərək Zərərçəkmiş şəxs2 19.610 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə) 01 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək Məhkum daha ağır cəza təyin edilməsi üçün qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmamış, cəza həddində məhkumun əməlində tətbiq edilməli olmayan, yəni az cəza həddi normasında tətbiq edilməklə qərar çıxartmışdır. Məhkəmə cəza təyin edərkən Məhkum əməlində ağırlaşdırıcı hallar ın müəyyən edilmədiyini, əksinə yüngülləşdirici halların müəyyən edildiyini göstərmiş, lakin Zərərçəkmiş şəxs3 dəymiş ziyanın qaytarılmamasını və zərərçəkmiş şəxs qismində şikayətçi olmağını cəza təyini zamanı nəzərə almamışdır. Qeyd edim ki, cinayətin törədildiyi zaman 15 avqust 2014-cü il tarixdən 2015-ci il fevral ayına kimi törədilən cinayətlər üzrə CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında cəza həddinin sonu 12 il olmuşdur. Odur ki, qanunvericiliyin ağırlaşdırıcı hallarda geriyə qüvvəsi olmadığından hesab edir ki, CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində cəza həddinin sonu yəni 12 il həddində cəza təyin edilməli idi. Məhkəmə törədilmiş cinayətin məqsəd və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, onun davranışı ilə bağlı müstəsna halları, habel ə cinayətin ictimai təhlükəliliyini artıran başqa halları nəzərə alaraq CM-nin müvafiq maddəsində müəyyən ediləndən daha ağır cəza növü təyin edə bilərdi. Təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və xüsusilə külli miqdarda dələduzluq etməsi cəza verilərkən nəzərə alınmamış, sanksiya çərçivəsində daha aşağı cəza təyin edilmişdir. Məhkum CM 178.3.2-ci maddəsi ilə törətdiyi cinayət əməlindən peşman olmaması, zərərçəkənlərə dəymiş ziyanı ödəməməsi, törətdiyi cinayət əməli nəticəsində dəymiş ziyanı tezliklə ödəməsi barədə yalan vədlər verməsi, törətmiş olduğu cinayət nəticəsində Zərərçəkmiş şəxs3 müflis olaraq ağır vəziyyətə düşməyi, zərərçəkənlərlə barışıq əldə etməməsi ağırlaşdırıcı hal hesab edilməlidir. Bu hallar nəzərə alınmaq la hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası CMnin 61-ci maddəsi tətbiq edilməklə daha ağır cəza verilməsi barədə qərar verilməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlə r üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cin ayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayəti cəza təyini barədədir. Zərər çəkmiş şəxsin nümayəndəsi Məhkum CM 178.3.2-ci maddəsi ilə törətdiyi cinayət əməlindən peşman olmamasını, zərərçəkənlərə dəymiş ziyanı ödəməməsini, cinayət əməli nəticəsində dəymiş ziyanı tezliklə ödəməsi barədə yalan vədlər verməsini, törətmiş olduğu cinayət nəticəsində Zərərçəkmiş şəxs3 müflis olaraq ağır vəziyyətə düşməsini, zərərçəkənlərlə barışıq əldə etməməsini ağırlaşdırıcı hal hesab edilməklə, CM-nin 61-ci maddəsi tətbiq edilməklə daha ağır cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış məhkəmələr cəza təyin et mənin ümumi əsasları və cəzanın məqsədi barədə qanunun tələblərinə əməl etməklə cəza təyin etdiyindən kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 61.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 61.1.1— 61.1.13-cü maddələrində göstərilməmiş h allar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilənşəxsinəməlində Azərbaycan Respublikası CinayətMəcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar himayəsində iki azyaşlı övladının olması, zərər çəkmişlərə dəymiş ziyanın bir hissəsinin ödənilməsidir, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası beş ildən on ilədək azadlıqdan məhrum etmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göstərilən qanunun mənasına görə Məhkum cinayət törədilən vaxt qüvvədə olan CM-nin 178.3.2-ci maddəsinin sanksiyası deyil 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəll əsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə yüngülləşdirilmiş sanksiya tətbiq edilməli olduğundan kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzanın təyin edilməsinin ümumi əsasları və cəzanın məqsədi barədə qanunun tələbinə uyğundur və ona görə də zərər çəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmu ş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-115/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-115/2019
15.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver