Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-115/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, zərərçəkmiş şəxs x1, zərərçəkmiş şəxsin hüquqi varisi x2, onun nümayəndəsi-vəkil Vəliyev Rasim Cəfər oğlunun və m əhkum x3 müdafiəçisi – vəkil Məmmədov Ramiz Cəlal oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x3 barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x3 müdafiəçisi-vəkil Məmmədov Ramiz Cəlal oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi x2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qismət oğlu və Abdullayev Mehdixan Ədil oğlundan ibarət tərkibdə) x3 – xx xxxxxx 1974-cü ildə Kürdəmir şəhəri ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla ünvan 2 ünvanda faktiki yaşamış, Azərbaycan Respublikası CM-in 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Kürdəmir rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə x3 təyin edilmiş aylıq qazancından 15 % dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş 9 (doqquz) aylıq hissəsi CM-in 68.1.3-cü maddəsinə əsasən həmin cəzanın 3 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutularaq 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası hesablanmaqla 14 il müddətə azadlı qdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza 14(on dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin başlanğıcının xx xxxxxxxx 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x3 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, qonşusu x4 arvadı x5 ilə uzun müddət yaxın münasibətlərdə olmasından şübhələnərək xx xxxxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində arvadının işlədiyi məktəbdən evə qayıdarkən x4 ona yaxınlaşaraq sözlə sataşması barədə arvadının ona bildirməsindən sonra qısqanclıq zəminində x4 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxxxx 2018-ci il tarixdə qardaşı x6 adına rəsmişləşdirilmiş zavod üsulu ilə haz ırlanmış, 76 mm olan, 12 kalibrli, “Girsan Tulip” modelli, 14-03182 №-li daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran) yivsiz odlu ov silahını anası x7 yaşadığı ünvan 3-da yerləşən evin həyətində olan yarımtikilidən gizlincə götürərək evə gətirmiş, tüfəng üçün qabaqcadan aldığı 10 ədəd patrondan 6 ədədini tüfəngin sandıqçasına qoyaraq x4 küçəyə çıxıb-çıxmamasını güdmüş, sonuncunun saat 16 radələrində qonşuları ünvan 4 ilə ünvan 5 kəsişməsində yerləşən x8 işlətdiyi mağazanın qarşısına getməsini görüb onu öldürmək niyyətini həyata keçirtmək üçün tüfəngi götürüb sərxoş vəziyyətdə evdən çıxmış, x4 onu gördükdə mağazanın içərisində gizlənmiş və bunu görən mağazanın sahibi x8 təkidlə onu bu niyyətindən daşındırmaq istəməsinə baxmayaraq, o, əli ilə sonuncunu kənara itələyib bilavasitə qəsdini icra etmək üçün mağazanın qarşısında, yaxın məsafədən tüfəngdən içəriyə ilkin olaraq 5 dəfə atəş açmış, tüfəngdəki patronların sayının bitməsini hesab edən x4 mağazadan çıxıb qaçarkən 5-6 metr məsafədən tüfəngdən təkrarən 6-cı atəşi açaraq x4a soldan sağa olmaqla 9-10-cu qabırğa qövsü nahiyəsindən qarın boşluğunu dəlib keçən mədənin, köndələn çəmbər bağırsağın, qaraciyərin zədələnməsinə səbəb olan sağ 9-10-cu qabırğaları zədələyən kəskin daxili və xarici qanitirmə ilə nəticələn ağırlıq dərəcələrinə görə sağlamlığa ağır zərər vurmaya aid odlu silah yarasından ibarət xəsarətlər yetirməklə onu həyatdan qəsdən məhrum etmişdir. Bundan başqa o, x4a atəş açıb yaraladıqdan sonra sonuncunu öldürmək üçün üstündə olan 4 ədəd patronu yenidən tüfəngin patronluğuna qoymuş, x4 yaralı vəziyyətdə h adisə yerindən qaçmasını görüb arxasınca gedərkən ünvan 2 ünvanının qarşısında sonuncunun atası x1 ilə qarşılaşmış, x1 oğluna qarşı etdiyi hərəkətə görə gələcəkdə ondan və ailəsindən qisas ala biləcəyini yəqin edib qəsdən öldürmək məqsədilə tüfəngi sonuncuya tuşlayaraq tətiyi çəkmiş, lakin silahın patronluğuna (yuxarı hissəsinə) 1 ədəd patronu, aşağı hissəsinə digər patronları qoymalı olduğu halda, 4 ədəd patronun hamısını silahın sandıqça hissəsinə (aşağı hissəsinə) doldurması səbəbindən tüfəngdən atəş açılmadığını görüb hərəkətlərini davam etdirərək tüfəngi ondan almaq istəyən x1 əvvəlcə tüfəngin qundağı, daha sonra yumruq və təpiklə burun nahiyəsinin əzilməsi və qançırı, ağzın iç səthinin qançırı, sağ baldırın sıyrığı, sol dizin ön səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərərv urmayan xəsarətlər yetirmiş, lakin hadisə yerinə gələn şəxslərin müdaxiləsi nəticəsində cinayətkar əməllərinin qarşısı alındığından, öz iradəsindən asılı olmayan səbəblərə görə x1 qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyərək iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Hökmdən məhkum x3 müdafiəçisi-vəkil Məmmədov Ramiz Cəlal oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi x2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: K.S.Bəşirov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il t arixli qərarından məhkum x3 müdafiəçisi-vəkil Məmmədov Ramiz Cəlal oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilib cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq mərhələsinə qaytarılmasını, zərərçəkmiş şəxsin hüquqi varisi x2 isə kassasiya şikayətlərində qərarın ləğv edilərək məhkuma 20 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum x3 müdafiəçisi-vəkil Məmmədov Ramiz Cəlal oğlu kassasiya şikayətində göstərilmişdir ki, bir çox hallara ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289.3.1 və 289.3.3-cü maddələrinin tələblərinə cavab vermədiyi üçün CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam ve cinayət işi ibtidai iaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qayta rılmalı idi. -ibtidai istintaq müddətində 26 oktyabrda təqsirləndirilən şəxs müdafiəçi ilə görüşüb məsləhət almadan ifadəsinin yerində yoxlaması keçirilmiş, aparılan videoçəkiliş tez-tez saxlanaraq, əvvəlki ifadələrə uyğun ifadə verməyə təhrik edilmişdir. Protokol müstəntiqin istədiyi kimi tərtib edilmişdir. Həmin protokol videodiskin məzmununa uyğun deyildir. Təqsirləndirilən şəxs müdafiəçisi ilə heç bir ünsiyyətdə olmadan öz iradəsinə uyğun olaraq müstəqil şəkildə həqiqəti istintaqa bildirməsinə baxmayaraq həmin ifadəni də istintaq öz variantına uyğunlaşdırmışdır. Məhkuma elan edilmiş ittihamın məzmununda əsassız dəyişikliklər edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkumun həyat yoldaşına yazdığı təhqiredici ifadələr üzrə linqvistik ekspertiza keçirilməmiş. Məhkəmə-psixoloji ekspertiza sının keçirilməsinin Gəncə şəhər Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserinə həvalə edilməsi səhvdir və təkrar ekspertiza keçirilməsi barədə vəsatəti əsassız olaraq təmin edilməmişdir. Daha sonra kassasiya şikayətində ikinci epizodun əsassızlığı, və cəzanı yüngülləşdirən halların düzgün müəyyən edilib nəzərə alınmaması göstərilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi x2 kassasiya şikayətlərində Şirvan apelyasiya məhkəməsinin Cinayət kollegiyası x3 sərxoş vəziyyətdə cinayət törətməsini, qisas almaq niyyəti ilə, xüsusi amansızlıqla, işgəncə verərək, odlu silahdan atəş açaraq cinayət törətməsini və onun məhkəmə boyu təqsirləndirilən şəxsdən şikayətçi olmasını, bir övlad itirən ana kimi sarsıntı keçirməsini nəzərə almamışdır. Bununla da Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CM-in 61 və 66-cı maddələrinin tələblərini pozaraq məhkuma yüngül cəza təyin etmişdir. Ona görə də kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, hər biri özünün kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, onun nümayəndəsinin və zərərçəkmiş şəxsin və, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanu nunun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiə tərəfinin kassasiya şikayətinin yuxarıda göstərilən dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası cinayət işinin materialları əsasında qeyd edir ki, Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, müstəntiqin xx.xx.2018-ci il tarixli “kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası” təyin edilməsi barədə qərar elə həmin tarixdə təqsirləndirilən şəxsə və müdafiəçisi Məmmədov Ramiz Cəlal oğluna tanış olmaları üçün təqdim edilmişdir. Lakin ekspertizanın keçirilməsinin Gəncə şəhər Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserinə həvalə edilməsinə heç bir etiraz bildirilməmiş, əksinə ekspertizanın həmin idarədə keçirilməsinə etirazın olmadığını bildirmişlər. Daha sonra məhkəmə-psi xiatrik ekspertizasının rəyi müdafiəçi ilə birlikdə təqsirləndirilən şəxsə təqdim edilmiş, lakin bu barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli protokoldan müəyyən edilir ki, ekspertin rəyi ilə razı olmadıqları barədə protokolda göstərsələr də təkrar və ya əlavə ekspertiza təyin edilməsi barədə vəsatət verilməmiş, məhkəmə-linqvistik ekspertizası keçirilməsi barədə müdafiəçinin vəsatəti isə təmin edilməmişdir. x3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş şübhəli şəxs qismində xx.xx.2018-ci il tarixdə saat 22 radələrində və təqsirləndirilən şəxs qismində xx.xx.2018-ci il tarixdə verdiyi ifadələrində x4 atasına qarşı onu öldürmək məqsədi ilə atəş açmağa cəhd etdiyini etiraf edərək göstərmişdir ki, yenidən atəş açmaq istərkən güllənin bitdiyini görüb üzərimdəki patron lardan 4 ədədini həmin silaha dolduraraq x4 doğru getmək istərkən onun yolda olmadığını gördüm. Bundan sonra yaşadığım evə çatarkən ünvan 4 ilə ünvan 6 kəsişməsində x4 atası İbrahimxəlil qarşıma çıxdıqda ona da atəş açmaq istədikdə silahdan texniki problemə görə atəş açılmamışdır. Həmin vaxt x1 məni vurmasından ehtiyat etdiyimə görə silahın qundağı ilə onun sifət nahiyyəsinə bir neçə dəfə zərbə endirdim. İbrahimxəlil ilə dalaşarkən ailə üzvlərimiz və oradakı qonşular bizi ayırmışdır. Həmçinin İbrahimxəlil ilə dalaşarkən bir neçə daş zərbələri baş nahiyyəmə dəymişdir. Sualları cavablandırarkən isə göstərmişdir ki, x4 atası İbrahimxəlilə tüfəngdən atəş açmaq istərkən məqsədim onu da öldürmək olmuşdur. Çünki o, oğlu x4 qisasını almaq məqsədilə mənə və ailəmə xəsarət yetirə bilərdi. Həmin vaxt təyinatı üzrə silahın yuxarı hissəsinə bir ədəd patronu, aşağı hissəsinə digər patronlar qoyulmalı olduğu halda, 4 ədəd patronun hamısını silahın aşağı hissəsinə doldurmuşam buna görə də İbrahimxəlil Məmmədova atəş açmaq istərkən atəş aça bilməmişəm. Əgər atəş açılsadı onu da öldürmək istəyirdim. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş x1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə oğlu x9 qızı x10 ad gününü keçirməyə hazırlaşarkən saat 15 radələrində oğlu x4 siqaret almaq üçün yaxınlıqda olan mağazaya getmişdir. Evdə olarkən dalbadal partlayış səsi eşitmiş və bu vaxt darvazanın qapısı açılmış, x4 yaralı şəkildə həyətə girib yerə yıxılaraq x3 tüfənglə atəş açıb onu vurduğunu demişdir. Dərhal təcili yardıma zəng vurub həkim çağırmış və küçəyə çıxıb təci li yardımın gəlməyini gözləyərkən bu vaxt x3 qarşılaşmış və onun əlində ov tüfəngini görüb 3-4 metr qalmış dayanmış, bu vaxt x3 əlindəki tüfəngi ona tuşlayıb ataraq öldürmək istəmişdir. Lakin tüfəngdən atəş açılmamış və yerə patron düşmüşdür. O, dərhal x3 üzərinə cumub əlindən tüfəngi almaq istəyərkən Tüfəng x3 əlindən yerə düşmüş, həmin vaxt arvadı İradə yaşadığı evin qarşısında olmuş, tüfəngdən atəş açılmamışdır. O, x3 tutaşmış bu zaman x3 onu yumruqla vurmuş, huşunu 2-3 saniyəlik itirmiş və yerə yıxılmışdır. x3 onu yerdə çoxsaylı təpik və yumruq zərbələri ilə döymüş, o, da x3ə zərbələr vurmuşdur. Ətraflarında olan şəxslər onları aralamışlar. Zərərçəkmiş şəxsin bu ifadəsi və Məhkumun hər iki ifadələri məhkəmə iclasında elan edilərək məhkəmə iclasındakı ifadəsi ilə birlikdə tədqiq edilmiş, məhkum ibtidai istintaq müddətində belə ifadələr vermədiyini göstərsə də, onun bu dəlili hər hansı sübutla təsdiq edilmədiyindən əsassız hesab edilmişdir. Məhkum ibtidai istintaqdakı həmin ifadələrini müdafiəçisinin iştirakı olmadan verdiyini göstərsə də, onun bu dəlili həmin ifadələrin onun özünün və müdafiəçisinin imzaları ilə təsdiq edilməsi ilə təkzib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək rədd edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 20 il həddində müəyyən edilməklə ağırlaşdırılması barədədir. Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasınınnın cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən müəyyən edilir ki, məhkəmə kollegiyası məhkum x3na təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.1 və 29,120.2.7-ci maddələri ilə üzrə bir cəza təyin etmişdir. x3na təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.1 və 29,120.2.7-ci maddələrinin sanksiyaları fərqlidir və biri bitmiş cinayət digəri cinayətə cəhd olmaqla həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərə görə cəza təyin edilməsinin qanunla müəyyən edilmiş qaydaları da fərqlidir. Birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi hər cinayətə görə ayrıca cəza təyin etməli və cinayətlərin məcmusuna görə cəzaları birləşdirərək yekun cəza təyin etməli idi, lakin məhkəmə məhkumu hər iki maddə ilə nəzərdə tutulmuş ağır cinayətlərdə təqsirli bildiyi halda ona hansı maddənin sanksiyası üzrə cəza təyin etdiyini göstərmədən 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Göstərilən qanunun mənasından da məhkumun təqsir li bilindiyi hər maddə ilə ayrıca cəza təyin edilməsi və sonra cəzaların tam və ya qismən toplanması nəzərdə tutulduğu anlaşılır. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha da ağırlaşdırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs x3 himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, CM-in 61.1.10-cu maddəsinə əsasən cinayət əməlini odlu silahdan istifadə etməklə törətməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik də rəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar hər bir cinayət əməli üzrə cəza təyin edilərkən tətbiq edilməlidir. Lakin, baxılan iş üzrə bu tələbə əməl edilməmiş müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar hər bir cinayət əməli üzrə qanunun sanksiyasında nəzərdə tutulmuş cəzaya tətbiq edilmədən məhkuma Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin yuxarı həddinə və CM-in 29,120.2.7-ci maddənin aşağı həddinə uyğun həddə, lakin bir cəza təyin edilmişdir. Belə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsipləri nə uyğun hesab edilməməlidir. Cinayət işinə baxmış apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları aradan qaldırmamışdır. Ona görə də zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilərək cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum x3 müdafiəçisi-vəkil Məmmədov Ramiz Cəlal oğlu kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi x2 kassasiya şikayəti qismən təmin edilsin. x3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 29,120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-115/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-115/2020
25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver