Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-115/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas X15, məhkum Məhkum 2 oğlunun müdafiəçisi-vəkil Verdiyeva Aytən Çingiz qızının, Məhkum müdafiəçisi-əkil Cəbrayıl ov Mehman Hümsi oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından Məhkum müdafiəçi-vəkil Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: S.S.Hüseynov (sədrlik edən və məruzəçi), A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət tərkibdə) Məhkum 2 oğlu - 2 iyul 1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ünvan 1 də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3, 228.4 və 157.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 181.3.3-cü maddəsi ilə 13 (on üç) il 6 (altı) ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 157.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş,CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının üç günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Məhkum 2 oğluna təyin olunmuş 9 (doqquz) ay müddətə islah işləri cəzası 3 (üç) ay müddətə azadlıqdan məhru m etmə cəzası ilə əvəz edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 2 oğluna qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 17 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdır. Məhkum - 7 dekabr 1983-cü il tarixdə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu rayonunun Qaraqoyunlu kəndində qeydiyyatda olan, Ünvan 2 fərdi evdə yaşamış, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli c əzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2017-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə X10, X11, X13 və X12 da məhkum edilmişdir. İşin halları: Məhkumlar Məhkum və Məhkum 2 oğlu elan edilmiş ittihama görə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq etmiş, bundan başqa onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı bir qrup şəxs halında quldurluqla əlaqədar qəsdən öldürmə, eləcə də təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq, habələ qanunsu z olaraq soyuq silahı əldə edib gəzdirmə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma cinayətlərini törətmişdir. Belə ki, X1 rayonunun Xırdapay kəndində yaşayan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus evdə xeyli miqdar təşkil edən pul və qızıl-zinət əşyalarının olması barədə 13 avqust 2017-ci il tarixdə sonuncunun qardaşı qızı X7 məlumatı və həmin evi nişan verib cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etməklə kömək etməsindən sonra X11, X13, Məhkum 2 oğlu və Məhkum ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib quldurluq yolu ilə xeyli miqdarda əmlakı əldə etmək qərarına gəlmiş, bu məqsədlə aralarında olan rol bölgüsünə əsasən Məhkum cinayətin törəd ilməsində icraçılara bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni idarə etdiyi **-MB*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobillə 14 avqust 2017-ci il tarixdə onu və qrupun digər üzvləri X11, X13 və Məhkum 2 həmin evin yanında düşürüb cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra gəlib hadisə yerindən aparacağını vəd edərək oradan bir qədər uzaqlaşıb Xırdapay kəndi ərazisində gözləmiş, o isə qrupun digər üzvləri ilə birlikdə gələcəkdə ifşa olunmamalarından ötrü əllərinə rezin materialdan olan tibbi əlcəklər, başlarına isə şalvar ayaqlığından düzəldilmiş xüsusi vasitə (maska) geyinib, özləri ilə də yapışqanlı lent (skotç) və vintaçan alət (otverka) götürüb 14 avqust 2017-ci il tarixdə, saat 3 radələrində Zahid və Zərəçəkmiş şəxs3lərin yaşadıqları Kürdəm ir rayonunun Xırdapay kəndində yerləşən evə qanunsuz girərək həmin vaxt aralarında olan rol bölgüsünə əsasən o, Məhkum 2la birlikdə divanda yatmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ona sağ və sol mil-bilək oynağının və hər iki ayağın aşıq-daban oynağının zolaqşəkilli qançırları kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin olunmayan və döş qəfəsinin sağdan VIII qabırğasının yerdəyişməmiş qapalı sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək əl və ayaqlarını yapışqanlı lentlə bağlamış, X11 isə vintaçan aləti silah qismində istifadə edilən əşya kimi tətbiq edərək X13 ilə birlikdə evin yataq otağında yatmış Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlük əli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib ona sağ və sol mil-bilək oynağının və hər iki ayağın aşıq-daban oynağının zolaqşəkilli qançırları kimi sağlamlığa zərərvurmayan olduğu üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirərək əl və ayaqlarını yapışqanlı lentlə bağlamış, bundan sonra o, cinayətkar qrupun üzvləri X11, X13 və Məhkum 2la birlikdə evdə axtarış aparıb Zərərçəkmiş şəxs2 şalvarının cibində olan 2.000 manat pulu və 680,28 manat dəyərində 400 ABS dolları pulu, həmçinin Zərərçəkmiş şəxs3 məxsus 1.440 manat dəyərində Rusiya istehsalı olan iki ədəd qızıl onluğu, 640 manat dəyərində Rusiya istehsalı olan iki ədəd qızıl beşliyi, 2.750 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 50 qram çəkidə “Yoloçka” formalı bir ədəd qızıl qadın boyunbağını, 1.485 mana t dəyərində Rusiya istehsalı olan 583 əyarlı 27 qram çəkidə bir ədəd qızıl qolbağını, 2.750 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 50 qram çəkidə “reket” və yaxud “kardinal” adlandırılan bir ədəd qızıl qadın boyunbağını, 1.485 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 27 qram çəkidə bir ədəd qızıl bilərziyi, 2.750 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 50 qram çəkidə “Tros” adlandırılan bir ədəd qızıl qadın boyunbağını, 2.240 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı 32 qram çəkidə bir ədəd zəncir formalı qızıl qadın boyunbağını, 440 manat dəyərində Rusiya istehsalı olan 585 əyarlı 8 qram çəkidə bir ədəd qızıl qadın bilərziyini, 2.090 manat dəyərində Rusiya istehsalı olan kişi saatının 583 əyarlı 38 qram çəkidə bir ədəd qızıl qolbağını, 220 manat dəyərind ə Rusiya istehsalı olan 583 əyarlı ağ qaşlı, ümumi çəkisi 4 qram olan qızıl uşaq üzüyünü və kulonu, 350 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı 5 qram çəkidə bir ədəd nazik qızıl qadın sepini, 385 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 7 qram çəkidə bir ədəd qızıl kulonu, 880 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 16 qram çəkidə bir ədəd qızıl qadın sepini, 165 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 3 qram çəkidə bir ədəd qızıl kulonu, 528 manat dəyərində İtaliya istehsalı olan 585 əyarlı hər biri 4,8 qram çəkidə olan qaşsız iki cüt qızıl sırğaları, 770 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sirkon qaşlı 14 qram çəkidə “lenta” tipli bir ədəd qızıl qolbağını, 220 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sirkon təkqaşlı 4 qram çəkidə bir ədəd qızıl qadın üzüyünü, 165 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 4 ədəd sirkon qaşlı 3 qram çəkidə bir ədəd qızıl qadın üzüyünü, 220 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sirkon qaşlı 4 qram çəkidə gül formalı bir ədəd qızıl qadın üzüyünü, 220 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı göy qaşlı 4 qram çəkidə bir cüt qızıl uşaq sırğasını, 330 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 6 qram çəkidə bir ədəd qızıl sepi, 110 manat dəyərində 583 əyarlı 2 qram çəkidə açar formalı bir ədəd qızıl kulonu, 440 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 8 qram çəkidə at başı şəkilli bir ədəd qızıl kişi üzüyünü, 3.500 manat dəyərində 583 əyarlı üzərində tək sapfir və 12 ədəd brilyant qaşları olan bir ədəd qızıl qadın komplektini, 1.500 manat dəyərində 5 83 əyarlı üzərində təkqaş Sibir brilyant qaş olan bir ədəd qızıl qadın komplektini, 1.800 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 6 ədəd Sibir brilyant qaşlı “Yoloçka” formalı qolbağlı bir ədəd qızıl qadın saatını, 650 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı brilyant qaşlı 4 qram çəkidə “işıqfor” formalı bir ədəd qadın üzüyünü, 1.700 manat dəyərində Rusiya istehsalı olan üzərində 12 ədəd brilyant və bir ədəd zümrüd qaş olmaqla 583 əyarlı 5 qram çəkidə bir ədəd qızıl qadın üzüyünü və 1.200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı üzərində 6 ədəd brilyant qaşı olan 9 qram çəkidə bir ədəd qızıl qadın nişan üzüyünü, ümumilikdə 33.423 manat dəyərində qızıl-zinət əşyalarını götürüb saat 5:19 radələrində artıq qrup üzvlərinin cinayətkar niyyətini başa çatdırmaları barədə Məhkum məlumat vermələrindən sonra hadisə yerinin yaxınlığına gələn sonuncunun avtomobili ilə hadisə yerindən gedib həmin gün Zərərçəkmiş şəxs2 cibindən götürdükləri 2.680,28 manat pulu, bir neçə gündən sonra isə qızıl-zinət əşyalarını istintaqa məlum olmayan şəxsə satmalarından əldə olunmuş pulu aralarında bölməklə xeyli miqdar təşkil edən 36.103,28 (otuz altı min yüz üç manat iyirmi səkkiz qəpik) manat dəyərində özgə əmlakı əldə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq etmişlər. Bundan başqa, X4 İslam Respublikasının vətəndaşı X16 məxsus Ünvan3 xeyli miqdar təşkil edən 40.000 manat pul və ya həmin dəyərdə qızıl-zinət əşyalarının olması barədə tanışı X5 məlumat alaraq sonun cunun təklifinə əsasən onunla, habelə ümumi tanışları olan X13, Məhkum 2 oğlu və Məhkum ilə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib quldurluq yolu ilə Zərərçəkmiş şəxs3yə məxsus xeyli miqdar təşkil edən əmlakı ələ keçirmək məqsədi ilə aralarında olan rol bölgüsünə əsasən Məhkum cinayətin törədilməsində icraçılara bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni idarə etdiyi **-MB*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobillə 11 oktyabr 2017-ci il tarixdə, saat 23:32 radələrində onu və qrupun digər üzvləri X11, X13 və Məhkum 2 həmin evin yaxınlığındakı körpünün üstündə düşürüb cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra gəlib hadisə yerindən aparacağını vəd edərək oradan bir qədər uzaqlaşıb Novxanı qəsəbəsi ərazisində gözləmiş, o isə 12 oktyabr 2017-ci il tarixdə, saat 3:50 radələrində cinayət əlaqəsinə girdiyi X11, X13 və Məhkum 2la birlikdə tanınmamaq üçün üzlərinə xüsusi vasitələr və əllərinə fəhlə əlcəkləri geyinərək, habelə yapışqanlı lent (skotç) və istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edib gəzdirdikləri, birinin tiyəsinin uzunluğu 17,6 sm olmaqla ümumi uzunluğu 30,2 sm olub qatlanmayan, digərinin isə tiyəsinin uzunluğu 9,5 sm, ümumi uzunluğu 22 sm olan qatlanmayan iki ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı və soyuq silah hesab edilən ov bıçaqları ilə silahlanaraq Zərərçəkmiş şəxs3yə məxsus yaşayış sahəsi olan Ünvan3ə qanunsuz olaraq girib evin ikinci mərtəbəsindəki yataq otağında çarpayıda yatmış vəziyyətdə olmaqla onlar üçün aşkar surətdə köməksi z vəziyyətdə olan, yəni müqavimət göstərmək iqtidarında olmayan Zərərçəkmiş şəxs1 gördükdə aralarında olan rol bölgüsünə əsasən Məhkum 2 həmin otağın çölündə dayanaraq ətrafı müşahidə etmiş, o isə X11 və X13 ilə birlikdə həmin otağa daxil olub Zərərçəkmiş şəxs1 müqavimətini qırıb əl və ayaqlarını tutub bağlamaq üçün sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək ona qaşarası nahiyənin, burun kökü nahiyəsinin, burunun uc hissəsinin, sağ yanaq nahiyəsinin, sağ almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin sıyrıqları, sağ qulaq seyvanı girəcəyinin səthi əzilmiş-cırılmış yarası, üst dodağın selikli qişasının qansızması, sol əlin arxa səthinin qançırı kimi sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə əllərini və ayaq larını X11 və X13 tutub yapışqanlı lent, döşək üzü və elektrik naqili ilə bağlayarkən o, Zərərçəkmiş şəxs1 qışqırmasının qarşısını almaqdan ötrü tənəffüs yollarını əlləri ilə qapayarkən cinayətkar qrupun digər üzvləri Məhkum 2 və Məhkum qəsdi ilə əhatə olunmayan və aralarında əvvəlcədən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edib sonuncunun ölümü ilə nəticələnəcəyini qabaqcadan görüb, lakin bunları arzu etməyib və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdiklərindən Zərərçəkmiş şəxs1 tənəffüs yollarının qapanması nəticəsində baş vermiş, yetirilən anda həyat üçün təhlükəli olub ölümlə nəticələndiyi üçün sağlamlığa ağır zərər vurmaya aid olan mexaniki asfiksiyadan hadisə yerində ölmüş, bundan sonra o, quldurluq yolu ilə Zərə rçəkmiş şəxs3yə məxsus xeyli miqdar təşkil edən əmlakı ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olduğu bir qrup şəxslər X11, X13 və Məhkum 2la birlikdə evdə axtarış apararaq xeyli miqdar təşkil edən pul və qızıl-zinət əşyaları tapa bilməyib 300 manat pulu, 80 manat dəyərində bir ədəd 100 milliqramlıq şüşə qabda yeni “Lakost” markalı kişi odekolonunu və 450 manat dəyərində 9 ədəd göz linzalarını götürüb hadisə yerindən getmiş, bundan sonra gələcəkdə ifşa olunmamalarından ötrü qonşuluqda olmaqla ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmalarından ehtiyatlanıb həmin kameraların birləşdirildiyi DVR qurğusunu götürüb məhv etmək məqsədilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşay anın iradəsi ziddinə daxil olub oradan 175 manat dəyərində olan bir ədəd “Yomert H.264 Digital video recorder” markalı DVR qurğusunu və 25 manat dəyərində olan DVR qurğusu üçün nəzərdə tutulmuş bir ədəd qida blokunu götürüb yaxınlıqdan keçən su kanalına tullamaqla məhv etmiş və saat 5:32 radələrində artıq qrup üzvlərinin cinayətkar niyyətinin başa çatdırmaları barədə cinayətkar qrupun üzvü Məhkum məlumat vermələrindən sonra hadisə yerinin yaxınlığına gələn sonuncunun avtomobili ilə hadisə yerindən getmiş, bununla da o, X11, X13 və Məhkum 2 oğlu ilə birlikdə qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmiş, bir qrup şəxs halında onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 quldurluqla əlaqədar qəsdən öldürmüş və qanunla müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsinin ziddinə Zərərçəkmiş şəxs4 mənzilinə daxil olmuşlar. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), M.Ə.Rzayev və R.O.Əsgərovadan ibarət tərkibdə) 14 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləriini təmin etmədən, hökmü isə Məhkum və Məhkum 2 oğluna aid hissədə münasibətdə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Mehman Hümsi oğlu və məhkum Məhkum 2 oğlu kassasiya şikayəti vermişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Mehman Hümsi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi Məhkum barəsində hökmü Azərbaycan Respublikası CPM-nin 346, 349 və 353-cü maddələrinin tələblərinə tamamilə zidd olaraq çıxarmışdır. Məhkəmə hökm çıxararkən maddi və prosessual normaları düzgün tətbiq etmədən hüquqlarını müdafiə etdiyi Məhkum ağır cinayətdə ittiham edilməsi barədə hökm çıxarmışdır. Nə ibtidai istintaq orqanı tərəfindən, nə də məhkəmə tərəfindən Məhkum əməli qüvvədə olan cinayət qanunvericiliyinin tələbləri əsasında və eləcə də cinayət işinin materialları əsasında düzgün tövsif edilməmişdir. Məhkum nə ibtidai istintaqda, nə də məhk əmədə ona Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Məhkum Kürdəmir şəhərində Zərərçəkmiş şəxs2ə və onun arvadına qarşı törədilmiş quldurluq cinayəti əməlində və eləcə də Zərərçəkmiş şəxs1nin evinə oğurluq məqsədilə daxil olma və onun oğlunun öldürülməsi, cinayət əməlində iştirakı və qabaqcadan əlbirliyi olmamış, bu nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. X6 Kürdəmir şəhərində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2in evindən quldurluq yolu ilə pul və qəzəl-ziynət əşyalarının oğurlanması hadisədən bir-iki həftə sonra Məhkum taksi xidmətinə və əvvəl aldığı borcunu qaytararkən Kürdəmirə oğurluğa getmələrini bildirməsinə baxmayaraq Məhkum bu barədə müvafiq dövlət orqanına məlumat verməməsi əm əlinə görə onun əməli CM-nin 307.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmünün Məhkum aid hissədə dəyişdirilmədən saxlanması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarını ləğv edərək iş üzrə Zərərçəkmiş şəxs2ə və onun arvadına qarşı törədilmiş quldurluq cinayət əməli epizoduna görə onun əməlinin CM-nin 307.1-ci maddəsinə tövsif edilməsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi İran vətəndaşı X14 mənzilinə daxil olma və onun oğlunun ölümü ilə nəticələnmiş cinayət hadisəsi epizodu üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Məhkum 2 oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi barəsində qərar qəbul edərkən tutduğu əməldən səmimi peşimançılığını, cavanlığını, məhkumluğunun olmamasını, ailə vəziyyətini nəzərə alsada olduqca yuxarı həddə cəza təyin etmiş, Sumqayıt Apelyasiya Məhkəməsi də 14 mart 2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Odur ki, gəncliyini, peşimançılığını, məhkumluğunun olmamasını, ailə vəziyyətini nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə hər iki məhkumun müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nə ticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində Məhkum müdafiəçisi göstərmişdir ki, nə ibtidai istintaq orqanı tərəfindən, nə də məhkəmə tərəfindən Məhkum əməli qüvvədə olan cinayət qanunvericiliyinin tələbləri əsasında və eləcə də cinayət işinin materialları əsasında düzgün tövsif edilməmişdir. Məhkum nə ibtidai istintaqda, nə də məhkəmədə ona Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Məhkum Kürd əmir şəhərində Zərərçəkmiş şəxs2ə və onun arvadına qarşı törədilmiş quldurluq cinayəti əməlində və eləcə də Zərərçəkmiş şəxs1nin evinə oğurluq məqsədilə daxil olma və onun oğlunun öldürülməsi, cinayət əməlində iştirakı və qabaqcadan əlbirliyi olmamış, bu nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Məhkum Məhkum 2 oğlu kassasiya şikayətində tutduğu əməldən səmimi peşimançılığını, cavanlığını, məhkumluğunun olmamasını, ailə vəziyyətini nəzərə alsada olduqca yuxarı həddə cəza təyin edildiyini göstərmiş, bu halları və ailə vəziyyətini nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işi üzrə elan edilmiş ittihamın məzmununda və birinci instansiya məhkəməsinin ittiham hökmündə gəldiyi nəticədə gəstərilmişdir ki, X4 İslam Respublikasının v ətəndaşı X16 məxsus Ünvan3 xeyli miqdar təşkil edən 40.000 manat pul və ya həmin dəyərdə qızıl-zinət əşyalarının olması barədə tanışı X5 məlumat alaraq sonuncunun təklifinə əsasən onunla, habelə ümumi tanışları olan X13, Məhkum 2 oğlu və Məhkum ilə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib quldurluq yolu ilə Zərərçəkmiş şəxs3yə məxsus xeyli miqdar təşkil edən əmlakı ələ keçirmək məqsədi ilə aralarında olan rol bölgüsünə əsasən Məhkum cinayətin törədilməsində icraçılara bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni idarə etdiyi **-MB-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobillə 11 oktyabr 2017-ci il tarixdə, saat 23:32 radələrində onu və qrupun digər üzvləri X11, X13 və Məhkum 2 həmin evin yaxınlığındakı körpünün üstündə düşürüb cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra gəlib hadisə yerindən aparacağını vəd edərək oradan bir qədər uzaqlaşıb Novxanı qəsəbəsi ərazisində gözləmiş, o isə 12 oktyabr 2017-ci il tarixdə, saat 3:50 radələrində cinayət əlaqəsinə girdiyi X11, X13 və Məhkum 2la birlikdə tanınmamaq üçün üzlərinə xüsusi vasitələr və əllərinə fəhlə əlcəkləri geyinərək, habelə yapışqanlı lent (skotç) və istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edib gəzdirdikləri, birinin tiyəsinin uzunluğu 17,6 sm olmaqla ümumi uzunluğu 30,2 sm olub qatlanmayan, digərinin isə tiyəsinin uzunluğu 9,5 sm, ümumi uzunluğu 22 sm olan qatlanmayan iki ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı və soyuq silah hesab edilən ov bıçaqları ilə silahlanaraq Zərərçəkmiş şəxs3yə məxsus yaşa yış sahəsi olan Ünvan3ə qanunsuz olaraq girib evin ikinci mərtəbəsindəki yataq otağında çarpayıda yatmış vəziyyətdə olmaqla onlar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, yəni müqavimət göstərmək iqtidarında olmayan Zərərçəkmiş şəxs1 gördükdə aralarında olan rol bölgüsünə əsasən Məhkum 2 həmin otağın çölündə dayanaraq ətrafı müşahidə etmiş, o isə X11 və X13 ilə birlikdə həmin otağa daxil olub Zərərçəkmiş şəxs1 müqavimətini qırıb əl və ayaqlarını tutub bağlamaq üçün sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək ona qaşarası nahiyənin, burun kökü nahiyəsinin, burunun uc hissəsinin, sağ yanaq nahiyəsinin, sağ almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin sıyrıqları, sağ qulaq seyvanı girəcəyinin səthi əzilmiş-cırılmış yarası, üst dodağın selikli qişası nın qansızması, sol əlin arxa səthinin qançırı kimi sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə əllərini və ayaqlarını X11 və X13 tutub yapışqanlı lent, döşək üzü və elektrik naqili ilə bağlayarkən o, Zərərçəkmiş şəxs1 qışqırmasının qarşısını almaqdan ötrü tənəffüs yollarını əlləri ilə qapayarkən cinayətkar qrupun digər üzvləri Məhkum 2 və Məhkum qəsdi ilə əhatə olunmayan və aralarında əvvəlcədən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edib sonuncunun ölümü ilə nəticələnəcəyini qabaqcadan görüb, lakin bunları arzu etməyib və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdiklərindən Zərərçəkmiş şəxs1 tənəffüs yollarının qapanması nəticəsində baş vermiş, yetirilən anda həyat üçün təhlü kəli olub ölümlə nəticələndiyi üçün sağlamlığa ağır zərər vurmaya aid olan mexaniki asfiksiyadan hadisə yerində ölmüş, bundan sonra o, quldurluq yolu ilə Zərərçəkmiş şəxs3yə məxsus xeyli miqdar təşkil edən əmlakı ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olduğu bir qrup şəxslər X11, X13 və Məhkum 2la birlikdə evdə axtarış apararaq xeyli miqdar təşkil edən pul və qızıl-zinət əşyaları tapa bilməyib 300 manat pulu, 80 manat dəyərində bir ədəd 100 milliqramlıq şüşə qabda yeni “Lakost” markalı kişi odekolonunu və 450 manat dəyərində 9 ədəd göz linzalarını götürüb hadisə yerindən getmiş, bundan sonra gələcəkdə ifşa olunmamalarından ötrü qonşuluqda olmaqla ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmalarından ehtiyatlanıb həmin kameraların birləşdirildiyi DVR qurğusunu götürüb məhv etmək məqsədilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə daxil olub oradan 175 manat dəyərində olan bir ədəd “Yomert H.264 Digital video recorder” markalı DVR qurğusunu və 25 manat dəyərində olan DVR qurğusu üçün nəzərdə tutulmuş bir ədəd qida blokunu götürüb yaxınlıqdan keçən su kanalına tullamaqla məhv etmiş və saat 5:32 radələrində artıq qrup üzvlərinin cinayətkar niyyətinin başa çatdırmaları barədə cinayətkar qrupun üzvü Məhkum məlumat vermələrindən sonra hadisə yerinin yaxınlığına gələn sonuncunun avtomobili ilə hadisə yerindən getmiş, bununla da o, X11, X13 və Məhkum 2 oğlu ilə birlikdə qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, qabaqcadan əlbir olan bir qru p şəxs halında təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişlər. Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsində Bu Məcəllənin 181.1 və 181.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən: 35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. 35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesa b edir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın məzmununda onların qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməlləri törətmələri göstərilməklə yanaşı göstərilmişdir ki, X3 Camallı və X13 ilə birlikdə həmin otağa daxil olub Zərərçəkmiş şəxs1 müqavimətini qırıb əl və ayaqlarını tutub bağlamaq üçün sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək ona qaşarası nahiyənin, burun kökü nahiyəsinin, burunun uc hissəsinin, sağ yanaq nahiyəsinin, sağ almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin sıyrıqları, sağ qulaq seyvanı girəcəyinin səthi əzilmiş-cırılmış yarası, üst dodağın selikli qişasının qansızması, sol əlin arxa səthinin qançırı kimi sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə əllərini və ayaqlarını X11 və X13 tutub yapışqanlı lent, döşək üzü və elektrik naqili ilə bağlayarkən o, Zərərçəkmiş şəxs1 qışqırmasının qarşısını almaqdan ötrü tənəffüs yollarını əlləri ilə qapayarkən cinayətkar qrupun digər üzvləri Məhkum 2 və Məhkum qəsdi ilə əhatə olunmayan və aralarında əvvəlcədən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edib sonuncunun ölümü ilə nəticələnəcəyini qabaqcadan görüb, lakin bunları arzu etməyib və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdiklərindən Zərərçəkmiş şəxs1 tənəffüs yollarının qapanması nəticəsində baş vermiş, yetirilən anda həyat üçün təhlükəli olub ölümlə nəticələndiyi üçün sağlamlığa ağır zərər vurmaya aid olan mexaniki asfiksiyadan hadisə yerində ölmüşdür. Beləliklə yuxarıda göstərilən zə rərçəkmiş şəxsin ölümü ilə nətıcələnmiş hərəkətlər Məhkum 2 və Məhkum qəsdi ilə əhatə olunmayan və aralarında əvvəlcədən razılaşdırılmış ümumi niyyətdən kənara çıxan hərəkətlər olduğundan məhkumlar Məhkum 2 və Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə tövsif edilə bilməzdi, ona görə də onların həmin maddə ilə tövsif olunmuş əməlləri Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilməklə onlara həmin maddələrin sanksiyası həddində müvafiq cəzalar təyin edilməlidir. Bundan başqa Məhkum 2n cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.3cü maddəsi ilə nəzərdə tutulmuş quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə cinayət əməlində təqsirl i bilindiyinə görə, ona Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə elan edilmiş ittiham, yəni, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma əməli tam əhatə olunduğundan CM-nin 157.1-ci maddəsi ilə ittiham, onun təqsirli bilinərək cəza təyin edilməsi və cəzaıların birləşdirilməsi məhkəmə qərarlarından xaric edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı məhkumlar Məhkum və Məhkum 2 oğluna aid hissədə Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş dəyişdirilməsi üçün əsaslar olduğuna görə qərar dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Cəbrayılov Mehman Hümsi oğlu və məhkum Məhkum 2 oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkumlar Məhkum və Məhkum 2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 181.3.3-cü maddəsi ilə tövsif olunmuş cinayət əməlləri həmin Məcəllənin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələri təqsirli bilinərək ona həmin maddələrlə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum 2 oğlu Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələri təqsirli bilinərək ona həmin maddələrlə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Məhkum 2 oğlunun Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə məhkum olunmasına və həmin maddə ilə təyin edilmiş cəzanın birləşdirilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum 2 oğluna Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələri ilə təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 12 (on iki ) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlansın. Qalan hissədə kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-115/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-115/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver