Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-115/2022 21.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2020-ci il tarixli, 1(104)-83/2020 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluluğu olmayan, natamam orta təhsilli, subay, işsiz, Gəncə şəhəri Kəpəz rayonu DOS-06 ev 13 mənzil 14-də qeydiyyatda olan. 2. 08 may 2019-cu il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 181.2.1, 181.2.3, 181.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 may 2019-cu il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Ələkbərov Azad Şahid oğlu və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 oktyabr 2018-ci il tarixdə, saat 07 radələrində 37.500 manat dəyərində, 500 qram çəkidə 750 əyarlı qızıl-zinət əşyaları ilə 10.000 manat məbləğində nağd pulu, cəmi 47.500 manat dəyərində, yəni xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədilə ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, hər ikisi alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda, Tovuz rayonunun Hacallı kəndi səkini Səmədova Zərniyar Mikayıl qızının yaşadığı evin yaxınlığına gəldikdən sonra, qanunsuz olaraq ilk öncə sonuncunun yaşadığı evin həyətinə, daha sonra isə evin birinci mərtəbəsinə daxil olub Zərniyar Səmədovanın yatmış olduğu, qapısı kilidli otağın yanında yerləşən önünə pərdə çəkilməklə qapısı açıq olan otaqda mövqe tutduqdan sonra, Səmədova Zərniyar Mikayıl qızının yuxudan oyanıb qapını açaraq həyətə çıxmasını gözləmiş, qeyd olunan otağın pərdəsinin yarımaçıq vəziyyətdə olmasını görən Z.Səmədova həmin otağa daxil olarkən Azad Ələkbərov sifətində maska hücuma məruz qalmış Səmədova Zərniyar Mikayıl qızının həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək bir əli ilə boynundan, digəri ilə isə ağzını tutaraq çəkib yerə yıxıb kəndirlə bağlamaq üçün Məhkum ayaqlarından, o, isə əllərindən tutmuş, lakin Z.Səmədova onlara müqavimət göstərərək qışqıranda, Azad Ələkbərov “qışqır-bağır salma, pulun yerini de, götürək gedək” deyə bildirmiş, həmin vaxt Z.Səmədova əl ataraq onun üzündə olan maskanı çıxartmaq istəmiş, lakin o, buna imkan verməyərək döşəmənin üzərinə uzadılmış vəziyyətdə olan Z.Səmədovanın müqavimətini qırmaq məqsədilə yumruqla onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirmiş, bundan sonra Məhkum, Z.Səmədovanın əlindən, Azad Ələkbərov isə kəndirlə bağlamaq üçün ayaqlarından tutmuş, lakin Z.Səmədova onlara müqavimət göstərməkdə davam edərək Məhkum əynindəki gödəkcənin papağını çıxartmaq üçün ona əl atıb sifətini cıraraq Məhkum, sol almacıq və sol yanaq nahiyələrinin sıyrıqları xəsarətləri yetirmiş, bu zaman Azad Ələkbərov, Z.Səmədovanın ağzını əl dəsmalı ilə tutub müqavimətini qırmağa çalışaraq sonuncuya sol üst göz qapağı, sol alt göz qapağı, sol gözaltı nahiyə, sol almacıq nahiyəsi və sol çənə bucağı na hiyəsinin, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlikləri, hər iki dodağın selikli qişasına olan qansızma, sol gicgah sümüyünün məməyə bənzər çıxıntı nahiyəsinin, boyun səthinin və sağ ayaq pəncəsinin qançırları, sağ əlin arxa səthinin və sol əlin İİ barmağının orta falanqasının sıyrıqları ilə müşayiət edilən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, lakin sonuncu qışqıraraq qonşuları köməyə çağırması səbəbindən ilk öncə Məhkum, onun arxasınca isə Azad Ələkbərov qaçıb hadisə yerini tərk etməklə, heç bir məbləğdə pul, heç bir dəyərdə qızıl-zinət əşyası və əmlak ələ keçirə bilməyərək quldurluq etmişlər.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 1(100)165/2019 nömrəli h ökmü ilə Ələkbərov Azad Şahid oğlu və Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinib hər biri 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, cəzalarının əvvəlinin 31.10.2018-ci il tarixdən hesablanması və barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutlar və məhkəmə məsrəfləri həll edilmişdir.
6. Hökmdən məhkum edilmiş şəxslər Ələkbərov Azad Şahid oğlu və Məhkum hər biri ayrı-ayrılıqda apelyasiya şikayətləri vermiş və barələrində olan işə yenidən və ədalətlə baxılmasını xahiş etmiş, ədalətli cəza təyin edilməsini, həmçinin vəkillərinin mövqeyini nəzərə almağı xahiş etmişlər.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2020-ci tarixli, 1(104)-83/2020 nömrəli qərarı ilə təqsirləndirilən şəxslər Ələkbərov Azad Şahid oğlunun və Məhkum apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 1(100)-165/2019 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2020-ci il tarixli, 1(104)-83/2020 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri
9. Məhkum verdiyi kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr onun əməlini səhv tövsif etmişdir. Hesab edir ki, onun əməlində quldurluq cinayəti olmamışdır. Məhkəmə kollegiyasından əməlinin oğurluq cinayətinə tövsif edilməsini və ona daha yü ngül cəza təyin edilməsini xahiş edir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsini n normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məh kəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində əməlinin hüquqi tövsifini mübahisələndirmiş, həmçinin ona daha yüngül cəza təyin edilməsini xahiş etmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2020-ci il tarixli, 1(104)-83/2020 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəllə sinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
21. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
22. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdiril ərək ona daha yüngül cəza verilməsinin mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və oby ektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
24. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməs inin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, onların cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmələr Məhkum oğluna cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi və məhkumum şəxsiyyətini səciyyələndirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddəl ərinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
28. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2020-ci il tarixli, 1(104)83/2020 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-n in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 mart 2020-ci il tarixli, 1(104)-83/2020 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.