Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-115/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxxxxx 1962-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, üzərində məhkumluğu olmayan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.2-ci maddəsi ilə bəraət verilməsinə və CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), F.A. Qəribov və T.Q. Hüseynov) Məhkum – Azərbaycan Respublikası CM-in 178.3.2, 306.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 306.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 75.1-ci maddəsinə əsasən, onun təqsirli bilindiyi CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplanılmaqla, CM-in 66.4-cü maddəsinə əsasən isə təyin edilmiş əlavə cəza əsas cəzaya birləşdirilməklə, ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhru m etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzası şərti hesab olunaraq 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murğuzov (sədrlik edən), H.H.Əhmədov və H.Ç.Məmmədov) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilm əmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 8 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə barəsində CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və təqsirli bilindiyi CM-in 306.2-ci maddəsi ilə ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, təyin edilmiş 3 (üç) il 6 (altı) ay müd dətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar qismən toplanılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 4 (dörd) il 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), Ş.Y.Yusifov və İ.Ə.Rəcəbov) Məhkum müdafiəçisi Məmişov Bəylər Sahib oğlunun verdiyi kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 306.2-ci maddələri ilə məhkum olunmasına, CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cəza təyin edilməmiş, CM-in 178.3.2-ci maddəsi ilə barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaq la 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Məhkum təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, şərti tətbiq edilmiş və 2 (iki) il sınaq müddəti müəyyən edilməklə, Məhkum həbsdən azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum edilmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş və vəzifəli şəxs olmaqla qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Belə ki, Məhkum 27 yanvar 2010-cu ildən ünvan 2 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-nin qanuni təmsilçisi, yəni direktoru vəzifəsində işləyərkən, həmin MMC tərəfindən ünvan 2, ünvanında inşa edilmiş hündür mərtəbəli yaşayış binasından vətəndaşlara “ArazT.İ Məhdud Məsuliyyətli Cəmiyyət yaşayış binasında Mənzil Tikintisi Haqqında” müqavilələrə görə satılmış mənzilləri yenidən başqa şəxslərə sataraq öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakı ələ keçirmək məqsədilə həmin yaşayış binasının 2-ci girişinin 3-cü mərtəbəsində olan və sahəsi 156 kv.m təşkil edən 82 nömrəli mənzili 19 iyun 2010-cu il tarixli müqavilə ilə Şahid5 117.000 manata satıldığını bildiyi halda, binadan mənzil almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 qeyd olunan mənzili təqdim etməklə, həmin mənzilin satı lmadığını bildirib aldatmaqla qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından istifadə edib 28 iyul 2012-ci ildə həmin mənzili yenidən 156.000 manata Zərərçəkmiş şəxs1 qanunsuz sataraq və pulu MMC-nin göstərilən ünvanındakı ofisində ondan aldıqdan sonra mənzilin ilkin olaraq cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 28 iyul 2012-ci il tarixli «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət yaşayış binasında Mənzil tikintisi haqqında» müqaviləni və eyni tarixli maliyyə arayışını tərtib edib həmin sənədləri cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq etdikdən sonra, Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Sonuncu 2017-ci ilin əvvəllərində özünə məxsus olduğunu hesab etdiyi həmin mənzildə təmir işlərini aparmaq istəyərkən, mənzilin Şahid5 aid olduğunu bildikdən sonra, Məhkum ona binanın mərtəbələrinin dəyişik salınmasını bəhanə gətirərək həmin mənzili səhv nəticəsində satdığını deyib Zərərçəkmiş şəxs1 inandırmaq üçün qeyd olunan binanın 4-cü mərtəbəsində faktiki 09 may 2011-ci il tarixli «Araz-T.İ” Məhdud Məsuliyyətli Cəmiyyət yaşayış binasında Mənzil tikintisi haqqında» müqavilə ilə Şahid2 89.820 manata satılmış ümumi sahəsi 156 kv.m təşkil edən 3 otaqlı 86 nömrəli mənzilin ilk olaraq Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə cəmiyyətin göstərilən ofisində tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 28 iyul 2012-ci il tarixli müqaviləni və eyni tari xli maliyyə arayışını tərtib etməklə, cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq edib Zərərçəkmiş şəxs1 təqdim etmiş və onun 156.000 manat külli miqdarda əmlakı qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş və həmçinin tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, Məhkum 11 fevral 2005-ci il tarixdən Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin 27 yanvar 2010cu ildən direktoru vəzifəsində işləyərkən 7.011.450 manat məbləğində borcun Zərərçəkmiş şəxs2, 261.450 manat məbləğində borcun Zərərçəkmiş şəxs3, 743.900 manat borcun Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasama l rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli 2(004)-176/2014 saylı qətnaməsinin, 45.000 ABŞ dolları (manatla məzənnəsi 41.301 manat) məbləğində borcun Zərərçəkmiş şəxs9 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli 2(004)- 1066/2016 saylı qətnaməsinin, 36.000 ABŞ dolları (manatla məzənnəsi 33.040,8 manat) məbləğində borcun Zərərçəkmiş şəxs8 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli 2(004)-1062/2016 saylı qətnaməsinin, 39.600 ABŞ dolları (manatla məzənnəsi 36.344,88 manat) məbləğində borcun Zərərçəkmiş şəxs10 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2(004)-1078/2016 nömrəli qətnaməsinin, 72.600 ABŞ dolları (manatla məzənnəsi 66.632,28 manat) borcun Zərərçəkmiş şəxs7 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli 2(004)-1079/2016 saylı qətnaməsinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)3088/2016 saylı 14 noyabr 2016-cı il tarixli qətnaməsinin icra üsulu dəyişdirilib "xxxx" MMC-nin üzərinə Zərərçəkmiş şəxs5 tərəfindən ödənilmiş 150.000 manat və Zərərçəkmiş şəxs6 tərəfindən ödənilmiş 175.000 manatın qaytarılması vəzifəsinin qoyulmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-467/2018 saylı 20 aprel 2018-ci il tarixli qərardadının icrası ilə bağlı icra məmurun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Yasamal rayon Məhkəməsinin 3(004)-1542/2018 saylı 24 oktyabr 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası İXM-nin 528.2-ci maddəsin də nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1.200 manat inzibati qaydada cərimə olunmasına baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, qətnamələr üzrə borcdan heç bir məbləğdə pul vəsaitini qeyd edilən zərərçəkmiş şəxslərə ödəməməklə, sonunculara maddi ziyan vurmaqla vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini və qərardadını qərəzli olaraq icra etməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndir ilən şəxs Məhkum cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə verdiyi ifadələrə tənqidi yanaşmaq əvəzinə, ibtidai istintaq orqanının topladığı obyektiv materiallara tənqidi yanaşaraq qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Protestdə həmçinin qeyd olunur ki, apelyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsin qətnamələrin icrası üçün maddi imkanının, həmçinin "xxxx" MMC-nin əmlakının və pul vəsaitinin olmamasını əsas gətirərək Məhkum CM-in 306.2-ci maddəsi ilə bəraət vermişdir. Dövlət ittihamçısı həmçinin hesab edir ki, apelyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum təyin olunmuş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti hesab olunmasına dair gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022 -ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Məmişov Bəylər Sahib oğlunun verdiyi kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Bu o deməkdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə Məhkum ittihamının digər hissəsi, yəni onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində CMin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan mə hrum olunmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair hissədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmü ilə cinayət prosessual qanunvericiliyin tələbləri, o cümlədən CPM-nin 39.1.6 və 142.1-ci maddələrinin tələbləri pozularaq məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməklə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair qanuni qüvvəyə minmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1 5 fevral 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarının müddəalarına yenidən baxılmış və Məhkum təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, şərti tətbiq edilmiş və 2 (iki) il sınaq müddəti müəyyən edilməklə, Məhkum həbsdən azad edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya insta nsiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kass asiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya protestində qeyd edilir ki, Məhkum əməlində ittiham edildiyi cinayətlərin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmış, həmçinin, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədi lmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində ”Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsinə əsasən: “Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bi r ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin cinayət işi üzrə məhkəmə baxışı zamanı cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in -7.0.11-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsini n qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə, habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir -34.3-cü maddəsinin tələbinə görə hər hansı əməlin törədilməsinə görə şəxsin barəsində qanuni qüvvəyə minmiş məhkəmənin hökmü varsa, həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi yolverilməzdir. - 39.1.6-cı maddəsinin tələbinə görə şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir İş materiallarından görünü r ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 306.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 306.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 75.1-ci maddəsinə əsasən, onun təqsirli bilindiyi CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplanılmaqla, CM-in 66.4-cü maddəsinə əsasən isə təyin e dilmiş əlavə cəza əsas cəzaya birləşdirilməklə, ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzası şərti hesab olunaraq 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti v erilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 8 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə barəsində CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və təqsirli bilindiyi CM-in 306.2-ci maddəsi ilə ona təyin olunmuş 1 (b ir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar qismən toplanılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 4 (dörd) il 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Məmişov Bəylər Sahib oğlunun verdiyi kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin cinayət işinə apelyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman məhkəmə baxışının predmeti yalnız Bakı Ağır Cinayətlər Məhkəməs inin 8 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair olan hissəsi olmalı idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzası şərti hesab olunaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməsinə dair olan hissəsi isə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilərək dəyişdirilmiş, barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə ləğv edilmədiyindən qanuni qüvvəsində qalmışdır. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünün Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməməsinə dair hissəsi də qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 7.0.11, 34.3 və 39.1.6-cı maddələrinin tələblərini pozaraq məhkum edilmiş şəxs Məhkum barəsində qanuni qüvvəsində olan məhkəmə aktlarına yenidən baxmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməklə, Məhkum təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti tətbiq edilmiş və 2 (iki) il sınaq müddəti müəyyən edilməklə, Məhkum həbsdən azad edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əs ası ilə bəraət verilməsinə dair gəldiyi nəticə də əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında da qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktının qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda göstərilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inziba ti məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Plenum Qərarına əsasən həmin maddədə müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan, ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. İş üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarında Məhkum oğlunun CM-in 306.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması əsaslandırılmamış hesab edilmiş və qeyd edilmişdir ki: “Təqsirləndirilən şəxs Məhkum 11 fevral 2005-ci il tarixdən ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin 27 yanvar 2010-cu ildən direktoru vəzifəsində işləmişdir. O, həmin ərəfədə işləyərkən borcun ödənilməsi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Cinayət məsuliyyətinə isə "xxxx" MMC deyil, onun direktor Məhkum cəlb edilmişdir. Məhkum özünü təqsirli bilməyərək məhkəmə qətnamələrini icra etmək imkanına malik olmadığını bildirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərlə razılaşaraq hesab edir ki, belə olan halda borclu olan "xxxx" MMC-nin direktoru olan Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması barədə nəticəyə gəlmək üçün ilk-öncə onun rəhbərlik etdiyi cəmiyyətin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icra edilməsi üçün müvafiq imkana malik olubolmaması, yəni cəmiyyətdə pulun, əmlakın və ya digər aktivlərin mövcud olması müəyyən edilməlidir. Lakin həm ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı borculu hesab edilən "xxxx" MMC-nin direktoru qərəzliliyi nədə olması heç araşdırılmamışdır. Belə olan halda, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirləndirməyə dair işlərdə “qərəzli” əlamətinin işin konkret hallarına uyğun olaraq müəyyən edilməsi haqda göstərişinə və Avropa Məhkəməs inin məhkəmə baxışının ədalətliliyinin təmin edilməsinə dair tövsiyələrinə, istərsə də Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi,eləcə də apelyasiya şikayətində qaldırılmış müvafiq dəlillərlə bağlı münasibətin bildirilməməsi, Məhkum ədalətli məhkəmə araşdırmasına hüququnun lazımi səviyyədə təmin edilmədiyinə dəlalət edən hallar kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı aparılmaqla keçirdiyi məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarında araşdırılmasının zəruri hesab edildiyi yuxarıda şərh olunan xüsusatların aydınlaşdırılması üçün təqsirləndirilən şəxs Məhkum və icra məmuru X3 dindirilməsi ilə kifayətlənmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayə t mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmamışdır. Azərbaycan Respublika sı CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uy ğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mə nsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmü ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-115/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-115/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver