Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1150/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi – X8, Müdafiəçi – Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Yusubov Orxan Hümbət oğlunun işti rakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Allahverdiyeva Ramella Allahverdi qızı, hakimlər Nəsrullayeva Tamila Xudat qızı və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, “Abardaj” gecə klubunda mühafizəçi işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşam ış Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 16 yanvar 2017-ci ildə saat 23:50 radələrində, mühafizəçi işlədiyi ünvan 1 ünvanda yerləşən «xxxx» gecə klubunda olarkən, gecə klubuna müştəri kimi gəlmiş, əvvəllər tanımadığı X10 sərxoş vəziyyətdə əlində pivə bakalı ilə rəqs etməklə oğru aləminə aid sifariş etdiyi musiqinin səsləndirilməsini tələb etməsi, lakin onun tələbinə əməl olunmamasına etirazını bildirib digər müştərilərin istirahətinə maneç ilik törədən hərəkətlər etməsini görüb iradını bildirməklə nizam-intizama dəvət etdikdən sonra, ondan ayrılıb gecə klubunun girişi istiqamətində getdikdə, sonuncu arxası ilə gəlib bir az əvvəl edilən iradlara aydınlıq gətirmək üçün onun klubdan çıxmasını tələb etmiş, təkrarən X10i sakitləşdirmək istədikdə, sonuncu onun sözlərinə əhəmiyyət verməməklə ünvanına nalayiq ifadələr işlətməsindən hiddətlənərək, aralarında yaranmış mübahisə zəminində ondan qisas alıb qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi bıçaqla X10in sol boyun nahiyyəsindən bir dəfə zərbə vuraraq ölümünə səbəb olmuş, həyatı üçün mühüm orqanı olan ll-lll boyun fəqərəarası nahiyəni dəlib keçib onurğa beyninin zədələnməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə, X10i qəsdən öld ürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum və müdafiəçisi O.H.Yusubov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Murquzov İlqar Mustafa oğlu, hakimlər Hüseynov Mirpaşa Süleyman oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 10 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirib, onun əməlini Azərbaycan Respublikası CM-nin 130.1 və ya 124.1-ci maddəsinə və yaxud CM-nin 123.1-ci maddəs inə tövsif edib CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə verilmiş ittiham əsassızdır, ibtidai istintaq orqanı tərəfindən əməllərinə düzgün hüquqi tövsif verilməmiş, birinci instansiya məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmü, ardınca apellyasiya instansiya məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassız və qanunsuzdur, bu səbəbdən də dəyişdirilməli, onun əməli Cinayət Məcəlləsinin 130.1 və 124.1-ci maddəsi ilə və yaxud 123.1-ci maddəsi ilə tövsif olunmaqla, Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəaları tətbiq edilərək barəsində həmin maddələrinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində hazırkı cinayət işi üzrə məhkəmə istintaqı bir neçə kobud prosessual pozuntulara yol verilməklə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 da məhkəmə iclasında verdiyi ifadəsində təsdiq etmişdir ki, mərhum X10 gecə klubunda sərxoş vəziyyətdə özünü aqressiv aparıb, digər müştərilərə sataşmaqla kobud hörmətsizlik edərək onların istirahətinə mane olub, tutulan iradlara heç bir məhəl qoymurdu, hədəli tonla davranış edirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X18 da verdiyi ifadəsində bildirmişdir ki, oğlu çox qüvvətli olmuş, mərhum X10a onun gücü çatmazdı. Zərərçəkmiş şəxs ifadəsində eyni zamanda bildirmişdir ki, o, baş vermiş hadisədən sonra oğlu X10 həkimin yanında olarkən sonuncu ilə mobil telefon vasitəsi ilə şəxsən özü danışmış, X10 isə normal səslə atasına heç bir ciddi problemin olmamasını demişdir. Zərər çəkmiş şəxsin ifadəsindən və işin faktiki hallardan müəyyən olunduğu kimi, X10 digər xəstəxanaya köçürüləndən sonra əməliyyat olunarkən komaya düşmüş və sonradan ayılmamışdır. O, bir neçə dəfə bildirmişdir ki, hadisədən dərhal sonra X23 və X24 bıçaqla adam vurduğunu bildirməklə yanaşı vurduğu adamı həkimə aparmalarını xahiş etmişdir. Təəsüf ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ikinci məhkəmə baxışı iclasına X23 məhkəməyə gəlməsinə baxmayaraq həmin günü məhkəmə prosesi haki mlərin təqsiri ucbatından baş tutmayaraq təxirə salınmış, sonradan isə adı çəkilən şahidlərin iştirakı təmin edilməmişdir. İşlədiyi gecə klubunda quraşdırılmış müşaiyət kameralarının görüntülərinin silinməsi ilə bağ əlavə tədbirlərin götürülməsinə dair şifahi vəsatəti də təmin olunmamışdır. Halbuki, həmin görüntülərdə X10 gecə klubuna tək gəlməməsi və ona sataşması, mərhuma məxsus beşbarmağın kim tərəfindən götürülməsi tam aydın olardı.Hadisəyə qədər o, «xxxx» gec klubunda artıq kifayət qədər müddət işləmişdir, sərxoş müştərilər, nalayiq söyüşlər işlədənlər də olmuş, lakin bu cür hadisə baş verməmişdir. Mərhumu əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır, hadisə günü isə yalnız xidməti vəzifələrini yerinə yetirdiyimə görə X10i nizam-intizama dəvət etmişdir. X10i qəsdən öldürmək ü çün hər hansı motivi və ya niyyəti müəyyən olunmamış və sübuta yetirilməmişdir. Göstərildiyi və məhkəmə zamanı müəyyən olunduğu kimi, cinayət hadisəsinin baş verməsinə səbəb X10 qanunsuz hərəkətləri olmuşdur. X33 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərkən, ona, yəni «Abordaj» gec klubunun mühafizəçi olmaqla ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq cinayəti törətmişdir. Bu hallardan da tam aydın olur ki, mərhum X10i heç də söyüşə görə deyil, sərxoş və aqressiv vəziyyətdə özünü idarə bilmədiyindən və öz gücünə əmin olaraq fiziki görünüşdən ondan zəif olan şə xs kimi üstünə beşbarmaqla hücum çəkdiyi üçün, özünü müdafiə etmək üçün mərhumu yalnız bir dəfə bıçaqla vurmuşdur. Çünki beşbarmaq olmadan da X10 onun üçün olduqca təhlükə yaratmışdır. Bununla da tam müəyyən olunur ki, onun əməlləri səhv olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunub.Çünki o, həqiqətən də X10i qəsdən öldürmək niyyətinda olsaydı, zərbədən sonra sağ qalan X10ı görüb ona yenə də bıçaqla zərbələri endirər və bundan dərhal sonra X10ı həkimə aparılmasını xahiş etməzdi. Nəzərə alınmalıdır ki, o, hadisədən sonra X10ın təkcə həkimə aparılmasını xahiş etməklə kifayənlənməmiş, eyni zamanda ailəsi tərəfindən də X10ın müalicəsi üçün sonuncunun ailə üzvlərinə 2.400 (iki min dörd yüz) manat məbləğindən az olmayan pul vəsaiti verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi i sə Bakı Ağır Cinayətlər Məhkəməsində bu halları ilk məhkəmə baxışı zamanı dansa da, sonradan yalan ifadə verməsinə görə məsuliyyətdən çəkinərək X10ın müalicəsi üçün azı 1.200 (min iki yüz) manat məbləğində pul vəsaitin onlara verilməsini etiraf etmişdir. İttiham nitqindən göründüyü kimi isə, dövlət ittihamçısı hazırkı cinayət işi üzrə əsasən ibtidai araşdırma zamanı qiymətləndirilmiş hallara üstünlük vermiş və ona cəzanın təyin olunmasını təklif edərkən obyektiv olaraq yalnız Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəalarını nəzərə almışdır. Ona görə də, hesab edir ki, məhkəmə istintaqı müəyyən edilənlərə əsasən onun əməllərində Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) və 124.1-ci maddəsi ilə (ehtiyatsızlıqdan adam öldür mə) nəzərdə tutulmuş cinayət tərkiblərin əlamətləri vardır. Ən uzağı əməlləri Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən zərər çəkmiş sağlamlığına ağır dərəcəli bədən xəsarətin yetirilməsi kimi qiymətləndirilməlidir. Yox, əgər ittiham tərəfi X10in məhz qəsdən öldürülməsini iddia edirsə, bu halda yuxarıdakılar nəzərə alınaraq əməlləri Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) tövsif edilməli idi. Çünki özünü məhz aqressiv hücumda müdafiə olunması məqsədi ilə qaranlıq yerdə kor-koranə bıçağı atması və X10i hücumunun dayandırılmasını görən kimi tərəfindən dərhal X10a qarşı hər hansı hərəkətləri edilməsindən çəkinməsi halları danılmazdı və məhkəmə istintaqı zamanı öz təsdiqin i tapmışdır. Əvvəlki məhkəmə instansiyalarının hökm və qərardan göründüyü kimi isə, məhkəmələr, ibtidai araşdırmanı aparan istintaq orqanı tərəfindən ona qarşı irəli sürdüyü bu keyfiyyətsiz ittihamı təsdiq edərkən, faktiki olaraq yalnız zərərçəkmiş şəxsin şikayətçi olduğunu nəzərə almışdır. Bununla da, Bakı Ağır Cinayətlər Məhkəməsi, ardınca isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin və cinayətprosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını pozmaqla Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərəfindən törədilməsi barədə səhv nəticəyə gəlmişdir. Aşağı instansiya məhkəmələri əməllərini düzgün tövsif etməməklə yanaşı barəsində cəza təyin edərkən də prosessual pozuntulara yol verm işdir. Hesab edir ki, məsuliyyətini yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəalarının tətbiqi ilə yanaşı, Cinayət Məcəlləsinin 59-cu maddəsinin o cümlədən aşağıdakı müddəaları mütləq nəzərə alınmalıdır: cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi (59.1.7.); cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi (59.1.8.); cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması(59.1.11.); cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nət icələnmiş digər hərəkətlərin edilməsi (59.1.14.). Eyni zamanda, Cinayət Məcəlləsinin 59-cu maddəsinin o vaxtı qüvvədə olan müddəaları ilə məsuliyyəti yüngülləşdirən hallar olaraq zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi (59.1.10.). İşin mübahisəsiz hallarından məlum olduğu kimi, o, ilk günlərindən səmimi ifadə verərək əməlindən peşimançılıq çəkdiyini bildirmiş, hadisədən dərhal sonra X10ə tibbi yardımın göstərilməsini xahiş etmiş, hüquq-mühafizə orqanlarına könüllü təslim olmuş, ailəsi tərəfindən isə mərhumun ailəsinə müalicə və dəfn xərcləri ilə bağlı ümumilikdə 2.800 manata yaxın xərc çəkilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığı əldə etməyə cəhd olunmuşdur. Həmçinin, müsbət xara kterizə olunmuş, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır, iş yerində əvvəllər heç bir problem olmamış, cinayət hadisəsi isə mərhumun qanunsuz davranışı səbəbindən baş vermişdir. Cəmiyyət üçün itirilmiş şəxs deyil və onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Həmçinin vərəm xəstəliyə düçar olduğu üçün, azadlıqdan məhrum etmə ilə bağlı qapalı müəssisələrdə olması səhhət durumuma olduqca mənfi təsir göstərir. Odur ki, apellyasiya məhkəməsinin qərarını dəyişdirib, onun əməlini Azərbaycan Respublikası CM-nin 130.1 və ya 124.1-ci maddəsinə və yaxud CM-nin 123.1-ci maddəsinə tövsif edib CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçi O.H.Yusubovun kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi X8 kassasiya şikayətində göstərilən hallara qanuna uyğun münasibət bildirilməsi və Məhkum barəsində qanuna uyğun qərar qəbul edilməsi barədə, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiya sı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstə rilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə Məhkum əməlinin düzgün tövsif olunmaması, onun əməlinin CM-nin 130.1 və ya 124.1-ci maddəsinə və yaxud CM-nin 123.1-ci maddəsinə tövsif edib CM-nin 60-cı ma ddəsinin müddəaları tətbiq edilməklə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməli olduğu iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə və əməlin tövsifi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...İşin materiallarında olan sənədlərdənvə məhkəmə iclasının protokollarından göründüyü kimi, Məhkumözünü cinayətin törədilməsində qismən təqsirli bilməməklə yanaşı, onun tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə; məhkəmə-tibbi, məhkəmə-kriminalistik, məhkəmə-bioloji və başqa ekspertizalarının rəyləri ilə; baxış, götürmə, müayinə, ifadələrin hadisə yerində yoxlanılması və digər istintaq hərəkətlərinin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş çoxsaylı başqa mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsiMəhkumBəhri oğlununməhkəmədə verdiyi ifadəsində irəli sürdüyü dəlillər toplanmış və məhkəmə baxışında tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq, onun məhkəmədəki ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsində göstərdiyi h alları yalnız məsuliyyətini yüngülləşdirmək məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10, 91.5.10 və 90.9-cu maddələrinintələblərinə görə, şübhəli və ya təqsirləndirilən şəxslər ifadə vermək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və ifadə verməkdən imtina etmək, təqsirləndirilən şəxs və ya şübhəli şəxslər onlara qarşı irəli sürülən ittihamla əlaqədar izahatlar (ifadə) vermək və ya izahatlar (ifadə) verməkdən, sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Habelə, cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli və təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. Göstərilən normalarıntələ bləri isə ona dəlalət edir ki, şübhəli və ya təqsirləndirilən şəxslər istədiyi kimi özünün müdafiəsini mümkün olan və zəruri hesab etdiyi vasitələrdənistifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir, yəni onun ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək vəzifəsideyil, hüququdurvə buna görə onun hər hansı bir məsuliyyəti nəzərdə tutulmamışdır. Belə olan halda, onun istintaq və məhkəmədə hər hansı sənədi imzalamaqdan imtina etməsinə və ya etirafedici ifadə verməməsinə, ifadə vermək və yaxud ifadə verməkdən imtina etməsinə yalnız onun müdafiə hüququ kimi baxılmalı və bu kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Göründüyü kimi, Məhkumməhkəmə baxışında dindirilərkən, səmimilikdən uzaq olaraq subyek tiv dəlillər irəli sürməklə, cəzasını yüngülləşdirməyə çalışmışdır. Eyni zamanda, Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğluverdiyi apellyasiya şikayətindəmüdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən Cinayət Məcəlləsinin 130.1 və 124.1-ci maddələrinə və yaxud Cinayət Məcəlləsinin 120.1-ci maddəsindənbu Məcəllənin 123.1-ci maddəsinətövsif edərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasımüdafiəçinin müdafiəsini həyata keçirdiyi şəxsin əməlinin tövsifinədair mövqeyi ilə ümumiyyətlə razılaşmır. Belə ki, MəhkumAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsindənəzərdə tutulan cinayəti törətməsi iş üzrə toplanmış və birinci instansiya məhkəməsində toplanmış mötəbər sübutlarla kifayət qədər ö z təsdiqini tapdığından, müdafiəçi apellyasiya şikayətindəöz mövqeyini müəyyənləşdirə bilməmiş və müdafiə etdiyi şəxsin əməlinin Cinayət Məcəlləsinin 130.1 və 124.1-ci maddələri və ya həmin Məcəllənin 123.1-ci maddəsiilə tövsif olunmasını xahiş etməklə, faktiki olaraq Məhkum əməlinin tövsifi ilə əlaqədar sübutlara əsaslanan konkret nəticəyə gələ bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsinin tələbinə əsasən, özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən, törədilmiş hərəkətlər zəruri müdafiə vəziyyətində törədilmiş hərəkət hesab edilir. Həmin qanununmənasına əsasən zəruri müdafiə vəziyyətinin şərtlərinə: 1)özünü müdafiə edən ş əxsin həyatına və yaxud sağlamlığına qəsdin olması, 2) zərərin real mövcud olan qəsddən qorunmaq məqsədilə yetirilməsi və 3) zərərin qəsd edənə vurulması aiddir. Birinci instansiya məhkəməsində Məhkum öz ifadəsində zərərçəkmiş şəxs X10 onun ünvanına nalayiq söyüşlər söyməsindən və beşbarmaqla sol boyun nahiyyəsinə zərbə endirməsindən sonra, şalvarının arxa sağ cibindən bıçağı çıxarmaqla X10in əlindəki beşbarmağı yerə salmaq məqsədilə əlindən vurmaq istəyərkən və sonuncunun onun ayağından tutmaq üçün aşağı əyilərkən bıçağın zərərçəkmişin sol boyun nahiyyəsinə dəyməsi və onun X10i öldürmək niyyətinin olmaması barədə irəli sürdüyü dəlillərdən yalnız zərərçəkmiş şəxsin onun ünvanına nalayiq söyüşlər söyməsi məhkəmə istintaqı zamanı toplanmış çoxsaylı və mötəbər sübutlarla öz təsdiqini tapmışdı r. X1 Məhkumna beşbarmaqla sol boyun nahiyyəsinə zərbə endirməsi, X10in əlindəki beşbarmağı yerə salmaq məqsədilə əlindən vurmaq istəyərkən, həmin vaxt zərərçəkmişin onun ayağından tutmaq üçün aşağı əyilərkən, bıçağın zərərçəkmişin sol boyun nahiyyəsinə dəyməsi və onun zərərçəkmiş şəsxi öldürmək niyyətinin olmaması barədə Məhkum məhkəmədə verdiyi ifadəsinə irəli sürdüyü dəlillər yuxarıda sadalanan şahidlər: X26, X28, X29, X7 və X3 ifadələri ilə yanaşı, istintaq eksperimentinin keçirilməsinə dair baxış baxış protokolu ilə, məhkəmə-tibbi ekspertizaların 28 yanvar 2017-ci il tarixli 50 nömrəli və 10 mart 2017-ci il tarixli 02/11 nömrəli rəyləri ilə cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq olunmuş çoxsaylı digər mötəbər sübutlar toplusu ilə tamamilə t əkzib edilmişdir. Belə olan halda, məhkəmə kollegiyasıhesab edir ki, Məhkum hərəkətləri işin faktiki hallarına görə və toplanmış sübutlara uyğun olaraq zəruri müdafiə vəziyyətində və yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Məhz hücum aktı, yəni faktiki olaraq zərərçəkmiş şəxsin Məhkum qəsd etməsi aparılmış məhkəmə istintaqında öz təsdiqini tapmadığından və bu səbəbdən olmadığından, zəruri müdafiə vəziyyətində olmaması zəruri müdafiə həddini aşma kimi nəzərdən keçirilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyasıhesab edir ki, Məhkum hərəkətləri zəruri müdafiə vəziyyətikimi qiymətləndirilə bilməz və belə olan halda onun əməlində zəruri müdafiə həddini aşmaqla adam öldürmə və ya sağlamlığa ağır zərər vurma cinayət əməlinin, yəni Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 123.1 və ya 130.1-ci maddələrinin əlamətləri istisna olunur. Eyni zamanda, onun törətdiyi cinayətin motivibaş vermiş münaqişə zəminində qisas almaqdan ibarət olduğundan hərəkətləri ehtiyatsızlıqdan adam öldürmə kimi, yəni Cinayət Məcəlləsinin 124.1-ci maddəsiilə deyil, sadə adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 120.1ci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 3 və 4-cübəndlərinə görə, qəsdən adam öldürmədə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən xəsarətlərinin sayı, xarak teri lokalizasiyası, yəni həyat üçün mühüm orqana xəsarət yetirilməsi, təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2-ci maddəsindənəzərdə tutulmuş tövsifedici əlamətlər Cinayət Məcəlləsinin 121-123 və 135-ci maddələri ilə göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə, yəni xuliqanlıq niyyəti olmadan, mübahisə və ya dalaşma nəticəsində, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən şəxs tərəfindən törədilmiş cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş şəxs X15 xəsarətlər yetirmək üçün həyat üçün təhlükəli xəsarət yetirə biləcək alətdən, yəni bıçaqdan istifadə etməsi və həmin bıçaqla zərərçəkmiş şəxsə, insan həyatı üçün vacib orqan olan sol boyun nahiyyəsinə zərbə endirməsi, xəsarəti yetirdikdən sonra hadisə yerində hadisədən dərhal zərərçəkmiş şəxsə yardım etməməsi və hadisə yerindən qaçıb getməsi onun məqsədinin qəsdən adam öldürməyə yönəldiyini bir daha təsdiq edir. Nəticədə, birinci instansiya məhkəməsiAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinəəsasən, cinayət təqibi üzrə toplanmış və yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq və həmin sübutların məcmusuna qiymət verməklə, əsaslı olaraq hesab etmişdir ki, MəhkumAzərbaycan Respublikasının Cinayət Məcə lləsinin 120.1-ci maddəsindənəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirildiyindən, həmin maddə təqsirli bilinməklə, ona cəza təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyasıMəhkum əməlinin tövsifi ilə əlaqədar birinci instansiya məhkəməsiningəldiyi nəticə ilə razılaşır və bu səbəbdən əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsindənCinayət Məcəlləsinin 130.1 və 124.1-ci maddələrinəvə ya həmin Məcəllənin 123.1-ci maddəsinətövsif olunması barədə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindəirəli sürülən dəlilləri əsassız hesab edir və sübutlara əsaslanmayan subyektiv mülahizələri kimi qiymətləndirir. İş materiallarında olan sənədlərdəngörünür ki, Məhkuməvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmam ışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin Növbətçi Hissəsinin məsul növbətçisi X2 tərəfindən tərtib olunmuş 17 yanvar 2017-ci il tarixli protokoldangörünür ki, Məhkum17 yanvar 2017ci il tarixdə saat 02 radələrində, Bakı şəhəri Sabunçu rayon polis idarəsinə gələrək Bakı şəhəri Sabunçu Nizami rayonunun ərazisində bir nəfər şəxsi bıçaqla vurduğu barədə məlumat verərək könüllü təslim olmuşdur. Birinci instansiya məhkəməsi cəza məsələsini müzakirə edərkən Məhkumcəzasını ağırlaşdıran halınolmaması ilə yanaşı, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 –cu maddəsinin tələbinə əsasən onun cəzasını yüngülləşdirən halkimi nəzərə almışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəll əsinin 60-cı maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrindəgöstərilən cəzanı yüngülləşdirənhallar olduqda və həmçinin əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin edilən cəzanın müddəti və yaxud həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddicəza növünün son həddinin dörddə üçündənartıq ola bilməz. Birinci instansiya məhkəməsiMəhkumhazırki iş üzrə könüllü olaraq polis şöbəsinə gedib törətmiş olduğu cinayət əməli barədə məlumat verməsini, yəni hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9-cumaddəsiilə göstərilən cəzan yüngülləşdirən hallarınolmasını və onun cəzasını ağırlaşdıran halınolmamasını nəzərə alaraq hesab etmişdir ki, onun barəsində cəza təyini zamanı Azərbaycan Respublikasının Cinayə t Məcəlləsinin 60-cı maddəsininmüddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 120.1-cimaddəsi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi on dörd ilolduğundan, qeyd olunan Məcəllənin 60-cı maddəsinintələbinə əsasən, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının son həddi 10 (on) il 06 (altı) ay müddətindənartıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzaların təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 5-ci bəndindəgöstərilmişdir ki, “Qanunun mənasına əsasən Cinayət Məcəlləsinin 60-cı maddəsindəmüəyyən edilən qaydalar 59.1.9 və 59.1.10-cu maddələrindəgöstərilən cəzanı yüngülləşdirən hallardanən azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olun a bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsininsanksiyasında 09 (doqquz) ildən 14 (on dörd) ilədək müddətinəazadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulduğu halda, birinci instansiya məhkəməsiMəhkumna cəzasını ağırlaşdıran halın olmaması və cəzasını yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini, barəsində Məcəllənin 60-cı maddəsininmüddəalarının tətbiqinin mümkünlüyünü nəzərə almaqla, ona Cinayət Məcəlləsinin 8.1, 9.2,41.2və 58.3-cü maddələrinintələblərinə uyğun olaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 10 (on) il 6 (altı) müddətəazadlıqdan məhrum etmə cəzasını təyin etməklə, onun barəsində qanuni, əsaslı və ədalətli hökm çıxarmışdır. Beləliklə də, məhkəmə kollegiyasıiş üzrə toplanmış və birinci instansiya məhkəməsind ə tədqiq edilmiş sübutları mənsubiyyəti və mötəbərliyi üzrə müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətitəmin edilməməli və birinci instansiya məhkəməsinin 21 sentyabr 2017ci il tarixli hökmüdəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlil ləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini, əməlinin düzgün tövsif olunmadığını, CM-nin 130.1,124.1 və ya 123.1-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yek un nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azər baycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Az ərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1150/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1150/2019
23.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver