Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1150/2022 07.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Eİçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Abıyev Elman Oruc oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Musayeva Aynur Bayram qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmünə əsasən (hakimlər Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) xx xxxxxxx 1988-ci ildə Xanlar rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Göygöl rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla xx qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Rüstəmov İlqar Sahib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə) 10 fevral 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Musayeva Aynur Bayram qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq üç ədəd bükümlərdə ümumi təmiz çəkisi 9,00 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanda yerləşən "Ramiz Aboyev” adına mədəniyyət və istirahət parkının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 12 oktyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat - axtarış tədbiri nəticəsində Məhkum həmin tarixdə saat 17:15-də qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 18:30-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üç ədəd şəffaf sellofan bükümlərdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 2,988 qram, 3,106 qram və 2,906 qram olmaqla, ümumi təmiz çəkisi 9,00 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Musayeva Aynur Bayram qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Məhkum barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, Bakı Apellyasiya məhkəməsində cinayət işi üzrə araşdırma aparılan zaman işin faktiki hallarını araşdırmamış, şəxsin əməlində cinayət əməlinin bütün tərkib əlamətlərinin olub-olmaması müəyyən edilməmiş, apellyasiya instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxsin təqsirziliyini sübut edən kifayət qədər dəlillər müəyyən edilmiş və bu hallar istər cinayət işinin materialları, istər şahid ifadələri ilə tam olaraq təsdiqini tapmışdır. İlk öncə qeyd edilir ki, Məhkum narkotik vasitəni satışı ilə heç bir zaman məşğul olmamışdır. Məhkum saxlanılan zaman onun üzərindən yalnız narkotik vasitə çıxmışdır. Əgər Məhkum narkotik vasitəsin satanı olsaydı onun üzərindən narkotik vasitəni satmaq üçün tərəzi və yaxud tutulan zaman real alıcı olmalı idi. Real alıcının olmaması və elektron tərəzinin olmaması ona dəlalət edir ki, həmin narkotik vasitə şəxsin özünün istifadəsi üçün alınmışdır. Həmçinin Məhkum “Bakcell’ MMC-dən alınmış telefon danışıqlar ından və ya sms yazışmalarında da onun narkotik vasitələrin satışı ilə məşğul olmadığı məlum olmuşdur. Bu isə ona dəlalət edir ki, Məhkum narkotik vasitənin satanı deyil. Məhkum narkotik vasitələrin satış faktını və onlara satış ilə bağlı məlumat daxil olmadığını şahidlər ifadələrində təsdiq etməmişlər. Bakı Apellyasiya Məhkəməsi isə Məhkum onunla təqsirli bilir ki, bükümlərin hamısını eyni anda üzərində gəzdirdiyini bunu hansı zərurətdən irəli gəldiyini “ağlabatan” şəkildə izah edə bilməməsini nəzərə alaraq belə yekun nəticəyə gəlmişdir ki, Məhkum əməli AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə hökm çıxarılmışdır. Belə ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə yalnız fərziyyədən və ehtimaldan ibarətdir. Məhkum bəlkədə müvəqqəti hər hansı bir yerə ged irdi deyə üzərində saxlayırmış və yaxud həm vaxt əldə edibmış və yaxud ailəsində kimsə bilməsin deyə üstündə saxlayırmış və s. Məhkum tutulan zaman real alıcı yoxdursa və telefon danışıqlarında hər hansı satışla bağlı məlumat yoxdursa Məhkum əməli yalnız narkotik vasitəni özünün şəxsi istifadəsi üçün istifadə etmişdir və üzərində gəzdirmişdir. Məqsəd və niyyətin sübuta yetirilməsi isə özlüyündə subyektiv cəhəti özündə ehtiva etməklə cinayət tərkibini formalaşdırır və tərkibin hər hansı elementinin olmaması ittiham verilməsi üçün əsas ola bilməz. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmünün ləğv edilməsini və Məhkum əməlinin düzgün tövsif edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində kassasiya şikayətinin dəlillər inə uyğun çıxış edən çıxış edən müdafiəçi E.O.Abıyev apellyasiya məhkəməsinin şəxsin əməlinin düzgün tövsif etmədiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini və Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Eİçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, narkotik vasitənin Məhkum tərəfindən satışına dair hallar tam sübuta yetirildiyini bildirib, apellyasiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin hökmünün dəyişdir ilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassas iya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməklə əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifi ndə səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli a raşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli hökmü isə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittihamın birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında öz tə sdiqini tapmamış və məhkəmə Məhkum narkotik vasitələrini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması barədə nəticəyə gəlmiş və onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Lakin apellyasiya məhkəməsi, Məhkum üzərindən aşkar olunmuş narkotik vasitənin külli miqdarda (9 qram) və üç bükümdə olmasını, bükümlərin ayrı-ayrılıqda müxtəlif çəkilərdə olmasını (2,988 qram, 3,106 qram və 2,906 qram) narkotik vasitə heroini özünün istifadəsi üçün əldə etdiyi halda hansı məqsədlə bükümlərin hamısını eyni anda üzərində gəzdirdiyini, bunun hansı zərurətdən irəli gəldiyini “ağlabatan” şəkildə izah edə bilməməsini nəzərə alaraq, Məhkum CM-nin 234.4.3-cü maddəsi verilmiş ittihamla razılaşmışdır. Kassasiya məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin hökmü ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmə Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsində səhvə yol vermişlər. Apellyasiya məhkəməsini hökmü ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyası – külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - kimi müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, şəxsin təqsirinin sübuta yetiril miş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Həmin Qərarın 30-cu bəndində isə göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud oldu ğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin hökmü ilə müqayisəli şəkildə tədqiq edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə gəlinmiş nəticə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyası ilə şərtləndirildiyindən, eləcə də «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-cı il tarixli qərarına, bu qərarda verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, şəxsin təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən hallarla yanaşı həmçinin şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi məsələsi də məhkəmə tərəfindən araşdırılmaldır. Belə ki, nə ibtidai istintaqda, nə də apellyasiya instansiyada məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Məhkum uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkmiş, narkotik vasitəsini yalnız öz istifadəsi üçün əldə etdiyini saxlandığı gündən etibarən bütün izahat və ifadələrində həmçinin məhkəmə baxışı zamanı qeyd etmişdir. Onun n arkomaniyadan əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur. Bundan əlavə zərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X1 Tibbi Yoxlamasının 11 yanvar 2021-ci il tarixli 58 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə məhkum edilmiş şəxs Məhkum həmin narkotik vasitəni hər-hansı bir ş əxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Həmçinin Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. Belə ki, iş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, mobil telefon aparatının daxili yaddaşında olan məlumatlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Eyni zamanda, iş materiallarında olan (i.v. səh.96-97) Məhkum narkotik vasitə heroini əldə etdiyi mənbənin, həmin maddələrdən kiməsə satıb-satmamsının müəyyən edilməsi, onun narkotik vasitələ rin dövriyyəsi ilə məşğul olub- olmamasının müəyyən edilməsi edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, istintaq üçün əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə 17 oktyabr 2020-ci il tarixdə verilmiş 12073-1220 nömrəli istintaq tapşırığına cavab olaraq bildirilmişdir ki, (i.v. səh.119) Məhkum narkotik vasitə heroini nə vaxt və kimdən əldə etməsi, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamsı və yaxın əlaqələrinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçiri lməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan əlavə iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 12 oktyabr 2020-ci il tarıxli qərarda Məhkumm tutulduqdan sonra yaşayış yerinə baxış keçirilməsi haqqında qərar qəbul edilsə də, belə əməliyyat axtarış tədbiri həyata keçrilməmiş, sonradan istintaq orqanı tərəfindən də narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən şəxsin yaşayış sahəsində axtarış aparılması barədə qərar qəbul edilməmişdir. Beləliklə, tədqiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, apellyasiya məhkəməsi Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək əməlin tövsifində səhfə yol vermişdir. Bütün şərh olunanlara baxmayaraq apellyasiya instansiyası məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hər hansı sübut əldə edilmədən, Məhkum narkotik vasitəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, əvvəllər narkotik vasitə və yaxud psixotrop maddələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi xalis çəkisi 9,00 qram çəkidə olan narkotik vasitə heroinin əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrkən səhvə yol vermiş və onu düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək cəza təyin etmişdir. Halbuki Cinayət Prosessual Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin CPM-nin 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəal arına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət Prosessual Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təq sirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olmasını digər hər hansı bir sübut olmadan yalnız narkotik vasitə olan heroini Məhkum özünün istifadəsi üçün əldə etdiyi halda hansı məqsədlə bükümlərin hamısını eyni anda üzərində gəzdirdiyini, bunun hansı zərurətdən irəli gəldiyini “ağlabatan” şəkildə izah edə bilməməsi və şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına ilə əsaslandırmışdır. Apellyasiya məhkəmə kollegiyasının “satış məqsədinə” dair gəldiyi nəticəni əsaslandırmaq üçün qeyd etdiyi yeganə bu dəlilini araşdırarkən m əlum olur ki, apellyasiya məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan keçirilmiş, məhkumun üzərindən tapılmış narkotik vasitələrin hamısını hansı məqsədlə öz üzərində gəzdirməsi barədə heç bir araşdırılma aparılmamış, bu barədə məhkumun izahat verməsi belə təklif edilməmişdir (bax: ilkin məhkəmə baxış qərarı, məhkəmə iclas protokolu). Məhkumun həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi eyni məzmunlu “narkotik vasitəni tapması və hamısını üstündə gəzdirməsinə” dair ifadələrinə və bunun səbəbi barədə ağlabatan izahat verə bilməməsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 91.5.10-cu maddəsi təqsirləndirilən şəxsin...ümumiyyətlə ifadə verməkdən imtina etmək....və izahat verməkdən imtina etmək hüququnu təsbit edir. Yuxarıda qeyd edildiyi kimi cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Belə olduğu halda apellyasiya məhkəmə kollegiyasının yanaşmasına əsasən təqsirləndirilən şəxsin öz hüququndan istifadə etməsi (baxmayaraq ki müəyyən izahat verilib), ona qarşı yönəlməli, izahat və ya ifadə verməkdən imtina etdiyi, və yaxud ağlabatan olmadığı halda iş üzrə onun təqsirliyini müəyyən edən hər hansı bir digər sübut olmadığı halda, təkcə həmin izahata əsaslanmaqla şəxsin təqsirli olması barədə nəticəyə gəlmək mümkündür. Aydın məsələdir ki, kassasiya məhkəmə kollegiysı apellyasiya məhkəmə kollegiyasının bu formada gəldiyi nəticəni qanuni və əsaslı hesab edə bilməz. Narkotik vasitənin miqdarı ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı yəni Məhkum ə ldə etdiyi narkotik vasitə olan 9,00 qram heroinin külli miqdarda şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına dair hökmdə qeyd edilənlərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin əldə etmə və ya saxlama məqsədinin müəyyən olunması zamanı, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitənin xırda bükümlərə bölünməsinə” dair xüsusatlara gəldukdə isə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həmin hallara qiymət verərkən “bükümlərə bölünmənin” məhz təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmaması və ya məhz xırda bükümlər şəklində əldə edilməsi hallarını araşdırmalı idi. Lakin müəyyən ol unur ki, baxılan iş üzrə qeyd edilən hal üzrə apellyasiya məhkəmə kollegiyası tərəfindən hər hansı bir araşdırılma aparılmamış, narkotik vasitənin üç bükümdə olmasına formal surətdə “satış məqsədini” təsdiq edən sübut kimi istinad olunmuşdur. Bundan əlavə qeyd etmək lazımdır ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarında əldə etmə və ya saxlama ümumiyyətlə cinayət məsuliyyətinə səbəb olmur. Bütün hallarda CM-nin 234.1-ci maddəsinin tərkibinin yaranması üçün əldə edilən narkotik vasitələrin və ya psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq olmalıdır. Bütün şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməllərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır və məhkəmə qeyd edilən məsələ ilə bağlı konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. Bu baxımdan yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum əməlləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi tövsif edilməli və ona həmin maddə ilə cəza təyin olunmalıdır. Məhkum təyin olunmuş cəza məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyəti nin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinay ətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun cəzasını yüngülləşdirən hallar (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində azyaşlı övladlarının olması), müəyyən olunmuşdur. Kassasiya məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilməsi tələbinə uyğun məhkəmələr tərəfindən müəyyən edilmiş yuxarıda göstərilən həmin halları nəzərə aldığını qeyd edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun müdafiəçisi Musayeva Aynur Bayram qızının kassasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Musayeva Aynur Bayram qızı tərəfindən verilmiş kassasiya şika yəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Apellyasiya məhkəməsinin hökmü məhkumun müdafiəçisinin kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1150/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1150/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver