Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1150/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 və Məhkum iştirakları ilə, Xaçmaz Rayon Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəs i ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin (sədrlik edən hakim: X12) 7 dekabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1979-cu ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası C M-in 178.2.4-cü maddəsinə əsasən təyin edilmiş 6000 manat cərimə və 02 il 04 ay 24 gün nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən hökmlə birləşdirilmiş əlavə cəzaların müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 26 yanvar 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə digər şəxs-X21 da məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X16 və X4 ibarət tərkibdə) 10 may 2022-ci il tarixli qərarı ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə məhkum olunmasına dair Xaşmaz Rayon Məhkəməsinin 1(067)-15/2021 saylı, 7 dekabr 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxslər Ramin Cavadov və Məhkum apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 1,762 qram çəkidə narkotik vasitə heroini əldə edərək həmin narkotik vasitənin 0,772 qramını 26 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Siyəzən şəhəri Gənclik qəsəbəsi, H.Talıbov küçəsi 8№-li binada yerləşən 35 saylı mənzilin qarşısında X13 30 manata sataraq, qalan 0,990 qram narkotik vasitə olan heroini üzərində saxlamışdır. 26 yanvar 2020-ci il tarixdə saat 17 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq X1 şəhəri H.Əliyev küçəsi ərazisində saxlanılaraq gətirildiyi vaxt Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ona məxsus pul qabının içərisindən 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş formada 0,990 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstəriir ki, məhkəmələr tərəfindən sübutlar düzgün araşdırılmamış, şahid ifadələrində olan ziddiyyətlərə qiymət verilməmiş, vəsatət və ərizələrinə baxılmamışdır. Onun üzərindən narkotik vasitə çıxmamış və narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən sübut yoxdur. Özünü təqsirli bilməmiş və hesab edir ki, ərizə və vəsatətlər özünün iştirakı ilə yenidən məhkəmə istintaqında araşdırılmalıdır. Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2022-ci il tarixli qərarının ləğv olunmasını, cinayət işinə özünün iştirakı ilə məhkəmə istintaqı aparılmaqla baxılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şi kayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər h ansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddə sinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkə mə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs t əqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan c inayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilm iş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədal ət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsini məqsədəmüvafiq sayır. Apellyasiya məhkəməsi kassasiya şikayətinini dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, onun CMi 234.2-ci maddəsi ilə nəzərdə t utulan əməli törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, digər təqsirləndirilən şəxs X14 uzun müddətdir ki, tanıyır, aralarında normal münasibətlər olub, hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Bu tanışlıqları dövründə münasibətləri çox gözəl olmuş, dəfələrlə Raminə ehtiyacı olduğu işlərdə köməklik göstərmişdir. 26 yanvar 2020-ci il tarixdə günorta saatlarında Ramin Cavadov özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuş, telefon danışı qları zamanı Ramin ondan hal-əhval tutaraq siqaret alması üçün pul istəmiş, o, da Raminə halhazırda Siyəzən şəhəri Gənclik qəsəbəsində evdə olduğunu, bir azdan Siyəzən şəhər mərkəzinə çıxdığı zaman siqaret alacağını demişdir. Ramin isə ona özünün də Siyəzən şəhəri Gənclik qəsəbəsində olduğunu deyərək yaşadığı evə gəlmək istədiyini demiş, o, da etiraz etməmişdir. Ramin yaşadığı binada olan mənzilin qarşısına gəlmiş və onlar mənzilin qarşısında görüşmüşlər, Raminə 5 manat pul vermiş və Ramin də çıxıb getmişdir. O, Siyəzən şəhər mərkəzinə getmək məqsədilə yaşadığı mənzildən çıxmış, həyətə düşdüyündə Raminin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. O, saat 16 radələrində yaşadığı evdən çıxaraq Siyəzən şəhər mərkəzinə getmiş, mərkəz adlanan hissədə, yəni Siyəzən şəhəri H.Əliyev k üçəsində onu polis əməkdaşı Şahid1 adlı şəxs görərək yanına çağırmışdır. O, həmin vaxt digər Rafiq adlı polis əməkdaşı ilə görüşdüyü zaman Şahid1 Rafiqə onu tutub yanına gətirməsini demişdir. Polis şöbəsində o, pul qabısından aşkar edilmiş sellofan bükülünün ona aid olmadığını, həmin bükülünün oraya sonradan qoyulduğunu bildirmiş, bu barədə protokol tərtib olunmuş və ona ucadan oxunduqdan sonra imzalamışdır. Həmçinin onun pul qabından aşkar olunan bir ədəd ağ rəngli sellofan bükülü də zərfə qoyulmuş və o, da həmin zərfə imza etmişdir. Onun üzərində şəxsi axtarış iki dəfə aparılmışdır. Belə ki, Siyəzən RPŞ-nə gətirilən kimi üzərinə polis əməkdaşları olan Şahid1 və Şahid2 adlı şəxslər saat 16 radələrində baxış keçirmiş, həmin baxış zamanı nə pul qabından, nə üzərindən heç bir qadağan olunm uş əşya aşkar olunmamışdır. Bu hadisədən sonra saat 18-19 radələrində üzərinə vəkilin iştirakı ilə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməsə də, pul qabından bir ədəd şəffaf sellofanda bükülü aşkar olunmuşdur. Onun isə həmin bükülüdən xəbəri olmamışdır. Onu ora polis əməkdaşları özləri qoymuşlar. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 178.2.4 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Siyəzən rayon məhkəməsi barəsində ittihamedici hökm çıxarsa da, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə ona bəraət verilmişdir. Bəraət aldığına görə onu şərləyib tutacaqları barədə ona söz çatdırılmışdır. Siyəzən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 onu Siyəzən şəhəri, H.Əliyev küçəsi, mərkəz adlanan yerdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxladığı zaman rayon polis şöbəsinə gətirilərkən üzərində olan ona məxsus pul qabını və “Kent” markalı siqaret qutusunu yerə atmamış, üzərində axtarış polis şöbəsinə gətirildikdən sonra aparılmış, polis şöbəsində üzərindən çıxan bütün əşyalar, o cümlədən pul qabı da əvvəlcə götürülüb yanında baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş əşya aşkar olunmamış, amma videoçəkilişlə ikinci dəfə üzərində olan əşyalara baxış keçirilərkən pul qabında narkotik vasitəyə oxşayan maddə aşkar edilmişdir. Apellyasiya məhkəməsi Məhkum ona elan olunmuş ittiham üzrə CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşmış və qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı onun ifadəs ində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuş, Məhkum ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Belə ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011 -ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cin ayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən 26 yanvar 2020-ci il tarixdə saat 16:00 radələrin də Siyəzən şəhəri, H.Talıbov küçəsi ərazisində saxlanılan Ramin Cavadovun üzərində aşkar olunmuş narkotik vasitəni Məhkum alması barədə ifadəsinə, şahidlərin ifadələrinə və ekspertiza rəylərinə əsaslanmış, qeyd olunan hallara mötəbər sübüt kimi istinad etmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş digər təqsirləndirilən şəxs X21 ibtidai istintaq zamanı verdiyi ifadəsindən imtina edərək X5 narkotik vasitə almadığını bildirmiş və ibtidai istintaq zamanı bu ifadələri polis əməkdaşları tərəfindən ifziki zorakılığa məruz qaldığı üçün vermək məcburiyyətində qaldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, iş üzrə təqsirləndirilən şəxs X11 qanunsuz olaraq üstündə narkotik vasitə saxlam ası və istifadə etməsi barədə Siyəzən RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, 26 yanvar 2020-ci il tarixdə həmin məlumatın yoxlanılması və Ramin Cavadovun yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün tərəfindən şöbə rəhbərliyinə raportla məruzə olunmuş, bununla bağlı şöbədə müvafiq sənədləşmə aparılmış və Ramin Cavadovun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şöbənin CAB- nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXT-nın polis nəfəri, polis serjantı Şahid4, İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid6, təminat hissəsinin sürücüsü polis nəfəri, polis baş serjantı X3 qrupun tərkibinə daxil ed ilmiş və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbirlə bağlı təlimatlandırılandan sonra Siyəzən şəhəri ərazisində müşahidələr aparmaqla Ramin Cavadovu izləməyə başlamışlar. Həmin gün saat 16 radələrində X24 şəhəri, Gənclik qəsəbəsi, H.Talıbov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının qarşısında qara rəngli «VAZ-2107» markalı, 99RX368 dövlət qeydiyyat nişanlı taksi avtomobilindən düşərək həmin binanın birinci blokuna daxil olduğunu, gəldiyi taksinin isə orada dayanmayıb çıxıb getdiyini müşahidə etmişlər. Təxminən 3-5 dəqiqədən sonra Ramin Cavadov binanın blokundan çıxanda o, əməliyyat müvəkkili Şahid2 və sürücü polis nəfəri Teyyub Abdurrəhmanovla birlikdə Raminə yaxınlaşıb özlərini təqdim etmiş və Ramin Cavadovun üzərində narkotik vasitə olması ehtimalı olduğundan qanunsuz olaraq n arkotik vasitə saxlamaqda şübhəli olduğunu demiş və özləri ilə birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X7 həvalə olunmuşdur. Ramin Cavadovun üstündə narkotik vasitə olması ehtimalı olduğundan üstündə şəxsi axtarış aparılması üçün Ramin Cavadovun hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Ramin Cavadova qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı deyilmiş və bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunaraq Müdafiəçi2 ona təqdim olunmuşdur. Ramin Cavadov üstündə şəxsi axtarış aparılm asına etiraz etməmiş və şəxsi axtarışa başlamamışdan əvvəl üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Ramin Cavadov əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya olmadığını desə də, sonradan o, üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroin olduğunu etiraf etmiş və bundan sonra əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusu çıxarıb açaraq içərisindən bir ədəd ağ rəngli sellofan bükülünü götürüb təqdim etmişdir. Ramin Cavadovun təqdim etdiyi bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmiş və sorğu zamanı Ramin Cavadov bükülünün içərisindəki kütlənin həqiqətən narkotik vasitə olan heroin old uğunu, şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə həmin narkotik vasitəni yaxalanmamışdan bir neçə dəqiqə əvvəl Siyəzən şəhəri, H.Talıbov küçəsində yaşayan tanışı Ramil adlı şəxsdən 30 manata aldığını demişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid5 müstəntiq tərəfindən Ramin Cavadovun üstündə axtarış aparılması tapşırılmış, lakin üstündən əlavə narkotik vasitə və ya cinayət xarakterli başqa heç nə aşkar olunmamışdır. Ramin Cavadovdan götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulmaqla qablaşdırılmış və ağzı möhürlənmişdir. Daha sonra faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır, Ram in Cavadovun üzərində şəxsi axtarış aparılması prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən “Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra Ramin Cavadovun narkotik vasitəni əldə etdiyi Ramil adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, həmin şəxsin iş üzrə təqsirləndirilən şəxs Məhkum olduğu məlum olmuşdur. Bununla bağlı həmin tarixdə onun tərəfindən şöbə rəhbərliyinə raportla məruzə olunmuş və Məhkum yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin davam etdirilməsi üçün müvafiq sənədləşmə aparılmışdır. Həmin gün saat 17 radələrində Məhkum Siyəzən şəhəri, H.Əliyev küçəsində, Mərkəz adlanan yerdə olduğunu müşahidə etmiş və onun üzərində narkotik vasitə olması ehtimalı olduğundan onlar əməliyyat müvəkkili Şahid2 və polis nə fəri Şahid6lə birlikdə Ramilə yaxınlaşmışlar. Məhkum onların yaxınlaşdığını görəndə cibindən bir ədəd "Kent” markalı siqaret qutusunu, bir ədəd pul qabını və bir ədəd "Nokia” markalı mobil telefonu çıxarıb kənara tullamışdır. Onlar dərhal yaxınlaşıb Ramili saxlamış və qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğunu deyərək tulladığı qeyd olunan əşyaları götürməsini təklif etmişlər. Lakin, Məhkum həmin əşyaları götürməkdən imtina etmişdir. Ramili saxladıqları yer şəhərin mərkəzi hissəsi olduğundan həmin ərazidə çoxlu sayda adam olmuş, adamların toplanacağından və səs-küy yaranacağından ehtiyat edib içərilərində narkotik vasitə olması ehtimalı olan siqaret qutusunu, mobil telefonu və pul qabını götürüb Məhkum ilə birlikdə Siyəzən RPŞ-nə aparmışlar. Növbətçi hissədə Mə hkum bir daha siqaret qutusunu, mobil telefonu və pul qabını götürməyi təklif olunmuş, lakin həmin əşyaların Ramil özünə məxsus olduğunu etiraf etsə də, götürməkdən imtina etmişdir. Məhkum üstündə narkotik vasitə olması ehtimalı olduğundan şəxsi axtarış aparılması üçün onun hüquqlarının müdafiə olunmasından ötrü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 növbətçi hissəyə dəvət edilmişdir. Bundan sonra Məhkum qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli olduğuna görə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış aparılacağı bildirilmiş və bununla bağlı hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmaqla Müdafiəçi3 təqdim olunmuşdur. Məhkum üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı bir əşya varsa onl arı təqdim etməyi təklif olunmuş və Məhkum üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra o, müstəntiqin tapşırığı ilə Məhkum üzərində axtarış aparmış, lakin üstündən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra Məhkum məxsus olmaqla saxlanılmamışdan əvvəl tulladığı və polis əməkdaşları tərəfindən götürülərək Ramilin özü ilə birlikdə şöbənin növbətçi hissəsinə apardıqları "Kent” markalı siqaret qutusuna və pul qabına baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisindən narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar edilməmişdir. Lakin pul qabına baxış zamanı onun içərisindən 01 ədəd "Albalı” kart, 01 ədəd "Araz” super marketə məxsus kart, 01 ədəd "Bolmart” bonus kartı, 01 ədəd üzər ində məxfi kod yazılmış kağız parçası, 01 ədəd "emanat” pul köçürməsinə dair qəbz, 04 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 37 manat məbləğində pul və 01 ədəd ağ rəngli sellofan bükülü aşkar edilmişdir. Pul qabının içərisindən aşkar edilmiş sellofan bükülünün içərisində qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmiş, sorğu zamanı Məhkum pul qabının ona məxsus olduğunu etiraf etmiş, lakin pul qabının içərisindən aşkar edilmiş kütlənin ona məxsus olmadığını demiş və məsuliyyətdən boyun qaçırmaq məqsədilə həmin kütlənin pul qabının içərisinə guya sonradan polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Məhkum məxsus pul qabının içərisindən aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsindən ötrü yeni dən bükülərək bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılmış və ağzı möhürlənmişdir. Daha sonra faktla bağlı müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib edilərək ucadan oxunmu və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum üzərində şəxsi axtarış aparılması və ona məxsus əşyalara baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi polis nəfəri Şahid4 tərəfindən "Nikon” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Siyəzən RPŞ-nin İTBnin polis sahə nəfəri Şahid6, Siyəzən RPŞ-nin Təminat hissəsinin sürücüsü polis nəfəri X3, Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid5 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarınd a olan və aşağı instansiya məhkəmələrində məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2020-ci il tarixli 2096 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində "Məhkum məxsus pul qabından aşkar olunaraq götürülmüş...” və s. sözlər və imzalardan ibarət yazı olan1 ədəd bükümdə olan təmiz çəkisi 0,990 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; 27 yanvar 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs X2 Ramil Rafiq oğlunun üzünə qarşı bildirmişdir ki, 26 yanvar 2020-ci il tarixdə istifadəsində olan 077548-23-58 nömrəli mobil telefondan Məhkum istifadəsində olan 070405-0650 mobil nömrəyə zəng vurub ondan narkotik vasitə heroin istəmiş, Ramil ona Siyəzən şəhəri, G ənclik qəsəbəsi H.Talıbov küçəsində yaşadığını və evinin yerini təxmini demişdir. O, narkotik vasitə istifadəçisi olduğundan Ramilin yaşadığı binaya gedib, bina ilə üzbəüz durarkən sağ tərəfdəki axırıncı blokun 3-cü mərtəbəsinə qalxırmış və qapını döydükdən sonra Ramil qapını açaraq, ona 30 maat müqabilində narkotik vasitə olan heroin vermişdir; Məhkum isə Ramin Cavadovun verdiyi ifadə ilə razılaşmayaraq, Raminə polisin adamı olduğunu və ondan bəraət hökmünün qisasını aldıqlarını, Ramin Cavadov onun evinə gələrkən ona 5 manat pul verdiyini söyləmişdir. Apellyasiya məhkəməsi işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib hesab etmişdir ki, Ramin Cavadovun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsinin ittihamı təsdiq edən hissəsi həqiqətə uyğundur, məhkəmədə verdiyi ifadələ r isə təqsirləndirilən şəxslərin məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslərin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə almış və buna görə də X11 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini mötəbər ifadələr kimi qəbul edib haqlı olaraq həmin ifadələrə istinad edilməsini əsaslı saymışdır. Həmçinin, iş üzrə dindirilmiş taksi sürücüsü və eyni zamanda Namiq adlı şəxs Ramin Cavadovun 26 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Məhkum yaşadığı ünvana məhz narkotik vasitə əldə etmək və onun müəyyən hissəsinin Namiq adlı şəxsə vermək üçün getməs i barədə ifadə vermişdir ki, həmin ifadə də Məhkum ifadələrini təkzib etmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cinayət tərkibini təşkil edən əlamətlərə hüquqi qiymət verməklə Məhkum hazırkı cinayət işi üzrə olan əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi və ona həmin maddə ilə cəza təyin edilməsi barədə qənaəti işin həqiqi hallarına uyğun olmuş və təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından düzgün nəticəyə gəlinmiş, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verilməklə təqsirləndirilən şəxsin Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsinin məsuliyyətdən boyun qaçırma kimi qiymətləndirilməsi əsas göstərilməklə yekun nəticə əldə edilmişdir. Birinci instansiya məhkəməsi də şahid ifadələrini, ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edərək məhkum Ramil Məmmdəxanlının əməlində CM-in 234.2-ci maddəsinin tərkibinin olması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyini əsaslı sayan kassasiya məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitə lərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından h əmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir.Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfə ət əldə etmə başa düşülür. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum narkotik vasitəni satması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum narkotik vasitəni satması cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla məhkum qəbul olunmasının yolverilməzliyini iddia etsə də, öz təsdiqini tapmışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutlar ın, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər h ansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlə rinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqi q etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən et məklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasınd a nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası mə hkəməsinin cinayət işi üzrə müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum cinayət əməlini törətməsində təqsirliliyi, həmçinin əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun təqsirli olmaması barədə dəlilləri subyektiv mülahizələrdən ibarət əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2022-ci il tarixli qərarı qa nuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1150/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1150/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver