Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1151/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta texniki təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ün van2 inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4, 310 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli 1(103)-264/2024 nömrəli qərarından zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 1(101)-264/2023 nömrəli hökmü ilə (hakimlər: S.A.Məmmədzadə (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.4, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 75.1.1-ci maddəsi ilə müəyyə n olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, ona CM-in 320.1-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-in 178.2.4cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli 20 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli qərarına əsasən Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə elan olunmuş ittihamdan dövlət ittihamçısı imtina etdiyindən cinayət işinə həmin hissədə xitam verilmişdir. Hökmlə həmçinin zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaları qismən təmin edilərək Məhkum 12.625 (on iki min altı yüz iyirmi beş) manat məbləğində pul Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə tutulmuş, mülki iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmənin həmin hökmündən məhkum olunmuş şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli 1(103)-264/2024 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il ta rixli 1(101)-264/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrinin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə digər şəxsi təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. Belə ki, istintaq orqanının gəldiyi nətic əyə görə, Məhkum özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirtmək məqsədilə 2021-ci ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə tanış olduğu Zərərçəkmiş şəxs1 aralarında olan söhbət zamanı məhkəmə və prokurorluq orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə yaxın tanışlıq münasibətlərinin olduğunu, həmin vəzifəli şəxslərin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 hüquqlarını müdafiə etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 29, 318.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid1 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə gö rə, yəni zərərçəkmiş şəxslə barışmadan, dəymiş ziyanı ödəmədən, yaxud əməlin ictimai təhlükəli nəticələrini başqa cür aradan qaldırmadan qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda yuxarı instansiya məhkəmələrində səlahiyyətli məhkəmə və prokurorluq əməkdaşlarına birbaşa yolla özü vasitəsilə hissə-hissə Zərərçəkmiş şəxs1 tələb edəcəyi məbləğdə maddi nemət olan pul vəsaitinin verilməsi müqabilində Şahid1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan azad etdirəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edib Zərərçəkmiş şəxs1lə sövdələşməklə 28 iyul 2021-ci il tarixdə sonuncudan Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerlə şən “50 qəpik” kafesində 2.000 manat, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni məqsədlə 2021-ci ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən “Alman Apteki”-nin qarşısında 2.500 manat, 2021-ci ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Hüseyn Cavid” parkında 3.500 manat, 2021-ci ilin sentyabr ayının istintaqla müəyyən edilməyən günündə ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Məhkəməsinin inzibati binasının qarşısında 13500 manat məbləğində olmaqla Şahid1 qardaşı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus pulları sonuncudan əlbəəl alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 8.500, Zərərç əkmiş şəxs2 13.000 manat məbləğində pulunu vahid niyyətlə, ümumilikdə isə xeyli miqdarda 21.500 manat məbləğində əmlaklarını dələduzluq yolu ilə ələ keçirmiş, daha sonra görəcəyi işdə qarşı tərəfdə inam və görüntü yaratmaq, eləcə də istifadə etmək məqsədilə 2021-ci ilin avqust ayının birinci yarısında istintaqa məlum olmayan ünvanda və üsulla Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin adından məzmununa “№ 08/373. 10 avqust 2021-ci il. Bakı şəhəri 2 saylı Vəkillər Bürosunun vəkili Şahid2. 04 avqust 2021-ci il tarixli № 851 saylı məktubunuza cavab olaraq bildirirəm ki, xəstə Şahid1 24 iyul 2014-cü il tarixində Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə daxil olmuş və təlimata uyğun olaraq ona zəruri tibbi yardım göstərilmişdir. Müayinə zamanı xəstə Şahid1 ürəyin işemik xəstəliyi, sol mədəci yin ön divarının kəskin transmural miokard infarktı, ürək çatışmamazlığının l-İl dərəcə diaqnozu qoyulmuşdur və nəticədə mərkəzin reanimasiya şöbəsində intensiv müalicə aparılmışdır. Xəstə Şahid1 səhhətində baş verən ciddi problemlər izah edilmiş, kardio əməliyyat aparılması zəruri olması bildirilmişdir və əməliyyat aparılmasa bu fəsadlar barəsində məlumat verilmişdir. Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Baş həkimi Yusif Əliyev. Səhiyyə Elmi Cərrahiyyə Mərkəzi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Təbibli 4” məlumatlar daxil edərək və istintaqa məlum olmayan üsulla Elmi Cərrahiyyə Mərkəzinin Baş həkimi Yusif Əliyevin elektron imzasının kserosurətini köçürtməklə hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlamış, hə min əməlləri ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. Bundan başqa, Məhkum 9 fevral 2022-ci il tarixdə, saat 13:22-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahid7 istifadəsində olan ** *-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək özbaşına özünü vəzifəli şəxs Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı kimi, 12 fevral 2022-ci il tarixdə saat 10:10 və 25 fevral 2022-ci il tarixdə saat 16:48-də Dövlət Vergi Xidmətinin rəisinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək vahid niyyətlə təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı - barəsində xidməti araşdırma aparılan Şahid5 xidməti fəaliyyəti ilə bağlı yol verdiyi nöqsanlara görə cəzalandırılmaması və vəzifədən azad edilməməsini tələb etməklə, həmin əməlləri ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, e ləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan əlavə, Məhkum 01 mart 2022-ci il tarixdə, saat 14:53-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Bakı Apellyasiya Məhkəməsinin hakimi X7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı kimi təqdim edib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid8 məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul etməsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının h üquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, Məhkum 01 aprel 2022-ci il tarixdə, saat 16:11-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin baş direktoru Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib həmin Birliyin İnsan Resurslarının idarəedilməsi şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən Şahid9 əvvəlki vəzifəsinə, yəni böyük mütəxəssis vəzifəsinə qaytarılmasını tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Naz irliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan əlavə, Məhkum 13 aprel 2022-ci il tarixdə, saat 10:38-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Şahid11 barəsində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin İstintaq və Təhqiqat idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə 800.000 manat məbləğində vergi borcunun ödənilməsindən ötrü Şahid11 möhlət verilm əsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, Məhkum 05 may 2022-ci il tarixdə, saat 18:21-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Bakı Slavyan Universitetinin rektoru X5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib həmin universitetin məktəbəqədər təhsil şöbəsinin İV kurs tələbəsi X2 müəllim kimi əlavə dərs saatının verilməsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşd ur. Bundan başqa, Məhkum 06 may 2022-ci il tarixdə, saat 10:52-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən "xxxx" ASC-nin sədr müavini X3 ***-***-**-** saylı xidməti telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib tanışı X8 "xxxx" ASC-də məsul vəzifəyə təyin edilməsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan əlavə, Məhkum 06 may 2022-ci il tarixdə, saat 11:26-da istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininin istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən elan ediləcək tenderlərlə bağlı məlumat verilməsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli 1(103)-264/2024 nömrəli qərarının dəyişdirilməsi və Məhkum qarşı mülki iddia tələbinin tam təmin olunaraq 20.000 (iyirmi min) manat maddi ziyanın məhkumdan tutularaq ona ödənilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi A.Hüseynovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində mülki iddianın tam təmin edilməsi və maddi ziyanın məhkumdan tutularaq ona ödənilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cin ayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-in 178.2-ci maddəsinə görə “Eyni əməllər: 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 310-cu maddəsinə əsasən “Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsə nilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə isla h işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Az ərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin və mülki iddiaçının kassasiya şikayətinin mülki iddia tələbi ilə əlaqədar dəlilləri əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar apelyasiya instansiya məhkəməsinin qərarında və birinci instansiya məhkəməsinin hökmündə geniş şərh verildiyindən məhkəmə kollegiyası təkrar geniş şər hi zəruri hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əssən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki pro sessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əssən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-in 181-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin süb uta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsini əks etdirir. İş materiallarından olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizələrindən görünür ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar 14.500 manat əsas borc (alınıb qaytarılmamış məbləğ), 330 manat kompensasiya, 96 manat ibtidai istintaq orqanına çağırışlarla bağlı nəqliyyat xərcləri, 3000 manat mənəvi ziyanın əvəzi, 2150 manat itirilmiş gəlir, 150 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 20.226 manat pulun təqsirləndirilən şəxs Məhkum onların nəfinə tutulmasını xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apelyasiya instansiyası məhkəməsi iddia tələblərinin kompensasiyanın, nəqliyyat xərclərinin, m ənəvi zərərin və itirilmiş gəlirin ödənilməsi ilə bağlı düzgün olaraq belə nəticəyə gəlmişlər ki, mənəvi tələbin dəyərinin, habelə digər tələblərin nə ilə əsaslandırılması və sübuta yetirilməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq mülki iddiaya münasibətdə belə yekun nəticəyə gəlmişlər ki, iddia tələbi cinayət əməli nəticəsində vurulmuş ziyanla bağlı hissədə 12.475 manat həcmində və dövlət rüsumu olaraq 150 manat həcmində olmaqla, ümumilikdə 12.625 (on iki min altı yüz iyirmi beş) manat məbləğində təmin edilməlidir. Məhkəmə k ollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin 10 aprel 2024-cü il tarixli 3-1617/35/2-820/2024 saylı məktubundan görünür ki, Məhkum 10 aprel 2024-cü ildə müalicə müəssisəsində ölmüşdür. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmi n edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli 1(103)-264/2024 nömrəli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2024-cü il tarixli 1(103)-264/2024 nömrəli qərarı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kasassiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1151/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1151/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver