Məhkəmə qərarları › İş №1(102)-1152/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1152/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1152/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Xüsusi ittihamçı - X1, Xüsusi ittihamçının nümayəndəsi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Məmmədli Orxan Məmmədqulu oğlu, Bəraət verilmiş şəxs - X2 iştirakları ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən xüsusi ittihamçı X1 nü mayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən Kiçibəyov Atabəy Qələbəy oğlu) xx xxxx 1991-ci ildə Lerik rayonunun Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Lerik şəhəri, ünvan 1-də yaşayan X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə X2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, İnstaqram, Youtube və Whats App sosial şəbəkələrində X3 və X2 təhqir edən şəxsi görüntüləri yaymışdır. Hökmdən xüsusi ittihamçılar X3 və X1 və məhkum edilmiş şəxs X2 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim K.S.Bəşirov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ləğv edilmiş, X2 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-cü maddəsi ilə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən xüsusi ittiham çı X1 nümayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək xüsusi ittihamçı X1 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə xüsusi ittihamçının, onun nümayəndəsinin və bəraət verilmiş şəxsin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və y a kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-ni n 148-ci maddəsi ilə bəraət verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən xüsusi ittihamçı X1 nümayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar