Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1152/2022 03.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarından Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim X2) 25 noyabr 2021ci il tarixli hökmü ilə xx.xx.1989-cu ildə Lerik rayonu, Kıncıvo kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Kıncıvo kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək CM-in 29,178.2.4-cü maddəsi ilə barəsində 02 (iki) il müddətinə a zadlıqdan məhrum etmə cəzasına, CM-nin 310-cu maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 32.4,312.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 24 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X5 v ə X6 ibarət tərkibdə) 24 fevral 2022-ci il tarixli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkumnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4, 310 və 32.4, 312.1 -ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına sə bəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə tanışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən Şahid1 ilə 2020-ci ilin oktyabr ayında sonuncunun göstərilən tarixdə faktiki xidmət etdiyi Xocavənd rayonu ərazisində görüşərək, sonuncuya özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin əməkdaşı kimi yalandan təqdim edərək, müvafiq Xidmətdə rəhbər vəzifəli şəxslər lə olan yaxın münasibətlərinə əsasən Şahid1 guya həmin Xidmətin Hərbi-Əks Kəşfiyyat İdarəsinə zabit rütbəli vəzifəyə işə qəbul edilməsinə köməklik göstərə biləcəyini və müvafiq münasibətlərinə əsasən həmin məsələni qısa müddətdə həll etmək imkanında olduğunu sonuncuya yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni həll edəcəyini vəd verərək inandırmaqla sonuncunun razılığını almaqla onunla sövdələşib, göstərilən məbləğdə puldan həmin adla Şahid1 24 avqust 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən "Atlantis” restoranında ilkin olaraq 800 (səkkiz yüz) manatı qəbul edən zaman Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət başında yaxalandığından bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Şahid1 məxsus 5.800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar fiziki və hüquq i şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 32,4,312.1 maddəsilə tövsif olunması əsassızdır, belə ki, məhkəmə prosesində iştirak edən və şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadə və izahatlarında Məhkum onun telefon ekranında göndərdiyi kişi foto şəklini onun dayısı kimi təsdiqləmişdir. Bu ndan sonra Şahid1 Məhkum tərəfindən onu aldatdığını bilmiş və Məhkum ifşa etmək üçün şikayətçi olmuşdur. Məhkum dayısı kimi olaraq uydurduğu mövcud olmayan vəzifəli şəxsə heç bir halda rüşvət verə bilməzdi, başqa halda rüşvəti verməyə cəhd edirsə rüşvəti kimə verəcəkdi. Göründüyü kimi ibtidai istintaq zamanı Məhkum barədə tətbiq edilmiş Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsi əməlində təsdiq edilmir, həmçinin CM-in 178-ci maddəsinin prinsipi bundan ibarətdir ki, şəxsin əməlinin nəticəsi olaraq maddi ziyan vurulmalı; zərər vurmaya uyğun olaraq zərərçəkmiş şəxs qismində kimsə tanınmalıdır. Adı çəkilən maddənin əlamətləri Məhkum əməllərində mövcud deyildir. Məhkum barədə tətbiq edilmiş CM-in 310-cu maddəsində nəzərdə tutulan əməllər qismən Məhkum tərəfindən törədilmişdir, lakin bu hal da onun barəsində qəbul edilmiş məhkəmə aktları cəza hissəsində ədalətsizdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barədə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzg ünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti ol mayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun əməlinin Cinayət Məcəlləsinin 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilməsi, cəza təyininə dair qanunvericiliyin tələblərinin pozulması mübahisələndirilir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və süb utlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu i lə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictim ai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsi n cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiy ası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsinə əsasən o, özünü qismən təqsirli bilmiş və bildirmişdir ki, X13 üzrə Dövlət Komitəsinin Lerik rayonu Sipyəreqon kənd məscidi üzrə dini icmanın sədri vəzifəsində işləmişdir. 2-ci Qarabağ müharibəsi dövründə, Xocavənd rayonu ərazisində döyüş bölgəsi olan yerlərə qida v ə geyimdən ibarət olan humanitar yardımın çatdırılmasında vasitəçi kimi iştirak etmişdir. 2020-ci ilin oktyabr ayında Xocavənd rayonu ərazisində döyüş mövqeyində yardımı təhvil verdiyi zaman Şahid1 adlı hərbçi ilə tanış olmuşdur. Özünü Şahid1 DTX-nin Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim etməmişdir, lakin həmin mərkəzdən bir çox tanışlarının olduğunu bildirmiş, lazım olarsa ona işi ilə bağlı kömək edə biləcəyini bildirmişdir. Bu söhbətdən sonra Kamil ilə münasibəti yarandığı üçün o Kamilin mobil telefon nömrəsini götürmüşdür. Söhbət əsnasında Kamil onun Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə işə qəbul edilməsinə köməklik göstərməyini xahiş etmiş, o isə Kamilə köməklik göstərməyə çalışacağını bildirmişdir. Bundan sonra Bakı şəhəri Yasamal RPİ-nin əməkdaşı olan K nyaz adlı tanışına müraciət etmişdir. Knyazı təxminən 6-7 il olar ki, tanımış, onunla olan söybət əsnasında Knyaz DTX-də işləyən tanışlarının çox olduğunu, hətta Aydəmirov soyadlı tanışının olduğunu, həmin Xidmətə aid hansısa iş olduğu təqdirdə bununla bağlı ona müraciət edə biləcəyini demişdir. Kamil ondan müvafiq xahişi etdikdən sonra o, bu barədə Knyaza demiş və buna cavab olaraq X10 Təhlükəsizliyi Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə işə qəbul edilməsinə köməklik göstərməyə çalışacağını bildirmişdir. Həmçinin, Knyaz göstərilən işə görə Kamildən hansısa məbləğdə pul istənilmədiyini, sadəcə olaraq Kamilin işi alındığı təqdirdə onun deyəcəyi şəxsə 5.000 manat verməyin lazım olduğunu bildirmişdir. O da Kamilə Knyazın dediklərini bildirmiş, yəni onun Dövlət Təhlükəsizliyi Xidmətinin Hər bi-Əks Kəşfiyyat İdarəsinə işə qəbul olunmasına görə iş alındıqdan sonra 5.000 manat verməyin, ilkin olaraq isə 800 manatı ona verməyin lazım olduğunu, göstərilən pulun Kamilin işə qəbul edilməsi ilə bağlı sənədlərin hazırlanmasına görə olduğunu bildirmişdir. Kamil onun bu təklifi ilə razılaşmışdır. 24 avqust 2021-ci il tarixdə saat 16:30 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 20 ünvanında yerləşən "Atlantis” restoranında Kamillə görüşmüşüb ondan 800 manat pul almışdır. Bundan dərhal sonra, yəni 800 manat pulu aldığı vaxt da ona KQMBİ-nin əməkdaşları yaxınlaşaraq əməliyyat tədbiri keçirdiklərini bildirib müvafiq faktları rəsmiləşdirmişlər. Kamildən aldığı 800 manatı öz fikri əsasında almış, həmin puldan hansısa məbləği kiməsə verməmiş, özünün çəkmiş olduğu yol xərclə ri ilə bağlı Kamilə yalan bəhanə gətirərək 800 manatı istəmişdir. Kamillə aralarında yaranmış tanışlıq münasibətlərinin pozulmasına, həmçinin Kamilin ona qarşı doğru olmayan ifadə verməsinə əsas səbəb isə 2-ci Qarabağ müharibəsi dövründə, döyüş bölgəsinə çox sayılı generator aparmasına baxmayaraq növbəti gedişində onları görmədiyi üçün, həmçinin yardım məqsədi ilə toplanmış pulların hara və necə xərcləndiyini soruşduğu, xərclənən pullarla bağlı qəbzləri tələb etdiyi və onlardan hesabat vermələrini istəməsi olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayından etibarən N saylı hərbi hissədə batareya komandiri vəzifəsində işləmişdir. 2-ci Qarabağ müharibəsi dövründə, yəni 2020- ci ilin oktyabr ayında Xocavənd rayon u ərazisində döyüş mövqeyində olarkən, olduğu mövqeyə qida və geyim vasitələrindən ibarət olan humanitar yardımın gətirilməsində vasitəçi kimi gəlib özünü DTX-nin Antiterror Mərkəzinin əməkdaşı olan Araz Həsənzadə ilə tanış olmuşdur. Bundan sonra Araz yenidən yardımların gətirilməsi üçün onun mobil telefon nömrəsini götürmüş və ona zəng edəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra, 2020-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı gündə Araz öz istifadəsində olan mobil telefon nömrəsindən ona zəng edərək Xocavənd rayonu ərazisində döyüş mövqeyində olduğu mövqeyə yardım gətirəcəyini bildirmiş, daha sonra isə həmin yardımı Araz gətirib onun olduğu mövqeyə təhvil vermişdir. Bundan sonra o, Arazın maşınsız olduğunu görmüş və Arazın özünü DTX əməkdaşı kimi təqdim etdiyinə görə kömək olsun dey ə Arazı Cəbrayıl rayonunun Daşkəsən kəndinə öz xidməti istifadəsində olan Ural markalı maşınla apara biləcəyini təklif etmişdir. Onun bu təklifinə Araz razılıq vermişdir. Maşında olarkən Araz yenidən özünü DTX-nin Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edərək, işinin Qafqaz Müsəlmanları İdarəsi istiqaməti üzrə olduğunu, dayısının DTX-nın rəis müavini general Araz Əhmədov olduğunu deyib, onu Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə zabit rütbəli vəzifəyə işə qəbul edə biləcəyini, həmin idarə üzrə N saylı hərbi hissədə işləyə biləcəyini bildirmişdir. Daha sonra Araz onun sualına cavab olaraq bildirmişdir ki, o, bunun müqabilində ilkin olaraq 800 manat pul verməli və həmin pulun verilməsindən sonra Araz həmin pulu DTX-nın Kadrlar İdarəsinin rəisinə verəcəyini, sonuncu nun da müvafiq pulu aldıqdan sonra onun barəsində olduğu rayon üzrə zəruri sorğuları göndərəcəyini, sorğunun cavabı alındıqdan sonra isə onun Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə zabit rütbəli vəzifəyə işə qəbul olunmağı barədə əmrin veriləcəkdir. Bundan sonra isə əlavə olaraq dayısı Araz Əhmədova 5.000 manat verməli olduğunu, sonra onun DTX-nın Zığ qəsəbəsində yerləşən hərbi hissəsində N ay kurs keçdikdən sonra isə öz hərbi hissəsində xidməti vəzifəsinin icrasına başlayacağını bildirmişdir. O da Araza inanaraq sonuncunun dedikləri ilə razılaşmışdır. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayına qədər Arazla müvafiq işi barədə mütəmadi telefon danışıqları aparmışdır. 2021-ci ilin mart ayında o, məzuniyyətə çıxıb Astara rayonunun Pensər kəndinə getmişdir. Həm in vaxtı Lənkəran rayonu Mərkəzi Xəstəxanasında müalicədə olarkən Arazla Lənkəran rayonunda Ləvəngi dairəsi yaxınlığında görüşərək onun yaşadığı evə gətirmişdir. Evdə olarkən Araz DTX-nın rəis müavini general Araz Əhmədovun dayısı olduğunu demiş və xatırlamadığı telefon nömrəsinə zəng etmişdir. Cinayət işinin materiallarında olan "Baxış keçirilməsi haqqında” 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman Məhkum üzərində olan özünə məxsus arxa tərəfi qızılı rəndli bir ədəd "Samsung” markalı mobil telefonu, habelə şalvarının sol yan cibində olan 8 ədəd 100 manatlıq əskinasları (C56883553, C71968198, C56883551, C56883552, C40090577, C71968180, C71968175, C56883554 seriya və nömrəli) könüllü olaraq araşdırmaya təqdim etdi. Məhkum şalvarının sol yan cibində olan 800 manat pul vəsaitini Astara rayon sakini Şahid1 aldığını bildirdi. Belə ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində batareya komandiri vəzifəsində işləyən, baş leytenant Şahid1lə "Vətən müharibəsi” zamanı hərbi hissələrə yardım apararkən tanış olmuş, özünü Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim etmiş, bundan sonra Şahid1 5800 manat pul müqabilində Dövlət Təhlükəsizlik Xidmətinə keçirilməsi təklifini etmiş, sonuncu razılıq verdikdən sonra ilkin olaraq həmin məbləğin 800 manatını ondan tələb etmişdir. Şahid1 800 manat pul məbləğini 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin "20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən "Atlantis” restoranının ümumi zalında ona təqdim etmişdir. Məhkum, həmçinin K.X3 Xidmət inə keçirilməsinə Yasamal rayon Polis İdarəsinin Knyaz adlı əməkdaşının köməkliyi ilə nail olacağını, Şahid1 gələcəkdə alacağı 5000 manat pulu Knyaz adlı şəxsin tapşırığı ilə adının gələcəkdə deyiləcəyi şəxsə verəcəyini bildirdi. Həmin vaxt gündüz hava şəraiti ilə bağlı aşkar edilmiş əskinasların xüsusi cihaz vasitəsilə ultrabənövşəyi şualar altında işıqlandırılması qeyri mümkün olduğundan, həmin prosedurun yerinə yetirilməsi və baxışın davam etdirilməsi üçün saxlanılmış şəxs əməliyyat qrupunun müşahidəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparıldı və orada istintaq hərəkəti davam etdirildi. Baxış davam etdirilərək aşkar edilmiş həmin əskinaslar ultrabənövşəyi şualar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən 5 ədəd 100 manatlıq əskinasların (C56883 552, C40090577, C71968180, C7İ968175, C56883554 seriya və nömrəli) üzərlərində limuniset qələmlə "Nəzarət 2021” sözlərinin yazıldığı müəyyən baxış zamanı Məhkum üzərində aşkar edilən müvafiq olaraq C56883553, C71968198, C56883551, C56883552, C40090577, C71968180, C71968175, C56883554 seriya və nömrəli 8 (səkkiz) ədəd 100 (yüz) manatlıq əskinaslardan ibarət 800 (səkkiz yüz) manat məbləğində pul, Məhkum məxsus arxa tərəfi qızılı rəngli bir ədəd "Samsung” markalı mobil telefon götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. Məhkum istifadəsində olan gümüşü rəngli "Mercedes E240” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin arxa şüşəsinin qarşısındakı saxlanc yerindən Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surəti, ona məxsus 3/4 fotoşə killər və digər zəruri sənədlər, habelə arxa oturacaqda müxtəlif şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin surətləri, qabaq sağ tərəfdə saxlanc yerində müxtəlif şəxslərə məxsus əmək kitabçası, "Covid 19" pasportunun və digər sənədlərin surətləri, özünə məxsus olan diplom və şəxsiyyət vəsiqəsinin əsli, habelə ağ konvertin içərisində 10 ədəd 100 manatlıq (A77335679, A33067732, A79553060, C23755387, B05827899, A42470076, A30427646, B12812116, C52146173, C85487180 seriya və nömrəli), 2 ədəd 50 manatlıq (A15918683, A86193428 seriya və nömrəli), 2 ədəd 20 manatlıq (B42269122, B73793673 seriya və nömrəli) əskinaslar, ümumilikdə 1140 manat pul aşkar edildi və qeyd edilənlər götürülüb, müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. Məhkum deməsinə görə qeyd edilən sənədlər dini təhsil almağ a köməklik göstərilməsi üçün həmin şəxslərin özləri tərəfindən ona verilmiş, 1140 manat pul isə Lerik rayonu, Kıncıkvu kəndində yerləşən "İmamzadə” türbəsinin və həmin türbəyə gedən avtomobil yolunun təmiri üçün Hacı Ramazan adlı şəxs tərəfindən atasına verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sənədlərin Məhkəmə Texniki Ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 5/952 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 08 ədəd C56883554, C56883553, C56883552, C56883551, C71968175, C71968180, C40090577, C71968198 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdırlar və eyni nominallı həqiqi pul əskinaslar ı ilə eynilik təşkil edirlər. Təqdim edilmiş C40090577, C71968180, C71968175, C56883552, C56883554 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasların üzərində ultrabənövşəyi işıqda görünən "Rüşvət 2021” yazıları müəyyən edilmişdir. Təqdim edilmiş 03 ədəd C71968198, C56883551, C56883553 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində ultrabənövşəyi işıqda görünən "Rüşvət 2021” yazıları müəyyən edilməmişdir. (i.v. 122-125) Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdiyi etiraf ifadələri ilə yanaşı, iş üzrə rüşvət verməyə təhrik edilmiş Şahid1, şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndində göstərilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti b u əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzlu q etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göst ərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum aldatma və etibardan suiistifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla də ləduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 29, 178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiy mətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbayca n Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavi rə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməkl ə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallar ının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli o lan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.Kassasiya şikayətində mübahisələndirilən Məhkumnın barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi törətdiyi cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə tə yin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə, habelə cinayətlərin məcmusu üzrə ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır Belə ki, Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları n qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakte rinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmi ş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları dax ilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999- cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cin ayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum azadləqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız sayaraq təyin edilən cəzanın növünün növünün dəyişdirilməsi və ya ümumiyyətlə yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmadığını qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcu d deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1152/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1152/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver