Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1152/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddə si ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər: F.H.Əliyev (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 18 avqus t 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) apelolyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ağırlaşdırılmış və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmə nin hökmü ilə Məhkum satış məqsədi olmadan qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 8,337 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Məhkum barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 18 avqust 2021-ci il tarixdə saat 20:35-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən "Diva SPA” sağlamlıq kompleksinin yaxınlığında saxla nılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,580 qram və 4,757 qram olmaqla ümumi təmiz çəkisi 8,337 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143 -146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protestdə qeyd olunur ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünümüdafiə xarakterli ifadələrdir. Onda narkomaniya xəstəliyinin aşkar olunmaması onun külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Məhkəmə narkomaniya xəstəliyindən əziyyət çəkməyən Məhkum üzərindən 2 bükümdə külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilməsi kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları müzakirə edərək hüquqi qiymət verməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişlər. Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə heroinin miqdarı külli miqdarda olmaqla çəkilib 2 ədəd xırda bağlamalara bükülməsi, çəkisi və bükümlərin sayı onun həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını göstərir. Hazırki cinayət işində təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi şəxsi istehlak miqdarından təxminən 55 dəfə çox olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işi üzrə məhkumun əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almadan, yalnız ümumi ifadələrdən istifadə etməklə ittihamın təsdiq olunmadığı qənaətinə gəlmişdir ki. bu da cinayət- prosessual qanunvericiliyin tələbləri baxımından yolverilm əzdir və məhkəmənin gəldiyi qənaət qanunsuzdur. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və heç bir əsaslandırma aparmadan təqsirləndirilən şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilm ədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərql i olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0. 9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 2 21.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinay ət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitə lərin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyəti ndə olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutları n məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyildir, ümumiyyətlə istifadə etməmişdir. 2021-ci ilin avqust ayının 17-də saat 22:00 radələrində avtomobil alverindən tanıdığı do stu ona zəng edərək avtomobilinin benzininin bitdiyini demiş, o da benzin alaraq onun yanına getmişdir. Onlar avtomobili Sumqayıt şəhərində yerləşən “Mero” adlanan əraziyə çatmadan yolun sağ tərəfində saxlamışlar. Onu orada qara maskalı şəxslər tutmuş, onlardan nə səbəbə saxlanıldığını soruşduqda “gedərik baş idarəyə, orada araşdırarıq, sizə dəqiq məlumat verilər” demişlər. 33 yaşı var, bu zamana qədər spirtli içki belə içməmiş, narkotik vasitə qəbul etməmişdir. Birlikdə saxlanıldığı səkkiz nəfərin dördünü tanıyır, ancaq digər dörd nəfəri qətiyyən tanımır. Onları “Mero” adlanan əraziyə çatmadan yolun sağ tərəfində saxladıqdan sonra saat təxminən 22:00-22:30 radələrində polis bölməsinə gətirmişlər. Saxlanılarkən üzərində narkotik vasitə, heroin olmamışdır. X10 adlı polis ona “bunun adı hero indir, yəni kakosdur” demişdir. Polis Bölməsində onu döymüş, ona qarşı işgəncələr tətbiq etmişlər. Təxminən 08:00-08:30-da Baş Mütəşəkkilin əməkdaşları gəlmiş, onları bir-bir ikinci mərtəbəyə qaldırmışlar. Sonra 1-ci polis bölməsinə gətirmiş, X11 müəllim və başqa polislər ona “hadisəni necə deyirik, sən də elə deyərsən” demişlər. Guya o, zibil atmaq üçün getdiyi zaman zibillikdən büküm tapmış və onu cibinə qoymuşdur, ardınca isə “Diva SPA”nın qarşısına gəlmiş, orada saxlanılmışdır. Lakin o, həmin gün “Diva SPA”nın qarşısında olmamışdır. Həmçinin o, avqust ayının 17-də tutulmasına baxmayaraq həmin ayın 18-i tutulmuş kimi rəsmiləşdirilmişdir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadəsində Məhkum göstərmişdir ki, 17 avqust 2021-ci il tarixdə yaşadığı evdən çıxmışdır və zibil atmaq üçün zibilxanaya tərəf getmişdir. Evinin yerləşdiyi küçədə zibilxananın yanına çatanda yerdə iki ədəd sellofan bükümdə nəyinsə olduğunu görmüşdür. Həmin sellofanlar marağını çəkdiyi üçün onları yerdən götürmüşdür. Həmin sellofanların hər birinin içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin narkotik vasitələri istifadə etmək niyyətində olduğu üçün həmin iki ədəd sellofan bükümü götürüb şalvarının sağ yan cibinə qoymuşdur. Lakin başı qarışıq olduğu üçün həmin narkotik vasitələri istifadə edə bilməmiş və həmin narkotik vasitələr cibində qalmışdır. 18 avqust 2021-ci il tarixdə saat 20:35 radələrində Sumqayıt şəhəri, 17 mikrorayon ərazisində yerləşən “Diva SPA” sağlamlıq kompl eksinin yaxınlığında tək dayandığı zaman üç nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ona özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, qərarla tanış edib, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət etmişlər. Etiraz etmədən razılaşıb onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis Bölməsində ona müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış başlayanda ona üzərindəki əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümü, 50 manat pulu və iki ədəd açarı, şalvarının sol yan cibindən isə İphone markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ondan həmin iki ədəd bükümdə nə olduğunu soruşanda polis əməkdaşlarına bildirmişdir ki, həmin kütlələrin hər birinin içərisində narkotik vasitə heroin vardır və həmin heroini Sumqayıt şəhərində yaşadığı küçədə zibilxananın yanından tapmışdır, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış aparılsa da başqa heç nə aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 avqust 2021-ci il tarixdə Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar Baş İdar ə rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün qrup yaradılmışdır. Lakin Məhkum tutulması, eləcə də cinayətin izlərinin aşkar edilməsi ilə bağlı keçiriləcək tədbirlərin Sumqayıt şəhəri ərazisi olduğunu nəzərə alıb birgə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə Sumqayıt Şəhər Polis İdarəsinə məktub ünvanlanmışdır. Həmin məktub əsasında Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən əmr imzalanmışdır. Əmrə əsasən Məhkum ətrafında keçiriləcək tədbirlərdə Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 və həmin şöbənin kiçik inspektoru Şahid4 iştirak etmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Məhkum Sumqayıt şəhəri, 17-ci mikrorayonunda yerləşən “Diva Spa” sağlamlıq mərkəzinin yaxınlığında saa t 20:35-də əməliyyat qrupunun üzvləri ilə birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirilmişdir. Bu məqsədlə 1-ci Polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Bundan sonra Məhkum şübhəli şəxs qismində tutulacağı və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısı təqdim olunmuş, müdafiəçi gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Məhkum paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifd ən sonra Məhkum üzərində narkotik vasitə olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofana bükülmüş kütləni çıxardaraq masanın üzərinə qoymuş, həmin iki ədəd bükümdə narkotik vasitə heroin olduğunu və heroinləri Sumqayıt şəhərində yaşadığı küçədə zibilxananın yanından tapıb üzərində öz istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında o lan raportdan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhkum xx.xx.2021-ci il tarixdə, saat 20:35-də Sumqayıt şəhəri 17-ci mikrorayon “Diva Spa” sağlamlıq mərkəzinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. İşdə olan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Məhkum cinayət əməlini ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsilə qeyri mümkünlüyünü nəzərə alaraq əməliyyat qrupu yaradılması, onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi və saxlanılan zaman onun üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış ye rinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə saat 20:35 radələrində Sumqayıt şəhəri, 17 mikrorayon ərazisində yerləşən “Diva SPA” sağlamlıq kompleksinin yaxınlığında saxlanılmış Məhkum Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. İşə əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 sentyabr 2021- ci il tarixli, 3633 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Məhkum opioidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə göstərilmişdir ki, Məhkum öz deməsinə görə təxminən bir neçə müddətdir ki, arabir, düşəndə narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. İş materiallarında olan ibtidai istintaqı aparan orqanın vəsatətinə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarı ilə Məhkum ***-***-**** və ***-***-**- ** saylı telefon nömrəsindən 01 yanvar 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək olan müddət ərzində edilən zənglərin və sms-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi, SMS mətnləri, sms-lərin məzmunları, nömrə sahibləri və onların barəsində məlumatların “Baksell MMC-dən götürülməsi barədə qərar verilmiş, həmin məlumatlar təqdim edilmiş, ancaq Məhkum tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibt idai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü ma ddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürü lmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1152/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1152/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver