Məhkəmə qərarları › İş №1(102)-1152/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1152/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1152/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə Məhku m1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı ilə isə onların əməlinin ayrı-ayrılıqda CM-in 128-ci maddəsi ilə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Sadıqova Aynurə Vahid qızı) Məhkum1, 9 dekabr 1988-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi ə mək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan və Məhkum2, 6 avqust 1958-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, hər birisi CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək Məhkum1 2 (iki) il müddətə, Məhkum2 isə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 və Məhkum2, hər birisinin şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət onlara təyin edilmiş cəzalardan çıxılaraq, Məh kum1 üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə, Məhkum2 üzərində isə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin həmin hökmlə mülki iddiaçı - "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 mülki cavabdehlər Məhkum1 və Məhkum2 qarşı verdiyi mülki iddiası təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin hökmün təsviriəsaslandırıcı hissəsində ibtidai araşdırma tərəfindən Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihama istinad edilərək göstərilmişdir ki, Məhkum1, qonşusu Məhkum2 ilə bir qrup şəxs halında 5 sentyabr 2022-c i il tarixdə, saat 14 radələrində yaşadığı ünvan 2nvanının damına çıxaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib əlindəki çəkicdən silah qismində istifadə etməklə həmin cəmiyyətə məxsus elektrik naqillərini kəsib, daş hasarı dağıdaraq zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə ümumilikdə 9.361 (doqquz min üç yüz altmış bir) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmiş, özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı cəmiyyətdə çalışan insanlardan üstün tutub sözügedən cəmiyyətdə işləyən fəhlələrin ünvanına uca səslə qeyri-etik, nalayiq ifadələr səsləndirib, digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi məna felərə əhəmiyyətli zərər vurmuş, qərəzli hərəkətlərinin davamı olaraq o, əlindəki kərpic parçasından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 qəsdən vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin arxa səthinin sağ yarısında kürəküstü nahiyənin hematoması ilə müşaiyət edilən xəsarətlər, Məhkum2 isə eyni üsulla, yəni əlindəki kərpic parçasından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 qəsdən vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol baldırın orta-aşağı 1/3-nin ön səthinin sıyrığı və sol aşıq-baldır oynağının ön-bayır səthinin ağrılarla və hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması ilə müşaiyət edilən xəsarətlər yetirərək qərəz li xuliqanlıq etmişlər. İbtidai araşdırma orqanı tərəfindən Məhkum1 və Məhkum2, hər birisinin təsvir edilmiş əməlləri CM-in 186.1 və 221.3-cü maddələri ilə tövsif edilsə də, məhkəmə onların bu əməllərində CM-in 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmamasını müəyyən edərək həmin maddənin məhkum olunmuş şəxslərə qarşı irəli sürülmüş ittihamdan xaric olunması barədə nəticəyə gəlmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmündən Məhkum2 müdafiəçisi Müdafiəçi4, Məhkum1 müdafiəçisi Mustafayev Namiq Cuma oğlu, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının (hakimlər Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin olunmamış, hökm dəyişdirilərək Məhkum1 və Məhkum2, hər birisinin əməlləri CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş və onlara ayrı-ayrılqda 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, qalan hissədə isə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protest inin dəlilləri: CM-in 221.1 və 221.3-cü və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarlarına, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli Qərarına, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, ibtidai araşdırma orqanı tərəfindən Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihama, habelə məhkəmələr tərəfind ən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bunun da nəticəsi olaraq məhkum olunmuş şəxslərin əməllərinin tövsifində səhvə yol verilmiş, qərarda göstərilən əsaslar işin faktiki halları ilə uzlaşmır. Belə ki, Məhkum1 və Məhkum2 mübahisəsi dəri fabrikinin rəhbəri Nümayəndə1la olmuş, sağlamlıqlarına yüngül zərər vurulmuş zərərçəkmiş şəxslərin isə Məhkum1la və Məhkum2la əvvəlcədən heç bir mübahisələri olmamış və onlar hətta biri-birini tanımamışlar. Hadisə zamanı fəhlələr tərəfindən v ideoçəkilişin aparılmasına görə mübahisə yaranmamış və bu çəkiliş məhz məhkumlar tərəfindən xuliqanlıq əməllərini törətdiklərinə görə aparılmış, hadisə isə insanların toplaşdığı ictimai yerdə baş vermiş və şahid qismində dindirilmiş həmin MMC-in fəhlələri də öz ifadələrində Məhkum1 və Məhkum2 onları da nalayiq sözlərlə təhqir etdiklərini, ölümlə hədələdiklərini, daş parçalarını onların üstünə atdıqlarını, bu hərəkətlər nəticəsində işlədikləri müəssisənin iş rejiminin pozulmasını təsdiq etmişlər. Bununla da Məhkum1 və Məhkum2 CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri mənbəyi, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan sübutlarla təsdiq edilmişdir. Kassasiya protestinin müəllifi həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkum olunmuş şəxslərin əməllərinin hüquqi tövsifi ilə yanaşı həmçinin onların barəsində cəza tədbirinin seçilməsi və yekun cəzanın müddətinin müəyyən edilməsi zamanı da cinayət qanunu normasının tətbiqində də səhvə yol vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Məhkum1 və Məhkum2 4 may 2022-ci il tarixdən 5 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanılmış, lakin məhkəmə onlara CM-in 128-ci maddəsi ilə cəza təyin etdikdən sonra həmin 1 gün müddəti onlara təyin olunmuş cəzadan çıxmamış, bununla da CM-in 69.3-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protestində irəli sürdüyü tələbin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında bütün proses iş tirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, məhkumlar Məhkum1 və Məhkum2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumlar Məhkum1 və Məhkum2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olma sı və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin müəllifi öz müraciətində işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların CPMin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini və məhkumlar Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməlinin tövsifində səhvə yol verildiyini, eyni onlara cəza təyin olunarkən cinayət qanunu normasının tələblərinin pozulmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli qərarın qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələ lərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və b u baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətl ə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sü butlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunaraq araşdırılması, onların qanuna müvafiq qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ his səsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hü quqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmi n etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsa sən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətlən dirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə ) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cina yət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmama sını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəl i əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsi n təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmə k; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndiri lən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyasına həmçinin təqsirkarın törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsi həll olunarkən də nəzərə alınmalı və bu zaman da bütün yaranmış şübhələr sonunucun xeyrinə həll edilməklə buna əsaslar müəyyən olunduqda CPM-in 318.1-ci maddəsinin tələblərinə əsasən onun əməlinin CM-in Xüsusi hissəinin hər hansı maddəsindən bundan yüngül olan maddəsinə tövsif edilməsi, yaxud bu və ya digər epizodun və ya CM-in hansısa maddəsinin elan olunmuş ittihamdan xaric edilməsi, barədə qərar qəbul edilməlidir o şərtlə ki, belə qə rar cinayət törətmiş şəxsin müdafiə və digər hüquqlarının pozulmasına gətirib çıxarmasın. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materi alın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübut lara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın bax ılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxl anılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilm əsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan ası lı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğun luğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avro pa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağ a açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, aff irmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutla ra əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Milli qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası Məhkum1 və Mə hkum2 barələrindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir. İlk növbədə bu müraciətlə bağlı cinayət işinin materiallarının, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, Məhkum1 və Məhkum2, hər birisinə qarşı CM-in 221.3-ci maddəsi ilə irəli sürülmüş və birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindikləri ittiham sonuncularla qərəzli münasibətlərdə olan "xxxx" MMC-in nümayəndəsi və faktiki rəhbəri olan Nümayəndə1, onun rəhbərliyi altında həmin MMC-də işləyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, iş üzrə şahid qismində dindirilmiş adı çəkilən MMC-in fəhlələrinin ifadələrinə, məhkəmə-tibbi ekspertizasının 8 sentyabr 2022-ci il tarixli 1909 və 1910 saylı rəylərinə əsaslanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında bu sübutların hamısı, apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında isə - bir qismi tam və hərtərəfli araşdırılmış, lakin ibtidai araşdırma orqanından və birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi araşdırılmış sübutlara, o cümlədən məhkum olunmuş şəxslərin cinayət təqibibinin bütün mərhələlərində verdikləri eyni məzmunlu ifadələrinə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymət verib onların xuliqanlıq hərəkətlərini törətmələrini müəyyən etməmiş, buna görə də sonuncuların yalnız zərərçəkmiş şəxslərin sağlamlıqlarına yüngül zərər vurmaları barədə mötəbər nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onların əməlinin CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası da aşağıda göstərilənlərə əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, həmin qənaətin şübhə altına alınması üçün əsaslar yoxdur. Belə ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum1 özünü ona qarşı CM-in 186.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş itiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Nümayəndə1 oğlunu 10 ilə yaxın olar ki, tanıyır, sonuncu təxminən 2008-2009-cu ildən yaşadıqları evin yan hissəsində dəri fabriki işlədir. Əvvəllər onun Nümayəndə1la heç bir ədavətləri olmamış, lakin qonşular fabrikdən gələ n qoxu və səs-küy barəsində müxtəlif orqanlara şikayət etdiklərinə onun həmin qonşularla mübahisələri olmuşdur. 20 avqust 2022-ci il tarixdə sözügedən fabrikdə yanğın baş vermiş, bunun nəticəsində fabrikin onun yaşadığı evin həyətinə baxan pəncərələri sınmış və bu zaman həyətinə şüşə, kərpic qırıntıları tökülmüş, yanğın söndürülərkən fabrikin damından suyun tökülməsi nəticəsində evinin istilik sistemi nasaz vəziyyətə düşmüş və əmlakına ziyan vurulmuşdur. Bu haqda o, Nümayəndə1 bildirdikdə sonuncu ona cavab olaraq dövlətdən sığorta pulunu alacağını, onların da gedib dəymiş ziyanı almalarını bildirmişdir. 5 sentyabr 2022-ci il tarixdə o, evdə olmayan vaxt ailə üzvləri ona zəng edərək həyətlərində tanımadıqları şəxslərin olduqlarını bildirdikdə dərhal həyətə gəlmiş və fabrikdə yanğın olan ə razidə işləyən fəhlələrdən birinin icazəsiz həyətə keçdiyini və video müşahidə kamerasının naqillərini çəkdiyini görmüşdür. O, həmin bunun səbəbini soruşmaq məqsədilə həmin şəxsi yanına çağırsa da buna əhəmiyyət verməyib qaçmış və o, həmin şəxsin arxasınca yaşadığı evin damına çıxaraq həyətdən götürdüyü çəkic vasitəsilə çəkilmiş naqili sındırmışdır. Onun səsinə qonşuluqda yaşayan Məhkum2 da evdən bayıra çıxaraq yaşadığı evin damına çıxmış və tikilməkdə olan fabrikə məxsus hasarı əlində olan küt əşya ilə uçurmağa başlamışdır. Həmin vaxt orada işləyən fəhlələr Nümayəndə1 və onun oğlunu hadisə yerinə çağırmış, o, da Məhkum2ə öz iradını bildirərək fabrikin onun həyətinə olan istiqamətdə pəncərəsinin açılmasına icazə verməyəcəyini demiş, sonuncu isə buna cavab olaraq ona hədə-qorxu gəlmişdir. H adisə zamanı o, tanımadığı şəxsin icazəsiz onun evinin həyətinə daxil olması səbəbindən ona tərəf daş parçası atmış, lakin həmin daş parçası ona dəyməməmişdir. Apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında da Məhkum1 eyni məzmunlu ifadələr verərək həmçinin qeyd etmişdir ki, dəri sexində yanğının baş verməsi nəticəsində onun əmlakına da ziyan vurulmuş, buna baxmayaraq Nümayəndə1 ona vurulmuş ziyanı ödəməkdən və ya aradan qaldırmaqdan imtina etmiş, bu səbəbdən onların arasında narazılıq və mübahisə olmuş, buna baxmayaraq sonuncunun göstərişi ilə sexdə işləyən fəhlələr qanunsuz olaraq sexin onun həyəti ilə birləşən hissəsində divar hörməyə başlamış, onlardan biri 5 sentyabr 2022-ci il tarixdə icazəsiz onun həyətinə daxil olub həyətinin üzərindən keçən müşahidə kameralarının naqillərini ç əkməyə başlamış, buna etiraz əlaməti olaraq o, öz evinin damına çıxıb hörülməkdə olan divarı sökərkən fəhlələr onun hərəkətlərini öz telefonlarını vasitəsilə çəkdikdə, o, bundan hiddətlənib onlara tərəf daş parçası atmış və bildiyinə görə, həmin daş parçası heç kimə dəyməməmişdir. Məhkum olunmuş şəxs Məhkum2 da həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı CM-in 186.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək cinayət təqibinin bu mərhələlərində eyni məzmunda ifadələr verərək göstərmişdir ki, o, Hökməli qəsəbəsində fəaliyyət göstərən dəri fabrikinə bitişik nömrəsiz fərdi həyət evdə ailəsi ilə birlikdə 2002-ci ildən yaşayır, fabrikin rəhbəri Nümayəndə1 təxminən 10 il olar ki, tanıyır. Təxminən 2 il bundan əvvəl onunla Nümayəndə1 arasında mübahisə baş vermiş, bunun səbəbi isə həmin fabrikdən səs-küyün gəlməsi, çirkab sular axıdılması, bunun nəticəsində suların yeni təmir etdiyi yaşayış evinə axması və bununla da ona maddi ziyan vurulması səbəb olmuşdur. 20 avqust 2022-ci li tarixdə günorta saatlarında fabrikdə yanğın baş vermiş, yanğını onun evinə də keçməsi təhlükəsi yaranmış və buna görə də, o, ev əşyalarını evdən çıxarmağa məcbur olmuşdur. Həmçinin, yanğın baş verən zaman onun yaşadığı evin dam örtüyünə yanğından sonra qalan maddələr tökülmüşdür. Yanğından sonra o, Nümayəndə1 bildirmişdir ki, onun yaşayış evinə maddi ziyan dəymiş və heç olmasa damın üzərinə tökülən qırıntıları öz fəhlələrinə təmizlətdirməsini xahiş etmişdir. Lakin, sonuncu buna vaxtının olmamasını səbəb kimi göstərərək on un xahişini yerinə yetirməkdən, eyni zamanda ona vurulmuş zərəri ödəməkdən imtina etmişdir. 5 sentyabr 2022-ci il tarixdə o, evdə olan vaxt yaşadığı evin damından səs gəldiyini eşidib oraya qalxmış və orada fəhlələrin fabrikdə yanan hissəni təmir etdiklərini görmüşdür. O, fəhlələrdən ilk növbədə onun evinin damını təmir etmələrini təklif etmiş, lakin onlar başqa göstəriş aldıqlarını bildirdikdə o, fabrikin təmir işlərinin aparılmasına icazə verməyəcəyini deyib hörülməkdə olan divarı fəhlələrdən birinin əlində olan küt alətlə sökmək istəmişdir. Bu vaxt hadisə yerinə Nümayəndə1 və onun oğlu gəlmiş, o, da yenə Məhkum2ə evinin damının təmizlətdirilməsini xahiş etməsini yadına salmış, lakin Nümayəndə1 yenə də onun iradına məhəl qoymamış və bu işi özü tərəfindən görülməsini təklif etmiş, o, isə buna cavab olaraq təmir işlərinin aparılmasına icazə verməyəcəyini bildirib yeni hörülən hasarın bir ədəd kərpici əlində olan küt əşya ilə vuraraq yerindən çıxarmışdır. Bu vaxt fəhlələrin onun üzərinə gəldiklərini əllərindəki telefonlarla çəkiliş aparmalarını görüb damdan aşağı düşmüş, bundan əvvəl isə daş parçasını onlara tərəf atmış, məqsədi isə fəhlələrin onun yaşadığı evin damına çıxaraq apardıqları təmir işlərinin dayandırılması olmuşdur. Aşağı düşən zaman isə Məhkum2 və oğlu onu təhqir etmişlər. Orada olan təxminən 30 nəfər əlində mobil telefonla onu çəkmişlər, əgər o, daş parçası ilə Zərərçəkmiş şəxs2 vurmuşdursa, həmin hadisə də video görüntüyə düşmüşdür. Onun məqsədi orada iş getməyinə icazə verməməkdən ibarət olmuşdur. Çünki, yanğın zamanı yaşadığı evin damına tökülmüş qırıntıl arı təmizləməmişlər. Apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında Məhkum2 eyni məzmunlu ifadələr vermiş və əlavə olaraq qeyd etmişdir ki, hadisə günü fabrikin fəhlələri Nümayəndə1 göstərişi ilə onun yaşadığı evin damına çıxaraq orada təmir işləri apardıqlarına, fabrikdə baş vermiş hadisə nəticəsində isə ona vurulmuş zərər aradan qaldırmadığına görə o, buna etiraz əlaməti olaraq hörülməkdə olan divarı sökməyə başlamış, bu zaman həmin fəhlələr onun işi dayandırmaları tələbinə əhəmiyyət verməmiş və əlavə olaraq əllərində olan mobil telefonlar vasitəsilə onun hərəkətlərini çəkməyə başlamış, onun iradlarına məhəl qoymamış, bu səbəbdən də o, çəkiliş aparan fəhlələr tərəfə kərpic parçası atmışdır. Bu ifadələrin, habelə toplanmış, məhkəmə iclaslarında araşdırılmış və məhkəmə kollegiyası tərə findən təhlil olunmuş sübutların, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, çoxsaylı şahidlərin ("xxxx" MMC-in işçilərinin) verdikləri ifadələrin, habelə iş materiallarına əlavə olunmuş videogörüntülərin fonunda görünən odur ki, göstərilən MMC-in (dəri fabrikinin) fəaliyyəti və 20 avqust 2022-ci il tarixdə fabrikdə yanğının baş verməsi nəticəsində həmin fabrikə bitişik ərazidə yerləşən və Məhkum1 və Məhkum2 ailə üzvləri ilə birlikdə yaşadıqları evlərə də ziyan dəymiş, buna baxmayaraq fabrikin rəhbərliyi tərəfindən evlərə vurulmuş zərərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülmədiyindən, lakin bununla belə 5 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Nümayəndə1 göstərişi ilə həmin fabrikin fəhlələri tərəfindən evlərə bitişik hissədə təmir işləri apa rılaraq hasarın inşa edilməsinə, Məhkum1 həmçinin fəhlələrdən birinin icazəsiz olaraq evinin həyətinə daxil olaraq aradan keçən müşahidə kameralarının naqillərini çəkməsinə etiraz əlaməti olaraq görülən təmir işlərini dayandırmaq məqsədilə Məhkum1 və Məhkum2 yaşadıqları evlərin damına çıxıb həmin hasarı dağıtmağa başlamış, bu zaman fəhlələr tərəfindən onların etdikləri hərəkətlərin mobil telefonlara çəkilməsini görüb buna da etirazlarını nümayiş etdirərək sonunculara tərəf ayrı-ayrılıqda kərpic parçaları atmış, Məhkum1 atdığı kərpic parçası Zərərçəkmiş şəxs3, Məhkum2 atdığı kərpic parçası isə Zərərçəkmiş şəxs2 dəydiyindən adları çəkilən zərərçəkmiş şəxslərin sağlamlıqlarına yüngül zərərin vurulmasına səbəb olan bədən xəsarətləri yetirilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və Məhkum2 "xxxx" MMC-in fəhlələri tərəfindən kərpicdən hörülmüş hasarı zədələmələri və müşahidə kameralarının naqillərini kəsmələri nəticəsində həmin hüquqi şəxsə xeyli miqdar hesab edilməyən məbləğdə ziyan vurduqlarına görə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi onların bu hərəkətlərinin CM-in 186.1-ci maddəsinə və CM-in 177ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət tərkibi yaratmaması, bununla da CM-in 186.1-ci maddəsinin onlara qarşı irəli sürülmüş ittihamdan xaric edilməsi barədə əsaslı nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Kassasiya protestində məhkəmələrin gəldikləri nəticə mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası həmin nəticəni təftiş və təhlil eməyə zərurət görmür. Kassasiya protestinin məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilməməsi barədə dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası yuxarıda təsvir olunan, iş üzrə araşdırılmış sübutlarla təsdiq edilən işin faktiki hallarından çıxış edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq adları çəkilən məhkumların törətdikləri həmin əməllərini CM-in 128-ci maddəsi ilə düzgün tövsif etmiş və bu həmin əməllərin başqa cür ixtisaslaşdırılması üçün heç bir əsas yoxdur, digər tərəfdən isə bu haqda nəticə həm cinayət qanunvericiliyinin tələblərinə, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, həm də Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış izah və tövsiyələrə tam uyğundur. Belə ki, xuliq anlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-in 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Bu maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Təhlil edilən normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətl ərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvü nün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə almaq lazımdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli Qərarlarından, eləcə də “Xuliqa nlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli Qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiy yət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istina d olunan 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına görə, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifa də olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzəri ndə zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Qərarın 2 və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qayda larının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi s air hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin təhlil edilən Qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı b əhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hü quqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 30-cu bəndində qeyd edilir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkum1 və Məhkum2 qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamlardan və onların bu ittihamlar üzrə təqsirli bilinmələri barədə birinci instansiya məhkəməsinin hökmündən həmin məhkəmənin məhkum olunmuş şəxslərin əməllərinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələrkən qanunvericiliyin tələblərinə əməl olunması, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqelərini nəzərə alması gö rünmür. Odur ki məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2, hər birisinin törətdiyi əməllərində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv və obyektiv cəhətlərin zəruri elementləri müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi onların həmin əməllərini xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməklə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, Məhkum1 və Məhkum2 əməllərinin düzgün tövsif edilməməsi ilə bağlı kassasiya protestində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin hissədə kassasiya protestinin dəlilləri qəbul edilməz sayılmalı və buna görə də həmin protest bu hissədə təmin edilməməlidir. Bununla belə, məhkəmə kollegiyası kassasiya protestinin o dəlili ilə razılaşı r ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məsələsini həll edərkən onların hər birisinin, kassasiya protestində göstərildiyi kimi, 4 may 2022-ci il tarixdən 5 may 2022-ci il tarixədək deyil, 4 noyabr 2022-ci il tarixdən 5 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduqları 1 (bir) gün müddəti onlara təyin olunmuş cəzalara hesablamayaraq həmin müddəti bu cəzadan çıxmamaqla CM-in 69.3-cü maddəsinin tələbinin pozulmasına yol vermişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum1 və Məhkum2 məhkəməyədək icraat zamanı CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiklərinə görə, hər birisi ayrı-ayrılıqda şübhəli şəxs qismində tutularaq Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə yerləşdirilmiş, 5 noyabr 2022-ci il tarixdə onlar CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin bundan sonra onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətləri Binəqədi rayon prokuroru tərəfindən müdafiə olunmadığından onlar həmin tarixdə MSYdən azad olunmuş və təqsirləndirilən şəxslərin haqqında “polisin nəzarətinə vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bununla da, Məhkum1 və Məhkum2, hər birisi 1 (bir) gün müddətində şübhəli şəxs qismində həbsdə saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə isə onlara CM-in 128-ci maddəsi ilə ayrı-ayrılıqda 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, göstərilən müddət onlar təyin olunmuş həmin cəzaya hesablanma mışdır. Halbuki, CM-in 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2, hər birisinin şübhəli şəxs qismində tutulması ilə bağlı işin yuxarıda təsvir edilən hallarına və CM-in 69.3-cü maddəsinin tələbinə əsaslanaraq hesab edir ki, təhlil olunan məsələyə dair kassasiya protestinin dəlili əsaslı hesab edilərək həmin protest bu hissədə təmin edilməklə məhkum olunmuş şəxslərin tutulduqları 1 (bir) gün müddət onlara apellyasiya instansiyası məhkəməsi tərəfindən ayrı-ayrılqda təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzalardan çıxılmalı, bu əsasla da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 31 avqust 2023-cü il tarixli qərarında müvafiq dəyişiklik edilməlidir. Beləliklə məhkəmə kollegiyası dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin tam təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək yuxarıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Məhkum1 və Məhkum2, hər birisinin CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarında dəyişiklik edilməli və CM-in 69.3-cü maddəsinə əsasən onların məhkəməyədək icraat zamanı 4 noyabr 2022-ci il tarixdən 5 noyabr 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduqları 1 (bir) gün müddət onlara təyin olunmuş azadlıqdan məhrum etmə cə zasına bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzalardan çıxılmalı, qərar qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 və Məhkum2, hər birisinin 4 noyabr 2022-ci il tarixdən 5 noyabr 2022-ci il tarixədək şüb həli şəxs qismində tutulduğu 1 (bir) gün müddət onlara təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzalardan çıxılaraq Məhkum1 və Məhkum2 üzərlərində ayrı-ayrılıqda 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar