Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1153/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Dövlət ittihamçısı2 Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Məhkum, müdafiəçi X9 iştirakları ilə Yevlax Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirl i bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Yevlax Rayon Məhkəməsinin (hakim: Məlikov Vəzirxan İsgəndər oğlu) 25 aprel 2016-cı il tarixli hökmü ilə xx.xx.1971-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 26 noyabr 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov (sədrlik edən, məruzəçi), İ.H.Şükürov və R.Ə.Əliyevdən ibarət tərkibdə) 10 fevral 2017-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov İlham Məmməd oğlu (sədrlik edən və məruzəçi) Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə) 07 iyun 2017-ci il qərarı ilə kassasiya protesti təmin edilmiş, bəraət almış şəxs Məhkum haqqında Şəki Apellyasiya Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Abbasov Gündüz Qasım oğlu, Hüseynov Mirbahəddin Mirdaməd oğlundan ibarət tərkibdə) 29 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli h ökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilinindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasından Yevlax Rayon Məhkəməsinin 23 aprel 2016-ci il tarixli hökmü ilə Məhkum barədə 26 noyabr 2015-ci il tarixdən Şəki Apellyasiya Məhkəməsinin bəraət hökmü çıxarıldığı 10 fevral 2017-ci il tarixədək həbsdə saxlama müddəti, həmçinin Məhkum Moskva şəhərində 22 yanvar 2018ci ildən 22 iyul 2018-ci ilədək həbsdə saxlanılmış müddəti cəmi 1 il 8 ay 14 gün cıxılmış və üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 16 (on altı ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Şə ki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qərarından Məhkumn kassasiya şikayəti verərək verərək apellyasiya qərarının ləğv edilərək ona bəraət verilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum edilmişdir ona görə ki, o, 2015-ci ilin noyabr ayının 11-də saat 11:30 radələrində Zərərçəkmiş şəxs Yevlax şəhəri Füzuli küçəsində yerləşən ictimai iaşə obyekti olan bazarda, ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, ictimai qaydaya insanlar arasında təşəkkül tapmış adətlərə, davranış birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunma sı ilə müşayiət olunan hərəkətlər edərək onu nalayiq sözlərlə söyüb təhqir edərək qəsdən əlindəki dəmir parçasını silah qismində istifadə edib, tətbiq etməklə zərbə endirib Zərərçəkmiş şəxs “qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə-ənsə nahiyyəsinin əzilmiş yaraları” ilə nəticələnən qəsdən sağlamlığna yüngül zərər vuran xəsarətlər yetirmiş, bu səbəbdən hadisə yerinə çoxlu sayda kənar şəxslərin söyüşdalaşma səslərini eşidib toplaşmasına, orada toplanmış vətəndaşların dincliyinin pozulmasına, onların həyacanlanmasına, təhlükədə qalmasına gətirib çıxaran, həmçinin ümumilikdə ictimai qaydanın 10 dəqiqə ərzində pozulmasına yönələn hərəkətlərə qərəzli şəkildə yol verməklə xuliqanıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, Apellyasi ya məhkəməsi şahidlərin iştirakı olmadan, zərərçəkmiş şəxsin fikri nəzərə alınmadan prosessual qanunvericiliyin pozulmasi ilə nəticələnən ədalətsiz qərar qəbul etmişdir. Məhkum qeyd etmişdir ki, cinayət məsuliyyətinə cəlb olunduğu əməldə özünü təqsirli bilmir, bunu zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsi də təsdiq edir. Qeyd olunanları nəzərə alaraq ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktla rın müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində məhkum təqsirli olmadığını mübahisələndirərək ona bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Yevlax şəhər sakini Məhkum, o cümlədən qardaşı X2 tanıyır, heç biri ilə qohumluğu və düşmənçiliyi yoxdur. 11 noyabr 2015-ci il tarixdə saat 11:30 radələrində o, Yevlax şəhəri Füzuli küçəsində yerləşən bazarda bazarlıq edən zaman kiminsə arxadan onun başına vurduğunu hiss edib, arxaya baxanada onu vuranın X1 olduğunu və X1in əlində dəmir parçası olduğunu görmüşdür. Buna görə də o, X1ə narazılığını bildirəndə X1, kənar şəxslərin gözü qarşısında onun ünvanına ucadan nalayiq küçə söyüşləri etmiş və o, bədənində olan ağrılardan huşumu itirmişdir. Təxminən 3 gündən sonra o, Yevlax şəhər xəstəxanasında ayılmışdır. Hansı ki, o, xəstəxanada olduğu müddətdə də X1in qardaşı X2 onun yanına gələrək qardaşı X1in əvəzindən üzr istəyərək, X1 qaçıb gizləndiyi üçün üzr istəmək üçün tapıb gətirə bilmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs Apellyasiya məhkəməsində fərqli ifadə verərək göstərmişdir ki, Məhkum оğlunu əvvəllər tanımamışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 72 yaşı var, qan təzyiqindən əziyyət çəkir. Təxminən iki il əvvəl Yevlax şəhər bazarında olarkən başı fırlanmış və özünü saxlaya bilməyərək yıxılmışdır. Başının arxa tərəfi bir azca cızılmışdır. Xəstəxanaya getmişdir. Orada ona t ibbi yardım etmişlər. Onu X1 vurmamış və söyməmişdir. maneçilik törətmişlər. Lakin zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsində vermiş olduğu ifadələr iş üzrə toplanmış sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə tibb ekspertizasının 28 noyabr 2015-ci il tarixli, 110/58 nömrəli rəyində qeyd olunur ki, X3Məmmədovda olan xəsarətlərin xarakter və yerləşdiri nahiyə o cümlədən bədənin digər qabarıq yerlərində hər hansı bir xəsarətin olmaması, həmin xəsarətin Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılma nəticəsində törənə bilməsini istisna edir. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 və X2 ifadələri də Məhkum təqsirliliyini sübut edir. X3 ifadəsində göstərmişdir ki, o, ailəsini dolandırmaq üçün özünə məxsus olan Mersedes markalı avt omaşınla Tərtər- Bərdə-Yevlax marşurutu üzrə sərnişin daşımaqla məşğul olur və Yevlax rayonuna tez-tez gəlib getdiyi üçün Yevlax şəhər bazarından evlərinə balıq alır. 11 noyabr 2015- ci il tarixdə o, Yevlax şəhərində yerləşən bazardan balıq alan zaman kiminsə bir nəfərin ünvanına ucadan nalayiq küçə söyüncləri etdiyini eşidib, digər vətəndaşlar kimi həmin yerə yaxınlaşanda mütəmadi olaraq əvvəllər balıq aldığı yerdə dayanan X1in əlində olan dəmir parçası ilə əvvəllər variant yığan kimi tanıdığı X3ı vurduğunu və X3 yerə yıxıldıqdan sonra X1in oradan çıxıb getdiyini görmüşdür. X1in hərəkətlərinə görə həmin yer bazarın içərisi olduğundan və X1in ucadan etdiyi söynşləri eşidən çoxlu sayda tanımadığı şəxslərin gəlməsini, həmin hadisənin təxminən 5-10 dəqiqə davam etməsini göstərmişdir. X2 ifa dəsində göstərmişdir ki, o, 11noyabr 2015- ci il tarixdə Yevlax şəhər bazarına gəlib evə bazarlıq edərkən kiminsə ucadan nalayiq söyüşləri etdiyini eşidib, o, digər şəxslər kimi həmin yerə, yəni toyuq- cücə satılan yerə yaxınlaşanda, X1in X3ın ünvanına söyüşlər edərək əlində olan dəmir parçası ilə X3ın başına vurduğunu və X3 yerə yıxıldıqdan sonra X1in oradan çıxıb getdiyini görmüşdür. Həmçinin o, ifadəsində X1in X3ı vurduqdan sonra dəmir parçasını özü ilə aparmasını, X1in X3ı vurduğu yer bazarın içərisi olduğundan çoxlu sayda tanımadığı şəxslərin gəlməsini göstərmişdir. İş materiallarına olan məhkəmə-tibbi ekspertizasının 28 noyabr 2015-ci il tarixli 110/580 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, təpə-ənsə nahiyyəsinin əzilmiş yarası olmuşdur. Həmin xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 11 noyabr 2015-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vurmaya aiddir. Kollegiya hesab edir ki, Məhkum qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işində olan digər rəsmi sənədləri ilə sübuta yetirilmişdir. X1 Kaszımov ona istinad edilmiş ittihamda 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini mübahisələndirsə də, birinci instаnsiyа məhkəməsi tərəfindən Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin143146-cı mаddələrinin tələblərinə əməl edilərək, sübutlаr məhkəmə tərəfindən tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmişdir. Məhkumun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 29 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1153/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1153/2019
08.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver