Məhkəmə qərarları › İş №1(102)-1153/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1153/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1153/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Məhkumnun Lerik Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbayc an Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lerik Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Kiçibəyov Atabəy Qələbəy oğlu) Məhkum, xxxxxx il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan, CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli ni törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin hökmlə zərər çəkmiş şəxs X16 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, Məhkumndan 6500 (altı min beş yüz manat) manat pulun tutularaq mülki iddiaçı X6 verilməsi, Məhkum üzərindən götürülmüş və DİN-ln Maliyyə-Plan İdarəsinə təhvil verilmiş 2300 ABŞ dollarının mülki iddiaçı X6 verilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X10 etibarından sui-istifadə etməklə özünü nüfuzlu tanışları olan şəxs kimi təqdim edib, X12u özü və valideyinləri üçün pensiya düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan yaşadığı Yevlax rayonunun Ağqırax kəndində yerləşən evdə vahid niyyətlə 14 sentyabr 2017-ci il tarixdə 700 (yeddi yüz) manat, 2017-ci ilin oktyabr ayının əvvəllərində həmin evdə 3300 (üç min üç yüz) manat, 2017-ci ilin noyabr ayının əvvəllərində Yevlax rayon mərkəzi avtovağzalında 4000 (dörd min) manat pulu alıb ələ keçirməklə, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 etibarından sui-istifadə etməklə, özünü nüfuzlu tanışları olan şəxs kimi təqdim edib, X19 şəhər Mühafizə Polisi idarəsinə polis serjantı vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan 2017-ci ilin oktyabr ayının əvvəllərində Yevlax rayonunun Ağqırax kəndində yerləşən X10 yaşadığı evdə 5000 (beş mi n) manat pulu alıb ələ keçirməklə, maddi ziyan vurub dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X7 etibarından sui-istifadə etməklə, özünü nüfuzlu tanışları olan şəxs kimi təqdim edib, X13u Bakı şəhərində polis vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan 2017-ci ilin oktyabr ayının əvvəllərində Yevlax rayonunun Ağqırax kəndində yerləşən X10 yaşadığı evdə 2000 (iki min) manat pulu alıb ələ keçirməklə, maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X21 etibarından sui-istifadə etməklə, özünü nüfuzlu tanışiarı olan şəxs kimi təqdim edib. X14ni hərbi hissələrdən birinə mühafizəçi vəzifəsinə düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan 2017 -ci ilin oktyabr ayının əvvəllərində Yevlax rayonunun Ağqırax kəndində yerləşən X10 yaşadığı evdə 2000 (iki min) manat pulu alıb ələ keçirməklə, maddi ziyan vurub dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə qohumu X3 etibarından sui-istifadə etməklə, özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binaları inşa edən şəxslərlə şərik kimi təqdim edib, X15i ipoteka yolu ilə qeyd edilən binadan mənzil sahibi edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan vahid niyyətlə 2019-cu ilin mart ayının sonlarında Lerik rayonunun Bürsülüm kəndində 7500 (yeddi min beş yüz) manat, 2019-cu ilin noyabr ayının ortalarında 800 (səkkiz yüz) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 1500 (min beş yüz) manat pulu alıb ələ keçirməklə, ümumilikdə 9 800 (doqquz min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X11 etibarından sui-istifadə etməklə, özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binaları inşa edən şəxslərlə şərik kimi təqdim edib, X16i ipoteka yolu ilə qeyd edilən binadan mənzil sahibi edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan 2019-cu ilin iyun ayının əvvəllərində Lerik rayonunun Bürsülüm kəndində 12.000 (on iki min) manat pulu alıb ələ keçirməklə, xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X22 etibarından sui-istifadə etməklə, özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binaları inşa edən şəxslərlə şərik kimi təqdim edib. X17i ipoteka yolu ilə qeyd edilən binadan mənzil sahibi edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan vahid niyyətlə 05 iyul 2019-cu il tarixdə Lerik rayonunun Bürsülüm kəndində 2300 (iki min üç yüz) manat, 10 avqust 2019-cu il tarixdə 6000 (altı min) manat pulu alıb ələ keçirməklə, ümumilikdə 8300 (səkkiz min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X12 etibarından sui-istifadə etməklə, özünü nüfüzlü tanışları olan şəxs kimi təqdim edib, X18u pensiyasını artıracağı və əmisi nəvəsi X4 Lerik rayon polis şöbəsinə polis serjantı vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan vahid niyyətlə 2019-cu ilin iyul ayının əvvəlində Lerik rayonunun Piran kəndində yerləşən “Zaur” adlı kafedə pensiya artırma adı ilə 800 (səkkiz yüz) manat, 2019-cu ilin dekabr ayının ilk günlərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nənəmin Təndiri” adlanan kafedə işə qəbul etdirmə adı ilə kurs münasibəti üzrə 4080 manat təşkil edən 2400 (iki min dörd yüz) ABŞ dolları pulu alıb ələ keçirməklə, X18a ümumilikdə 4880 (dörd min səkkiz yüz səksən) manat maddi ziyan vurub dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X17 etibarından sui-istifadə etməklə, özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binaları inşa edən şəxslərlə şərik kimi təqdim edib, Cahil Muxtarovu ipoteka yolu ilə qeyd edilən binadan mənzil sahibi edəcəyi barədə yalan vəd verməklə aldad ıb, sonuncudan vahid niyyətlə 2019-cu ilin iyul ayının əvvəlində Lerik rayonunun Bürsülüm kəndində 2000 (iki min) manat, həmin ayın sonlarında 300 (üç yüz) manat, həmin ilin avqust ayının ortalarında 2500 (iki min beş yüz) manat, həmin ayın sonlarında 5000 (beş min) manat, həmin ilin sentyabr ayında 1000 (min) manat pulu alıb ələ keçirməklə, ümumilikdə 10.800 (on min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X8 etibarından sui-istifadə etməklə, özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binaları inşa edən şəxslərlə şərik kimi təqdim edib, Əflatun Hüseynovu ipoteka yolu ilə qeyd edilən binadan mənzil sahibi edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan v ahid niyyətlə 2019-cu ilin iyul ayının sonlarında Lerik rayonunun Bürsülüm kəndində 1600 (min altı yüz) manat, 2019-cu ilin noyabr ayının əvvəllərində 600 (altı yüz) manat pulu alıb ələ keçirməklə, ümumilikdə 2200 (iki min iki yüz) manat maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X18 etibarından sui-istifadə etməklə, özünü nüfüzlü tanışları olan şəxs kimi təqdim edərək, X19 övladı X20 xəstəliklə əlaqədar pensiya düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb, 2019-cu ilin avqust ayının sonlarında Lənkəran şəhəri, “Böyük Bazar“ adlanan yerin yaxınlığında yerləşən çayxanada 2500 (iki min beş yüz) manat pulu alıb ələ keçirməklə, maddi ziyan vurub dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binaları inşa edən şəxslərlə şərik kimi təqdim edib, Zərərçəkmiş şəxs ipoteka yolu ilə qeyd edilən binadan mənzil sahibi edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan 22 avqust 2019-cu il tarixdə Lerik rayonunun Bürsülüm kəndində 8500 (səkkiz min beş yüz) manat pulu alıb ələ keçirməklə, xeyli miqdarda maddi ziyan vurub dələduziuq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X5 etibarından sui-istifadə etməklə, özünü nüfüzlü tanışları olan şəxs kimi təqdim edərək, X21 övladı X14 işə qəbul etdirəcəyi barədə yalan vəd verərək aldadıb, vahid niyyətlə 2019-cu ilin sentyabr ayının son günlərində Astara rayonunun Çayoba kəndində 2 500 (iki min beş yüz) manat, 21 oktyabr 2019-cu il tarixdə həmin kənddə 4000 (dörd min) manat pulu alıb ələ keçirməklə, X22 ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə X9 etibarından sui-istifadə etməklə, özünün Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən sosial binaları inşa edən şəxslərlə sədr kimi təqdim edib, X23 ipoteka yolu ilə qeyd edilən binadan mənzil sahibi edəcəyi barədə yalan vəd verməklə aldadıb, vahid niyyətlə sonuncuya məxsus “XXX” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili aralarında olan razılaşmaya əsasən 1500 (min beş yüz) manat dəyərində qiymətləndirməklə, 18 noyabr 2019-cu il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində din i nikahla yaşadığı X1 adına baş etibarnamə ilə almış, 14 dekabr 2019-cu il tarixdə saat 06 radələrində Lənkəran rayonunun Qurunba kəndi ərazisində 500 (beş yüz) manat pulu alıb ələ keçirməklə, X22 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X23 etibarından sui-istifadə etməklə, özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binaları inşa edən şəxslərlə şərik kimi təqdim edib, X28 ipoteka yolu ilə qeyd edilən binadan mənzil sahibi edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan 12 dekabr 2019-cu il tarixdə Lənkəran şəhərində yerləşən Böyük Bazar adlanan yerin yaxınlığındakı məsçidin qarşısında 7000 (yeddi min) manat pulu alıb ələ keçirməklə, xeyli miqdarda madd i ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X24 etibarından sui-istifadə etməklə, özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binaları inşa edən şəxslərlə şərik kimi təqdim edib, X29 ipoteka yolu ilə qeyd edilən binadan mənzil sahibi edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan vahid niyyətlə 2019-cu ilin noyabr ayının əvvəlində Lerik rayonunun Bürsüiüm kəndində 1500 (min beş yüz) manat, həmin ayın sonlarında həmin kənddə 2500 (iki min beş yüz) manat, 14 dekabr 2019-cu il tarixdə, saat 11 radələrində Lerik rayonunun Bürsüiüm kəndi ərazisində 3800 (üç min səkkiz yüz) manat pulu alıb ələ keçirməklə,X29 ümumilikdə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etm işdir. Hökmdən zərərçəkmiş şəxslər X25 və X28 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrli edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 08 dekabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarına və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsinin hökmü ilə Məhkum həddindən artıq yüngül cəza təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi də əsassız ldaraq həmin hökmü qüvvədə saxlamışdır. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, Məhkum törətdiyi əməlləri nəticəsində zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyanın vurulması məhkəmələr tərəfindən nəzərə alınmamış və Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə həddə cəza təyin olunmuşdur.etmişlər. Qeyd olunanlara əsaslanıb Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum, z ərər çəkmiş şəxslər qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bununla bağlı məhkəməyə müraciət etməmiş, zərərçəkmişlər isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmişlərin və məhkumun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açı lır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmişin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, k ifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsasla naraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya in stansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya mürac iəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmişlər. Kassasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilmir və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Məhkum təyin edilmiş cəzanın yüngül olmasına dair kassasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziy yətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CM-nin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Digər tərəfdən, məhkəmə kollegiyası Məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə ba ğlı kassasiya şikayətində göstərilənlərlə bağlı qeyd edir ki, məhkumun təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş və birinci instansiyası məhkəməsi məhkuma bu cəzalardan ən ağırının – azadlıqdan məhrum etmə növündə cəzanın, kassasiya şikayətində göstərildiyi kimi aşağı həddinə deyil, yuxarı həddinə yaxın həddə, yəni 4 (dörd) il müddətə təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə, qeyd edilən cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, h əm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiy a instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edil məsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıd ır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edib həll edərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, iş üzrə həm cəzanı yüngülləşdirən, həm də ağırlaşdıran halların müəyyən edilməməsini, kassasiya şikayətində qeyd olunduğu kimi, zərər çəkmiş şəxslərə vurduğu ziyanı ödəməməsini kifayət qədər nəzərə almış və tam qanuni və əsaslı olaraq məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın həddə cəzanın təyin edilməsini ədalətli cəza hesab etmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, məhz bu növ və bu müddətdə Məhkum təyin olunmuş cəza cəzanın məqsədlərinə xidmət edir və həmin cəzanın daha da ağırlaşdırılmasına heç bir əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq və onları qəbuledilməz sayaraq, digər tərəfdən isə apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini qeyd edərək həmin məhkəmə tərəfindən qəbul edilmiş və adı çəkilən zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilən qərarın kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar tapmır. Buna görə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə almaqla, k assasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə tədqiq etməklə, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Məhkumnun Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar