Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1153/2022 22.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsini X2, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 1(103)-637/2021 nömrəli qərarından M əhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1950-ci il tarixdə Göyçay rayonunun Alpaud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki olaraq Abşeron rayonu Yeni Saray qəsəbəsində yaşamışdır. 2. 23 iyun 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 311.3.2, 1931.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir 3. 24 avqust 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı il ə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində təkrarən istəyərək almış, cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə etməklə pul vəsaitləri və digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirib cinayət yolu ilə əldə edilmiş pul vəsaitini təkrar leqallaşdırmış, vəzifəli şəxs tər əfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(101)-207/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2, 193-1.2.2, 1931.2.3 və 313-cü maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 1931.2.2 və 193-1.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanları və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə və Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 01 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar müvafiq olaraq qismən toplanılmaqla və birləşdirməklə, üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə etmə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin 04 fevral 2021-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir,
6. Məhkəmənin Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığından müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 1(103)-637/2021 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia edir, bu əsasla məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 16 sentyabr 2021-ci il tarixli, 1(103)-637/2021 nömrəli qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməklə barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhk əməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum əməlində cinayət tərkibinin olmaması əsası ilə ona bəraət verilməli olduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımın dan səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 1(103)-637/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
18. Məhkum qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri məhkumun özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılma sı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə cinayətləri törətməkdə təqsirli bilməməsə də, onun tərəfindən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə bağlı edəcəyi hərəkətə görə özünə birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində təkrarən istəyərək alması, cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə edib pul vəsaitləri və digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün c inayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini təkrarən leqallaşdırması, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrar vəzifə saxta- karlığı cinayətlərinin törədilməsi ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri, baxış, götürmə və digər istintaq hərəkətlərin protokolları, eləcə də toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı başqa mötəbər subutlarla kifayət qədər öz təsdiqini tapmışdır.
20. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlay ıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələrinin dispozisiyasıyalarından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, bi rinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instan siyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
22. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmü dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 1(103)-637/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə koll egiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 1(103)-637/2021 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.