Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1153/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi - Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Nigar Qədirli) 1(007)-331/2023 nömrəli 26 sentyabr 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1968-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Mə hkəməsinin 30 mart 2021-cü il tarixli, 1(011)-60/2021 nömrəli hökmü ilə CM-in 178.2.4 və 320.1-ci maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2018ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2013-cü il tarixli hökmü üzrə çəkilməmiş 1 (bir) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 ay müddətinə azadlıqda n məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona 4 il ( dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-cü il tarixli, 1(011)-60/2021 nömrəli hökmünə əsasən həmin cinayət işi üzrə şübhəli şəxs qismində tutularkən həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün (üç il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(011)-60/2021 nömrəli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 30 mart 2021-ci il tarixdən h esablanmışdır. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, Təqsirləndirilən şəxs maddi ziyana görə 27000 manat, hər il 5% olmaqla 3 ilə görə 4050 manat faiz məbləği, mülki iddia üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 292 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 32.342 (otuz iki min üç yüz qırx iki) manat pul tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. Eləcə də həmin hökmlə X10 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, bilə-bilə saxta sənəd hazırlamaq və istifadə etməklə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib torpaq sahəsi almaq məqsədilə onlara müraciət etmiş Zərərçəkmiş şəxs2 özlərini torpaq alqısatqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1748 ünvanında yerləşən X1 məxsus və ünvan 3 ünvanda yerləşən X6 məxsus bağ sahələrini Zərərçəkmiş şəxs2 göstərib həmin torpaq sahələrinin satılması və sənədləşdirilməsinə köməklik göstərəcəklərinə dair yalan vəd verib aldadaraq, aralarında olan vəzifə bölgüsünə görə o, xx.xx.2019-cu il tarixdə, ünvan 4 ünvanında Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi adından çap olunmuş boş müqavilə blankına guya həmin Birlik tərəf indən Zərərçəkmiş şəxs2 adına Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindəki 39 V saylı bağın 0.10 ha torpaq sahəsinin verilməsi haqqında yalan məlumatları daxil etməklə hüquq verən rəsmi sənəd hesab edilən 07 yanvar 2005-ci il tarixli 8157 saylı müqaviləni istifadə etmək məqsədi ilə qanunsuz hazırladıqdan sonra o, qrup üzvü Ağaqulu Nağıyev ilə birlikdə xx.xx.2019-cu il tarixdə, ünvan 6 ünvanda həmin müqaviləni Zərərçəkmiş şəxs2 təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə edib sonuncunu inandırmaqla etibarından sui-istifadə edərək qeyd edilən torpaq sahəsini satmaq adı ilə Zərərçəkmiş şəxs2 16 yanvar 2019-cu il tarixdə saat 20 radələrində qrup üzvü Ağaqulu Nağıyev ilə birlikdə ünvan 7 ünvanda yerləşən "Retro” çay evində 6000 manat, həmin tarixdə saat 12 radələrində o, Bakı ş əhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 850 manat, 23 yanvar 2019-cu il tarixdə qrup üzvü Ağaqulu Nağıyev ünvan 8 ünvanda yerləşən “Retro" çay evində 1250 manat, 30 yanvar 2019-cu il tarixdə qrup üzvü Ağaqulu Nağıyev ilə birlikdə həmin ünvanda 1250 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 9350 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək qrup üzvü Təqsirləndirilən şəxsla öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o təkrarən bilə-bilə saxta sənəd hazırlamaq və istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X5 məxsus Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi “Respublika Baş Prokurorluğu HİK-nin bağçılıq təsərrüfatı 104 saylı ünvanda yerləş ən bağ sahəsini borclu olduğu Şahid4 Şəfibəy oğluna göstərdikdən sonra həmin torpaq sahəsinə aid Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və ParkBağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi adından çap olunmuş boş müqavilə blankına guya həmin Birlik tərəfindən arvadı Babaşova X13 adına Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 2464/b saylı bağın 0,06 ha torpaq sahəsinin verilməsi haqqında yalan məlumatları daxil etməklə qanunsuz hazırladığı, hüquq verən rəsmi sənəd hesab edilən 25 avqust 2005-ci il tarixli 35650 saylı müqaviləni Şahid4 verib sonuncuya borcunun əvəzində həmin torpaq sahəsini satıb borclu olduğu 9000 manat məbləğində pulu götürüb qalan pulu ona verməsini tapşırmış, onun cinayətkar niyyəti ndən xəbərsiz olan Şahid4 öz növbəsində torpaq sahəsi almaq məqsədilə müraciət etmiş Zərərçəkmiş şəxs1lə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Respublika Baş Prokurorluğu HİK-nin” bağçılıq təsərrüfatı 104 saylı ünvanda yerləşən bağ sahəsini onun tərəfindən qanunsuz hazırlanmış həmin 25 avqust 2005-ci il tarixli 35650 saylı saxta müqavilədən istifadə etməklə satmaq barədə razılaşaraq bu məqsədlə Şahid4 Zərərçəkmiş şəxs1 01 iyun 2020-ci il tarixdə Bakı şəhəri. Nizami rayonu, Q.Qarayev prospekti 56 ünvanda əldə etdiyi 36000 manat məbləğində nağd pul vəsaitini əldə etdikdən sonra o. xx.xx.2020-ci il tarixdə ünvan 10 ünvanında Şahid4 həmin 36000 manat nağd pul vəsaitinin 9000 manatını sonuncuya olan borcuna ödəyib qalan 27000 manat hissəsini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miq darda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən bilə-bilə saxta sənəd hazırlamaq və istifadə elməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib torpaq sahəsi almaq məqsədilə onlara müraciət etmiş Zərərçəkmiş şəxs3 özlərini torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək ünvan 11 ünvanda yerləşən X7 məxsus bağ sahəsini Zərərçəkmiş şəxs3 göstərib həmin torpaq sahəsinin satılması və sənədləşdirilməsinə köməklik göstərəcəklərinə dair yalan vəd verib aldadaraq, aralarında olan vəzifə bölgüsünə əsasən o xx.xx.2021- ci il tarixdə, ünvan 12 ünvanında Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamen tinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi adından çap olunmuş boş müqavilə blankına guya həmin Birlik tərəfindən Zərərçəkmiş şəxs3 arvadı X3 adına Bakı şəhəri. Suraxanı rayonu. Hovsan qəsəbəsində yerləşən 984/4 saylı bağın 0.05 ha torpaq sahəsinin verilməsi haqqında yalan məlumatları daxil etməklə hüquq verən rəsmi sənəd hesab edilən 16 mart 2007-ci il tarixli 39944 saylı müqaviləni istifadə etmək məqsədi ilə qanunsuz, hazırladıqdan sonra o, qrup üzvü Ağaqulu Nağıyev ilə birlikdə həmin müqaviləni Zərərçəkmiş şəxs3 təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə edib sonuncunu inandırmaqla etibarından sui-istifadə edərək qeyd edilən torpaq sahəsini satmaq adı ilə qrup üzvü X19 Ələsgərovdan 27 dekabr 2020-ci il tarixdə ünvan 13 ünvanında yerləşən 6 saylı Poçtun qarşısında 50 0 manat, 28 dekabr 2020-ci il tarixdə ünvan 14 ünvanında 200 manat, 03 yanvar 2021-ci il tarixdə o. qrup üzvü Ağaqulu Nağıyev ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən “Dvorcs” adlanan yerin qarşısında 4000 manat, 04 fevral 2021-ci il tarixdə o, ünvan 15 ünvanda yerləşən «Port Baku» Ticarət Mərkəzinin yanında 500 manat, 24 fevral 2021-ci il tarixdə ünvan 16 ünvanda yerləşən “Heydər Əliyev" adına parkın yanında 800 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 6000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək, qrup üzvü Ağaqulu Nağıyev ilə öz aralarında bölməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elbəy Allahverdiyev (sədrli k edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədov) 1(103)-2135/2023 nömrəli 20 dekabr 2023-cü il tarixli qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(007)-331/2023 nömrəli hökmü zərər çəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 1(103)-2135/2023 nömrəli qərarından iki birgə kassasiya şikayəti vermişlər. Birinci kassasiya şikayətində kassatorlar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 1(103)-2135/2023 nö mrəli qərarının Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən təmin edilməsi hissəsinin ləğv edilməsi, mülki iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İkinci kassasiya şikayətində isə kassatorlar Bakı Apellyasiya Məhkəməsinin həm ilkin baxış iclasının 15 noyabr 2023-cü il tarixli, həm də yekun baxışının 20 dekabr 2023-cü il tarixli qərarlarının ləğv edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi - Nümayəndə kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ilkin baxışının 15 noyabr 2023-cü il tarixli və məhkəmə yekun baxışının 20 dekabr 2023-cü il tarixli qərarı CPM və CM-in tələbləri kobud şəkildə pozulmaqla çıxarıldığı üçün ləğv edilməli və cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq mərhələsinə qaytarılması barədə qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsində ilkin baxış iclası zamanı “CPM-in 391.8-ci maddəsinə uyğun olaraq, apellyasiya şikayətinə baxılmasına xitam verilməsi və cinayət işinin materiallarının birinci instansiya məhkəməsinə qaytarılması barədə” vəsatət əsassız olaraq təmin edilməmiş və təmin edilməməsinin səbəbləri əsaslandırılmamışdır. Halbuki, cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 ləzgi millətinin aquli qoluna mənsubdur, Dağıstanda doğulmuş, orta məktəbi isə yalnız 5-ci sinifə qədər rus dili bölməsində oxumuşdur. Eyni zamanda Zərərçəkmiş ş əxs1 nə istintaq mərhələsində, nə də birinci instansiya məhkəməsində araşdırılan zaman vəsatətlə tələb edilməsinə baxmayaraq, hüquqları pozularaq tərcüməçi və ya mütəxəssis ilə təmin edilməməsi cinayət işini materiallarında təsdiq edilir. Həmçinin, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılan zaman Zərərçəkmiş şəxs1 tərəfindən “CPM-in 303.3.8-ci maddəsinin tələbi pozulduğu üçün cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün vəsatət verilmiş, lakin vəsatət əsaslandırma edilmədən rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, nə ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs1 tərcüməçi, mütəxəssis və vəkil xidmətindən istifadə etməyib, nə də birinci instansiya məhkəməsində baxılan zaman tərcüməçi və mütəxəssis ilə təmin edilməmişdir. Hətta adından yazılmış izahatları latın qrafikalı əlifbanı oxuyub yaza bilmədiyi üçün kiril qrafikalı əlifba ilə kobud qüsurlarla Azərbaycan sözləri yazıb izahatı bağlamışdır. Bu da bir daha onu sübut edir ki, Zərərçəkmiş şəxs1 latın qrafikalı əlifba ilə oxuyub və yaza bilmir. Belə olan halda onun cinayət işinin materialları və iştirak etdiyi istintaq hərəkətlərinin protokolları ilə tanış olması qeyri-mümkündür. Hətta cinayət işinin materialları kiril qrafikalı əlifba ilə tərtib edilib Zərərçəkmiş şəxs1 təqdim edilməyib. Kassatorlar həmçinin qeyd etmişlər ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Zərərçəkmiş şəxs1 mülki iddiasına münasibətdə maddi və prosessual hüquq normalar ının pozulması ilə çıxarılmışdır. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, yalnız torpağın satılması məqsədilə Zərərçəkmiş şəxs1 Şahid4 və Şahid3 38.000 manat pulu almışlar. Bundan başqa, Zərərçəkmiş şəxs1 torpağı almaq məqsədilə 38.000 manatı verəndən sonra 16.000 manat həmin torpaq sahəsində olan tikilinin təmirinə və abadlaşdırılmasına aldadıldığını bilənə qədər xərc çəkmişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 54.000 manat maddi zərər dəymişdir. Məhkəmə isə mülki iddianı yalnız 27.000 manat hissədə təmin etmişdir. Məhkəmə tərəfindən mülki iddia tələbinin nə üçün tam təmin edilməməsi hökmdə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi mülki iddiaya münasibətdə hökmü əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi edərək nə üçün 27.000 manatda n artıq hissədə iddia tələbinin təmin edilməməsini əsaslandırmamışdır. Halbuki, məhkəmə öz qərarında iddia tələbində qeyd edilən tələbin hər birinə münasibətdə təmin və ya təmin edilməməyin səbəblərini əsaslandırmalı idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı Zərərçəkmiş şəxs1 mülki iddiasının həlli hissəsində ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kas sasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət müh akimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CinayətProsessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Apellyasiya məhkəməsinin həm ilkin, həm yekun qərarının ləğv edilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması tələbi olan kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ibtidai istintaq orqanı Azərbaycan Respublikası CPM-in 303.3.8-ci maddəsi ilə nəzərdə tutulmuş prosessual qanunvericiliyinin kobud pozuntusuna yol vermiş, lakin məhkəmə bununla əlaqədar zərərçəkmiş şəxsin cinayət işinin baxılmasına xitam verilməsi və onun pr okurora qaytarılması barədə vəsatəti əsassız olaraq təmin etməmişdir. Belə ki, kassasiya şikayətində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 milliyyətcə ləzgidir, təhsili rus dilində almış, latın əlifbası və ümumiyyətlə Azərbaycan dilini sərbəst bilmir. Lakin müstəntiq Zərərçəkmiş şəxs1 cinayət işinin materialları ilə tanış edərək onun mütəxəssis və tərcüməçi ilə təmin etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı 17 iyul 2021-ci il tarixdə onun barəsində cinayət törədilməsi barədə ərizə Azərbaycan dilində vermiş, 18 dekabr 2022-ci il və 15 mart 2023-cü il tarixlərdə zərərçəkmiş şəxs qismində dindirilərkən, habelə 28 mart 2023-cü il ta rixdə Təqsirləndirilən şəxsla üzləşdirmə zamanı ifadəsini Azərbaycan dilində vermiş, onu dindirmiş müstəntiqə Azərbaycan dilinin bilməsi və tərcüməçinin və ya mütəxəssisin xidmətlərindən ehtiyacının olmamasını bildirmişdir. Cinayət işində olan 15 aprel 2024-cü il tarixli protokoldan isə görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq qurtardıqdan sonra cinayət işinin materialları ilə öz nümayəndəsi – Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə tanış olmuş, tanış olma zamanı da nə zərərçəkmiş şəxsin, nə onun nümayəndəsinin tərcüməçinin və ya mütəxəssisin dəvət edilməsi barədə vəsatətləri və ya xahişləri olmamışdır. Həmçinin iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət işində olan müstəntiqin şahidlər Şah id3 və Şahid4 barələrində cinayət işinin başlanılması rədd edilməsi barədə 13 aprel 2022-ci il tarixli qərarı ilə razı olmadığını, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə Azərbaycan dilində yazılı vəsatət vermişdir. Bundan başqa nəzərə alınmalıdır ki, nə zərərçəkmiş şəxs, nə onun nümayəndəsi cinayət işi üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən tərtib edilmiş dindirmə protokollarında Zərərçəkmiş şəxs1 ifadəsinin düzgün göstərilməməsi və bununla əlaqədar həmin protokolların sübutları siyahısından çıxarılması barədə vəsatətlər verməmişlər. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında da ibtidai istintaq zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İşin bu halı onu göstərir ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı Azərbaycan dilində işin hallarını düzgün tə svir edərək sərbəst ifadə vermişdir. Ona görə də məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 Azərbaycan dilini cinayət işi üzrə ifadə vermək üçün lazımi səviyyədə bilməməsinə dair kassasiya şikayətinin dəlili onun prosessual hüququnun pozulması kimi deyil, hazırkı cinayət işi üzrə məhkəmələrin qərarlarının ləğv edilməsi üçün süni əsasın yaradılmasına cəhd kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işinin materialları ilə tanış olması zamanı müstəntiq tərəfindən CPM-in 284-286, 288 və ya 296.3.1-ci maddələrinin tələblərinə riayət edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq Zərərçəkmiş şəxs1 cinayət işinin baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə vəsatəti təmin etməmişlər. Hal-hazırda da ka ssasiya şikayətinin bu barədə tələbinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işə baxan məhkəmələr cinayət işi üzrə toplanmış sübutları CPM-in 143-144-cü maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməmiş, nəticədə hazırkı cinayət işi üzrə şahidlər Şahid3 və Şahid4 cinayət məsuliyyətindən kənarda qalmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili də əsalı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məc musuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmələr tərəfindən iş üzrə şahidlər Şahid3 və Şahid4 cinayət məsuliyyətinə cəlb edilmələri üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməməsi barədə dəlillə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının ba xılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, cinayət pr osesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan şəxslərin şikayətləri əsasında baxıla bilər. Məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik məhkəmə baxışının hədlərini dəqiq müəyyən edərək: · məhkəmə baxışının hədlərini şəxslərin dairəsinə və ittihamın məzmununa görə məhdudlaşdırır; · məhkəmə baxışı nəticəsində məhkəmə tərəfindən ittihamın dəyişdirilməsinin hədlərini dəqiq müəyyənləşdirir. CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə veri lmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Cinayət işinin materiallarından görünür ki, müstəntiqin sübutların qiymətləndirilməsi və törədilmiş əməlin tövsif edilməsi barədə 13 aprel 2023-cü il tarixli qərarı ilə vətəndaşlar Şahid4 və Şahid3 Təqsirləndirilən şəxs tərəfindən onlara satmaq üçün etibarnamə əsasında verildiyi Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsində yerləşən evini Zərərçəkmiş şəxs1 satan zaman sənədlərin saxta olmasını bilmədiklərindən və Təqsirləndirilən şəxs dələduzluq niyyətindən xəbərləri olmadığından onlar barələrində əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs1 müstəntiqin həmin qərarından Azərbaycan Respublikası CPM-in 449-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Nizami Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 şikayəti təmin edilməm iş, müstəntiqin qərarı qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 12 may 2023cü il tarixli qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs1 tərəfindən Şahid4 və Şahid3 barələrində cinayət işi başlanılmasının rədd edilməsi barədə müstəntiqin qərarı qanunla müəyyən edilmiş qaydada mübahisələndirilmiş, lakin onun şikayəti təmin edilməmiş və Şahid4 və Şahid3 barələrində müstəntiqin qərarı qüvvədə saxlanılmışdır. Birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən Təqsirləndirilən şəxs barəsində ona qarşı irəli sürülmüş ittiham daxilində işə baxılması qanunun tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ola n hüquqi mövqeyinə tamamilə uyğun olmuşdur. Məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs barəsində işə baxılması zamanı Şahid4 və Şahid3 cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya məhkəməsinin qərarının Zərərçəkmiş şəxs1 mülki iddiasının həlli hissəsində ləğv edilməsi tələbi olan kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən dələduzluq nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş ziyanla bağlı mülki iddianın tam həcmdə təmin edilməməsinin qanunsuz və əsassız olmasıdır. Belə ki, zərərçəkmiş şəxs öz şikayətində qeyd etmişdir ki, ona ümumilikdə 38.000 manat maddi zərər dəyib. Məhkəmə isə mülki iddianı yalnız 27.000 manat hissədə təmin etmişdir. Azərbaycan Respublikası CPM-in 179-cu maddəsinə əsasən: 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əla qədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə görə maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstər ir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. 181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutlara əsasən müəyyən edilmiş iş hallarından görünür ki, Təqsirləndirilən şəxs təkrarən bilə-bilə saxta sənəd hazırlamaq və istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X5 məxsus Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi “Respublika Baş Prokurorluğu HİK- nin bağçılıq təsərrüfatı 104 saylı ünvanda yerləşən bağ sahəsini borclu olduğu Şahid4 Səfıbəy oğluna göstərdikdən sonra həmin torpaq sahəsinə aid Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi adından çap olunmuş boş müqavilə blankına guya həmin Birlik tərəfindən arvadı Babaşova X13 adına Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 2464/b saylı bağın 0,06 ha torpaq sahəsinin verilməsi haqqında yalan məlumatları daxil etməklə qanunsuz hazırladığı, hüquq verən rəsmi sənəd hesab edilən 25 avqust 2005-ci il tarixli 35650 saylı müqaviləni Şahid4 verib sonuncuya borcunun əvəzində həmin torpaq sahəsini satıb borclu olduğu 9000 manat məbləğində pulu götürüb qalan pulu ona verməsini tapşırmış, onun ci nayətkar niyyətindən xəbərsiz olan Şahid4 öz növbəsində torpaq sahəsi almaq məqsədilə müraciət etmiş Zərərçəkmiş şəxs1lə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Respublika Baş Prokurorluğu HİK-nin” bağçılıq təsərüfatı 104 saylı ünvanda yerləşən bağ sahəsini onun tərəfindən qanunsuz hazırlanmış həmin 25 avqust 2005-ci il tarixli 35650 saylı saxta müqavilədən istifadə etməklə satmaq barədə razılaşaraq bu məqsədlə Şahid4 Zərərçəkmiş şəxs1 01 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 56 ünvanda əldə etdiyi 36000 manat məbləğində nağd pul vəsaitini əldə etdikdən sonra o, 21 iyun 2020-ci il tarixdə ünvan 10 ünvanında Şahid4 həmin 36000 manat nağd pul vəsaitinin 9000 manatını sonuncuya olan borcuna ödəyib qalan 27000 manat hissəsini alıb ələ keçirərək Zərərçəkmi ş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 36000 manat pulu əldə etmiş, həmin puldan o, Şahid4 9000 manat miqdarında olan öz borcunu ödəmiş, qalan 27000 manat pulu isə onun özünə qalmışdır. Lakin birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs1 mülki iddiası həll edərək qeyd etmişdir ki, “Təqsirləndirilən şəxs Cabar oğlu tərəfindən Zərərçəkmiş şəxs1 qarşı 27000 manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə ziyan ödənilməmişdir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs dələduzluq əməlləri ilə Zərərçəkmiş şəxs1 27000 manat miqdarında maddi ziyan vurulması və onun mülki iddiasının yalnız 27000 manat miqdarında təmin edilməsi barədə gəldiyi nəticə işin hallarına və Azərbaycan Respublikası CPM-in 181-ci maddəsinin tələblərinə uyğun gəlmir. Birinci instansiya məhkəməsi bu barədə qərar qəbul edərkən öz mövqeyi əsaslandırmamışdır. Ona görə də məhkəmənin Zərərçəkmiş şəxs1 mülki iddiasının həlli barədə qərarı əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın və işə obyektiv qiymət versin, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməsin. Ona görə də cinayət prosesi tərəfləri b u barədə arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Zərərçəkmiş apellyasiya şikayətində mülki iddia tələbinin tam həcmdə təmin edilməməsinin qanunsuz olması barədə dəlili əsaslanaraq, məhkum tərəfindən cinayət nəticəsində ona vurulmuş ziyanın tam həcmdə ödənilməli olduğuna istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi əhəmiyyət kəsb edən işin bu halı araşdırmamış, apellyasiya şikayətinin bu barədə dəlilinə münasibət bildirməmişdir. Zərərçəkmiş kassasiya şikayətində yenidən məhkum tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə istinadən onun tərəfindən ziyanın ödənilməsi üçün mülki iddia tələbini tam həcmdə təmin edilməsini mübahisələndirmişdir. Məhkəmələr tərəfində n hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 oğlunun mülki iddia tələbinin ittihamın həcmində, yəni 36000 manat miqdarında deyil, 27000 manat miqdarında qəbul edilməsi ilə bağlı əsaslandırma aparılmadığından kassasiya şikayətinin bu barədə dəlillərinə düzgün hüquqi qiymət vermək mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi - Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı zərərçəkmiş şəxsin mülki iddiasına baxılm ası hissəsində ləğv edilməli və mülki iddiaya yenidən baxılması üçün iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin mülki iddiası ilə bağlı dəlilləri hərtərəfli və obyektiv araşdırılmalı, mülki iddia üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli və iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı Zərərçəkmiş şəxs1 mülki iddiasının həlli hissəsində ləğv edilsin və cinayət işi həmin mülki iddiaya yenidən baxılması üçün yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1153/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1153/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver