Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1153/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 127.1, 234.1 və 296.2-ci maddələri ilə mə hkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 avqust tarixli, 1(105)-532/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin (Hakim K.Mirzəfərova) 2024-cü il 29 may tarixli, 1(031)-14/2024 nömrəli hökmü ilə xx.xx.1988-ci il tarixdə Özbəkistan Respublikasının Buka rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2a azadlıdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 234.1 və 296.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 127.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 296.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanıldığı müddət təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökm dən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 Gülbaba oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə) 2024-cü il 6 avqust tarixli, 1(105)-532/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yeznəsi Zərərçəkmiş şəxs ilə Şabran rayonu Padar kəndində torpaq sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncuya zor tətbiq edərək üzərində gəzdirdiyi təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən yeznəsi Zərərçəkmiş şəxs başın alın nahiyəsinin və döş qəfəsinin sağ yarıs ının hərəsinin bir ədəd boşluğa keçməyən və hər iki bud nahiyəsinin hərəsinin iki ədəd olmaqla, cəmi 6 ədəd deşilmiş kəsilmiş yaralan ilə nəticələnən və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa o, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 35 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 kiloqramlıq şüşə balona dolduraraq həmin balonu şəffaf sellofana büküb xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Padar kəndind ə yaşayan cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki qoz ağacının altında basdıraraq gizlədib Zərərçəkmiş şəxsla arasında olan qərəzli münasibətə görə sonuncunun hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq məqsədilə Şabran rayon Polis şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən qoz ağacının altında narkotik vasitə gizlətməsi barədə məlumat verib süni ittiham sübutlarının yaradılması ilə bağlı biləbilə yalan xəbərçilik etmiş, xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən ümumi təmiz çə kisi 35 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı verilən ifadələr, habelə iş üzrə toplanmış sübutlar, iş materialları Məhkum CM-nin 234.1 və 296.2-ci maddələri ilə təqsirini sübuta yetirmİr. CM-in 127.1-ci maddəsi ilə onun 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi isə humanizm və ədalət prinsiplərinə uyğun deyildir. Belə ki, himayəsində 3 azyaşlı övladı var, ilk məhkumluğudur, cinayətini səmimi etiraf edib, istintaqın gedişinə kömək e tmişdir. Bu maddə ilə ona azadlıqdan məhrum etmədən də digər cəza verilə bilərdi, həmçinin CM-nin 296.1-ci maddəsi ilə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilməsi də yuxarıda qeyd olunan halları nəzərə alanda olduqca qeyri humanistdir. Həmçinin məhkəmə cinayət törədən şəxsin xəstə olmasını, onun 3 il müddətində həbsdə olmasının ailəsinə, azyaşlı uşaqların taleyinə necə təsir edəcəyini, xəstə bir adamın 3 il azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmasının özünə və ailəsinə, cəmiyyətə ziyandan başqa heç nə gətirməyəciyini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə prosesində verdiyi ifadədə Məhkum tapılan narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, apellyasiya məhkəməsi buna tənqidi yanaşaraq bunun özünü müdafiə xarakterli olduğunu qeyd etmişdir. Halbuki, m əhkəmə mötəbər sübutlara əsaslanmalı idi. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 avqust tarixli, 1(105)-532/2024 nömrəli qərarının dəyişdirilməsini və Məhkum cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi4 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 127.1, 234.1 və 296.2-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 avqust tarixli qə rarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışını n predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şik ayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək, ona 2 maddə ilə bəraət verilməli olduğunu, CM-in 127-ci maddəsi ilə cəzasının yüngülləşdirilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsiz ə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilm əməsi barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfi ndən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmama sı nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza sanksiyaların aşağı həddinə yaxın müddətə təyin edilmiş, məhkuma təqsirli bilindiyi ayrıayrı maddələrlə qanuni və ədalətli cəza təyin edilsə də, CM-in 66.2-ci maddəsi ilə cəzaların məcmuyu qaydasında təyin edilmiş cəza ağırdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkuma CM-in 66.2-ci maddəsi ilə təyin edilmiş qəti cəza azaldılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Sumqa yıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2024-cü il 29 may tarixli, 1(031)-14/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 234.1 və 296.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 avqust tarixli, 1(105)532/2024 nömrəli qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş qəti cə zaya aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş qəti cəzanın müddəti 3 (üç) ildən 2 (iki) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 gün müddət ona cinayətlərin məcmusu qaydasında təyin edilmiş 2 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 avqust tarixli, 1(105)-532/2024 nömrəli qərarı Məhkum cinayətlərin məcmusu qaydasında təyin edilən cəzaya ai d qalan hissədə, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1153/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1153/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver