Məhkəmə qərarları › İş №1(102)-1154/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1154/2018

02.08.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1154/2018 02.08.2018 ALİ MƏHKƏMƏ İş№ 1(102)-1154/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 02 avqust 2018-ci il Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5 və məhkum Məhkum iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsiilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.Ç.Məmmədov), Məhkum, xx xxxx 1968-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-texniki təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzas ına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 12 (on iki) gün hissəsi və 4.000 (dörd min) manat cərimə cəzası tam toplanaraq qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 11 (on bir) ay 12 (on iki) gün müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat cərimə cəzasına m əhkum edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xx2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakınıələ keçirərək dələduzluq etmişdir. Belə ki, Məhkum özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx xx 2016-cı il tarixdə ünvan 3 ünvanda yerləşən metronun «Əhmədli» stansiyasının qarşısında X1 etibarından sui-istifadə edib ona oğlu X8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Müha fizə İdarəsində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinədair yalan vəd verib aldatmaqla onun 3.500 (üç min beş yüz) manat pulunu, daha sonra C işini həll etmək üçün özünün barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsində olan cinayət işini həll etmək üçün pulu məhkəməyə ödəyəcəyi adı ilə aldadıb xx xx 2016-cı il tarixdə ünvan 4 ünvanda yerləşən «Günel» ticarət mərkəzinin qarşısında 1.200 (bir min iki yüz) manat pulunu, daha sonra isə həmin vədlə yenidən X2 aldadıb 05 sentyabr 2016-cı il tarixdə ünvan 4 ünvanda yerləşən «Günel» ticarət mərkəzinin qarşısında oğlu X7 vasitəsi ilə 1.500 (bir min beş yüz) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək zərərçəkmiş şəxs X3 xeyli miqdarda, yəni 6.200 (altı min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.H.Əhmədov, hakimlər M.S.Hüseynov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki,xx xx 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən işə baxan apellyasiya məhkəməsi ona təyin edilmiş cəzanı yüngülləşdirməli idi. Kassator hesab edir ki, vurulan maddi ziyanın qismən ödənilməsi və qeyd edilən qanun nəzərə alınaraq barəsində yekun qərar qəbul edilməlidir. Kassator yuxarıda göstərilənlərə əsasən, barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının dəyişdirilməsi, qanunda edilmiş dəyişiklik nəzərə alınmaqla ona təyin edilmiş cəzaların CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən toplanmasına dair hissənin barəsində olan hökmdən və qərardan xaric edilməsi, ona təyin edilmiş 11 (on bir) ay 12 (on iki) gün müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat cərimə cəzasının ləğv edilm əsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi və ya cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı İlkin Yusifovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkumbarəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. Kassator kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, barəsində olan apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, qanunda edilmiş dəyişiklik nəzərə alınmaqla ona təyin edilmiş cəzaların CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən toplanmasına dair hissənin barəsində olan hökmdən və qərardan xaric edilməsi, ona təyin edilmiş 11 (on bir) ay 12 (on iki) gün müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat cərimə cəzasının ləğv edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi və şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində təsbit edilən cin ayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən zərərçəkmiş şəxsin və şahidlərin bir-birinə uyğun olan ifadələrinə və digər sübutlara əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Az adlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar CPM-nin 143-146cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun ilk məhkumluğunu iş üzrə cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, həmçinin törədi lmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq Məhkum təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 12 (on iki) gün hissəsi və 4.000 (dörd min) manat cərimə cəzası tam toplanaraq qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 11 (on bir) ay 12 (on iki) gün müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşaraq hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətd ə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz(CM-in 66.2.). Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir (CM-in 66.3.). Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən ed ilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz (CM-in 66.4.). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (CM-in 66.5.) Məhkəmə kollegiyası yuxarıda göstərilən cinayət qanununun müddəalarını nəzərə alaraq belə hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq Məhkum təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində 3 (üç) il müddətinə azadlıqdan məhrum e tmə cəzası təyin etmiş, Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 12 (on iki) gün hissəsi və 4.000 (dörd min) manat cərimə cəzası tam toplanaraq, o, qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 11 (on bir) ay 12 (on iki) gün müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi barədə hökm çıxarmışdır. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlilini qəbul etmir və onu əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, xx xx 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir: Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vuruldu ğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi yeni Qanunla şəxsin əməlinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (xeyli miqdarda zərər vurma) tövsif etmək üçün zərərçəkmişə vurulan ziyanın məbləği beş min manatdan əlli min manatadək olmalıdır. Qanunda edilmi ş dəyişikliyə qədər qüvvədə olan cinayət qanununda isə «xeyli miqdar» dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ başa düşülürdü. İşin hallarından müəyyən edilir ki, Məhkum zərərçəkmiş şəxs X3 xeyli miqdarda, yəni 6.200 (altı min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi, Məhkum dələduzluq cinayətini törədərək zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləği- 6.200 (altı min iki yüz) manat hər bir halda xeyli miqdar təşkil edir. Buna görə də, qanunda edilmiş yeni dəyişiklik Məhkum istər cinayət əməlinin tövsifinə, istərsə də ona təyin edilmiş cəzanın həddinə təsir etmir. Odur ki, məhkəmə kollegiyası kassatorun bununla bağlı dəlilini də əsasız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin is lah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Odur ki, istər göstərilən qanun müddəalarının tələbləri baxımından, istərsə də Ali Məhkəmənin qeyd edilən Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, işə baxan məhkəmələr tərəfindən məhkum R.Əsədova təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını qanunsuz və əsassız hesab etmək olmaz. Bundan başqa kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd edir ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəzanövlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Kollegiya vurğulamağı məqbul hesab edir ki, məhkum İ.T.Nərmanov iş üzrə zərərçəkmişə vurulmuş maddi ziyanı ödəməmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum İ.T.Nərmanova onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, həmçinin iş üzrə cəzanı yüngülləşdirən hal nəzərə alınmaqla kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və məhkum İ.T.Nərmanovun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcə sini, məhkumun şəxsiyyətini, maddi ziyanın ödənilmədiyini nəzərə alaraq onun real azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olumasını mümkün hesab etmir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halı, maddi ziyanın ödənilmədiyini, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini və ya ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini mümkün hesab etmir və a pellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması əsaslı və məqsədə müvafiqdir. Şərh edilənlərə əsasən və Azərbaycan Rəspublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALD İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsiilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: İnqilab Nəsirov Hakimlər: Fərhad Əliyev Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar