Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1154/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Hacıqayıbov İmran Teymurxan oğlu və Bədəlov Kəmaləddin Nürəddin oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkumn və Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respub likası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və qeyrisinin təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və M.M.Ağalarovdan ibarət tərkibdə) xx xxxxxx 1986-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 v ə 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 03 iyul 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Mirpaşa Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 15 noyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarından məhkum və Müdafiəçi2 ayrı-ayrılıqda kassasiya şikayəti verərək Məhkum qarşı irəli sürülmüş ittihamlar üzrə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ona bəraət verilməsini və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona ədalətli cəza təyin edilməsini xahiş etmişdirlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respu blikasına qaçaqmalçılıq yolu ilə gətirilib satılması üçün öz tanışı Təqsirləndirilən şəxs və İran İslam Respublikasının vətəndaşı olmaqla, istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş “X2” adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bundan sonra “X2” adlı şəxs istintaq zamanı müəyyən edilməmiş vaxtda və şəraitdə Azərbaycan Respublikasının Gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda ümumi təmiz çəkisi 250,822 (iki yüz əlli tam, mində səkkiz yüz iyirmi iki) qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 50,010 (əlli tam, mində on) qram çəkidə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamini keçirilib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirərək Cəlilabad rayonunda yerləş ən qəbirstanlığın girişindəki otluq sahədə gizlədib saxlanılmasını təmin etmişdir. Bundan sonra Məhkum və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri gizlədilmiş yerdən götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla 03 iyul 2016-cı il tarixdə ünvan 3 qarşısına daşımışlar, onların qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin tarixdə saat 19.00-da saxlanılan zaman, Məhkum əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli polietilen materialdan olan sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 250,822 (iki yüz əlli tam, mində səkkiz yüz iyirmi iki) qram narkotik vasitə heroin, həmin şalvarın arxa sağ cibindən bir ədəd boz rəngli, arxasında “BP-N series, X11, 500gx0.01g 2xAAA b attery Made in China” sözləri yazılmış elektron tərəzi, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən isə şəffaf rəngli polietilen materialdan olan sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 50,010 (əlli tam, mində on) qram psixotrop maddə metamfetamin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək, ona Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsi ilə bəraət verilməsini və barəsində olan yüngülləşdirici halları, yəni, ailənin tək övladı olmasını, himayəsində 3 azyaşlı övladının olmasını, ailənin tək qazanc gətirəni olmasını, ürək-damar və sinir xəstəliklərindən əziyyət çəkməsini, əməlindən səmimi peşman olmasını qeyd edərək ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri il ə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi2 kassasiya şikayətində məhkəmələrin səmərəli və ədalətli məhkəmə araşdırması aparmadığını, apellyasiya şikayətinə baxarkən Azərbaycan Respublikası CPM-nin 401-403-cü maddələrinin tələblərini pozduğunu, Məhkum digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana narkotik vasitələr gətirməsi sübut olunmamış, narkotik vasitələrin gətirilməsi kanalı istintaq tərəfindən müəyyən edilməmişdir.. İstintaq özünün şəxsi mülahizələrinə görə bu nəticəyə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkum qarşı irəli sürülmüş ittihamlar üzrə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ona bəraət verilməsini və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiə tərəfinin kassasiya şikayətlərində məhkuma qarşı irəli sürülmüş ittihamlar üzrə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ona bəraət veril məsini, həmin Məcəllənin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə aşağı həddə cəza verilməsi xahiş olunur. X7 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 206.3.2-ci maddəsi, yəni hər-hansı bir narkotik maddəni, yaxud psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə təqsirli bilmir. Belə ki, «X2» adlı və yaxud başqa bir İran vətəndaşı ilə onun arasında hər-hansı bir narkotik vasitəni, həmçinin psixotrop maddə olan metamfetamini Azərabaycana gətirib satmaq barədə heç bir söhbət olmamış və o, bu barədə heç kimə sifariş verməmişdir.r Bakı şəhərində polis əməkdaşları tərəfindən tutulduqları vaxt onun üzərində aşkar edilmiş təxminən 250 qram çəkidə o lan heroini və həmçinin tanışı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təxminən 50 qram çəkidə olan psixotrop maddə metamfetamini o, hadisədən bir neçə gün əvvəl təsadüfən Cəlilabad rayonunda yerləşən qəbirstanlıqdan tapmışdır. “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 03 iyul 2016-cı il tarixli protokoldan görünür ki, daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad şəhəri Azərbaycan küçəsi ev 16-da qeydiyyatda olan və yaşayan Məhkum və xx.xx.1972-ci ildə Cəlilabad rayonunda anadan olmuş, ünvan 4-da qeydiyyatda olan və Cəlilabad rayonu Hasıllı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə “Heroin”in satışı ilə məşğul olmaları bildirilmişdir. Alınmış məlumat barədə BMCMİ-nin rəhbə rliyinə məruzə edildikdən sonra Məhkum və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 03 iyul 2016-cı il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 19:00da ünvan 5saylı binanın qarşısında zahiri əlamətlərindən Məhkum və Təqsirləndirilən şəxs oxşar iki nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxslərin anket məlumatlarını dəqiqləşdirdikdən sonra onları qərarla tanış edib üzərlərində qeyri-qanuni əşya və ya predmet olub-olmaması soruşulmuşdur. İlk olaraq Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, sağ yan cibindən isə içərisində ağ rəngli maddə olan sellofan büküm çıxarı b təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən orada ağ rəngli kristal formalı narkotik vasitə “Metamfetaminə” bənzər maddə olduğu müəyyən edilmişdir. Həmin büküm hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq möhürlənib imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə “Metamfetaminin” Məhkum məxsus olmasını və saxlanılması üçün sonuncuya verildiyini bildirmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Məhkum qeyri-qanuni əşya və ya predmetinin olduğu halda təqdim etməsi təklif olunmuşdur. Məhkum əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon sağ yan cibindən isə içərisində açıq qəhvəyi rəngli maddə olan şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümə baxış keçirilərk ən orada açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə “heroin”ə bənzər maddə olduğu müəyyən edilmişdir. Əlavə baxış zamanı Məhkum arxa sağ cibindən bir ədəd boz rəngli, arxa hissəsində “BP-n X12 Scale, 500gx0,01g 2xAAA battery Made in China” sözləri yazılmış elektron tərəzi Məhkum və hal şahidlərinin iştirakı ilə kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sorğu zamanı Məhkum həmin narkotik vasitənin heroin olduğunu və onu bir həftə əvvəl Cəlilabad şəhərində “X2” adlı İran İslam Respublikasının vətəndaşından aldığını və satmaq üçün üzərində saxladığını bildirmişdir. Məhkum yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı, həmin şəxslərin qeyd edilən cina yət əməllərinə aidiyyətləri olması barədə məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və işin digər obyektiv halları ilə tam təsdiq olunmuşdur. Məhkum məhkəməyə qədər icraat zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, təxminən bir ildir İran İslam Respublikasının vətəndaşı “X2” adlı şəxsdən heroin və metafetamin adlı narkotik vasitə alırdı. X2la söhbət zamanı, əgər narkotik vasitə olarsa sata biləcəyini demişdir.Bir neçə dəfə X2ın göstərişinə əsasən sərhəd rayonu ərazisindəki qəbirstanlıqdan narkotiki götürüb, bir qədər kənarda, elə qəbirstanğın özündə gizlətmiş və tanımadığı şəxslərə narkotikdən hissə-hissə satıb pulu toplayıb tanımadığı şəxslər vasitəsi ilə X2a göndərimişdir.Bu işlə cəmisi bir neçə dəfə məşğul olmuşdur.Təxminən bir ay əvvəl X2 yenə də heroin və metafitamin göndərmiş, onu Cəliabad şəhərindəki qəbirstanlığın girişində otluqda gizlədilməsini bildirmişdir. Bu dəfə qərara gəlmişdir ki, narkotiki hissə-hissə deyil,bir dəfəyə satsın, ona görə də həmin narkotiki götürüb, 03 iyul 2016-cı il tarixdə dostu Təqsirləndirilən şəxs məxsus avtomobillə Bakı çəhərinə gəlmiş, saat 19 radələrində polis əməkdaşları tərəfindən saxlanımışlar. Cild1,iş vərəqə 62-64, 81-82. Göründüyü kimi məhkum təsvir edilən hərəkətləri ilə narkotiki göndərən şəxsə qabaqcadan narkotiki qəbul edib satmaqla və pulunu ona göndərməklə təminat vermişdir. Beləliklə, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143- 146cı mаddələrinin tələblərinə əməl edilərək, Məhkum CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə t utulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında qeyd olunur ki,qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri(bir neçəsi) bu cinayətin icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə( qaçaqmalçılığın predmeti olan mal və ya diğər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təm in edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyalar bilavasitə keçirildiyi yerilərdə onları qəbul etdikdə və sair) digəri(digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkum və müdafiəçisi kassasiya şikayətlərində qeyd etdikləri digər arqument təyin olunmuş cəzanın yüngülləşdirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xara kterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bakı Ağır Cinayətlər Məhkəməsi25 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən himayəsində üç azyaşlı övladının olmasını, məhkumluğunun olmamasını, törətmiş olduğu cinayət əməlini qismən etiraf edib peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini də nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhk um müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kollegiya, Ali Məhkəmənin Cinayət kollegiyasının 20 fevral 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs bu iş üzrə CM-nin206.3.2 və 234.4.1. və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə CM-nin 206.3.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsini nəzərə alaraq, hesab edir ki,Məhkum onunla qaçaqmalçılıq cinayəti törətməkdə cinayət əlaqəsinə dair müddəalar məhkəmə aktlarından çıxarılmalıdır.Lakin məhkumun İİR vətəndaşı X2la qabaqcadan əlbir olaraq bir qrup halında cinayət törətməsi məhkəmələr tərəfindən müyyən edildiyindən, barəsində CM-nin 206.3.2-ci maddəsinin tərkibi olması barədə məhkəmələrin nəticələri ilə razılaşır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2017ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyas Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və qeyrisinin məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum Qaçaq malçılıq (CM-nin 206.3.2-ci maddəsi) cinayəti törətməkdə Təqsirləndirilən şəxs Zakir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs müddəası məhkəmə aktlarından xaric edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1154/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1154/2019
30.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver