Məhkəmə qərarları › İş №1(102)-1154/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1154/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1154/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, Məhkum və onun müdafiəçisi Abdullayeva Vəfa Əmiraslan q ızının iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Mehdixan Ədil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum, xxxxxxxx il tarixdə Saatlı rayonunun Kirovkənd (hazırda Mircəlal) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Saatlı rayonunun Mircəlal kənd tam orta məktəbində uşaq birliyinin rəhbəri işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşamış, CM-nin 144.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X17 da CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum yetkinlik yaşına çatmayan - 28 noyabr 2002-ci il təvəllüdlü X3 evlənmək niyyəti ilə digər təqsirləndirilən şəxs - qardaşı X17 ilə birlikdə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında oğurlamaq qərarına gəldikdən sonra, bu məqsədlə 16 may 2019-cu ildə saat 14 radələrində X22un idarə etdiyi “xxx” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Mircəlal kəndində gedərək zərərçəkmiş şəxsin Mircəlal kənd tam orta məktəbinin binasından çıxıb yaşadığı ev istiqamətində getməsini müşahidə etdikdən sonra avtomobili sonuncunun yaxınlığında saxlayaraq hər ikisi avtomobildən düşüb həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakı hərəkətlər tətbiq etməklə, yəni Məhkum X23nın saçından, X22 isə sol qolundan tutub ona sol bazunun 1/3-də iç səthdə qançırla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirməklə zərərçəkmiş şəxsi iradəsinə zidd olaraq məcburi qaydada avtomobilə mindirib onu yaşadıqları - Saatlı rayonu Soltanabad kəndində yerləşən fər di yaşayış evlərinə gətirib saxlamaqla, eləcə də, həmin müddət ərzində sonuncunun onların əlindən qaçıb qurtarmaqla bağlı fəal müqavimətinin qarşısını alarkən Məhkum sonuncuya alt dodaqda qansızma, burnun tinində, boynun ön səthində, sağ baldırın orta 1/3-də ön səthdə qançırlarla, boynun sol yan səthində, burnun belində, sol yanaqda, sağ gözaltı nahiyədə, sağ əlin ovuc səthində 1-ci əldarağı sümüyü proyeksiyasında, sol əlin üst səthində 2-ci əl darağı sümüyü proyeksiyasında sıyrıqlarla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə X23nı oğurlamışlar. Hökmdən məhkumlar Məhkum və X9 müdafiəçiləri Hacıyev İntiqam Əşrəf oğlu və Ağakişiyeva Pərvanə İntiqam qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 12 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun cinayət əməlinin CM-nin 144.3-cü maddəsindən CM-nin başqa maddəsinə tövsif edilməsi və bu maddə əsasında yüngül cəzanın təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra norma larına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, X23nı onunla evlənmək niyyəti ilə qardaşı X24lə birlikdə oğurlamaq qərarına gəlmiş və buna görə də onlar ittiham olunduqları əməli törətmişlər, lakin o, sadəcə olaraq X23 ilə ailə qurmaq istəyirdi. Bununla belə, onlar törətdiyi əməldən peşman olaraq anasının təkidi və göstərişi ilə X23nı onun valideynlərinə qaytarmış, lakin məhkəmələr bu faktı nəzərə almamışlar. Bu səbəbdən kassasiya şikayətinin müəllifi hesab edir ki, onun cinayət əməli CM-nin 144.3-cü maddəsindən CM-nin başqa maddəsinə tövsif edilməli və buna görə də ona yüngül cəzanın təyin olunmalıdır. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesi iştirakçılarının qanuna müvafiq qaydada məlumatlandırılmalarına ba xmayaraq, zərərçəkmiş X23 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı cinayət prosesi iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş L.Y.Abdullpyevanın iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquq i məsələlər: Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində məhkəmələr tərəfindən onun əməlinin düzgün olmayaraq CM-nin 144.3-cü maddəsi ilə tövsif edildiyini, həmin maddə əsasında həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək öz kassasiya tələblərini CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Məhkum şikayət ini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə, onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sü butların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, h əmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, eksper tizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarını n müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyn zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, cinayət məsuliyyətinə cəlb olunaraq cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərə və onların şəxsiyyətlərinə uyğun cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını tə min etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CM-nin 3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə isə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun o lmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) İş materiallarından görünür ki, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansi yası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini, yəni digər şəxslə (qardaşı X22la) qabaqcadan əlbir olaraq bir qrup şəxs kimi adam oğurluğu cinayətini törətməsi, kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları ondan ibərətdir ki, Məhkum yetkinlik yaşına çatmayan - 28 noyabr 2002-ci il təvəllüdlü X23nı evlənmək niyyəti ilə digər təqsirləndirilən şəxs - qardaşı X24la birlikdə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında oğurlamaq qərarına gəldikdən sonra, bu məqsədlə 16 may 2019-cu ildə saat 14 radələrində X22un idarə etdiyi “xxx” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Mircəlal kəndində gedərək zərərçəkmiş şəxsin Mircəlal kənd tam orta məktəbinin binasından çıxıb yaşadığı ev istiqamətində getməsini müşahidə etdikdən sonra avtomobili sonuncunun yaxınlığında saxlayaraq hər ikisi avtomobildən düşüb həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakı hərəkətlər tətbiq etməklə, yəni Məhkum X23nın saçından, X22 isə sol qolundan tutub ona sol bazunun 1/3-də iç səthdə qançırla müşayiət olunan sağlam lığa zərər vurmayan xəsarət yetirməklə zərərçəkmiş şəxsi iradəsinə zidd olaraq məcburi qaydada avtomobilə mindirib onu yaşadıqları - Saatlı rayonu Soltanabad kəndində yerləşən fərdi yaşayış evlərinə gətirib saxlamaqla, eləcə də, həmin müddət ərzində sonuncunun onların əlindən qaçıb qurtarmaqla bağlı fəal müqavimətinin qarşısını alarkən Məhkum sonuncuya alt dodaqda qansızma, burnun tinində, boynun ön səthində, sağ baldırın orta 1/3-də ön səthdə qançırlarla, boynun sol yan səthində, burnun belində, sol yanaqda, sağ gözaltı nahiyədə, sağ əlin ovuc səthində 1-ci əldarağı sümüyü proyeksiyasında, sol əlin üst səthində 2-ci əl darağı sümüyü proyeksiyasında sıyrıqlarla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə X23nı oğurlamışdır. Məhkum kassasiya şikayətində bildirir ki, onun X23ya qarşı heç bir pis niyyəti olmamış və onu qardaşı ilə birlikdə ailə qurmaq məqsədilə oğurlamışdır. Bununla belə, Məhkum cinayət təqibinin bütün mərhələlərində, o cümlədən məhkəmə iclasında 16 may 2019-cu il tarixdə saat 14 radələrində X23nı onun iradəsinə zidd olaraq sonuncunun təhsil aldığı məktəbin qarşısında qardaşı X22la birlikdə idarə etdiyi avtomaşına əyləşdirib yaşadığı evlərinə aparmasını, zərər çəkmiş şəxsin yetkinlik yaşına çatmadığını bilməsini etiraf etmiş və həmçinin göstərmişdir ki, sonuncunu onun saxlanıldığı yerdən yaxın qohumları gəlib aparmış, o, isə buna etirazını bildirməmiş və bununla bağlı heç bir hərəkət etməmişdir. İş materialları ilə Məhkum ifadələri hazırki iş üzrə məhkum olunmuş X24un, zərərçəkmiş X23nın, çoxsaylı şahidlərin ifadələri ilə, məhkəmə-tibbi eks pertizasının rəyi ilə, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və qanuni üsullarla toplanmış və məhkəmə iclasında araşdırılmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını milli və beynəlxalq qanunvericiliyin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittiham ın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bundan başqa, bu halların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların fövqündə məhkumun əməlinin CM-nin 144.3-cü maddəsində təsbit edilmiş cinayət kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsi yoxladıqda, müəyyən edilir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkilik yaşına çatmamış şəxs barəsində adam oğurluğu cinayəti törətmişdir və məhkəmə kollegiyası hesab edir ki, məhkumun bu əməlində göstərilən maddədə nəzərdə tutulmuş cinayətin bütün tərkib və tövsifedici əlamətləri mövcud olduğundan onun həmin əməli qeyd edilən maddə ilə düzgün tövsif edilmişdir. Apellyasi ya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr hökmdən verilmiş apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-nin 144.3-cü maddəsi ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Göründüyü kim i, ibtidai araşdırma orqanı ilə yanaşı həm də məhkəmələr Məhkum məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yetkinlik yaşına çatmamış şəxs barəsində adam oğurluğu cinayətini törətməsi və buna görə onun bu əməlinin CM-nin 144.3-cü maddəsi ilə tövsif edilməli olması haqda nəticəyə gələrkən onun əməlini başqa bir əməl kimi qiymətləndirilməsi üçün əsaslar görməmişlər. Məhkəmə kollegiyası da bu qiymətləndirməni qanuni və əsaslı hesab edərək təhlill edilən məsələ ilə bağlı kassasiya şikayətinin dəlillərini və bu dəlillər əsasında irəli sürülmüş tələbi qəbul edilməz sayır və buna görə Məhkum cinayət əməllərinin CM-nin 144.3-cü maddəsindən CM-nin başqa bir maddəsinə tövsif edilməsini mümkün bilmir. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza da apellyasiya qaydasınd a yoxlanılarkən məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməsi müəyyən edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, şəxsiyyətini səciyyələndirən məlumatlardan, zərər çəkmiş şəxslə barışmamasından, CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran halların olmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, məhkumun hökmlə CM-nin 144.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən etməsindən görünür ki, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, o cümlədən CM-nin olaraq 59, 61, 58.3-cü maddələrinin tələblərinə əməl etmiş və ona CM-nin 8-ci maddəsində nəzərə tutulmuş ədalət prinsipinə, CM-nin 41.2-ci maddəsində göstərilən cəzanın məqsədlərinə cavab verən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın həddə (xüsusilə ağır cinayət təsbit edilmiş CM-nin 144.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol ve rilmədiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi V.Ə.Abdullayevanın, kassasiya şikayətinin təmin edilməməsi haqda isə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 144.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə və Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə və Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar