Məhkəmə qərarları › İş №1(102)-1154/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1154/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1154/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun Bəraət almış şəxs – X5, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkil Məhərrəmov Polad Müseyib oğlunun iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 1(060)-6/2022 nömrəli (hakim Z.A.Hacıyev) hökmü ilə xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli "xxxx" ASC-nin Şimal RETSİ-nin Sumqayıt EŞ-nin nəzarətçi mühəndisi vəzifəsində işləyən, məhkum olunmamış, xxx-də qeydiyyatda olan, xxx-də yaşayan X7 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəra ət verilməsi və onun Azərbaycan Respublikası adından təqsirsiz elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Nəzər Fərzəliyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli 1(105)-523/2022 nömrəli (hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) qərarı ilə apellyasiya protesti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından döv lət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X7 ittiham irəli sürülmüşdür ona görə ki, o, 17 avqust 2020-ci il tarixdə, saat 10:00 radələrində, xx.xx.2013-cü il tarixdə verilmiş “B” dərəcəli, AB seriyalı, 563425 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında oğlu X13 məxsus, saz vəziyyətdə olan “Mersedes Bens C 180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində idarə edərək, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən gecəqondu yaşayış massivi adlanan yerdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” X3 Etilen-Polietilen zavodunun nəqliyyat idarəsinin 1 saylı texnoloji nəqliyyat departamentinin yaxınlığında, “Yol hə rəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yol və metereoloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qarşı tərəfdən Sumqayıt şəhərinə əks istiqamətdə hərəkət edərək, həmin vaxt yağış yağdığını nəzərə almayıb, yağış gölməçəsinin üzərində fırlanaraq, onun yoluna çıxan Zərərçəkmiş şəxs1, xx.xx.2020-ci il tarixdə verilmiş “BC” dərəcəli, AF seriyalı, 709669 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi ilə toqquşub, “Dong Feng S 30” markalı, * *-PK*** dövlət qeydiyyat nişanlı avtomobilin məxsus olduğu Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyət Cəmiyyətinə 9300 (doqquz min üç yüz) manat məbləqində maddi ziyan vurmaqla, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol ağ ciyərin cırılmış yaraları, solda İİİ-İVV-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, döş sümüyünün İV-Vİİİ fəqərə səviyyəsində yerdəyişən sınığı, döş qəfəsinin sıxılması, sağ almacıq qulaq seyvanının, alnın sağ yarısının, sağ saidin, sol baldırın qançır və sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığına ağır zərər vurmaqla, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmələr yuxaıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər bütün sübutları müqayisəli təhlil etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə X7 ittiham olunduğu CM-nin 263.2-ci maddələri ilə bəraət verməkdə səhvə yol vermişdir. Belə ki, işin qeyd olunan faktiki halı 17 avqsut 2020-cu il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış protokolu və onun sxemi, şahid ifadələri, həmin tarixli avtomobillərə baxış protokolu, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 8/1452 saylı məhkəmə yol nəqliyyat ekspertizasının rəyi ilə təsdiq edilməsinə baxmayaraq, məhkəmə hökmündə həmin sübutları şübhə altına alınmışdır. Məhkəmələr təqsirləndirilən şəxsin ifadəsinin həqiqiliyini, yəni gös tərdiyi şəraitdə avtomobillərin toqquşma reallığını yoxlamamışlar. Belə ki, təqsirləndirilən şəxsin dediyi və göstərdiyi şəraitdə toqquşmanın baş verməsi qeyri mümkündür. Çünki, ibtidai istintaq zamanı hadisə yerinə baxış protokollarına əlavə edilmiş avtomobillərin toqquşmasından sonra çəkilmiş fotoşəkillərə diqqət etdikdə təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin zərərçəkmiş şəxsin avtomobilinə dəyməsi nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi fikrinə gəlmək asanlıqla mümkündür. Zərərçəkmiş şəxsin avtomobili təqsirləndirilən şəxsin dediyi kimi 90 metr məsafə qət etdikdən sonra perpendukiliyar hərəkət edərək 25-30 metr məsafədən yoluna çıxmış olub toqquşma baş versəydi, avtmobillərdə zədə iş materiallarına hadisədən sonra fotoşəkilləri çəkilərək əlavə edilmiş avtmobillərin m övcüd zədəsindən fərqli vəziyyətdə olardı. Həmin fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxsin avtomobilinə diqqət etdikdə əsas zədələr avtomobilin sağ tərəfində, zədə istiqaməti mərkəzdən hər iki qapılar olan hissədən, təqsirləndiriən şəxsin isə əsasən avtomobilinin ön tərəfindədir. Bu da onu göstərir ki, təqsirləndirilən şəxsin avtomobili saxlaya bilməyib və avtomobilin ön tərəfi ilə qarşısına çıxan zərərçəkmiş şəxsin avtomobilinin sağ tərəf hissəsinə çırpmışdır. Əgər təqsirləndirilən şəxsin dediyi kimi zərərçəkmiş şəxsin avtomobili perpendikuliyar hərəkət etsəydi, zərərçəkmiş şəxsin avtmobilində zədələr yalnız ön tərəfinin sağ küncü, təqsirləndirilən şəxsin isə avtomobilinin sol tərəfinin küncünün sürücü istiqamətində hissəsində olmalı idi. Lakin, şəkillərə diqqət etdikdə təqsirləndiri lən şəxsin ifadəsində göstərdiyi şəraitə uyğun avtomobillərdə zədələr yoxdur, əsas zədələr təqsirləndirilən şəxsin avtomobilinin ön tərəfi, zərərçəkmiş şəxsin avtomobilinin sağ tərəfi istiqamətindədir. Həmçinin, şəkillərdən də görünür ki, zərərçəkmiş şəxs qarşı yola keçsə də avtomobili təqsirləndiriən şəxsin maşınından kənar keçirməyə nail olmuş, lakin təqsirləndirilən şəxs avtomobilini saxlaya bilməyib avtomobilin ön tərəfi ilə qarşısından keçən zərərçəkmiş şəxsin avtomobilinin sürücü olmayan sağ tərəfini əsasən avtomobilin mərkəzindən vurmuşdur. Bu da onu göstərir ki, təqsirləndirilən şəxsin avtomobilinin sürəti dediyi kimi saatda 20-30 km deyil, ondan çox olmuş və avtomobili saxlamaq fikri olmamışdır. Çünki, sürət həddi dediyi kimi olmuş olsaydı, zərərçəmiş şəxs, ya onun avtomobilinə də ymədən qarşısından keçəcəkdi, ya da avtomobildə mövcud zədələrin istiqamətləri və həcmi də daha az, fərqli olacaqdı. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1620 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təhlükə - nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Təhlükənin hərəkət hissəsindən kənara çıxmış Dong Feng S 30 markalı avtomobilin sola istiqamətləndiyi andan yaranması və həmin andan toqquşma yerinə kimi Dong Feng S 30 markalı avto mobilin 30 metr məsafə qət etməsi şəraitində Mersedes-Benz C 180 markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Rəydən göründüyü kimi, ekspert təhlükənin izahını verərkən nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyektdən başqa, hərəkət surətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları kimi təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlığı göstərmişdir. Həmçinin, hazırkı rəydə təhlükənin hansı andan yaranması dəqiq qeyd edilməmiş və təhlükənin yaranma anı seçim, şərait kimi təqdim edilmiş, təhlükə anının nə üçün zərərçəkmiş ş əxsin avtomobilinin gölməçəyə düşərək avtomobilin idarə etməni itirməsi anından deyil, hərəkət hissəsindən kənara çıxmış Dong Feng S 30 markalı avtomobilin sola istiqamətləndiyi andan yaranmasını götürməsi və bu hər iki hal müqayiəsli tədqiq edilib cavab verilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun qeyd olunan maddədə nəzərdə t utulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı sübuta yetirildiyini bildirib, verilmiş kassasiya protestinin təmin olunmasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı ləğv edilib, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X19 və müdafiəçi Məhərrəmov Polad Müseyib oğlu ayrı-ayrılıqda çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edi r: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində birinci instansiya məhkəməsi tərəfindən məhkumun barəsində əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən Əliağa İsmayılova verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rə yləri ilə, tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Belə ki, verilmiş ittihamdan görünür ki, X9 17 avqust 2020-ci il tarixdə, saat 10:00 radələrində idarə etdiyi “Mersedes Bens C 180” markalı, **-DF-*** dövlət-qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən gecəqondu yaşayış massivi adlanan yerdə qarşı tərəfdən Sumqayıt şəhərinə əks istiqamətdə hərəkət edərək, həmin vaxt yağış yağdığını nəzərə almayıb, yağış gölməçəsinin üzərində fırlanaraq, onun yoluna çıxan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Dong Feng S 30» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi ilə toqquşmuşdur. Lakin işi materiallarında həmin mexanizmi təsdiq edən, yəni “Mers edes Bens C 180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 həmin avtomobillə Sumqayıt şəhərinə istiqamətdə əks yola çıxaraq sözügedən yol nəqliyyat hadisəsini törətməsində təqsirliliyini təsdiq edən bir sübut belə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “avtomobilə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı toqquşma avtomobilin sağ tərəfi ilə baş vermiş, nəticədə avtomobilin sağ qabaq və sağ arxa qapıları, sağ qabaq və sağ arxa qanadları, damı, sağ qabaq və sağ orta stoykaları, qabaq şüşəsi, sağ arxa stopu, sağ diski, təkəri, arxa şüşəsi, sol arxa q anadı, sağ farası, solonunun şiti, hava şarı, sağ qabaq oturacağı, sağ qabaq amartizatoru, sağ sapfası, qabaq və arxa balkaları, qranatı, sağ qanadın altı, sağ yan güzgüsü, sağ ponockası, qabaq və arxa buferləri, qabaq paneli, qabaq kapotu və digər hissələri zədələnərək, avtomobil yararsız hala düşmüşdür. Avtomobilin arxa yük yerindən işlənmiş və tam yararlı vəziyyətdə olmayan 12 ədəd müxtəlif markalı mobil telefonlar, həmin mobil telefonların hissələri və sarı rəngli və ağ rəngli metaldan və adi materialdan hazırlanmış qadın bicuteriyaları – 01 ədəd boyunbağı, 01 ədəd kulon, 01 ədəd bilərzik, qırılmış halda olan 02 ədəd kulon və 02 ədəd sırğa tayları götürüldü. Avtomobilin içindən, salonundan və arxa yük hissəsindən, eləcə də, avtomobilin hər hansı bir başqa hissəsindən əhəmiyyət kəsb edə n başqa bir əşya götürülmədi. Baxış zamanı avtomobilin sükan idarə etmə sistemində hadisəyə qədər olan nasazlıq aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “avtomobilə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl “MersedesBens C 180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı toqquşma avtomobilin qabaq hissəsi ilə baş vermiş, nəticədə avtomobilin qabaq kapotu, sol və sağ qanadları, qabaq buferi, sağ və sol faraları, sağ və sol pavarotnikləri, oblisovkası, sol yan güzgüsü, sol qabaq qapısı, sol qapının şüşəsi, sükanın aerobakı, qabaq alın şüşəsi, radiatoru, hava lopası, qabaqlığı, damı, kapotun petlyası, su baçoku, hava filtrnın yeri, vakuumun zaslonkası, sağ və sol sapfaları, beyni və qabaq qapının üzlüyü və digər hissələri zədələnmişdir. Avtomobilin içindən, salonundan və arxa yük hissəsindən, eləcə də, avtomobilin hər hansı bir başqa hissəsindən əhəmiyyət kəsb edən heç bir əşya götürülməmişdir. Baxış zamanı avtomobilin sükan idarə etmə sistemində hadisəyə qədər olan nasazlıq aşkar edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, həmin gün hava yağışlı olmuşdur, o da Sumqayıt şəhər istiqamətində avtobus dayanacağında durmuşdur. Qırmızı rəngli xarici markalı avomobilin gölməçəyə girdiyini və suyun qalxdığını görmüşdür. Daha sonra o yoldan çıxaraq yolun sağına doğru getmiş, ancaq sonra yolun sağından yenə yola çıxmışdır və yolun sol istiqamətinə d oğru getmişdir və ondan sonra qəza baş vermişdir. Qəza olduqdan sonra çıxıb getmiş, orada dayanmamışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, “Dong Feng S 30” markalı avtomobil ilk əvvəl yoldan çıxaraq ağaclığa tərəf getmiş, daha sonra əks istiqamətdə yola çıxmışdır. Qırmızı rəngli avtomobil Nasosnu deyilən istiqamətdən hərəkət edərkən hadisə baş vermişdir. Əliağanın avtomobilinin surəti aşağı olmuşdur. Çünki o, yolda olan tramplini yeni keçmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” 4689 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, hadisə vaxtı X1 vəziyyəti olmamışdır. İş materiallarında olan AC № 769718 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Mersedes Benz C 180 minik” markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomob il X13 məxsusdur. İş materiallarında olan ƏN-İV № 300295, xx.xx.2017-ci il tarilxi etibarnamənin surətindən görünür ki, X18 “Mersedes Benz C 180 minik” markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X7 etibarnamə vermişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1452 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, “Mersedes Benz C 180” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkm iş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs1 avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80-90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1620 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təhlükə - n əqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Təhlükənin hərəkət hissəsindən kənara çıxmış Dong Feng S 30 markalı avtomobilin sola istiqamətləndiyi andan yaranması və həmin andan toqquşma yerinə kimi Dong Feng S 30 markalı avtomobilin 30 metr məsafə qət etməsi şəraitində Mersedes Benz C 180 markalı 50DF426 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tə ləblərinə uyğunsuzluq olmamışdır. Dong Feng S 30 markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.Ə.X25 S 30 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) tələblərinə uyğunsuzluq olmuşdur. Mövcüd metodikaya əsasən eksperti za yolu ilə nəqliyyat vasitələrin hərəkət sürətləri hadisə yerində qalan tormoz izinə əsasən müəyyən edilir. Nəqliyyat vasitələrinin üzərində olan zədələrə əsasən nəqliyyat vasitələrinin hərəkət sürətlərini və təhlükə yaranan andan toqquşmaya kimi qət etdiyi məsafələri ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Belə ki, cinayət işi materiallarında müəyyən olunur ki, ibtidai araşdırma zamanı məhkəmə yol-nəqliyyat ekspertizasının təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında ekspertiza keçirilmişdir. Lakin ekspertiza təyin edilməsi barədə qərarda hadisənin təfərrüatları düzgün və tam göstərilməmiş, nəticədə ekspert tərəfindən ibtidai araşdırma orqanının vermiş olduğu düzgün və tam olmayan məlumatlar əsasında rəy alınmışdır. Belə ki, qərard a təhlükənin yaranma anı Əliağa İsmayılovun Zərərçəkmiş şəxs1 idarə etdiyi “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ təkərinin yağışdan əmələ gələn gölməçənin üzərində oynaması və avtomobilin sürücüsünün avtomobilin idarəetməsini itirməsini gördüyü 100 metr məsafə ilə əlaqələndirmişdir. X12 ifadəsində həmin nəqliyyat vasitəsinin idarəetməni itirdikdən sonra yolun hərəkət hissəsindən sağ tərəfə çıxaraq hərəkətini davam etdirməsini və ani şəkildə hərəkət trayektoriyasını dəyişərək onun idarə etdiyi nəqliyyat vasitəsinə tərəf gələrək toqquşmasını göstərməsini, təhlükənin yarandığı anın məhz həmin andan başlanmaqla qeyd olunan şəraitə uyğun məlumatlar dəqiqləşdirildikdən sonra düzgün ekspertiza rəyinin verilə biləcəyini nəzərə almamışdır. Göründüyü kimi y aranmış sual işarətlərinin aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. Ekspertin gəldiyi nəticə ondan olmuşdur ki, mərhum Zərərçəkmiş şəxs1 idarə etdiyi “Dong Feng S 30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəolunmaz vəziyyətdə olub, həmçinin hadisə üçün Zərərçəkmiş şəxs1 hərəkətin təhlükəksizliyini təmin etməməsi səbəbindən baş vermişdir. Ə.İsmayılova gəldikdə isə ekspert X5 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək üçün məhkəmə tərəfindən onun hərəkət üçün təhlükənin hansı andan yaranması, təhlükə yaranan anda avtomobillər arasında olan məsafə və yaxud həmin andan toqquşmaya kimi “Dong Feng S 30” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avto mobilin qət etdiyi məsafə müəyyən edilərək təqdim edilmədiyi üçün tədqiqat aparılmamışdır. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Əliağa İsmayılovun təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələ blərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsaslanaraq ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini təl əb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş yuxarıda sadalanan dəlillər Ə.İsmayılovun barəsində bəraət hökmü çıxarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmamışdır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cin ayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qal dırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borcl u deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apell yasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X5 təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesa b edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və A zərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar