Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1154/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Mikayılov Elçin Nəsib oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 29, 120.2.3 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1971-ci il tarixdə Tovuz rayonunun Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsil li, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Yanıqlı kəndində qeydiyyatda olmaqla həmi kənddə yaşamış, CM-in 29, 120.2.3 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 20 aprel 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Şahid1 onun yerişini yamsılamasından əsəbləşib Şahid1 söyərək özünün yaşadığı evə getmiş, sonuncunun onun arxasınca gələrək yaşa dığı evin qarşısında ona və ailə üzvlərinə fiziki zor tətbiq etməsindən hiddətlənib evin mətbəx otağına daxil olaraq oradan soyuq silah hesab edilməyən təsərrüfat təyinatlı bıçağı götürərək həmin vaxtı artıq həyətdən çıxıb evləri istiqamətində gedən Şahid1 arxasınca piyada hərəkət etməklə sonuncunun yaşadığı evin həyətinin giriş darvazasının qarşısına gəlmiş, bu zaman onun əlində bıçaqla gəlməsini görən Şahid1 səsinə baş verə biləcək qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə küçəyə çıxan və əlindəki bıçaqla zorakı hərəkətlər etməyə cəhd etməsini görüb ictimai borcunu yerinə yetirərək onun qarşısına çıxıb sakitləşdirməyə çalışan Şahid1 atası X19 buna görə qisas alıb qəsdən öldürmək qərarına gələrək bu niyyətlə X19i arvadı X6 gözləri qarşısında hər ikisinə bununla əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla əlində olan bıçaqla X19in həyat fəaliyyəti üçün vacib orqanlar yerləşən qarın nahiyəsinə bir dəfə vuraraq, ona qarın nahiyəsinin sol yan divarının, nazik bağırsaq müsaqirələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayiət edilən, törədildiyi an həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra zərərçəkmişə növbəti zərbələr yetirməyə çalışdıqda həmin vaxt hadisə yerində olan Şahid3 və Şahid4 bıçağı əlindən alaraq onu zərərsizləşdirdiklərindən X19i bilavasitə qəsdən öldürməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək X19i ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X16 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 21 yanvar 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilməmiş, məhkumun müdafiəçisi Z.K.Qəhrəmanovun apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-in 29, 120.2.3 və 29, 120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.2.2 və 126.2.3cü maddələrinə tövsif edilməklə ona cəzası nı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X6nın nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət məhkəmə tərkibində) 7 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti və kassasiya protesti təmin edilmiş, Gəncə Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Z.K.Qəhrəmanov və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə təkrarən baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə) 12 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində) 31 yanvar 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023cü il tarixli qərarından Məhkum müdafiəçisi Y.B.Abbasov kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-in 131.2 və ya CM-in 126.2, 126.2.3-cü maddələrinə tövsif edilməsi barədə qərarın qəbu l olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Y.B.Abbasov həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, hüquqlarını müdafiə etdiyi şəxsin hadisə vaxtı hərəkətlərinin və niyyətinin xüsusi amansızlıqla və ictimai borcunu yerinə yetirən şəxsə qarşı qəsdən adam öldürməyə cəhd etmə cinayətinin tərkib əlamətləri olmadığı halda onun əməli əsassız olaraq CM-in 29, 120.2.3 və 29, 120.2.4-cü maddələri ilə tövsif edilmiş və o, bu maddələrlə qanunsuz olaraq təqsirli bilinib məhkum olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, cinayət işi məhkəmənin hazırlıq iclasının qərarı ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra müstəntiq tərəfindən hadisəni şahidləri zərər çəkmiş şəxsin hüquqi varisi X6, onun oğlu Şahid1, o cümlədən şahidlər Şahid3 və Şahid4 yenidən dindirilərək ilkin ifadələri ilə ziddiyət təşkil edən yeni ifadələr vermiş və ibtidai araşdırma orqanı tərəfindən bu ifadələrə əsasən Məhkum əməli qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməklə ona qarşı yeni ittiham irəli sürülmüşdür. Həmin şəxslərin ilkin istintaq vaxtı verdikləri ifadələrin biri-birinə uyğun, inandırıcı olmasına baxmayaraq, prokurorluqda sonrakı dindirilmələr zamanı alınmış ifadələr biri-birinə ziddiyyət təşkil etmiş, həmin ifadələr həqiqəti əks etdirməmiş, la kin buna baxmayaraq, məhz həmin ifadələr əsasında Məhkum əməli düzgün tövsif edilməmişdir. Odur ki, şikayət müəllifi qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərərçəkmiş şəxsin hüquqi varisi X6 və məhkumun digər müdafiəçisi – kassasiya şikayətinin müəllifi Y.B.Abbasov naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, zərərçəkmiş şəx sin hüquqi varisi X6nın və məhkumun digər müdafiəçisi Y.B.Abbasovun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi Y.B.Abbasovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirən şik ayət müəllifi öz şikayətində həmin məhkəmə tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum əməlinin düzgün tövsif edilməməsini, nəticədə isə onun törətmədiyi cinayət əməlinə görə əsassız olaraq məhkum olunmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdi r. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Y.B.Abbasovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməy ə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərin ə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqla rının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyi ni, digər tərəfdən isə hər bir insannın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərərçəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin aradan qaldırılması üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən müvafiq tədbirlər görülməsini, bu və ya digər cinayət əməlini törətmiş şəxslərin ifşa olunaraq cinayət məsuliyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildikdə isə - barələrində ittiham hökmləri çıxarılmaqla məhkum olunmalarını və cəzalardırılmalarını, cəzanın məqsədlərinə nail olunmasını də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqların ı gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştira kçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüq uqunun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması ba rədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətmə kdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qan unçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövlə ti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Re spublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi p rosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya ci nayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit e dilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 13 9.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, müm künlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hal lar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təq sirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd o lunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barə də məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara ə saslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bunun üçün məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün məhkəmələrin müəyyən olunmuş hesab etdikləri, Məhkum təqsirli bilindiyi ittihamda əksini tapmış işin hallarına və ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmaqla və tədqiq edilməklə, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və m ötəbərliyi üzrə qiymətləndirmiş sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamın həmin sübutlarla tam təsdiq edilməsini hesab edən məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum 20 aprel 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Şahid1 onun yerişini yamsılamasından əsəbləşib Şahid1 söyərək özünün yaşadığı evə getmiş, sonuncunun onun arxasınca gələrək yaşadığı evin qarşısında ona və ailə üzvlərinə fiziki zor tətbiq etməsindən hiddətlənib evin mətbəx otağına daxil olaraq oradan soyuq silah hesab ed ilməyən təsərrüfat təyinatlı bıçağı götürərək həmin vaxtı artıq həyətdən çıxıb evləri istiqamətində gedən Şahid1 arxasınca piyada hərəkət etməklə sonuncunun yaşadığı evin həyətinin giriş darvazasının qarşısına gəlmiş, bu zaman onun əlində bıçaqla gəlməsini görən Şahid1 səsinə baş verə biləcək qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə küçəyə çıxan və əlindəki bıçaqla zorakı hərəkətlər etməyə cəhd etməsini görüb ictimai borcunu yerinə yetirərək onun qarşısına çıxıb sakitləşdirməyə çalışan Şahid1 atası X19 buna görə qisas alıb qəsdən öldürmək qərarına gələrək bu niyyətlə X19i arvadı X6 gözləri qarşısında hər ikisinə bununla əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla əlində olan bıçaqla X19in həyat fəaliyyəti üçün vacib orqanlar yerləşən qarın nahiyəsinə bir dəfə vur araq, ona qarın nahiyəsinin sol yan divarının, nazik bağırsaq müsaqirələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayiət edilən, törədildiyi an həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra zərərçəkmişə növbəti zərbələr yetirməyə çalışdıqda həmin vaxt hadisə yerində olan Şahid3 və Şahid4 bıçağı əlindən alaraq onu zərərsizləşdirdiklərindən X19i bilavasitə qəsdən öldürməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək X19i ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclaslarında Məhkum özünü ona elan olunmuş ittiham üzrə yuxarıda şərh edilən əməlləri törətməkdə təqsirli bilməsə də, on un həmin əməlləri törətməsi zərərçəkmiş şəxsin hüquqi varisi X6nın, şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə ballistik və trasoloji, məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tam və hərtərfli tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən, müdafiəçinin kassasiya şikayətində göstərilən dəlillərinin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun p ozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum təqsirli olması hissəsində yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri- obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Məhkum “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları tam həcmdə təmin olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum göstərmişdir ki, o, ailə üzvləri, yəni azyaşlı oğlu və həyat yoldaşı Şahid2 ilə birlikdə Tovuz rayonunun Yanıqlı kəndində yaşa yır və X28 onun həmkəndlisidir. Əvvəllər onun X19 və oğlu Şahid1lə aralarında hər hansı bir problemləri, ədavəti, narazılığı olmamış və onlar biri-biri ilə normal münasibətlər saxlamışlar. 20 aprel 2019-cu il tarixdə həmkəndlisi Şahid bacısı oğluna toy məclisi keçirmiş və o, da həmin toy məclisinə dəvət olunmuşdur. Buna görə də o, da ailə üzvləri ilə birlikdə həmin toy məclisində iştirak etmiş, həyat yoldaşı ilə uşağı ondan əvvəl oradan çıxıb evə getmiş, o, isə məclisdə qalmışdır. Sonradan bildiyinə görə, Şahid1 də həmin toy məclisində olmuş, lakin onunla rastlaşmadığı üçün onu orada görməmişdir. Məclisdə o, spirtli içki olan araq qəbul etmiş və saat 17 radələrində oradan çıxıb piyada yaşadığı evə tərəf getməyə başlamışdır. Bu vaxt o, Şahid1un da ondan 10-15 metr irəlidə piyada getdiyini g örmüşdür. O, içkili olduğu üçün yeriyəndə səndələmiş və bu zaman Şahid1 onun yerişini yamsılamağa, yəni təkrar etməyə başlayaraq ona acıq vermişdir. O, da bunu görüb nəzərə almadan kənardan keçib getmək istədikdə Şahid1 ona «başına papaq qoyub özünü də kişi sayırsan, süni mayalanmadan uşaq düzəltdirib gətirmisən» dedikdə, o, artıq dözə bilməyib Şahid1a süni mayalanma elətdirənin də, onu bilməyib deyənin də ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra Şahid1 ona heç bir söz deməyib fermaya tərəf getmiş, o, isə evinə gəlmiş, yolda olarkən isə onunla aralarında hər hansı dava-dalaş, başqa söz-söhbət olmamışdır. O, yaşadığı evə gələndən sonra arvadı Şahid2, oğlu X və həmkəndlisi Yin evdə olduğunu görmüş, evə daxil olanda həyat yoldaşından heyvanlara su və yem verib-verməməsini soruşmuş, s onuncu isə bunları etmədiyini bildirdiyinə görə əsəbləşmiş onun üstünə qışqıraraq «allahın qara gəlsin heyvan yazıqdı, niyə baxmırsan?» dedikdən sonra evə keçib yatağında uzanmışdır. Bu zaman Şahid1un onun ünvanına nalayiq söyüşlər söydüyünü eşitmiş, ona görə də Şahid2yə toydan evə qayıdanda Şahid1un yolda onun yerişini yamsılayaraq, onun var-yoxuna söydüyünü və söyməyə davam etdiyini demişdir. Şahid2 isə ona “səni söyməz görmürsən qulağında telefon var, yəqin başqasına söyür” demişdir. Həmin vaxt evdə olan qonşusu X onlara yaxınlaşmış və o, sonuncuya Şahid1un onu söydüyünü bildirdikdə, X onu sakitləşdirmiş, ona görə də evində olan yataq otağına keçərək uzanıb yatmışdır. Bu zaman o, evinin həyətindən səsküy gəlməsini eşidib yatağından durduqda görmüşdür ki, Şahid1 onun arvadını və uşağının ünvanına nalayiq sözlər işlədərək onu çağırır, həyətə çıxdıqda isə Şahid1 onun qolundan və paltarından tutaraq sürüyüb özünə tərəf çəkmişdir. Həmin vaxt yağış yağdığına görə evin qabağı palçıq olmuşdur, Şahid1 onu yerə yıxıb təpiklə sifətinə zərbə vurmuşdur. O, hər iki əli ilə sifətini tutmuş və buna görə təpik zərbəsi onun əlinə dəymişdir. Arvadı Şahid2 onları aralamaq istəyən zaman Şahid1 onun da qoluna yumruqla zərbə endirmişdir. Azyaşlı oğlu yanlarına yaxınlaşıb, Şahid1a «mənim atamı vurma» demiş, ayağından tutmuş, bu zaman Şahid1 azyaşlı oğlunun çiyin hissəsindən tutub kənara itələmiş, sonra isə onun özünə yenə də təpik və yumruqla bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Həmin vaxt əmisi oğlu Şakirin arvadı X də onların yanlarında olmuş və Şahid2 ilə birlikdə Şahid1u aralamağa çalışmış, lakin bunu edə bilməmişlər. O, azyaşlı oğlunun Şahid1 tərəfindən itələyərək yerə yıxdığını gördükdə əsəbləşmiş, ona görə də özündə güc toplayıb Şahid1un əlindən çıxaraq, evə bıçaq götürmək üçün qaçmış, yenidən evin həyətinə qayıtmış, həmin vaxt Şahid1 yenə də evin həyətində olmuş, Şahid2 və X onu evin həyətindən çıxarmaq istəmiş, Şahid1 isə onun əlində bıçaq olduğunu görüb, evin həyətindən qaçaraq getmişdir. O, da Şahid1u bıçaqla qorxutmaq məqsədilə onun arxasınca qaçmışdır, çünki sonuncunun ailəsinin gözü qarşısında onu söyüb döyməsi və həmçinin arvadını və uşağını da döyməsi ona pis təsir etmiş, əsəbindən özündə olmamışdır. O, evinin həyətindən çıxıb Şahid1un arxasınca qaçarkən oğlu, həyat yoldaşı Şahid2 və qonşuları X də onun arxasınca gəlmiş, dərənin başına çatanda oğlu ona çatmış və ayağından tutaraq ona qayıtmasını yalvarmış, bu zaman Şahid1un uzaqdan yenə də onun ünvanına nalayiq söyüşlər söyərək «kişi deyilsənmi gəl gözləyirəm» dediyini eşitmiş və buna görə yenidən onun arxasınca qaçmış, Şahid1un yaşadığı evin dəmir darvazalarının qarşısına çatan zaman atası X və Şahid4 adlı qohumları onun qarşısına çıxmış, Şahid1 isə həmin vaxtı darvazadan içəridə, yəni həyətdə olmuş, sonra qohumları onu evin həyətinə salmışlar. O, evin darvazasının qarşısına yaxınlaşıb Şahid1u soruşanda əvvəlcə Şahid1un atası X19 onu qabaqdan tutub qucaqlamış, daha sonra isə qohumu Şahid4 ona arxadan yaxınlaşaraq onu arxaya çəkib arxası üstə yerə yıxmışdır. Bu zaman, yəni Şahid4 onu arxaya tərəf çəkərkən X da onu üstünə yıxılmış, bunun da nəticəsində əlində olan bıçaq X19in qa rın nahiyəsinə batmış və sonuncu bu haqda bildirərək üstündən qalxmış, Şahid4 isə onun qolundan tutaraq onu üzü üstə yerə çevirmişdir. Bu vaxt Şahid1 da onlara yaxınlaşmış və hər ikisi bıçağı onun əlindən almaq istəyəndə o, bıçağı var gücü ilə yerə sancmışdır. Bundan sonra Şahid1 boynunun arxasına zərbə vurmuş və o, huşunu itirmişdir. Yaşadığı evinə necə getməsini xatırlamamış, onun X19ı bıçaqla vurmaq niyyəti olmamış, məqsədi Şahid1u qorxutmaq olmuş, Şahid1a ağır xəsarət yetirmək və ya onu öldürmək niyyəti olmamışdır. Hadisə zamanı o, X19in arvadı X6nı hadisə yerində görməmiş, bu haqda və həmçinin sonuncunun nəvəsinin də hadisə yerində olması, onun X19ı həmin şəxslərin gözləri qarşısında bıçaqla vurması barədə deyilənlər həqiqətə uyğun deyil Onun kimsəni öldürmək niyyəti olmamış, elan olu nmuş ittiham üzrə özümü təqsirli bilmədiyindən bu ittihamla bağlı hər hansı bir sənədi imza etməkdən imtina etmişdir. Məhkum ifadəsində zərərçəkmişi öldürmək istəməməsini bildirsə də, zərərçəkmiş şəxsin hüquqi varisi X6nın və şahidlər Şahid4 və Şahid3 ifadələri ilə müəyyən edilmişdir ki, Məhkum əlində bıçaqla zərərçəkmiş şəxsin oğlu Şahid1 təqib etməklə sonuncunun öz evinin həyətinə daxil olduqdan sonra evə yaxınlaşıb “hamınızı qıracam, öldürəcəm” sözlərini demiş və zərərçəkmiş şəxs X19 onu sakitləşdirmək üçün qarşısına çıxdıqda o, sonuncunun qarın nahiyəsinə bıçaqla bir zərbə vuraraq ona sağlamlığa zərər vurulmasına səbəb olan bədən xəsarətləri yetirmiş, həmin vaxt hadisə yerində olmuş Şahid4 və Şahid3 Məhkum yerə yıxıb bıçağı onun əlindən aldıqlarına və ona əlavə zərbələr yetirməyə imkan vermədiklərinə görə o, Şahid1 yaxın qohumlarının gözləri qarşısında, yəni xüsusi amansızlıqla qəsdən adam öldürməyə yönəldilmiş əməlini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. İşin bu halları, yəni məhkumun öldürmək niyyətinin olması barədə sözlə ifadə etdikdən sonra zərərçəkmiş şəxsə həyat üçün önəm daşıyan nahiyəsinə bıçaq zərbəsini endirməsi və yalnız hadisə yerində olmuş şəxslərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxsə daha bıçaq zərbələrini vura bilməməsi Məhkum zərərçəkmiş şəxsi öldürməyə yönəlmiş birbaşa qəsdinin olmasından xəbər verir. Həmin sübutlarla həmçinin müəyyən edilmişdir ki, Məhkum zərər çəkmiş şəxsi qəsdən öldürməyə cəhd etmə əməlini onun yaxın qohumlarının gözləri qarşısında törədərkən, sonuncular da iztirab verməsini dərk etmiş, və bu baxımdan, m əhkəmə kollegiyası hesab edir ki, onun ictimai borcunu yerinə yetirən şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmə əməlinin CM-in 29, 120.2.3 və 29, 120.2.4-cü maddələri ilə tövsif edilməsi araşdırılmış sübutlarla, cinayət qanunvericiliyinin tələbləri ilə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri də tam uzlaşır. Belə ki, CM-in 120.2.3-cü maddəsində zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə, həmin Məcəllənin 120.2.4-cü maddəsində isə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-in 29-cu maddəsinin tələbinə görə, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradə sindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qəsdən adamöldürmə işlərinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilə rkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin həmin Qərarda göstərilmişdir ki, qəsdən adamöldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmi şin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qərarın 7 və 8-ci bəndlərində məhkəmələrə izah olunmuşdur ki, zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cin ayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salı nması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və qanuna uğun olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilmiş bütün sübutlar məhkəmə kollegiyasına Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsi haqqında mötəbər nəticəyə gəlmək üçün əsas verir və bu əmələ maddi hüquq normasının tə tbiq edilməsi ilə bağlı hesab edir ki, məhkumun cinayət əməli CM-in 29, 120.2.3 və 29, 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və həmin əməlin başqa cür ixtisaslaşdırılması üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası bu nəticəyə gələrkən onu da nəzərə almağı vacib sayır ki, müdafiəçi Y.B.Abbasov tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməmişdən əvvəl həmin qərardan Məhkum özü də kassasiya şikayəti verərək analoji dəlillərlə iş üzrə toplanmış sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini və onun əməlinin düzgün tövsif edilməməsini iddia etmiş və barəsində ədalətli qərar qəbul olunması barədə tələb irəli sürmüşdür. Həmin şikayətə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəm əsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı ilə isə Məhkum kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin hazırda da mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası CPM-in 142.1-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq eyni dəlllər əsasında Məhkum verdiyi kassasiya şikayətinin təmin edilməməsi haqqında kassasiya instansiyası məhkəməsinin əvvəl qəbul etdiyi qərarı hal-hazırda preyudisial əhəmiyyətə malik olan məhkəmə aktı kimi dəyərləndirir və həm də buna görə müdafiəçi Y.B.Abbasovun kassasiya şikayətinin təmin edilməsini, Məhkum əməlinin hər hansı şəkildə başqa cür, o cümlədən 131.2 və ya CM-in 126.2, 126.2.3-cü maddələri ilə tövsif edi lməsini mümkün bilmir. Belə ki, CPM-in 142.1.-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə bu və ya digər cinayət işinə baxarkən başqa məhkəmələr tərəfindən çıxarılmış hökm və ya digər yekun qərarı o halda preyudisial əhəmiyyətə malik olan yekun məhkəmə aktları kimi nəzərdən keçirilə bilər ki, həmin aktlar qanuni yolla əldə olunmuş sübutlara əsaslansın, bu sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq onlara qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilsin, həmin hökmü çıxarmış və ya digər yekun aktını qəbul etmiş məhkəmə isə iş üzrə gəldiyi nəticələri, bu və ya digər halların mövcudluğunu ehtimallar üzərində qurmayaraq kifayət qədər əsaslandırsın, bu zaman müvafiq sübutlara əsasən işin faktiiki hallarını müəyyən edərkən cinayət prosesi iştirakçılarının, o cümlədən cinayətin törədilməsində iştirakları müəyyən edilmiş, lakin bu və ya digər səbəbdən baxdığı iş üzrə cinayət məsuliyyətinə cəlb edilsə də, həmin iş üzrə məhkum olunmamış şəxslərin hüquqlarının pozulmasına yol verməsin. Bu təfsirə uyğun olaraq hüqüqi mövqe “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda Konstitusiyanın 60 və 63-cü maddələrinə, habelə CPM-in 142.1-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etm ə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Qanunverici cinayət prosesində sahədaxili (CPM-in 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (CPM-in 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Digər tərəfdən CPM-in 142-ci maddəsində preyudisiyanın subyektiv hədləri, yəni məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi dəqiq müəyyən olunmamışdır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Bu baxımdan qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən ş əxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Belə hallar əsasən iştirakçılıqla cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə icraatın ayrılması nəticəsində əmələ gəlir. Bu zaman ayrılan cinayət işi üzrə sübuta yetirilməli olan hallardan bir qismi digər cinayət işinə dair artıq qüvvəyə minmiş məhkəmə hökmü ilə təsbit edilmiş hallarla üst-üs tə düşə bilər. Qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli olub-olmaması məsələsini əvvəlcədən həll edə bilər. Həmçinin, nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Avropa Məhkəməsi bir sıra Qərarlarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyasına və şahidlərin dindirilməsinə təminat verən Konvensiyanın 6-cı maddəsinin 2-ci və 3(d)-cü bəndləri, həmin maddənin 1-ci bəndi ilə təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissələrini təşkil etməklə, ümumilikdə, məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır (Böyük Palatanın Gäfgen Almaniyaya qarşı iş üzrə 2010-cu il 1 iyun tarixli Qərar; Al Khawaja və Tahery Birləşmiş Krallığa qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərar). Avropa Məhkəməsi həm də hesab etmişdir ki, bir neçə şəxsin iştirakı ilə törədilən mürəkkəb cinayət işinin eyni icraatda aparılması mümkün olmadıqda, təqsirləndirilən şəxslərin təqsiri məsələsini həll etmək məqsədi ilə məhkəmə, cinayətin törədilməsində iştirak edən və sonradan ayrıca mühakimə ediləcək üçüncü şəxslərin adlarının çəkilməməsini tələb edə bilər. Cinayət işlərinə baxan məhkəmələr, təqsirləndirilən şəxslərin hüquqi məsuliyyəti ilə əlaqədar məsələni daha dolğun və dəqiq həll etmək üçün vacib olan işin hallarını müəyyən etməyə borcludurlar və müəyyən olunmuş hallar barəsində, sadəcə, mülahizə və ya şübhə kimi bəhs edə bilməzlər. Bu, həmçinin üçüncü şəxslərin iştirakçılığı ilə əlaqədar hallara da aiddir. Lakin, bu halların qeyd olunması vacib olduqda, məhkəmə təqsirləndirilən şəxsin hüquqi məsuliyyə tinin həll olunması üçün labüd olmayan dəlilləri təqdim etməkdən çəkinməlidir. Bu baxımdan məhkəmə qərarlarının tərtibatında digər iş üzrə məhkəmə araşdırmasının ədalətliliyini şübhə altına qoymamaq üçün üçüncü şəxslərin təqsiri ilə əlaqədar ilkin mülahizələrdən çəkinmək lazımdır (Karaman Almaniyaya qarşı iş üzrə 2014-cü il 27 fevral tarixli Qərar, § 64 65). Eyni zamanda, Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülmüş ittihamın xarakteri məhkəməyə üçüncü şəxslərin iştirakçılığına dair gəldiyi qənaətə toxunmamağa imkan vermirsə və bu qənaət ayrıca mühakimə ediləcək üçüncü şəxslərin hüquqi məsuliyyətinə dair qərara təsir edə bilərsə, belə hal işin ayrıca icraata ayrılması üçün ciddi maneə kimi qiymətləndirilməlidir. Ümumi hallar baxımından bir-biri ilə sıx əlaqəli olan işlərə ayrılıqda ba xılmasına dair istənilən qərar bütün toqquşan maraqların hərtərəfli təhlilinə əsaslanmalı və digər təqsirləndirilən şəxslərə işin ayrıca icraata ayrılmasına etiraz etmək imkanı təqdim edilməlidir. Ayrıca icraatın aparılması ilə əlaqədar ikinci tələb isə onu nəzərdə tutur ki, digər təqsirləndirilən şəxslərin iştirakı olmadan müəyyən edilmiş hallar, həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kəsb etməməlidir. Bir iş üzrə istifadə olunmuş sübutların statusu sırf nisbi qalmalı, onların qüvvəsi mövcud konkret mühakimə icraatı ilə məhdudlaşmalıdır (2016-cı il 23 fevral tarixli Qərar, 46632/13 və 28671/14, §104105). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvv əyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından CPM-in 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Cinayət işinin materiallarından göründüyü kimi, Ali Məhkəmənin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli q ərarı eyni şəxs – Məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından məhkumun verdiyi kassasiya şikayətinə əsasən işə baxılması nəticəsində qəbul edilmiş, göstərilən qərarın əsasını sonuncunun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinə dəlalət edən sübutlara əsasən onun törətdiyi əməlinin düzgün tövsif edilməsi barədə qənaət təşkil etmiş və həmin qərar qəbul edilərkən məhkum olunmuş şəxsin qanunla təminat verilən hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasına yol verilməmişdir. Bütün bunlar isə, hazırda müdafiəçi Y.B.Abbasovun kassasiya şikayətinə baxılması zamanı məhkəmə kollegiyasına 31 yanvar 2024-cü tarixli qərarın preyudisiya əhəmiyyətə malik olan yekun məhkəmə aktı hesab edilməsinə əsas verir. Kassasiya şikayətind ə müdafiəçi Y.B.Abbasov hüquqlarını müdafiə etdiyi şəxsə təqsirli bilindiyi CM-in 29, 120.2.3 və 29, 120.2.4-cü maddələri ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiyası məhkəməsi tərəfindən onun barəsində seçilmiş cəza tədbirinin növü və həcmi ilə razılaşarkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntulara yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, müdafiəçi Y.B.Abbasovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə Məhkum müdafiəçisi E.N.Mikayılovun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, müdafiəçi Y.B.Abbasovun kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 29, 120.2.3 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarı isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Müdafiəçi Y.B.Abbasov un kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1154/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1154/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver